Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2510/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçunun əmək pensiyasının sığorta hissəsinin, qulluq stajına görə əlavənin hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1972-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “pensiyanın sığorta hissəsinin hesablanması, qulluq stajına görə əlavələrin yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 21(105)-36/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1974-cü il tarixdə doğulmuş, xx.xx.1990-cı il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) tərxis olunduğu xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmiş, 4 il 1 0 ay 26 gün güzəştli xidmət illəri olmaqla, cəmi xidməti 30 il 8 ay 19 gün təşkil edir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqi əsasında iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət edərək 8 ay xidmət müddəti (natamam ildəki iş stajı aylarının sayına münasib olaraq hesablanmaqla) nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanununun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq xx.xx.2016-cı il tarixdə yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (xx.xx.2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyini n sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Göründüyü kimi, sözügedən Fərmanda 2017ci il 1 iyul tarixinədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərxis olunaraq əmək pensiyası təyin olunmuş hərbi qulluqçulara qulluq stajına görə əlavənin hesablanması zamanı il tam olmadıqda natamam ildəki i ş stajı aylarının sayına mütənasib olaraq müəyyən edilməsi nəzərdə tutulmamışdır.
5. Daha sonra iddiaçı ona pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətə imtina cavabı verilərək bildirilmişdir ki, qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının məbləği sığorta hissə və qulluq stajına görə əlavə olmaqla iki hissədən ibarətdir. İddiaçının əmək pensiyasının məbləği sığorta hissə və qulluq stajına görə əlavədən ibarət olmaqla müvafiq kart hesabına köçürülür. İddiaçıya xx.xx.2016-cı il tarixindən 853 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmi şdir və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla illər üzrə hesablanmaqla ödənilir. Belə ki, təyin olunduğu tarixə əmək pensiyası pensiyanın baza hissəsi – 110 manat, pensiyanın sığorta hissəsi – 118,55 manat, qulluq stajına görə əmək pensiyasına əlavə – 624,45 manat tərkibdən ibarət olmaqla 853 manat məbləğində ödənilmişdir. xx.xx.2017-ci il tarixindən əmək pensiyası 853 manat məbləğində, əmək pensiyasının baza hissəsi – 110 manat, pensiyanın sığorta hissəsi – 133,25 manat, qulluq stajına görə əmək pensiyasına əlavə – 609,75 manat tərkibdən ibarət olmaqla, ödənilmişdir. Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. xx.xx.2018-ci il tarixindən əmək pensiyası 853 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi – 257,12 manat, qulluq stajına görə əmək pensiyasına əlavə – 595,88 manat, xx.xx.2018-ci il tarixindən müvafiq artımla bağlı əmək pensiyası 919 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi – 257,12 manat, qulluq stajına görə əmək pensiyasına əlavə – 661,88 manat, xx.xx.2019-cu il tarixindən əmək pensiyası 919 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi – 264,83 manat, qulluq stajına görə əmək pensiyasına əlavə – 654,17 manat, xx.xx.2019-cu il tarixindən müvafiq artımla bağlı əmək pensiyası 1131,20 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi – 264,83 manat, qulluq stajına görə əmək pensiyasına əlavə – 866,37 manat, xx.xx.2020-ci il tarixindən ə mək pensiyası 1131,20 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi – 308,79 manat, qulluq stajına görə əmək pensiyasına əlavə – 822,41 manat, xx.xx.2021-ci il tarixindən müvafiq artımla bağlı əmək pensiyası 1131,20 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi – 343,99 manat, qulluq stajına görə əmək pensiyasına əlavə – 787,21 manat, xx.xx.2022-ci il tarixindən müvafiq artımla bağlı əmək pensiyası 1131,20 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi – 355,69 manat, qulluq stajına görə əmək pensiyasına əlavə – 775,51 manat tərkibdən ibarət olmaqla ödənilmişdir. Əlavə olaraq bildirilir ki, 1 yanvar 2022-ci il tarixdən iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respubli kası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 113,12 manat maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək pensiyasının əlavələr toplanaraq yenidən hesablanması və ona vurulmuş 2200 manat maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-11120/2021 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
8. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbini dəqiqləşdirmiş, sonuncu ərizəsində ona pensi ya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında ona ödənilən pensiyanın sığorta hissəsi hesablanmadığı, yalnız qulluq stajına görə əlavələr hesablandığı üçün ona pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsi, 8 ay xidmət müddəti (natamam ildəki iş stajı aylarının sayına münasib olaraq hesablanmaqla) nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması, keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əmək pensiyası və ona şamil olunan əlavələr və artımlar təyin olunan zaman cavabdeh səhvə yol verərək düzgün hesablama aparmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsi hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara şamil edilir. İddiaçı da həmin kateqoriyadan olan şəxsdir. İddiaçı cavabdehə müraciət edərək natamam ildəki iş stajı (8 ay) aylarının sayına mütənasib olaraq yenidən hesablanmasını xahiş etsə də, cavabdeh ona Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndini əsas gətirərək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Cavabdehin sözügedən Qaydanın 2.5-ci bəndində qeyd olunan (Azərbaycan Respu blikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) “istisna” sözünə əsaslanmasını iddiaçı qanuna zidd hesab edir. Bu bənd Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin strukturlarında xidmət etmiş şəxslərin iş stajının 2%-lə hesablanmasını istisna edir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində xidmət etdiyi üçün onun natamam olan 8 ay iş stajı hesaba alınmalıdır və aşağıdakı qaydada hesablanmalıdır. Hərbi qulluqçuların pensiyasına əlavənin təminat xərcliyindən hesablandığı nəzərə alınarsa: onun 30 il 8 ay 23 gün iş stajı olmuşdur. Bunun: 20 ili=50%, 10 ili*3%=30%. 50%+30%=80%. 3%/12 ay=0,25% bir aya 0,25%*8 ay=2%. 80%+2% =82%. Lakin müvafiq müddəalar iddiaçıya şamil edilmədiyindən onun təminat xərcliyinin 80%-i hesablanmaqla hüququ pozulmuşdur. Həmçinin təminat xərcliyinin 80%-i pensiya deyil, pensiyaya əlavədir. Ona yalnız pensiyaya əlavələr hesablanaraq ödənilmiş, pensiyanın sığorta hissəsi hesablanmamışdır.
10. Cavabdeh iddiaya qarşı imtina məktublarının məzmununa uyğun etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İsmayıl Quliyev) 08 iyul 2022-ci il tarixli, 2-1(118)-649/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi iddia tələbinin ona əmək pensiyası təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsi hissəsinə münasibətdə “Əmək pensi yaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə, iddia tələbinin 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması hissəsinə münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə istinad etməklə cavabdehin imtinasını əsaslı hesab etmişdir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunan tarixə onun fərdi hesabının sığorta hissəsində toplanan p ensiya kapitalının nə qədər təşkil etməsi, iddiaçının pensiya təyin olunan tarixə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının illər üzrə ayrı-ayrılıqda qeyd edilməklə hansı mənbələr (ödəniş, indeksasiya və s.) hesabına formalaşması, eləcə də əmək pensiyasının təyinatı zaman fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının pensiyanın sığorta hissəsinin hesablanmasında nəzərə alınıb-alınmaması ilə bağlı mütəxəssis rəyinin alınması qərara alınmış və rəyin verilməsi Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinə həvalə edilmişdir.
15. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-171/2- 87281/2023 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixli ilkin pensiya təyinatı tarixinə iddiaçının fər di hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı 22656,73 manat təşkil etmişdir. İddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006-cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. İddiaçının əmək pensiyası pensiyanın baza hissəsi – 110 manat, pensiyanın sığorta hissəsi – 118,55 manat, qulluq stajına görə əmək pensiyasına əlavə – 624,45 manat tərkibdən ibarət olmaqla, 853 manat məbləğində təyin edilmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Zahid Məmmədov və Gülnar Cabbarova) 16 iyun 2023-cü il tarixli, 2-1(105)-36/2023 nömrəli qərarı i lə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(118)-649/2022 nömrəli qərarı qismən – iddiaçının 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsinə dair iddianın rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçının 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması və iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı bir neçə dəfə iddia tələbini dəqiqləşdirmiş, sonuncu iddia tələbində ona pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini rədd etsə də, mübahisəyə aidiyyəti olmayan “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsini tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. İş üzrə verilmiş mütəxəssis rəyindən göründüyü kimi, bu hissədə iddia tələbi əsassızdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2016-cı il tarixədək həm fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habe lə xx.xx.2006-cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. İddiaçıya xx.xx.2016-cı il tarixindən 853 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla illər üzrə hesablanmaqla ödənilir.
18. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci tələbə tətbiq edilməli olan maddi hüquqi norma “Əmək pensiyaları haqqında” Qanunun 10.4, 20.14 və 20.14.1-ci maddəsinin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilən tarixdə qüvvədə olan redaksiyasıdır. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi, həmin dövrdə əmək pensiyası pensiyanın ba za hissəsi, sığorta və yığım hissələrindən ibarət olmuşdur. İddiaçının şəxsində 20 ildən yuxarı xidmət müddətinə malik hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, 20 ildən yuxarı hərbi xidmətin isə hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə müəyyən edilmişdir. Yəni əmək pensiyasına əlavə iddiaçının qeyd etdiyi kimi təminat xərcliyinin 80 faizi miqdarında deyil (20 il hərbi xidmət müddəti üçün təminat xərcliyinin 50 faizi + 10 il xidmət müddəti üçün 30 faizi), həmin məbləğlə “Əmək pensiyaları haqqında” qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilmişdir. İşin faktiki halla rından da görünür ki, iddiaçıya həmin normanın tələblərinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla pensiya təyin edilmişdir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci tələblə bağlı apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin bu tələbə münasibətdə hüquqi mövqeyi əsaslı olmasa da, məhkəmə həmin hissədə iddianı təmin etməyərkən düzgün nəticəyə gəlmişdir.
19. İddia tələbinin 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14 və 20.14.1-ci maddəsinə əsasən, Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə əmək pensiyasına əlavənin məbləği xidmət ili tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir. Cavabdeh həmin tələblə bağlı hüquqi mövqeyini Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə istinad edərək əmək pensiyasına əlavənin natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmasının aid edildiyi şəxslər dairəsindən Müdafiə Nazirliyinin strukturund a xidmət edən şəxslərin istisna edilməsi ilə əsaslandırır. Həmin normanın tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər ümumilikdə natamam ildəki iş stajı aylarının hesablanması ilə bağlı normanın ümumi məzmunundan deyil, təminat xərcliyinin 2 faizi miqdarında əlavənin hesablandığı şəxslər dairəsindən istisna edilmişdir. Bu hal da təsadüfi olmayıb, “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən 20.14.1-ci maddəsindən irəli gəlir. Hansı ki, həmin normada iddiaçının da daxil olduğu Müdafiə Nazirliyi sistemində qulluq etmiş şəxslərlə əlaqədar əmək pensiyasına əlavənin məbləği natamam xidmət ilinə münasibətdə həmin ildəki iş stajı aylarının sayına müvafiq olaraq hesablanmaqla təminat xərcliyin 3 faizi miqdarında əlavə olunmaqla hesablanır. Digər tərəfdən, cavabdehin mövqeyindən belə anlaşılır ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndi ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ziddiyyət təşkil edir və ziddiyyətin mövcudluğu halında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş müvafiq Qayda tətbiq edilməlidir. Bu isə “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı bəndinin tələbinə zidd olardı. Belə ki, həmin maddənin tələ binə əsasən Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, ikinci tələblə bağlı şikayətin dəlilləri əsaslı olduğundan təmin edilməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun elektron poçt ünvanına (Elektron ünvan ) ərizə ilə müraciət edərək əmək stajı barədə arayışın verilməsini xahiş etmişdir. İddiaçının elektron müraciəti xx.xx.2019-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun tərəfindən onun xidmət illəri barədə məlumat verilməklə cavablandırılmışdır. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh inzibati orqana təyin edilmiş əmək pensiyasına əlavələrin hesablanması haqqında müraciət etm işdir. Göründüyü kimi, iddiaçı 2019-cu ilin iyul ayından başlayaraq əvvəlcə əmək stajı barədə arayışın verilməsi ilə bağlı, daha sonra isə xx.xx.2019-cu il tarixində hazırkı iddia ilə bağlı əmək pensiyasına əlavələrin hesablanması haqqında cavabdehə müraciətlər etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, pensiya hüququ xx.xx.2017-ci il tarixədək yaransa da, pensiyanın yenidən hesablanması üçün iddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh inzibati orqana müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir.
21. İddiaçı və cavabdeh həmin qərardan kassasiya şikayətləri vermişdir lər.
22. İddiaçı həmin qərarın pensiya təyin olunan gün iddiaçının fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsi tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
23. Cavabdeh isə həmin qərarın iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
24. İddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
25. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun imtina məktublarının və iddiaya q arşı etirazının dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya əmək pensiyası təyin edilən tarixdə qüvvədə olan redaksiyada) Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir;... 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir;... 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığ orta hissəsi – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır;... 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.11. əmək pensiyasının baza hissəsi – əmək pensiyalarının birinci pilləsi olmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır; 1.0.12. əmək pensiyasının sığorta hissəsi – əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəkli ndə hesablanan məbləğdir;... Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;... 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kap italına görə yenidən hesablana bilər.... Maddə
10. Yaşa görə əmək pensiyasının məbləği 10.1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunu n 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK - sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P - yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir.... Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;... 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla... müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 27. “Əmək pensiyaları haqqında” Azər baycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyada) Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;... Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.... Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, həmin Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
28. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” (Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir) 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş ş əxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəmə si vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarından hər iki tərəf kassasiya şikayəti verdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılaca qdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini, cavabdehin kassasiya şikayəti isə onun imtina məktublarının və iddiaya qarşı etirazının dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən l azımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona pensiya tə yin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsinə və 8 ay xidmət müddəti (natamam ildəki iş stajı aylarının sayına münasib olaraq hesablanmaqla) nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması, keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsinə yönəlmişdir.
39. Göründüyü kimi, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir: 1) ona əmək pensiyası təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsi; 2) 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi.
40. Hazırkı işin apellyasiya instansiyası məhkəmə si tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1990-cı il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) tərxis olunduğu xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmiş, 4 il 10 ay 26 gün güzəştli xidmət illəri olmaqla, cəmi xidməti 30 il 8 ay 19 gün təşkil edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqi əsasında iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
41. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5 və 9.5.1-ci maddəsinin tələbləri baxımından güzəştli şərtlərlə əmə k pensiyası hüququ olan digər şəxslər kateqoriyasına aid edilmişdir.
42. İddiaçı da hərbi qulluqçu kimi 30 il 8 ay 19 gün xidmət illərinə malik olmaqla, qeyd edilən kateqoriyadan olan şəxsdir.
43. Azərbaycan Respublikasının Qanununun 20.1 və 20.1.11-ci maddəsinin tələbinə görə, bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.
44. İddiaçı birinci tələbi ilə bağlı ona yaşa görə əmək pensiyası təyin edilən zaman yalnız təminat xərcliyinin 80 faizi miqdarında qulluq stajına görə əlavə hesablandığını, sığorta hissəsində toplanan pensiya kapitalının nəzərə alınmadığını qeyd etmişdir.
45. Cavabdeh isə bunun əksinə, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının pensiyanın hesablanmasında nəzərə alınd ığını bildirmişdir.
46. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunan tarixə onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının nə qədər təşkil etməsi, iddiaçının pensiya təyin olunan tarixə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı illər üzrə ayrı-ayrılıqda qeyd edilməklə hansı mənbələr (ödəniş, indeksasiya və s.) hesabına formalaşması, eləcə də əmək pensiyası təyinatı zaman fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının pensiyanın sığorta hissəsinin hesablanmasında nəzərə alınıb-alınmaması ilə bağlı mütəxəssis rəyinin alınması qərara alınmış və rəyin verilməsi Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinə həvalə edilmişdir.
47. Dövlət Sosial Müdafiə Fondu tər əfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-171/2- 87281/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, xx.xx.2016-cı il tarixli ilkin pensiya təyinatı tarixinə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı 22656,73 manat təşkil etmişdir. İddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006-cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. İlkin pensiya təyinat tarixinə iddiaçının əmək pensiyası pensiyanın baza hissəsi – 110 manat, pensiyanın sığorta hissəsi – 118,55 manat, qulluq stajına görə əmək pensiyasına əlavə – 624,45 manat tərkibdən ibarət olmaqla, 853 manat məbləğində təyin edilmişdir.
48. Apel lyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının birinci tələbi əsassızdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2016-cı il tarixədək həm fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006-cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. İddiaçıya xx.xx.2016-cı il tarixindən 853 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla illər üzrə hesablanmaqla ödənilir.
49. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, birinci tələbə tətbiq edilməli olan maddi hüquqi norm a “Əmək pensiyaları haqqında” Qanunun 10.4, 20.14 və 20.14.1-ci maddəsinin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilən tarixdə qüvvədə olan redaksiyasıdır. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi, həmin dövrdə əmək pensiyası pensiyanın baza hissəsi, sığorta və yığım hissələrindən ibarət olmuşdur. İddiaçının şəxsində 20 ildən yuxarı xidmət müddətinə malik hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, 20 ildən yuxarı hərbi xidmətin isə hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə müəyyən edilmişdir. Yəni əmək pensiyasına əlavə iddiaçının qeyd etdiyi kimi təminat xərcliyinin 80 faizi miqdar ında deyil (20 il hərbi xidmət müddəti üçün təminat xərcliyinin 50 faizi + 10 il xidmət müddəti üçün 30 faizi), həmin məbləğlə “Əmək pensiyaları haqqında” qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilmişdir. İşin faktiki hallarından da görünür ki, iddiaçıya həmin normanın tələblərinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla pensiya təyin edilmişdir.
50. Məhkəmə kollegiyası iddia tələbinin 8 ay xidmət müddəti nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14 və 20.14.1-ci maddəsinə əsasən, Azərbaycan Res publikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə əmək pensiyasına əlavənin məbləği xidmət ili tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir.
51. Cavabdeh həmin tələblə bağlı Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın 2.5ci bəndinə istinad edərək əmək pensiyasına əlavənin natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmasının aid edildiyi şəxslər dairəsindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin strukturunda xidmət edən şəxslərin istisna edildiyini qeyd e tmişdir.
52. Cavabdehin istinad etdiyi və bu qərarın 28-ci bəndində göstərilən normanın tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər ümumilikdə natamam ildəki iş stajı aylarının hesablanması ilə bağlı normanın ümumi məzmunundan deyil, təminat xərcliyinin 2 faizi miqdarında əlavənin hesablandığı şəxslər dairəsindən istisna edilmişdir.
53. Bu hal da təsadüfi olmayıb, “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən 20.14.1-ci maddəsindən irəli gəlir. Həmin normada iddiaçının da daxil olduğu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində qulluq etmiş şəxslərlə əlaqədar əmək pensiyasına əlavənin məblə ği natamam xidmət ilinə münasibətdə həmin ildəki iş stajı aylarının sayına müvafiq olaraq hesablanmaqla təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla hesablanır.
54. Digər tərəfdən, cavabdehin mövqeyindən belə anlaşılır ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndi ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ziddiyyət təşkil edir və ziddiyyətin mövcudluğu halında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş müvafiq Qayda tətbiq edilməlidir. Bu isə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı bəndinin tələbinə zidd olardı. Belə ki, həmin maddənin tələbinə əsasən Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.
55. Həmçinin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun elektron poçt ünvanına (Elektron ünvan ) ərizə ilə müraciət edərək əmək stajı barədə arayışın verilməsini xahiş etmişdir. İddiaçının elektron müraciəti xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən onun xidmət illəri barədə məlumat verilməklə cavablandırılmışdır. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqana təyin edilmiş əmək pensiyasına əlavələrin hesablanması haqqında müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 2019-cu ilin iyul ayından başlaya raq əvvəlcə əmək stajı barədə arayışın verilməsi ilə bağlı, daha sonra isə xx.xx.2019-cu il tarixdə hazırkı iddia ilə bağlı əmək pensiyasına əlavələrin hesablanması haqqında cavabdehə müraciətlər etmişdir.
56. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, pensiya hüququ xx.xx.2017-ci il tarixədək yaransa da, pensiyanın yenidən hesablanması üçün iddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh inzibati orqana müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir.
57. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəb lərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-36/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.