Məhkəmə qərarları › İş №2-1(102)-2513/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2513/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2513/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı (üçüncü şəxslər: Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi) “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 2019-cu il 6 mart tarixli 2-1(103)-652/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun 1992-ci il 11 mart tarixindən 1996cı il 25 avqust tarixədək (04 il, 06 ay, 14 gün) döyüş əməliyyatları dövründə ordunun tərkibində xidmət apardığı xidmət illərinin üçqat ölçüdə hesablanmaqla yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 15 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “ Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 saylı Qərarına müvafiq olaraq müddətli həqiqi hərbi xidmətə güzəşt tətbiq edilmir. İddiaçı 2018-ci il 26 sentyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının 1992-ci il 11 mart tarixindən 1996-cı il 25 avqust tarixədək (04 il, 06 ay, 14 gün) döyüş əməliyyatları dövründə ordunun tərkibində xidmət apardığı xidmət illərinin üçqat ölçüdə hesablanm aqla yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin 2016-cı il 25 fevral tarixli arxiv arayışından, həmçinin iddiaçının hərbi biletinin surətindən görünür ki, iddiaçı 1992-ci ilin martından 1996-cı ilin avqust ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. O, həmçinin 1999-cu il 16 iyul tarixdən Ədliyyə orqanlarında qulluğa qəbul etmiş, 2015-ci il 16 dekabr tarixə Ədliyyə orqanlarında qulluq müddəti təqvimlə 20 il 09 ay 29 gün təşkil etmiş və həmin vaxt təqaüdə çıxmışdır. İddiaçının hərbi xidmət keçmiş hərbi qulluqçu kimi 1992-ci il 11 mart tarixdən 1996-cı il 25 avqust tarixədək Ağdərə, Füzuli, Qubadlı, Şuşa, Laçın və Ağdam rayonlarında döyüş bölgələrində döyüş əməliyyatlarında iştirak etməsi işin mübahisələndirilməyən halıdır. 2016-cı il 25 fevral tarixli arayışda və hərbi biletdə müvafiq olaraq o da qeyd edilmişdir ki, iddiaçının olduğu hərbi hissələrin dislokasiya yeri Ağdərə rayonu, Ağdam və Fizuli rayonları döyüş bölgələri olmuşdur, iddiaçı döyüşlərdə iştirak etmiş, 1994-cü il 7 may tarixdə sol bazunun güllə yaralanması almışdır. İddiaçının hərbi xidmət keçdiyi dövrdə qüvvədə olmuş “Hərbi xidmət haqqında” Qanunun 15-ci maddəsinin (a) bəndinə əsasən (1997-ci il 7 oktyabr tarixədək olan redaksiyada), dinc dövrdə hərbi xidmətin müddətləri müddətli xidmət hərbi qulluqçuları üçün: ali təhsili olanlar - 1 il; hərbidə niz qüvvələrinin və sərhəd qoşunları dəniz hissələrinin gəmi və sahil hissələri, döyüş təminatı matrosları və çavuşları - 2 il; qalan bütün əsgərlər, çavuşlar - 1 il 6 ay müəyyən edilmişdir. İddiaçının 1992-ci ilin mart ayından 1996-cı ilin avqust ayınadək hərbi xidmətdə olduğu nəzərə alındıqda, onun 1 il 6 ay olan dövrü (mart 1992-ci il-sentyabr 1993-cü il) müddətli həqiqi hərbi xidmətə, 1993-cü ilin sentyabr ayından 1996-cı ilin avqust ayına qədərki dövr isə müddətdən artıq həqiqi hərbi xidmətə aid olacaqdır. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin e dilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 saylı Qərarının 2-ci bəndinin a) yarımbəndinə əsasən, xidmətin bir ayı üç ay sayılmaqla Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri uzun müddət xidmətə daxil edilir. İddiaçının hərbi xidmət keçdiyi dövrdə qüvvədə olmuş “Hərbi xidmət haqqında” Qanunun 15-ci maddəsinin (a) bəndinin tələbi nəzərə alındıqda, iddiaçı 1 il 6 ay müddətdən sonra yenə də həqiqi hərbi xidmətdə olduğundan, həmin Qərarda təsbit olunmuş “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları” müddəası iddiaçıya da şamil olunmalıdır. O da xüsusilə vurğulanmalıdır ki, hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasında qeyd edilmişdir ki, döyüş əməliyyatları dövründə ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti-üçqat ölçüdə iş stajına daxil edilməlidir. İddiaçının döyüş əməliyyatları dövründə ordunun tərkibində xidmət etməsi də mübahisə olunmamışdır. İddiaçı 1993-cü ilin sentyabr ayından sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.11-ci maddəsinə əsasən qulluq stajına (xidmət illərinə) görə əmək pensiyasına əlavə almaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndində qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi, xidmət illərinə görə əlavənin d ə təminat xərcliyinə daxil edilməsi nəzərdə tutulmuşdur. Cavabdehin etirazları: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 oktyabr tarixli 2-1(82)4224/2018 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 21 noyabr tarixli 2-1(82)4224/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən daxili işlər orqanlarında yalnız sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində işləmiş şəxslərə güzəşt tətbiq olunur, müddətli həqiqi hərbi xidmətdə olmuş şəxslərə güzəşt t ətbiq edilmir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 mart tarixli 2-1(103)-652/2019 nömrəli qərarıilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 17 may tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 14 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlil ləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə i şə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçının hərbi xidmət keçdiyi dövrdə qüvvədə olmuş “Hərbi xidmət haqqında” Qanunun 15-ci m addəsinin (a) bəndinə əsasən (1997-ci il 7 oktyabr tarixədək olan redaksiyada), dinc dövrdə hərbi xidmətin müddətləri müddətli xidmət hərbi qulluqçuları üçün: ali təhsili olanlar—1 il; hərbi-dəniz qüvvələrinin və sərhəd qoşunları dəniz hissələrinin gəmi və sahil hissələri, döyüş təminatı matrosları və çavuşları—2 il; qalan bütün əsgərlər, çavuşlar—1 il 6 ay müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən iddiaçının 1992-ci il 11 mart tarixdən 1996-cı il 8 avqust tarixədək dislokasiya yerləri Ağdərə, Ağdam və Füzuli rayonlarının döyüş bölgələri olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş hərbi hissələrin tərkibində həqiqi hərbi xidmətdə olduğu (hərbi hissə k omandirinin 1996-cı il 8 avqust tarixli, 223 №-li əmrinə əsasən ehtiyata buraxılaraq şəxsi heyətin sırasından çıxarılmışdır) və yuxarıda istinad edilən normanın tələbləri nəzərə alındıqda, onun 1993-cü il sentyabrın 12-dən 1996-cı il avqustun 8-dək qanunla müəyyən edilmiş müddətdən artıq xidmət etdiyi mübahisəsizdir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 saylı Qərarının 2-ci bəndinin a) yarımb əndinə əsasən, xidmətin bir ayı üç ay sayılmaqla Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri uzun müddət xidmətə daxil edilir. Cavabdeh imtinasının əsası kimi qeyd edir ki, həmin Qərarda müddətli hərbi xidmət qulluqçularının xidmət müddətinin güzəştli qaydada sayılması nəzərdə tutulmamışdır. Cavabdehin həmin qənaəti əsaslı deyil. Belə ki, iddiaçının hərbi xidmət keçdiyi dövrdə qüvvədə olmuş “Hərbi xidmət haqqında” Qanunun 15-ci maddəsinin (a) bəndinin tələbi nəzərə alındıqda, iddiaçı 2 il 11 ay müddətdən artıq xidmət etdiyindən, həmin Qərarda təsbit olunmuş “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları” müddəası iddiaçıya da şamil olunmalıdır. Bu qənaət, həmçinin həmin Qanunun 5-ci maddəsinin (2001-ci il 12 oktyabr tarixədək olan redaksiyada) tələbindən irəli gəlir. Həmin normaya görə, həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; hərbi-məktəb kursantlarının həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar müddətli həqiqi hərbi xidmətdə, Qanunla müəyyən edilmiş müddətdən artıq həqiqi hərbi xidmət keçənlər isə müddətdən artıq həqiqi hərbi xidmətdə hesab olunurlar. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 25 iyul tarixli, 77 nömrəli Fərmanı na əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətlərinin respublika ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. Başqa sözlə, həmin Fərmana əsasən müddətli həqiqi hərbi xidmətdə olan şəxslərin ehtiyata buraxılmaları dayandırılmışdır. Həmin Fərmanın tətbiqinin hüquqi nəticəsi olaraq müddətdən artıq həqiqi hərbi xidmət dövrünə keçid könüllü deyil, icrası məcburi olan hüquqi akta əsasən baş vermişdir. Bu isə, müddətdən artıq həqiqi hərbi xidmətin mahiyyətini dəyişmir. Beləliklə, iddia 1993-cü il sentyabrın 12-dən 1996-cı il avqustun 8-dək olan müddətə (müddətdən artıq həqiqi hərbi xidmət dövrünə) münasibətdə əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar hazırkı işdə mövcud olmadı ğından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 mart tarixli 2-1(103)-652/2019 nömrəli qərarı iddia tələbinin “hərbi xidmətin 1993-cü il sentyabrın 12-dən 1996-cı il avqustun 8-dək müddətinə aid hissəsində” ləğv edilir. Cavabdehin üzərinə iddiaçının 1993-cü il sentyabrın 12-dən 1996-cı il avqustun 8dək müddətdən artıq həqiqi hərbi xidmətinin bir ayı üç ay sayılmaqla yeni məlumat vərəqəsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərmək öhdəliyi qoyulur. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılır. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova A.S.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar