Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2513/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; peşə təhsili müddətinin staja daxil edilməsi; qaynaqçı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan yuxarı yaşı olduğuna görə, 1974-1977-ci illərdə Bakı 5 saylı texniki peşə məktəbində əyani təhsil dövrünü ümumi sığorta stajına daxil edilməsi və ümumi sığorta stajını düzgün hesablamaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)506/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdi r.
2. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 9 ay 10 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977xx.xx.1979-cu il, 23:04.1980- xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006cı il tarixindən bu günədək 8 il) təşkil edir.
3. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26292,83 manat təşkil edir. 4. “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci İl avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır.
5. Göründüyü kimi 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlə rlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir.
6. İddiaçının təqdim etdiyi sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 20 ildən az (14 il 9 ay 10 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1988 -xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir və 1 №-İi siyahı üzrə isə güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ər izəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “60 yaşdan yuxarı yaşı olduğuna görə, 1974-1977-ci illərdə Bakı 5 saylı texniki peşə məktəbində əyani təhsil dövrünü ümumi sığorta stajına daxil edilməsi və ümumi sığorta stajını düzgün hesablamaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə anadan olmuşdur, indiyə qədər müxtəlif yerlərdə işləmişdir. Hal-hazırda xx.xx.2015-ci il tarixdən başlayaraq ARDNŞ “Azəriqaz” İB-nin X7 İstismar İdarəsində qaynaqçı peşəsində işləyir. xx.xx.1974-cü il tarixdə Bakı 5 saylı texniki peşə məktəbinə qəbul olunub xx.xx.1977-ci il tarixdə elektrik-qaz qaynaqçısı peşəsi ilə məktəbin tam kursunu bitirmişdir. Texniki peşə məktəbini tam qurtardıqdan sonra xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci ilədək, hərbi xidmətə çağırılanadək, Azərenerjitikintidə işləmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra xx.xx.1980-cı il tarixdən xx.xx.1980-cı ilədək Quba SMK-12 1 saylı “Azkəndtikinti”-də elektrik qaynaqçısı kimi çalışmışdır. 08 iyul 1980-cı il tarixdən 04 noyabr 1980-cı il tarixədək Bakı elektrotexnika zavodunun Quba filialında qaynaqçı vəzifəsində çalışmışdır. xx.xx.1980-cı il tarixdən 24.04,198lci ilədək Siyəzən mədən qazıntı işlərində qaynaqçı işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci ilədək Qazaxıstan Respublikası “Manqışlaqkəndtikinti” sahəsində qaynaqçı kimi işləmişdir. 19 avqust 1981-ci il tarixdən başlayaraq Qazaxıstan Respublikası Manqışlakneft X1 çıxarma idarəsində xx.xx.1988-ci il tarixədək qaynaqçı vəzifəsində işləmişdir. 03 avqust 1988-ci il tarixdən SSRİ Orta Maşınqayırma Nazirliyinin X6 Kombinatında 01 noyabr 1988-ci il tarixədək qaynaqçı kimi işləmişdir. 16 noyabr 1988-ci il tarixdən Qazaxıstan Respublikası “Tatximremont” trestinin 2 saylı təmir-tikinti quraşdırma İdarəsində 15 mart 1993-cü ilədək qaynaqçı işləmişdir. 09 fevral 1994-cü il tarixdən 20 iyul 1994-cu ilədək Müstəqil “Yeni Yol” kooperativində qaynaqçı işləmişdir. Lakin işlədiyi bu dövr, Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən guya Yeni Yol kooperativi DSMF-na məcburi Sosial sığorta haqları köçürmədiyindən və ümumiyyətlə Yeni Yol kooperativinin “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatına əsasən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı səbəbindən ümumi sığorta stajına qəbul edilməmişdir. Halbuki, işlədiyi həmin dövrlərdə əmək haqqından bütün tutulmalar, həmçinin DSMF-na məcburi dövlət sosial sığorta ayırmaları tutularaq köçürülmüşdür. Sadəcə olaraq cavabdeh tərəfindən həmin illərin hesabatlarına diqqətlə baxılmamış və düzgün araşdırılma aparılmamışdır. Kooperativdə işlədiyi dövrlərdə məcburi dövlət sosial sığorta haqlarının köçürülməsini yoxlamaq məqsədilə Dövlət Sosial Müdafiə X8 Şəxsin Quba-Xaçmaz filialına müraciət etmişdir. Filialın əməkdaşları bu məsələ ilə əlaqədar bildirdilər ki, bütün hesabat və digər hüquqi sənədlər Döv lət Sosial Müdafiə Fondunda saxlanılır. 1990-cı illərin əvvəllərində və 01 yanvar 2006-cı ilə qədər fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərin Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınması və hesabatların təqdim edilməsi elektron formada aparılmadığından əksər qeydiyyat sənədləri, hesabatlar və digər hüquqi sənədlər “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında öz əksinin tapmamışdır. Odur ki, hər hansı bir hüquqi və yaxud fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqlarının köçürülməsinin yoxlanılması “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatı ilə yanaşı Dövlət Sosial Müdafiə fondunda saxlanılan onların ilkin qeydiyyat və hesabat sənədləri üzrə aparılmalıdır. 05 yanvar 2010-cu il tarixdən “ASKO” LTD şirkəti üzrə “Vəl-Vələçay” Qum-Çınğıl karxanasında 01 noyabr 2010-cu ilədək qaynaqçı işəmişdir. Hal-hazırda xx.xx.2015-ci il tarixdən başlayaraq ARDNŞ “Azəriqaz” İB-nin X7 İstismar İdarəsində qaynaqçı peşəsində işləyir. Onun əmək fəaliyyəti dövründə adına hesablanmış əmək haqlarında DSMF-na bütün sığorta haqları tutularaq köçürüldüyünü nəzərə almışdır və ağır sahədə işlədiyi üçün 60 yaşdan yuxarı yaşı olduğunu, 25 ildən artıq sığorta stajı və bu müddətin 20 ilə yaxın hissəsini həmin işlərdə çalışdığı üçün əmək şəraitinə görə əmək pensiyası almaq hüququnun yaranması və iddiaçı hüquq müəyyənedici sənədləri toplayaraq cavabdeh təşkilata müraciət etmişdir və cavabdeh özünün xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina etmişdir, ona görə də öz pozulmuş hüquqların ın bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin etirazları:
9. Cavabdehin iddia tələbinə dair yazılı etirazının əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-809/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin “Əmək Pensiyaları” haqqında qanun 32.1-1ci maddəsinə tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ümumi iş stajına münasibətdə cavabdeh tərəfindən nəzərə alınan dövrlər 22 il 9 ay 10 gündür. Cavabdeh tərəfindən ilkin olaraq nəzərə alınmayan dövrlər iddiaçının xx.xx.1974xx.xx.1977-ci illər arasında peşə məktəbində təhsil aldığı dövrlərdir. İş materiallarına iddiaçının A 312128 saylı diplomunun və qiymət cədvəlinin notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd edilən dövrlər iddiaçının əmək kitabçasında da öz əksini tapmışdır. Cavabdeh orqanın iddiaçının təhsil müddətinin qəbul edilməməsini arayışın təqdim edilməsi ilə şərtləndirməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İddiaçının diplomunun təsdiq edilmiş surəti onun təhsil müddətinin iş stajına daxil edilməsi üçün mö təbər sübut olaraq qiymətləndirilməlidir.
12. Cavabdeh tərəfindən nəzərə alınmayan digər dövr iddiaçının 09 fevral 1994cü il tarixdən 20 iyul 1994-cü ilədək X9 kooperativində qaynaqçı işlədiyi dövrdür. İddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olması onun əmək kitabçasında öz təsdiqini tapır və qanunvericiliyin tələbi üzrə əmək kitabçası sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilməlidir.
13. Beləliklə, qeyd edilən təhsil və əmək fəaliyyəti ilə bağlı dövrlər nəzərə alındıqda iddiaçının 25 ildən artıq ümumi iş stajı yaranmış olur.
14. İddiaçının əsas əmək fəaliyyəti qaynaqçı peşəsi olmuşdur. Bununla bağlı iş materiallarında Mangistaumunayqaz Səhmdar Cəmiyyətinin iddiaçının xx.xx.1981xx.xx.1988-ci illər üzrə iş stajını təsdiq edən arayışı, Qazaxıst an Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2023-cü il tarixli, 30-1-28/102 saylı məktubunda qeyd edilmiş arxiv məlumatları, X5 X7 İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 01-AA/03-İRŞ-115 saylı arayışı, əmək kitabçası mövcuddur. Qeyd edilmiş sənədlərdən və iddiaçının əmək kitabçasında mövcud olan məlumatlardan iddiaçının qaynaqçı peşəsi ilə məşğul olduğu müəyyən edilir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında ümumi peşələr adlanan 35-ci bənd üzrə qazla kəsicilər, qaz qaynaqçıları yarımbəndlərinə uyğun gəlir.
15. Həmçinin, aldığı peşə təhsili üzrə ixtisasca elektrik-qaz qaynaqçısı olan iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş “23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun gəlir.
16. Göründüyü kimi, iddiaçının tələb olunan ümumi iş stajı xx.xx.2006-cı il tarixədək yaranmamışdır. 17. xx.xx.2006-cı ilə qədər olan 18 il 01 ay 10 gün ümumi iş stajı+xx.xx.2006xx.xx.2017-ci ilə qədər olan 2 il 06 ay 26 gün iş stajı (xx.xx.2010- xx.xx.2010 və xx.xx.2015-xx.xx.2017-ci illər üzrə) = 20 il 8 ay 6 gün. Göründüyü kimi iddiaçının tələb olunan ümumi iş stajı həmçinin xx.xx.2017-ci il tarixədək yaranmamışdır. Bu ha lda, iddiaçının əmək pensiyası hüququ hazırda qüvvədə olan qanunvericilik baxımından 60 yaşdan hesablanmalıdır. Qüvvədə olan qanunvericiliyin şərtləri üzrə iddiaçının 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı yaranmış olur.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
19. İş apellyasiya instansiya məhkəməsinin icraatında olarkən iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, protokol qərardadla ərizə məhkəmə icraatına qəbul edilmişdir.
20. Sumqayıt Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-506/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-809/2024 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya münasibətdə pensiya hüququnun yaranması üçün qanunla tələb olunan 25 il ümumi iş stajına malik olmasına dair hissədə birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticə ilə razılaşmış, bu hissədə məhkəmənin mövqeyini qanuni hesab etmişdir.
22. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 60 yaşının tama m olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur.
23. İddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün üç şərt (yaş həddi, ümumi və güzəştli iş stajına aid) ödənilsə də, pensiya kapitalına aid olan şərt ödənilmədiyindən, həmin yaşda iddiaçının pensiya hüququ yaranmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissəd ə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının pensiya hüququnun yaranması əsasları düzgün müəyyən edilməmiş, bu istiqamətdə iddiaçıya hüquqi yardım göstərilməsi təmin edilməmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalına aid şərti ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər ödənildiyindən, iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilməsi təklif edilmişdir. Nəticə etibarilə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtl ərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İndiki halda iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər ödənildiyindən, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia tələbi təmin edilməlidir.
25. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddi aya qarşı etirazda göstərilənlər təşkil edir.
27. Şikayətdə, həmçinin qeyd olunur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X4 elektrik qaynaqçısı işlədiyi dövrləri də onun sosial sığorta stajına daxil etmişdir. Lakin məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz.
28. Eyni zamanda, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək Bakı 5 saylı texniki peşə məktəbində təhsil aldığı dövr onun ümumi sığorta stajına daxil edilməmişdir. İddiaçı tərəfindən onun təhsil dövrünün əyani, yoxsa qiyabi olubolmaması ilə bağlı sənəd təqdim edilmədiyi üçün həmin dövrlər cavabdeh qurum tərəfindən onun sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının Bakı 5 saylı texniki peşə məktəbində aldığı təhsilin forması (əyani, qiyabi) müəyyən edilməmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən bu hal kifayət qədər ətraflı araşdırılmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) 31. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə ol muş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür):... Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 23200000 – XXXİİİ. Ümumi peşələr. 23200000—11620 qaz qaynaqçıları; 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları
33. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdi m olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət e dilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
38. Cavabdeh qeyd edir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X4 elektrik qaynaqçısı işlədiyi dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyin dən həmin müddət sosial sığorta stajına daxil edilə bilməz.
39. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir və iddiaçının mübahisələndirilən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X4 elektrik qaynaqçısı işlədiyi dövr onun əmək kitabçası ilə təsdiq edilir.
40. İddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək texniki peşə məktəbində təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənədin təqdim edilmədiyinə dair dəlilə gəldikdə, cavabdeh nəzərə almalı idi ki, iddiaçı natamam orta təhsili bitirdikdən sonra 1974-cü il sentyabrın 1-dən Bakı şəhəri 5 saylı orta texniki peşə məktəbində təhsilini davam etdirmiş, məktəbin tam kursunu bitirərək, peşə qazanmaqla yanaşı, həm də ümumi orta təhsil almışdır. Bu qeyd olunanlar iddiaçının həmin məktəbdə əyani təhsil aldığı qənaətinə gəlməyə əsas verir. Bunun əksini təsdiq edən hər hansı sübut işdə yoxdur.
41. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-506/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.