Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2511/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırda DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı iş üzrə QƏRAR Açar sözlər: pensiyanın yenidən hesablanması, təminat xərcliyinin 80 faizi miqdarında hesablanma giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə(hazırda DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi, bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, bundan sonra üçüncü şəxs) “ödənilməmiş pensiya məbləğinin ödənilməsi”tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1227/2019 saylı, 23 may 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 8 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçıya məxsus pensiya işindən müəyyən edilir ki, o, 12.01.2001-ci il tarixdə, təqv im üzrə xidmət illəri 22 il 03 ay 29 gün, güzəştli xidmət illəri 07 il 03 ay 01 gün olmaqla, ümumilikdə 29 il 06 ay 30 gün iş stajı ilə ixtisara düşürək ehtiyata buraxılmış, buna dair 04.03.2014-cü il tarixdə üçüncü şəxs tərəfindən məlumat vərəqəsi tərtib edilərək cavabdehə göndərilmiş və iddiaçıya 12.01.2001-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona yaşa görə əmək pensiyası təminat xərcliyinin 77 %-i miqdarında təyin edilmişdir. 29.11.2017-ci il tarixdə üçüncü şəxs tərəfindən yenidən məlumat vərəqəsi tərtib edilərək iddiaçının təqvim üzrə xidmət illəri 22 il 03 ay 29 gün, güzəştli xidmət illəri 08 il 06 ay 17 gün olmaqla, ümumilikdə 30 il 10 ay 16 gün iş stajı hesablanmış, məlumat vərəqəsi cavabdehə göndərilmiş və həmin İdarə tərəfindən iddiaçının pensiyası yenidən hesa blanmış ona təminat xərcliyinin 80 %-i miqdarına pensiya təyin edilmişdir. İddiaçıya əvvəlki üç il üzrə ödənilməli olan pensiya fərqinin 8 ay ərzində ödənilməsi qərara alınmışdır. İddiaçı əvvəlki dövrlərin pensiya fərqinin hesablanıb ödənilməsini cavabdehdən xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21.11.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının müraciətində qeyd etdiyi məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən İdarəyə daxil olmuş 04.12.2017-ci il tarixli 16798 nömrəli yeni məlumat vərəqəsinə əsasən pensiyası 01.01.2015-01.01.2018-ci il tarixləri arasındakı dövr üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci və 32.1.1-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının m əbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Əmək pensiyasının keçmiş müddət üçün hesablanmış 782,28 manat məbləğində fərq 01.01.2018-ci il tarixdən müvafiq kart hesabına hissə-hissə köçürülmüşdür. İddiaçı 24 dekabr 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 yanvar 2007-ci ildən 1 yanvar 2015-ci ilədək olan müddət ərzində almadığı 3 faiz əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçı 2001-ci ildə ədliyyə qulluqçusu kimi 29 il 7 ay i ş stajı ilə pensiyaya çıxmışdır. Həmin vaxt ona sonuncu əmək haqqının 77 faizi məbləğində pensiya təyin edilmişdir. Əslində ona pensiya əmək haqqının 80 faizi ilə hesablanmalı idi. 2018-ci ilin 8 ayı ərzində əvvəlki 3 il üçün əskik hesablanan 3 faizə görə ayda 93 manat pensiyasına əlavə verilsə də, sentyabr ayında həmin məbləğ ona ödənilməmiş və cavabdeh şifahi olaraq ona bildirmişdir ki, yalnız 3 ilə görə 3 faiz əskik hesablanmış məbləği ödəyəcəklər, yəni 2015-ci ildən sonrakı dövr üçün. Halbuki onun pensiya hüququ 2001-ci ilin yanvar ayında yaranmışdır və həmin məbləğ ona 2001-ci ilin yanvar ayından sonrakı dövr üçün ödənilməli idi. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci və 32.1.1-ci maddələrinə istinad edilmişdir. “Əmək pensiyaları haqqında” Qanun a dəyişikliklər və əlavələr edilməsi barədə 28 noyabr 2006-cı il tarixli Qanunu ilə “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli Qanuna edilmiş dəyişikliklərə əsasən 12 yanvar 2001-ci il tarixdən daxili və ədliyyə orqanlarında xidmətdə olan şəxslərin pensiya təminatı həmin qanunla tənzimlənir. Həmin Qanunun müddəaları onun hüquqi vəziyyətini yaxşılaşdırdığından, həmin normativ aktın qüvvəsi geriyə şamil edilməklə də onun pensiya hüququ əldə edilmiş hesab edilməlidir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçının ərizəsində iddia etdiyi, 12 yanvar 2001-ci ildən 1 yanvar 2015-ci il tarixədək olan dövrlər üçün hesablanaraq ödənilməsi iddiası tam yanlışdır. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 -ci maddəsində tam şəkildə qeyd edilmiş və izah verilmişdir. Həmin Qanunda dəyişikliklər edilməsi barədə, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaçıya məxsus sənədlərin Rusiya Federasiyasından gec əldə edilməsinə istinad edərək, məlumat vərəqəsinin bu səbəbdən tərəflərindən gec təqdim edildiyini bildirmiş və iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-845/2019 saylı iş) 20 fevral 20 19-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 12 yanvar 2007-ci ildən 01 yanvar 2015-ci ilədək olan müddət ərzində almadığı 3 faiz əmək pensiyası məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, 29.11.2017-ci il tarixdə üçüncü şəxs tərəfindən iddiaçı barəsində yeni “Məlumat vərəqəsi” tərtib edilərək cavabdehə göndərilmiş, bundan sonra sonuncu tərəfindən hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad edilərək iddiaçıya yalnız əvvəlki 3 il üzrə ödənilməmiş pensiya məbləği ödənilmişdir. Halbuki, iddiaçının pensiya hüququ 12.01.2001-ci il tarixdə yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2019-cu il tarix li qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6məruzəçi, X4 və X5, 2-1(103)-1227/2019 saylı iş) 23 may 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 7 iyun 2019-cu il tarixdə qərarın surətini almış, 28 iyun 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Ədliyyə Nazirliyinin tərtib etdiyi “məlumat vərəqi”nə əsasən iddiaçıya 29 il 06 ay əmək stajına əsasən müvafiq təminat xərcliyinin 77 faizi məbləğində əmək pensiyası ödənilməkdə davam etdirilmişdir. Yenidən iddiaçının adına adı çəkilən orqan tərəfindən 6 dekab r 2017-ci il tarixdə İdarəyə daxil olan “məlumat vərəqi”ndə əmək stajı 30 il 10 ay olaraq qeyd edilmiş və NKnin 135 saylı qərarının 4 cü bəndi əsas götürülərək əmək pensiyası yenidən hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 3 və 4-cü bənd lərinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5, 9.5.1, 9.6, 22.4, 32.1-1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılm asını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olm ayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşin hallarından görünür ki, 2001-ci ildən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, əmək haqqının 77 faizi miqdarında deyil, 80 faizi miqdarında pensiya hesablanmalıdır. İddia tələbinə görə 12 yanvar 2007-ci ildən 1 yanvar 2015-ci ilə qədər olan dövr üzrə pensiyası almadığı 3 faiz hesablanıb ödənilməlidir. Mübahisə ilə bağlı yuxarıda bəhs edilən məhkəmə qərarları qəbul edilmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Respubl ikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ədliyyə qulluqçusu kimi iddiaçıya 12.01.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, bu zaman təminat xərcliyinin 77 %-i miqdarında pensiya hesablanmışdır. 29.11.2017-ci il tarixdə isə təminat xərcliyinin 80 %-i miqdarına pensiya hesablanmışdır. İddiaçıya əvvəlki üç il (2015, 2016 və 2017-ci illər) üzrə ödənilməli olan pensiya fərqinin 8 ay ərzində ödənilməsi qərara alınmışdır. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci və 32.1.1-ci maddələrinə əsasən hesab etmişdir ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödə nilir. Cavabdeh 2015-2017-ci illər üzrə fərqin ödənilməsinə dair qərar qəbul etsə də, iddia tələbində qeyd edilən 2007-2014-cü illər üzrə pensiyanın əlavə olaraq əmək haqqının 3 faizi miqdarında hesablanıb ödəməsindən imtina etmişdir. Beləliklə iş materiallarından müəyyən olunur ki, iddiaçının pensiya hüququ 12.01.2001-ci il tarixdə yaranmış, ona ilkin olaraq pensiya həmin tarixdən təyin edilmişdir. Cavabdeh iddiaçının pensiyasının əmək haqqının 80 faizi miqdarında hesablanmalı olmaması barədə mübahisə açmamış, hətta ötən 3 il müddət üçün pensiya həmin qaydada yenidən hesablamışdır. Mübahisə pensiya fərqinin hansı vaxtdan ödənilməli olması barədədir. İddiaçının pensiya hüququnun 2001-ci ildə yaranması mübahisə doğurmur. “Əmək pensiyaları haqqında” Qanun 1 yanvar 2006-cı ildən qüvvəyə min mişdir. Cavabdeh hüquqi şəxs olaraq 2007-ci ildən fəaliyyətə başlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş 32.1ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş 37.7-ci maddəsinin redaksiyasına görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bəhs olunan hüquq normaları qüvvədə olduğu dövrdə iddiaçının pensiya hüququ olduğundan, həmin normalara istinad etməklə məhkəmə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmi şdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1227/2019 saylı, 23 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2511/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2511/2019
08.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver