Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2514/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı iş üzrə QƏRARDAD (kassasiya icraatına xitam verilməsi barədə) iş № 2-1(102)-2514/19 Bakı şəhəri 21 avqust 2019-cu il 21.08.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakları ilə, tərəflərin iştirakı olmadan iddiaçı “xxxx” MMC-nin direktoru XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2019-cu il tarixli, 2-1(103)-710/2019 saylı q ərarından verilmiş kassasiya şikayəti üzrə icraat zamanı daxil olmuş vəsatətə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı, sonradan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, firmaya verilmiş 07 aprel 2016-cı il tarixli, İN/i890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, iddiaçı firma ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəz i arasında bağlanmış müqavilə əsasında “Qismət” klinikasının layihəsi hazırlanmış və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin iştirakı ilə inşa olunmuşdur. Klinikanın beş və altıncı mərtəbələrinin ginekoloji və ümumi cərahiyyə şöbələri üçün nəzərdə tutulmasına və klinikanın inşası və avadanlıqların təchizatı üçün bir neçə milyon manat xərclənməsinə baxmayaraq, iddiaçıya on bir növ əməliyyat sahələri üzrə verilmiş lisenziyaya doğuşa yardım və ginekoloji stasionar üçün əlavələr edilməmişdir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə lisenziya verən orqan təqdim edilən ərizəyə baxarkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət orqan və müəssisələrinin rəyini alır. Bu səbəbdən, iddiaçının lisenziyasına ginekoloji, doğuşa yardım lisenziyasının verilməsinin məqsədəmüvafiq olub-olmamasının araşdırılması üçün cavabdeh orqan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən iddiaçının fəaliyyət obyektinə baxış keçirilmiş, nəticədə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müvafiq rəy təqdim olunaraq iddiaçının lisenziyasına tələb olunan əlavələrin verilməsinin məqsədəuyğun olmadığı göstərilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2-1(81)-6335/2017 saylı qərardadı ilə (hakim Tahirə Əsədova) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2-1(81)374/2018 saylı qərarı ilə (hakim Tahirə Əsədova) iddia qismən təmin edilmiş, iddiaçıya 07 aprel 2016-cı il tarixli İN/i-890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsi cavabdehə həvalə olunmuşdur. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh inzibati orqan olaraq iddiaçının ərizəsi əsasında inzibati icraata başlamaqla həmin icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun olaraq aparmalı və icraatın nəticəsindən asılı olaraq müvafiq qərar qəb ul etməli olduğu halda bunu etməmişdir. Həmin qərardan cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 iyun 2018-ci il tarixli, 2-1(103)-1430/2018 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iş üzrə icraata xitam verilməsi barədə, üçüncü şəxs isə kassasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 19 dekabr 2018-ci il tarixli, 2-1(102)-2062/2018 saylı qərarı ilə (sədrlik edən İlqar Hüseynov, hakimlər Nigar Rəsulbəyova və Zakir Quliyev) kassasiya şikayətləti qismən təmin olunmuş, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2019-cu il tarixli, 2-1(103)-710/2019 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsin bildirmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehin iddiaçının müraciəti əsasında izibati icraata başlamadığı qənaətinə gəlmişdir. Halbuki, cavabdehin sorğusu əsasında üçüncü şəxs tərəfindən komissiya yaradılmış və həmin komissiyanın verdiyi rəy əsasında cavabdeh inzibati icraat çərçivəsində iddiaçnın arzu etdiyi izibati aktın qəbulundan imtina etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının fəaliyyət obyektində keçirilmiş yerli baxış nəticəsində üçüncü şəxsin rəylərində göstərilmiş bəzi nöqsanların aradan qaldırıldığı aşkar olunmuşdur ki, mövcud nöqsanların aradan qaldırılmasına hüquqi qiymət hazırki inzibati icraat çərçivəsində verilə bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında” Azərbaycan Respublikası Preziden tinin 19 oktyabr 2015-ci il tarixli, 650 saylı Fərmanın 1-ci bəndi, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun 94, 2.1, 17.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 14.1, 14.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Daha sonra iddiaçı vəsatət təqdim edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2019-cu il tarixli, 2-1(103)-710/2019 saylı qərarından verdiyi kassasiya şikayətini geri götürür. Ona görə də şikayətin mahiyyə ti üzrə baxılmadan geri qaytarılmasını xahiş edir. Tərəflərin iştirakı və izahatları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. ƏSASLANDİRİCİ HİSSƏ Hüquqi məsələlər Məhkəmə kollegiyası məruzəçinin məsələyə dair məruzəsinidinləyib, işin materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməli, kassasiya şikayəti geri qaytarılmalı və kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM): - 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər; - 9 7.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir; - 97.3-ci maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Məhkəmə kollegiyası göstərilmiş müddəalara əsaslanmaqla belə nəticəyə gəlir ki, kassasiya şikayətinin geri götürülməsi onu vermiş iddiaçının qanunla müəyyən edilmiş hüququ olduğundan və hazırki iş üzrə şifahi məhkəmə baxışı başlanmadığından, iddiaçının kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin olunmalı, kassasiya şikayəti geri gaytarılmalıdır. Eyni zamanda, cavabdehə izah etməklə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2019-cu il tarixl i, 21(103)-710/2019 saylı qərarından onun tərəfindən yenidən şikayətin verilməsi istisna olunur. Bununla da, məhkəmə kollegiyası belə nitəcəyə gəlir ki, iddiaçı tərəfindən ona tanınan hüququndan istifadə edərək kassasiya şikayətindən imtina edilməsi qanuna zidd deyildir və hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyinin pozulmasına səbəb olmur. Bu əsasla iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməklə, kassasiya icraatına xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 80, 97.1, 97.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı “xxxx” MMC-nin direktoru XXX tərəfindən verilmiş vəsatət təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2019-cu il tarixli, 2-1(103) -710/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri gaytarılsın və kassasiya icraaatına xitam verilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2514/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2514/2019
21.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver