Məhkəmə qərarları › İş №2-1(102)-2515/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2515/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2515/2019 25.09.2019 ALİ MƏHKƏMƏ İddiaçı Şəki Bələdiyyəsinə (üçüncü şəxs: X5) qarşı iş üzrə (Açar söz:bələdiyyə qərarının ləğv edilməsi, mülkiyyət hüququnun müdafiəsi, iddianın mümkünlüyü) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı Şəki Bələdiyyəsinə (üçüncü şəxs: X5) qarşı “19 aprel 2017-ci il tarixli 06 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli 2-1(107)-379/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Şəki şəhər İcra Hakimiyyəti Başçısının 16.08.1994-cü il tarixli 1/426 nömrəli sərəncamı ilə şəhərin 99-cu kvartalında 600 kv.m torpaq sahəsi ayrılmaqla 3 otaqlı evin tikintisinə icazə verilmişdir. İddiaçı həmin torpaq sahəsi ilə bağlı torpaq vergisi ödəmişdir. Şəki Bələdiyyəsinin 19.04.2017-ci il tarixli 06 saylı iclasının 31 nömrəli qərarı ilə Şəki şəhərinin 99-cu kvartalında 0.06 ha torpaq sahəsinin X1 qərara alınmış, 13.06.2017ci il tarixli alqı-satqı müqaviləsi ilə sözügedən torpaq sahəsi X2 və ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14.07.2017-ci il tarixdə müvafiq çıxarış verilmişdir. İddiaçı Şəki Bələdiyyəsi tərəfindən X2 torpaq sahəsinin ona məxsus olmasına istinad edərək iddia ərizəsi və i ddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və 0,06 ha torpaq sahəsinin X1 barədə Şəki Bələdiyyəsinin 19 aprel 2017ci il tarixli 06 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(84)60/2019 saylı iş üzrə qəbul etdiyi 06 may 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Sərəncamla ona torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyil. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmi şdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli 2-1(107)-379/2019 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(84)60/2019 saylı iş üzrə qəbul etdiyi 06 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli 2-1(107)-379/2019 nömrəli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı Şəki Bələdiyyəsinə torpaq vergisi ödəmişdir. Ödənilmiş torpaq vergisinin hansı torpaq sahəsinə aid olması məhkəmələr tərəfindən araşdırılmamışdır. Həmin torpaq sahəsi ona ayrılarkən hələ bələdiyyələr yaranmamış və formalaşmamışdır. Belə olan halda Şəki Bələdiyyəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmamışdır. Şəki ŞİHB-nın 16.08.1994-cü il tarixli 1/426 nömrəli sərəncamı ilə onun subyektiv hüququnun yaranmasına baxmayaraq məhkəmələr subyektiv hüquqa istinad edərək iddianı mümkün saymamışlar. Kassator “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinə, İPM-nin 96.5-ci maddəsinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli 2-1(107)-379/2019 nömrəli qərardadının ləğv edilməsini və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat veri lməsinə baxmayaraq tərəflər və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası işə tərəflərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin X3 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli 2-1(107)-379/2019 nömrəli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı Şəki şəhər İcra Hakimiyyəti Başçısının 16.08.1994-cü il tarixli 1/426 nömrəli sərəncamı ilə şəhərin 99-cu kvartalında 600 kv.m torpaq sahəsi ayrılmaqla 3 otaqlı evin tikintisinə icazə verilmiş və iddiaçı həmin torpaq sahəsi ilə bağlı torpaq vergisi ödəmişdir. Şəki Bələdiyy əsinin 19.04.2017-ci il tarixli 06 saylı iclasının 31 nömrəli qərarı ilə Şəki şəhərinin 99-cu kvartalında 0.06 ha torpaq sahəsinin X1 qərara alınmış, 13.06.2017ci il tarixli alqı-satqı müqaviləsi ilə sözügedən torpaq sahəsi X2 və ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14.07.2017-ci il tarixdə müvafiq çıxarış verilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi 0,06 ha torpaq sahəsinin X1 barədə Şəki Bələdiyyəsinin 19 aprel 2017-ci il tarixli 06 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsidir. Belə ki, iddiaçı hesab edir ki, Şəki Bələdiyyəsi tərəfindən X2 torpaq sahəsinin ona məxsusdur. Birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iş üzrə inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizli yi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Belə ki, sərəncamla ona torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyil. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən iddiaçının subyektiv hüququ pozulmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz olması nəticəsinə gəlməmişdən əvvəl iddiaçının hüququnun pozulub-pozulmadığı istiqamətində mahiyyəti üzrə araşdırma aparmış, Şəki şəhər İcra Hakimiyyətinə, Şəki Bələdiyyəsinə, Milli Arxiv İdarəsinə, X8 filialına, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə sorğular ünvanlamış (iddiaçının torpaq sahəsinin yerləşməsinin müəyyən edilməsi məqsədilə), sorğulara gələn cavablara istinad etməklə iddiaçının mülkiyyətində olan torpaq sahələri ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələri ninüst-üstə düşməməsi nəticəsinə gəlmiş, bununla da iddianın əsaslılığına qiymət verməklə nəticədə iddia tələbini mümkün hesab etməmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Halbuki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Hazırkı iş üzrə Şəki şəhər İcra Hakimiyyəti Başçısının 16.08.1994-cü il tarixli 1/426 nömrəli sərəncamı ilə şəhərin 99-cu kvartalında 600 kv.m torpaq sahəsi iddiaçıya ayrılmaqla 3 otaqlı evin tikintisinə icazə verilmiş, torpaq sahəsi ilə bağlı torpaq vergisi ödəmişdir. İddiaçı hazırkı iddianı qaldırmaqla hesab edir ki, ona ayrılmış torpaq sahəsi ilə Şəki Bələdiyyəsinin 19.04.2017-ci il tarixli 06 saylı iclasının 31 nömrəli qərarı ilə X2 Şəki şəhərinin 99-cu kvartalında 0.06 ha torpaq sahəsi üst-üstə düşür. Hazırkı iş üzrə isə iddiaçıya ayrılmış torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi iddianın əsaslılığının yoxlanılması qaydasında aparılmalıdır. Be ləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının hüququn həqiqətən pozulub-pozulmadığını müəyyən edərkən yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmış, lakin nəticədə isə iddia tələbini mümkün hesab etməmiş, bununla da qanunveriicliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia m ümkün sayılır. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçı İddiaçı kassas iya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli 2-1(107)-379/2019 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar