Məhkəmə qərarları › İş №2-1(102)-2513/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2513/2023

30.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2513/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, üçüncü şəxs Abasov Böyükağa Abasəli oğluna qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-2513/2023) (Açar sözlər: mülkiyyət hüququ əsasında aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsi üzərində istifadə hüququna dair aparılmış qeydiyyatın dəyişdirilərək torpaq sahəsi üzərində icarə hüququ olan üçüncü şəxsin adına qeydiyyatın aparılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Abasov Böyükağa Abasəli oğlu) “mülkiyyət hüququ əsasında aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsi üzərində istifadə hüququna dair aparılmış qeydiyyatın dəyişdirilərək torpaq sahəsi üzərində icarə hüququ olan üçüncü şəxsin adına qeydiyyatın aparılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-32/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarından üçüncü şəxs Abasov Böyükağa Abasəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xaçmaz rayon XDS-nin xx.xx.1981-ci i tarixli 9 saylı protokol qərarına, həmçinin Şə fəq Sovxozunun xx.xx.1981-ci il tarixli razılığna əsasən, qırqovul və kəklik yetişdirilməsi üçün Şəfəq Sovxozu torpaqlarından 60 ha torpaq sahəsinin Azərbaycan Ovçuluq İttifaqına ayrılması barədə qərar qəbul edilmiş və həmin tarixdə də tərtib edilmiş ayrıc aktına əsasən, torpaq sahəsi Azərbaycan Ovçuluq İttifaqına təhvil verilmişdir. 2. 01 yanvar 2001-ci il tarixdə "Azərovçu" İB ilə Abasov Böyükağa Abasəli oğlu arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, icarədar özünəməxsus 2 mərtəbəli bina, 2 kameralı inkubator, yem üyüdən dəyirmanı işlək vəziyyətdə, Gülalan təsərrüfatı, göl və əkin sahəsini üçüncü şəxsin icarəsinə vermişdir. İcarə müddəti 05 il müəyyən edilmişdir.

3. İddiaçınun Rəyasət Heyəti 27 sentyabr 2002-ci il tarixdə rayon icra hakimiyyətinə müraciət edərək, Xaçmaz ray on Gülalan Yardımçı təsərrüfatının icarədarı, İddiaçınun səlahiyyətli nümayəndəsi B.Abbasovun vasitəsilə yardımçı binaların təmiri, yeni tikintilərin və abadlıq işlərinin aparılmasına, ərazidə heyvandarlıq, quşçuluq, balıqçılıq təsərrüfatlarının yaradılması və digər lazımi yeni işlərin görülməsinə müvafiq sərəncam verilməsini xahiş etmişdir.

4. Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya yerində baxış keçirmiş və həmin ərazidə ictimai-iaşə obyektlərin tikintisinə icazə verilməsini məqsədəuyğun hesab etmiş və Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 35 saylı sərəncamına əsasən, Xaçmaz rayonun Qaraçı İƏV-nin Qaraçı kənd sakini Abasov Böyükağa Abasəli oğluna İddiaçınun yardımçı təsərrüfatı olan Gülalan gölünün yanında ictimai-iaşə obyektlərin tikinti sinə və abadlıq işlərin aparılmasına icazə verilməsi qərara alınmışdır.

5. İctimai iaşə obyektinin istifadəyə qəbul edilməsi barədə komissiya tərəfindən tərtib edilmiş 11 may 2006-cı il tarixli aktdan görünür ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 35 saylı sərəncamına əsasən, 05 mart 2003-cü il tarixdə tikintisinə başlanılmış Xaçmaz rayon Gülalan kənd ərazisində yerləşən ictimai iaşə obyektinin tikintisi başa çatdığından, komissiya tərəfindən istifadəyə qəbul edilmişdir.

6. Qeyri-yaşayış sahələri 2003-cü il tarixdə inşa edildikdən sonra icarədar qismində İddiaçı ilə icarəçi X1 arasında 05 illik müqavilənin müddəti başa çatdığından, xx.xx.2006-cı il tarixdə tərəflər arasında təkrar icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, İddiaçı İB öz mülkiyyətində olan Xaçmaz rayonu ərazisində yerləşən Gülalan yardımçı təsərrüfatını və oradakı 39.5 ha gölü, 1.5 ha torpaq sahəsini, eləcə də 2 mərtəbəli binanı B.A.Abasova 99 il müddətinə icarəyə vermiş, B.A.Abbasov isə qeyd edilənləri icarəyə götürmüşdür. Tərəflərin razılığı ilə illik icarə haqqı 1300 manat təşkil etmişdir.

7. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 17 aprel 2006-cı il tarixli 99a saylı sərəncamına əsasən, tərəflər arasında 99 il müddətinə bağlanmış icarə müqaviləsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq DT və XK-nin Xaçmaz Rayon şöbəsi tərəfindən 28 aprel 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə üçüncü şəxsə torpaq sahəsinə müvəqqəti istifadə hüququna dair JN- 9450 saylı KOD 30211058 saylı şəhadətnamə verilmişdir. 8. 41 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 783.1 kv m olan əmlak kompleksi kimi müəssisə 10 yanvar 2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında, müəssisənin yerləşdiyi və dövlət mülkiyyətində olması 41 ha torpaq sahəsi isə istifadə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində Abasov Böyükağa Abasəli oğlunun adına qeydə alınmış və bu barədə RX seriyalı ******* saylı reyestrdən çıxarış verilmişdir.

9. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Abasov Böyükağa Abasəli oğlunun mülkiyyətinə verilmiş əmlak kompleksinə dair çıxarışda buraxılmış texniki səhvin aradan qaldırılmasını xahiş etmişdir.

10. Cavabdeh təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, müraciətdə qeyd olunan əmlak kompleksinə dair verilmiş 10 yanvar 2017-ci il tarixli, RX seriyalı, ******* nömrə li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun əsillərini hüquq sahibi Abasov Böyükağa Abasəli oğlu ərazi idarəsinə təqdim edəcəyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Həmçinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Xaçmaz rayonu Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə daimi istifadə, həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv.metr qeyri-yaşayış sahələrinə isə mülkiyyət hüququnun Abasov Böyükağa Abasəli oğlunun adına Daşınmaz Əmlakın Reyestrində qeydin aparılmasına dair hərəkətin qanunsuz və həmin qeydin etibarsız hesab edilməsini, düzgün olmayan qeydlə bağlı reyestrdə düzəliş aparılmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. iddiaçının əsaslandırması:

12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, üçüncü şəxs Abasov Böyükağa Abasəli oğlu iddiaçıya məxsus Xaçmaz rayonu Güləlan kəndi ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət 41,0 ha ərazi və onun üzərində yerləşən 783,1 kv m qeyriyaşayış s ahələrindən ibarət əmlak kompleksini zəbt etmiş və qanunsuz hərəkətinin əsası kimi həmin torpaq sahəsinə adina reyestr qeydiyyatından çıxarış əldə etdiyinə istinad edir. 3-cü şəxs tərəfindən təqdim edilmiş çıxarışın məzmunundan məlum olmuşdur ki, həqiqətən də adı çəkilən əmlak kompleksinə onun adına cavabdeh tərəfindən çıxarış verilmişdir. Bununla bağlı dəfələrlə cavabdeh tərəfə müraciətlər edilmiş, lakin hər dəfə müraciətə baxılmasından imtina olunmuşdur. Sonuncu dəfə də bu barədə imtina ilə bağlı 13 noyabr 2020-ci il tarixli məktub verilmişdir. Hesab edilməlidir ki, üçüncü şəxsin adına mülkiyyət hüququnun qeydə alınması barədə reyestr qeydiyyatının aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və reyestrdə müvafiq düzəlişin aparılması vəzifəsi onun üzərinə qoyulmalı dır. Belə ki, hazırda üçüncü şəxs tərəfindən zəbt olunan sözü gedən Xaçmaz rayonu Güləlan kənd ərazisində mövcud göl və torpaq sahəsindən ibarət 41,0 ha torpaq sahəsi və onun üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahələrindən ibarət əmlak kompleksi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə (İddiaçı İB) məxsusdur. Son dəfə həmin ərazi üstündəki tikililərlə birgə vahid əmlak şəklində sahibi İddiaçı İB tərəfindən, İB-in üzvü üçüncü şəxs Abasov Böyükağa Abasəli oğluna icarəyə verilmiş və icarə əsasında ona verilmiş hüququn dövlət reyestrində qeydə alınmasına razılıq verilmişdir. Həmin sərəncamın 1-ci bəndində belə deyilir: İddiaçı Cəmiyyəti ilə Xaçmaz rayonu Qaraçı kənd sakini Abasov Böyükağa Abasəli oğlu arasında Cəmiyyətin istifadəsində olan 39,5 ha göl və 1,5 ha torpaq sahəsinə dair 99 il müddətinə bağlanmış icarə müqaviləsi “Torpaq icarəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən müvafiq qaydada dövlət qeydiyyatına alınsın. Torpaq sahəsi (göl ərazisi ilə birgə) və üzərindəki əmlaklar sonuncuya icarə əsasında yəni müvəqqəti istifadəyə verildiyi aşkar haldır və onun adına verilən sonrakı bütün sənədlər və aparılan qeydiyyatların əsası qeyd edilən icarə müqaviləsi və sərəncam olmuşdur. Lakin cavabdeh tərəfindən Abasov Böyükağa Abasəli oğlunun adına 10 yanvar 2017- ci il tarixdə 1 nömrəli reyestr kitabının 106 nömrəli vərəqəsində aparılmış qeyd və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxar ışda adı çəkilən torpaq sahəsini daimi istifadə, üzərindəki əmlakları isə Abasov Böyükağa Abasəli oğlunun adına mülkiyyət hüququ kimi yanlış qeydiyyata almışdır. Bununla da dövlət reyestrinə yanlış məlumatlar daxil edilmiş və nəticədə İddiaçı İB-ni həmin əmlak kompleksinə qanunla əldə etdiyi hüquqdan mərhum etmişdir. İddiaçı yol verilmiş aşkar qanun pozuntusuna aydınlıq gətirilməsi, reyestr qeydində düzəliş etməklə, pozuntunun aradan qaldırılması xahişi ilə cavabdehə təkrar müraciət edilməsinə baxmayaraq, nəticəsi olmamışdır.

13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 10 yanvar 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komi təsinin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş JN- 9450 KOD 30211058 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”, tikintiyə icazə verilməsi barədə Xaçmaz İHB-nın sərəncamı, rayon icra hakimiyyəti memarlıq və tikinti işləri şöbəsi tərəfindən təsdiqlənmiş layihə, tikilinin istismara qəbul edilməsi barədə akt əsasında hazırlanmışdır. Həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş və həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişin edilməsi cavabdehin səlahiyyətlərinə aid deyildir.

14. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qeyd olunan ərazini iddia çının həmin dövrdəki rəhbərliyinin yazılı razılığı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən təqdim edilmiş JN 9450 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 7 fevral 2003-cü il tarixli, 35 saylı müvafiq sərəncamına əsasən 11 may 2006-cı il tarixli istismara qəbul aktına və eskiz layihəyə əsasən qanuni yolla sənədləşdirmişdir. Bütün bunlar əsasında üçüncü şəxsin adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 10 yanvar 2017 ci il tarixdə qeydiyyat nömrəsi ********** olan, seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və texniki pasport da verilmişdir. Üçüncü şəxs Xaçmaz rayonu Güləlan kəndi ərazisində Xaçmaz-Niyazabad yo lunun kənarında yerləşən uzun müddət baxımsız vəziyyətdə olmuş öz vəsaiti hesabına təmizləmiş, ərazidə yaşıllaşdırma işləri aparmış, ağaclar əkmiş, bağ salmışdır. Ərazidə yerləşən tikililəri öz vəsaiti hesabına, müvafiq idarə və təşkilatların razılıqları və layihələri əsasında aparmışdır. Bütün bu işlər 20 ilə yaxın bir müddətdə aparılmış, ərazidə dəyirman binası da inşa etmiş ev quşlarının yetişdirilməsi ilə də məşğul olmuşdur. Bütün bunlar barəsində İddiaçı xəbəri də olmuşdur. İddiaçı həmin müddət ərzində cavabdehə müraciət etməmişdir. Beləliklə, iddia əsassızdır və rədd olunmalıdır. birinci instansiya məhkəməsində icraat

15. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-599/2021 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, cavabdehin Xaçmaz rayonu, Gül əlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə daimi istifadə, həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahələrinə isə mülkiyyət hüququnun Abasov Böyükağa Abasəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hərəkəti qanunsuz olmaqla həmin qeyd etibarsız hesab edilmiş və həmçinin düzgün olmayan qeydlə bağlı reyestrdə düzəliş aparılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə və həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Daha sonra üçüncü şəxs iddiaçını n adından çıxış edərək Xaçmaz rayon İcra Hakimiyyətinə müraciət edərək həmin ərazinin abadlaşdırılmasına və tikililərin yenilənməsinə razılıq almışdır. Belə ki, üçüncü şəxsin istinad etdiyi Xaçmaz rayon İcra Hakimiyyətinin 7 mart 2003-cü il tarixli, 35 saylı sərəncamında qeyd edilmişdir ki, Xaçmaz rayonu Güləlan yardımçı təsərrüfatının icarədarı İddiaçı İB-nin səlahiyyətli nümayəndəsi B.Abasovun vasitəsilə yardımçı binaların təmiri, yeni tikintilərin və abadlıq işlərinin aparılmasına müvafiq sərəncam verilməsini xahiş etmişdir. İddiaçı İB da Xaçmaz rayon İcra Hakimiyyətinə 27 sentyabr 2002-ci il tarixli müraciətində ərazidə yeni işlərin görülməsi icarədarı B.Abasova icazə verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən əsassız olaraq daşınmaz əmlakın dövlət reyestrində Abasov Böyükağ a Abasəli oğlunun torpaq sahəsi üzərində daimi istifadə, əmlaklar üzərində isə mülkiyyət hüququnu qeydə alınmışdır. İş üzrə toplanmış sənədlərin heç birində sözügedən torpaq sahəsinin və ya üzərindəki qeyri-yaşayış sahəsinin B.Abasovun mülkiyyətinə keçməsini təsdiq edən sübut aşkar edilməmişdir.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

18. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Xaçmaz rayonu Güləlan kənd ərazisində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində Abasov Böyükağa Abasəli oğlunun adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən 41.0 ha torpaq sahəsi üzərində istifadə hüququna dair Abasov Böyükağa Abasəli oğlunun adına aparılmış qeydiyyatın dəyişdirilərək torpaq sahəsi üzərində icarə hüququ olan üçüncü şəxsin adına qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021- ci il tarixli protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə iş üzrə icraata qəbul edilmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021- ci il tarixli, 2-1(105)-604/2021 nömrəli qərarı (hakimlər: H.Babayeva sədrlik edən və məruzə çi, R.Ağayev və İ.Dəmirov) ilə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində Abasov Böyükağa Abasəli oğlunun adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, 41.0 ha torpaq sahəsi üzərində istifadə hüququna dair Abasov Böyükağa Abasəli oğlunun adına aparılmış qeydiyyatın dəyişdirilərək, 5 yanvar 2006-cı il tarixdə bağlanmış 99 illik icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, h əm tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, həmçinin torpaq icarəsi ilə bağlı qüvvədə olan qanunvericilik normalarının tələbinə görə, hazırkı iş üzrə icarəyə verənin (iddiaçının) razılığı ilə icarəçinin (üçüncü şəxsin) vəsaiti hesabına tikilmiş binalar və qurğular müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarəyə verəndə (iddiaçıda) qalır və sonuncu həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada icarəçiyə (üçüncü şəxsə) ödəyir. Qanunvericiliyin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. İcarə müqaviləsinin bağlandığı tarixdən 11 il sonra 10 yanvar 2017-ci il tarixdə cav abdeh tərəfindən icarəyə verilmiş əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ əsasında, icarə verilmiş torpaq sahəsi isə müddət göstərilmədən daimi istifadə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydə alınmışdır. Beləliklə, inzibati orqan tərəfindən üçüncü şəxsə icarəyə verilmiş əmlak kompleksi kimi müəssisənin mülkiyyət hüququ əsasında aparılmış qeydiyyat qanunsuz olduğundan ləğv edilməli, icarəyə verilmiş torpaq sahəsi üzərində istifadə hüququna dair üçüncü şəxsin adına aparılmış qeydiyyatın isə dəyişdirilərək, 99 illik icarə müqaviləsi əsasında icarə hüququnun dövlət qeydiyyatının aparılmalıdır.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

24. Üçüncü həmin qərarda n kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)720/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər S.Kərimov və R.Nəbizadə) kassasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 21(105)-604/2021 nömrəli qərarının qismən, yəni Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində Abasov Böyükağa Abasəli oğlunun adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparıl mış qeydiyyatın ləğv edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, kassasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarının “Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində Abasov Böyükağa Abasəli oğlunun adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi” hissəsi ilə məhkəmə kollegiyası razı deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi adıçəkilən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində B.A.Abasovun adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatı ləğv etsə də, faktiki olaraq həmin məsələnin həlli, tam və hərtərəfli araşdırılmadığından yarımçıq və natamam qalmışdır. Belə ki, əvvəla, sözügedən əmlak kompleksinin hüquqi statusu müəyyən edilməmiş, iddiaçının əmlak statusu müəyyən edilməmiş, iddiaçının əmlak kompleksinə ümumiyyətlə hər hansı hüquqmüəyyənedici sənədlərinin olub-olmaması öyrənilməmişdir. Bu həm də, ona görə vacibdir ki, tərəflər arasında bağlanmış 5 yanvar 2006-cı il tarixli, müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, “icarədar” İddiaçı öz mülkiyyətində olan Xaçmaz rayonu ərazisində yerləşən “Gülalan” yardımçı təsərrüfatını və oradakı 39,5 ha gölü, 1,5 ha torpaq sahəsini, 2 mərtəbəli binanı B.A.Abasova icarəyə verir, B.A.Abasov isə yuxarıda göstərilənləri icarəyə götürür.

27. Lakin apellyasiya instansiyası məhkəməsi artıq göstərildiyi kimi, iddiaçının 2 mərtəbəli binanın həqiqətən mülkiyyətində olub-olmamasını araşdırmamış, bundan başqa sözügedən 2 mərtəbəli binanın üçüncü şəxsin bildirdiyi 783 kv. metr əmlak kompleksi ilə eyni bina olub-olmamasını aydınlaşdırmamış, mübahisə predmetinə çevrilmiş binanın dəqiq olaraq nə zaman kim tərəfindən tikilməsi müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılmamışdır. Halbuki, işin 29-cu səhifəsində olan 1.05.2006-cı il tarixli aktda yazılmışdır ki, “vətəndaş İddiaçı-nun səlahiyyətli nümayəndəsi B.A.Abasov (hazırkı işdə üçüncü şəxs – qeyd ali məhkəmənindir) tikintisi başa çatdırılmı ş fərdi ictimai-iaşə obyekti istifadə qəbul edilməsi barədə...”

28. Daha sonra, işin 32-ci səhifəsində olan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 7 fevral 2003-cü il tarixli, 35 saylı sərəncamından çıxarışda göstərilmişdir ki, “1. Xaçmaz rayonun Qaraçı İƏV-nin Qaraçı kənd sakini Abasov Böyükağa Abasəli oğluna İddiaçı- nun yardımçı təsərrüfatı olan Güləlan gölünün yanında ictimai-iaşə obyektinin tikintisinə və abadlıq işlərin aparılmasına icazə verilsin.”

29. Beləliklə, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 5 yanvar 2006-cı il tarixli müqavilədə 2 mərtəbəli binanın iddiaçının mülkiyyətində olmaqla, üçüncü şəxsə icarəyə verilməsi göstərildiyi halda fərdi obyektin (bu və ya başqasının) yalnız 4 ay 11 gündən sonra başa çatdırılması qeyd olunmuş, bundan başqa obyektin tikilməsinə icazə 7 fevral 2003-cü il tarixdə üçüncü şəxsə verilmişdir.

30. Bununla yanaşı, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 1 yanvar 2001-ci il tarixli müqavilədə 2 mərtəbəli binanın iddiaçı tərəfindən üçüncü şəxsin icarəsinə verilməsi göstərilmişdir (iş səh. 120).

31. Digər tərəfdən, işin 140-cı səhifəsindəki məktubdan görünür ki, sözügedən ərazidə 27 sentyabr 2002-ci il tarixdə artıq iddiaçıya məxsus köhnə tikililər və yardımçı binalar mövcud olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi işdə olan həmin sənədləri araşdırmamış, mövcud olan ziddiyyətləri aradan qaldırmamış, nəhayət əsas olan məsələni, yəni 781,3 kv metrlik əmlak kompleksinin kimin hesabına tikilməsi müəyyən etməmişdir.

32. Bundan başqa, işin 139-cu səhifəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının sərəncamının tarixin də, daha doğrusu sərəncamın verdiyi illə bağlı aşkar düzəliş var ki, bu məsələ də araşdırılmamışdır. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-32/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: Fuad Məmmədov sədrlik edən və məruzəçi, Zahid Məmmədov və Zaur Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmiş və iddia tələbi baxılan hissədə təmin edilmiş, Xaçmaz rayonu, Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində Abasov Böyükağa Abasəli oğlunun adına mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə aparılmış qe ydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, üçüncü şəxs Abasov Böyükağa Abasəli oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.

34. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında araşdırma aparan apelyasiya məhkəməsi işin 139-cu səhifəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının sərəncamının verildiyi illə bağlı düzəliş məsələsinin araşdırılması üçün Xaçmaz Rayon İcra Hakimiyyətinə və Xaçmaz Rayon Dövlət Arxivinə sorğu verərək, Abasov Böyükağa Abasəli oğluna İddiaçınun yardımçı təsərrüfatı olan Gülalan gölünün yanında ictimai-iaşə obyektlərin tikintisinə və abadlıq işlərin aparılmasına icaz ə verilməsi barədə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 35 saylı sərəncamının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini və sərəncamın tarixində düzəliş edilmişdirsə həmin düzəlişin edilməsinə səbəb olan hallar barədə məhkəməyə məlumat verilməsini xahiş etmişdir.

35. Xaçmaz Rayon Dövlət Arxivi Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 35 saylı sərəncamının arxiv surətini təqdim edərək, 654 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd etmişdir ki, sərəncamın tarixində olan düzəlişin edilməsinə səbəbin nəyə əsaslanması, nə vaxt, kim tərəfindən icra olunması barədə arxivdə heç bir məlumat yoxdur. Həmin sərəncam Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 2003-cü ilə aid sərəncamlar toplusuna daxildir və 2003-cü ilin sərəncamların qeydiyyatı kitabında xx.xx.2003 tarixlə, № 35 qeydiyyatdan keçirildiyi göstərilmişdir.

36. Xaçmaz Rayon İcra Hakimiyyətinin 1796 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda isə qeyd olunmuşdur ki, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş B.A.Abbasova verilmiş sərəncamdan çıxarışda sərəncamın tarixi xx.xx.2003-cü il göstərilmişdir. Həmçinin arxivdə saxlanılan sərəncamların qeydiyyat kitabında sərəncamın xx.xx.2003-cü il tarixdə 35 nömrə ilə qeydiyyata alınması göstərilir. Sərəncama əlavə edilmiş X3 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2003-cü il tarixli məktubundan da məlum olur ki, sərəncam 2003-cü ildə verilmişdir.

37. Bundan başqa, mübahisəli 2 mərtəbəli binanın üçüncü şəxsin bildirdiyi 783 kv.metr əmlak kompleksi ilə eyni bina olub-olmamasını aydınlaşdırmaq üçün iş üzrə üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı İB-yə ayrılmış ərazidə sahəsi 783.1 kv.m olan əmlak kompleksində 2 mərtəbəli binadan əlavə hər hansı tikili (və ya tikililər) mövcuddurmu? 2) İddiaçı İB-yə ayrılmış ərazidə inşa edilmiş 2 mərtəbəli bina İddiaçı İB ilə Abasov Böyükağa Abasəli oğlu arasında bağlanmış xx.xx.2001-ci il tarixli və xx.xx.2006-cı il tarixli müqavilələrdə göstərilən (İ cild səh. 26 və səh. 120) 2 mərtəbəli bina ilə eyni binalardırmı?

38. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 10/7803 nömrəli, 28 mart 2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, **********32-12301 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasportun məlumatlarına əsasən, Xaçmaz rayonu, Gülalan kəndində istifadədə olan 41,0 ha ərazidə yerləşən ümumi sahəs i 783,1 kv.m olan əmlak kompleksinə ümumi sahəsi 221,4 kv.m “A” literli iki mərtəbəli restoran binasından əlavə ümumi sahəsi 34,8 kv.m olan “B” literli yeməkxana binası, ümumi sahəsi 86,1 kv.m. “C” literli yeməkxana binası, ümumi sahəsi 32,3 kv.m. olan “D” literli yeməkxana binası, ümumi sahəsi 9,2 kv.m. olan “E” literli sanitar qovşağının, ümumi sahəsi 112,5 kv.m. olan “F” literli ferma, ümumi sahəsi 286,8 kv.m. olan “K” literli dəyirman tikililəri aiddir. Eyni zamanda qeyd olunur ki, Xaçmaz rayonu, Gülalan kəndində istifadədə olan 41,0 ha ərazidə **********32-12301 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasportda qeyd olunan tikililərdən əlavə bir mərtəbəli gözətçi otağı, mişar daşından inşa edilmiş iki tövlə tikilisi, mişar daşından inşa edilmiş yarımtikili, taxta konstruksiy alardan inşa edilmiş bir mərtəbəli tikili və dəmir konstruksiyalardan inşa edilmiş talvar tikilisi mövcuddur. İddiaçı İB ilə X2 arasında bağlanmış xx.xx.2001-ci il tarixli və xx.xx.2006-cı il tarixli müqavilələrdə qeyd olunan (İ cild. Səh 26 və səh 120) 2 mərtəbəli binanın texniki parametrləri (sahəsi, otaqların sayı, konstruktiv elementləri (hansı materialdan inşa edilməsi),tikililərin planlı yerləşməsi və s.) barədə məlumat olmadığından həmin müqavilələrdə qeyd olunan 2 mərtəbəli binanın **********32-12301 reyestr nömrəli. xx.xx.2017-ci il tarixli texniki pasportda qeyd olunan ümumi sahəsi 221,4 kv.m “A” literli iki mərtəbəli restoran binası ilə eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı.

39. İddiaçı tərəf göstərmişdir ki, mübahisəli tikililərin təmir və yenidən qurulmasına çəkilən xərclər üçüncü şəxsin deyil, iddiaçıya aid vəsait hesabına həyata keçirilmişdir. Belə ki, üçüncü şəxs ərazidə icarəçi olmaqla yanaşı həm də Birliyin üzvü olmuşdur və həmin ərazidə işləri Birliyin adından o, həyata keçirmişdir. 2006-cı ildən əvvəl də ərazi və tikililərin bir qismi ona icarə əsasında verilməklə yanaşı, digər tikililər də işçi olaraq onun nəzarətində olmuşdur.

40. Arxivdən götürülmüş xx.xx.1997-ci il tarixli inventarizasiya aktından aşkar şəkildə görünür ki, hazırda mövcud olan 2 mərtəbəli bina (həmin vaxt ovçular evi) üçüncü şəxsə təhvil verilmişdir. xx.xx.2005-ci il tarixli 176 nömrəli kassa məxaric orderi ilə Böyükağa Abasova ovçu evinin təmiri üçün 1.950.000 manat nağd şəklidə vəsait verilmişdir. Eyni qayda ilə həmin məbləğ qədər də 2005-ci ilin dördüncü rübü üçün icarə haqqı təmir xərclərinə görə ondan alınmamışdır. xx.xx.2007-ci il tarixli məktubla B.Abasov Birliyə müraciət edərək binada cari təmirə xərclədiyi 390 manat pulu 2006-cı ilin icarə haqqının hesablaşmasında nəzərə alınmasını xahiş etmiş, müraciət Birliyin rəhbərliyi tərəfindən təmin edilmişdir.

41. Bundan başqa, iş materiallarında olan xx.xx.2017-ci il tarixli texniki pasportdan da aydın olur ki, mübahisəli tikililər iddiaçı ilə üçüncü şəxs arasında xx.xx.2006-cı il tarixdə bağlanmış icarə müqaviləsindən əvvəl 2003-cü ildə tikilmişdir.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində Abasov Böyükağa Abasəli oğlun un adına mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır.

43. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

44. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin ekspert rəyinə və digər sənədlərə istinad edərək ərazidə olan mübahisəli tikililərin 3-cü şəxsin deyil, iddiaçının vəsaiti hesabına inşa olunması və eləcə də iddiaçının vəsaiti hesabına ərazidə abadlıq işləri aparılması barədə mülahizəsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə işin faktiki halları ilə təkzib olunur.

45. Məhkəmə qə tnaməsinin 52-ci bəndində iddiaçının adından qeyd edilir ki, mübahisəli tikililərin tikilməsinə və təmirinə cəmiyyət tərəfindən xx.xx.2005-ci il tarixli kassa məxaric orderi ilə 3-cü şəxsə 1.950.000 manat vəsait ayrılmışdır. Lakin məhkəmənin diqqətindən yayınır ki, bu məbləğ ayrılarkən həmin vəsaitlə nəinki tikinti hətta hər hansı təmir işləri belə aparıla bilməzdi. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. Əgər cəmiyyət tərəfindən 3-cü şəx sə verilmiş pul vəsaitini hesablamış olsaq (1.950.000:5000=390 manat) cəmi 390 manat pul təmir üçün ayrılmışdır. Maraqlıdır bu məbləğə hansı həcmdə təmir və ya tikinti işləri aparıla bilərdi?

46. Azərbaycan Respublikası Ovçular Cəmiyyətləri İttifaqının 3-cü şəxs B.Abasova ünvanlanmış xx.xx.2000-ci il tarixli, 238 saylı məktubunda qeyd edilir ki, (məktubun surəti əlavə olunur) “icarəyə götürdüyünüz təsərrüfatı abadlaşdırmaq və genişləndirmək məqsədilə Sizə aşağıdakı tədbirləri həyata keçirməyə icazə verilir: istənilən məqsədlər üçün yeni tikilinin tikilib istifadə olunması, hazırda istifadə edilən tikintilərin təmiri və yenidən qurulması, yardımçı təsərrüfatın ərazisində heyvandarlıq, quşçuluq, balıqçılıq və s. kənd təsərrüfatı sahələrinin yaradılması və istehsalı.

47. Məktubun 4 və 5-ci bə ndlərində qeyd edilir ki, yuxarıda göstərilən işlərin görülməsi və xərcləri sizin (yəni mənim) öz hesabınıza görülməlidir və öz hesabınıza tikilmiş tikililər gələcəkdə Sizə (yəni mənə) məxsusdur.

48. Bundan başqa məhkəmə qeyd edir ki, ərazidə yerləşən 783.1 kv m tikililər icarə müqavilələrinə əsasən ona icarəyə verilmişdir. Hesab edir ki, bu fakt da təhrif olunmuşdur. Belə ki, xx.xx.2006-cı il tarıxli icarə müqaviləsinin 1-ci bəndindən görünür ki, ona icarəyə verilən əmlaklar 39.5 ha əraziyə malik göl, 1.5 ha torpaq sahəsi və 2 mərtəbəli binadır.

49. Yuxarıda qeyd olunan ekspert rəyindən isə görünür ki, ərazidə olan 2 mərtəbəli bir bina var və həmin bina 221.4 kv.m restoran binasıdır. Onda belə çıxır ki, o ərazini və əmlakları icarəyə götürən zaman ərazidə həmin iki mərtəbəli binadan başqa hər hansı bir tikili olmamışdır.

50. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv olaraq araşdırılmamış, araşdırılmış hesab edilən xüsusatlara düzgün hüquqi qiymət verilməmiş, MPM-nin 420-ci maddəsinin tələblərini pozmuşdur. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz verərək, qərarın dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin əsassız hesab edilməsini xahiş etmiş və göstərmişdir ki, cavabdeh tərəfindən 3-cü şəxsin adına verilmiş və ümumilikdə 783,1 kv.m sahəsi olan tikililər 2003-cü ildə inşa və restavrasiya olunub, başa çatmış, əmlakın texniki pasportunda da göstərilmişdir. Sonuncu icarə müqaviləsindən sonra həmin ərazidə hər hansı tikinti işi aparılmamışdır. TƏTB İQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələb lərə uyğun olmalıdır. 11.2. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Maddə

16. Dövlət reyestrində düzəlişlər (...) 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüq uquna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə

19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sah əsinin planı əlavə edilir. 19.3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyi şdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

52. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

53. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. X6 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

56. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, kassasiya instansiya məhkəməsinin göstərişləri və eləcə də apellyasiya şikayətini n dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

57. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya məhkəməsi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

58. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

59. Xaçmaz rayon XDS-nin xx.xx.1981-ci il tarixli, 9 saylı protokol qərarına, həmçinin Şəfəq Sovxozunun xx.xx.1981-ci il tarixli razılığına əsasən, qırqovul və kəklik yetişdirilməsi üçün Şəfəq Sovxozu torpaqlarından 60 ha torpaq sahəsinin Azərbaycan Ovçuluq İttifaqına ayrılması barədə qərar qəbul edilmiş və ayrıc aktına əsasən, torpaq sahəsi Azərbaycan Ovçuluq İttifaqına təhvil verilmişdir. Üçüncü şəxs ərazidə icarəçi olmaqla yanaşı həm də Birliyin üzvü olmuşdur və həmin ərazidə işləri Birliyin adından o həyata keçirmişdir. 2006-cı ildən əvvəl də ərazi və tikililərin bir qismi ona icarə əsasında verilməklə yanaşı, digər tikililər də işçi olaraq onun nəzarətində olmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli texniki pasportdan da aydın olur ki, mübahisəli tikililər iddiaçı ilə üçüncü şəxs arasında xx.xx.2006-cı il tarixdə bağlanmış icarə müqaviləsindən əvvəl 2003-cü ildə tikilmişdir.

60. Qeyri-yaşayış sahələri 2003-cü il tarixdə inşa edildikdən sonra icarədar qi smində İddiaçı ilə icarəçi X1 arasında 05 illik müqavilənin müddəti başa çatdığından, xx.xx.2006-cı il tarixdə tərəflər arasında təkrar icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, İddiaçı İB öz mülkiyyətində olan Xaçmaz rayonu ərazisində yerləşən Gülalan yardımçı təsərrüfatını və oradakı 39.5 ha gölü, 1.5 ha torpaq sahəsini, eləcə də 2 mərtəbəli binanı B.A.Abasova 99 il müddətinə icarəyə vermiş, B.A.Abbasov isə qeyd edilənləri icarəyə götürmüşdür. Tərəflərin razılığı ilə illik icarə haqqı 1300 manat təşkil etmişdir. 61. 3-cü şəxs kassasiya şikayətində Azərbaycan Respublikası Ovçular Cəmiyyətləri İttifaqının 3-cü şəxs B.Abasova ünvanlanmış xx.xx.2000-ci il tarixli, 238 saylı məktubuna istinad edərək, ona icarəyə götürdüyü sahədə istənilən məqsədlər üçün yeni tikilinin tikilib istifadə ol unması, hazırda istifadə edilən tikintilərin təmiri və yenidən qurulması, yardımçı təsərrüfatın ərazisində heyvandarlıq, quşçuluq, balıqçılıq və s. kənd təsərrüfatı sahələrinin yaradılması və istehsalı icazəsi verildiyini, bu işlərin görülməsi və xərclərinin onun hesabına görülməli olması və öz hesabına tikilmiş tikililərin gələcəkdə ona məxsus olmasının göstərildiyinə istinad etsə də, tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin 4-cü bəndində razılaşdırılmışdır ki, icarəçi icarəyə götürdüyü ərazidə müvafiq icazələr almaqla öz vəsaiti hesabına istehsal xarakterli tikinti, yenidənqurma və digər işlər apara bilər. Müqavilə pozulduqda və ya müddət qurtardıqda ərazidə tikilən və aparıla bilməyən bütün tikililər icarədara qalır və icarədar inşa edilmiş bütün tikililə rin bazar dəyərini icarəçiyə ödəyir.

62. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən 3cü şəxsin öz vəsaiti hesabına inşa edilmiş tikililəri olduğu halda belə, həmin tikililər 3-cü şəxsin mülkiyyət hüququ qeydə alına bilməzdi. 3-cü şəxsin müqavilə pozulduqda və ya müddət qurtardıqda belə tikililərin bazar dəyərini icarəçidən tələb edə bilər.

63. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Abasov Böyükağa Abasəli oğlunun kassasiya şik ayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-32/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar