Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2515/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi) 29.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh1nə qarşı (Qobustan rayon bələdiyyəsi üçüncü şəxs olmaqla) “cavabdehin 18 iyun 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cü il tarixli, 2-1(105)-30/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qobustan Bələdiyyəsinin 15 may 2006-cı il tarixli, 05 nömrəli qərarına əsasən Qobustan Bələdiyyəsinin alğı-satqı predmeti olan 120 m2 torpaq sahəsinin İddiaçı sahibkarlıq məqsədilə satılması ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır.
2. Cavabdeh1 27 oktyabr 2015-ci il tarixli 099 nömrəli Sərəncamı ilə İddiaçı məxsus Qobustan şəhərində yerləşən 192 kv.m ölçüdə Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında müasir üslubda sahibkarlıq obyekti tikilməsinə icazə verilmişdir.
3. Cavabdeh1 18 iyun 2019-cu il tarixli, 047/1 saylı Sərəncamı ilə Qobustan rayonu İc ra Hakimiyyəti başçısının 27 oktyabr 2015-ci il tarixli 099 nömrəli tikintiyə icazə verən sərəncamının ləğv edilməsi, Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş ərazinin boşaldılması məqsədilə həmin ərazidə X2 tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi Cavabdeh1 başçısının Memarlıq və Tikinti Şöbəsinin müdiri - baş memar Məzahir Əliyevə tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiаçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 18 iyun 2018-cu il tarixli, 047/1 saylı Sərəncamının ləğv edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qobustan rayon İHB-nın 047/1 saylı sərəncamı əsassızdır. Belə ki, yarımçıq tikilinin sökülməsi tələb olunan torpaq sahəsi Qobustan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə iddiaçıya ayrılmışdır və rayon İHB-nın xx.xx.2015-ci il tarixli 099 saylı sərəncamı ilə həmin ərazidə İH Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında müasir üslubda sahibkarlıq obyekti tikilməsinə icazə verilmiş və iddiaçı da baş memarın razılaşdığı layihə əsasında tikinti aparmağa başlamışdır. Hər hansı bir şəhərin baş planı bir neçə il üçün yox, uzun müddət üçün şəhərdə aparılacaq tikinti işlərinin yerləşdiyi ərazi göstərilməklə tərtib və təsdiq olunur. Əgər mübahisələndirilən torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tululmuşdursa, Qobustan bələdiyyəsi nə üçün həmin ərazini iddiaçı üç ün ayırırdı və Qobustan rayon İHB 099 saylı xx.xx.2015-ci il tarixli sərəncamla o ərazidə ona tikinti aparılmasına icazə verirdi? Qobustan şəhərinin baş planında sonradan dəyişiklik edilərək əvvəlcədən iddiaçıya verilmiş torpaq sahəsində avtovağzal tikilməsi nəzərdə tutulubsa da belə, bu əsasla həmin torpaq sahəsi iddiaçıdan alına bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246-cı, Dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması haqqında” Qanunun 3.1-ci maddəsində torpağın alına biləcəyi dövlət ehtiyaclarının konkret siyahısı göstərilib və avtovağzal tikintisi həmin siyahıya aid deyildir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilir ki torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanununda nəzərdə tutulmuş hallarda alına bilər. Qobustan rayonu 29 ildir ki, yaradılmışdır. Avt ovağzal tikintisi şəhərin baş planında nəzərdə tutulmuş olsaydı, belə mühüm obyekt bu uzun müddət ərzində niyə tikilməmişdir? Qobustan şəhərinin baş planında mübahisələndirilən torpaq sahəsi sərəncamda göstərildiyi kimi avtovağzal üçün nəzərdə tutulmuşdusa, Baş plan rayon məhkəməsinə təqdim olunmalı idi. Lakin məhkəməyə nəinki baş plan, avtovağzal tikintisi nəzərdə tutulan heç bir sənəd təqdim olunmamışdır. Qobustan rayon İH Başçısının 047/1 saylı sərəncamı qanunsuzdur, ona görə ki; 1.Sərəncamda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1 və 95.1.1-ci maddələrinə istinad olunmuşdur. Həmin Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulur ki, icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə q üvvəsini itirir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, 2015-ci ildə tikintinin başlanmasına icazə aldıqdan sonra ona verilmiş torpaq sahəsi 4 metr dərinliyində çuxur olduğundan həmin əraziyə təxminən 300 ağır yüklü avtomaşın torpaq tökdürmüşdür, tökmə torpağın mexaniki vasitələrdən başqa təbii yolla da bərkiməsini gözləmişdir. Adi tikintidən fərqli olaraq binanın bünövrəsinə daha çox karkaz və beton işlədilmişdir və ən əsası isə iddiaçının tikintini davam etdirməsinə rayon rəhbərliyi mane olmuşdur. Əslində, Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsində tikintiyə başlamaq müddətini nəzərdə tutulan tələblər pozulmamışdır. ”Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.13 və digər bəndlərində İHB-nin əvvəl verdiyi sərəncamı ləğv etmək səlahiyyəti göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71.1-ci maddəsində göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
6. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, Qobustan şəhər sakini İddiaçı Ayət oğlu tərəfindən Bakı-Şamaxı avtomobil yolunun sağ tərəfində Qobustan şəhəri ərazisində tikinti aparıldığı aşkarlanmışdır. Həmin əraziyə baxış keçirilərkən vətəndaş tərəfindən qanunsuz olaraq Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsində tikinti aparıldığı müəyyən ed ilmişdir. Vətəndaşdan tikinti aparmaq üçün lazımı sənədlər təqdim etməsi tələb olunmuşdur. Lakin vətəndaş tikinti aparılan torpaq sahəsinə aid olmayan başqa əraziyə aid olan sənədlər təqdim etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlərin tikinti apardığı ərazidən 70 metr cənubda yerləşən torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Vətəndaşa onun tərəfindən tikinti aparılan torpaq sahəsinin Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu bildirilmiş, dərhal tikintinin saxlanması üçün məlumat verilmişdir. Vətəndaşa ərazinin əvvəlki vəziyyətə gətirilməsi tövsiyə olunmuş və akt tərtib edilmişdir. Tərəflərindən dəfələrlə adı qeyd olunan vətəndaşa zəbt olunmuş torpaq sahəsini boşaldaraq ərazini əvvəlki vəziyyətə gətirməsi təklif edilsə də, vətənda ş bu bildirişlərə məhəl qoymamışdır. Həmin tikilinin qanunsuz olaraq (zəbt olunmuş) tutulmuş torpaq sahəsi üzərində tikildiyi, bununla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 49, 55, 60, 64, 67-ci maddələrinin tələblərinin pozulduğu, həmin Məcəllənin 73-cü maddəsinin birinci bəndinin 1, 4, 6, 7 və 9-cu abzaslarının tələblərinə uyğun olaraq torpaqdan düzgün istifadə olunmamasını nəzərə alaraq, qanunsuz zəbt olunan torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsinin təmin olunması məqsədi ilə Qobustan rayon məhkəməsinə müraciət olunmuşdur. Qobustan rayon məhkəməsi onların haqlı olduğunu və İddiaçı verilmiş 27 oktyabr 2015-ci il tarixli Sərəncam təyinatı üzrə aparılmadığı üçün 18 iyun 2019-ci il tarixli 047/1 nömrəli sərəncamla ləğv e dilməsini nəzərə alaraq İddiaçı tərəfindən aparılmış tikintinin sökülməsi ilə bağlı 2(026)-157/2019 saylı qətnamə çıxarmışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2-1(118)-409/2020 saylı qərarı ilə (hakim: İ.R.Quliyev) iddia təmin edilmiş, Cavabdeh1 18 iyun 2018-cu il tarixli, 047/1 saylı Sərəncamı ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinə dair hüquq verən sənədləri dövlət qeydiyyatına aldırmadan tikintiyə icazə verilməsi ilə bağlı müraciət edərək, müəyyən risk almışdır. Belə ki, hazırkı mübahisə ilə əlaqəli olan Qobustan bələdiyyəsində iddiaçının olduğu qanunsuz tikilinin sökülməsi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur və yaranmış mübahisənin tam həlli torpaq sahəsinin hüquqi rejimindən və onun üzərindəki hüquql arın məxsusluğundan əsaslıdır. Lakin qanunvericiliyə əsasən cavabdeh inzibati orqanın qərarlarına maraqlı şəxsin etimadı qorunduğuna görə, mübahisələndirilən sərəncamın cavabdehin istinad etdiyi, iddiaçının qanunsuz hərəkətləri əsası ilə ləğv edilməsi yolverilməzdir.
9. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-48/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və F.Ə.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 202 0-ci il tarixli, 2-1(118)-409/2020 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinə dair hüquq verən sənədləri olmadan tikinti işləri aparmasını və yaranmış mübahisənin tam həllinin torpaq sahəsinin hüquqi rejimindən və onun üzərindəki hüquqların məxsusluğundan asılı olduğunu qeyd etsə də, həmin istiqamətdə heç bir araşdırma aparmamış, iddiaçı barədə xx.xx.2015-ci il tarixli 099 saylı sərəncamın qəbul olunması üçün əsas olmuş ilkin sənədlərin məhkəməyə təqdim edilməsini tələb etməmiş və bununla da səhv hüquqi nəticəyə gəlmişdir.
12. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğ v edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1133/2021 nömrəli qərarı ilə (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-48/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. ç) birinci instansiyası məhkəməsində ikinci icraat
14. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-404 qərardadı (hakim C.B.Məmmədov) ilə iddia mümkün sayılmamışdır.
16. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2022-ci il tarixli, 2-1(105)-295/2022 nömrəli (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/ H.Ç.Babayeva və F.Ə.Məmmədov) qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. e) birinci instansiyası məhkəməsində üçüncü icraat
18. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-1888/2022 nömrəl i (C.B.Məmmədov) qərarı ilə iddia təmin edilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 099 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncamında mübahisə predmeti olan torpaq sahəsinin İddiaçı məxsus olmasının göstərilməsinə baxmayaraq həmin torpaq sahəsinin İddiaçıla bağlı heç bir bağlılığı yoxdur. Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.3.1-ci maddəsinə əsasən tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edilərkən ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti və tikinti layihəsi təqdim edilməlidir. Lakin Qobustan rayon Dövlət Arxivinin məhkəməyə təqdim etdiyi 18 yanvar 2022-ci il tarixli 001 saylı məktu bundan məlum olmuşdur ki, Cavabdeh1 099 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncamının verilməsinə əsas olmuş sənədlər arxivdə mövcud deyil. Tələb olunan sənədlərin müvafiq sərəncamın verilməsi zamanı təqdim edilməməsi həmçinin işin araşdırılan hallarından məlum olmuşdur. Göründüyü kimi Cavabdeh1 099 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncamı özü özlüyündə qanunsuz inzibati aktdır.
20. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ə) apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cti il tarixli, 2-1(105)-30/2023 nömrəli (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/ H.Ç.Babayeva və F.Ə.Məmmədov) qərarı ilə iddiaçının apely asiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(118)-1888/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin istər istinad edilən 75.3.1ci maddəsi, istərsə də iddiaçıya müvafiq tikintinin aparılmasına icazə verildiyi xx.xx.2015-ci il tarixdə qüvvədə olan 75.2.1-ci maddəsinin tələbinə görə tikintiyə icazə almaq üçün sifarişçi tikintinin həyata keçiriləcəyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi təqdim etməlidir. Lakin iş materiallarında belə bir sənəd mövcud deyildir, eyni zamanda iddiaçı da inşasına başladığı tikiliyə dair mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən hər hansı sənədi məhkəmə araşdırması zamanı təqdim etməmişdir. İddiaçının istinad etdiyi Qobustan Bələdiyyəsinin 15 may 2006-cı il tarixli, 05 nömrəli qərarı yalnız Qobustan Bələdiyyəsinin alğı-satqı predmeti olan 120 m2 torpaq sahəsinin İddiaçı sahibkarlıq məqsədilə satılması ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədədir və hazırkı prosesə üçüncü şəxs qismində cəlb edilmiş Qobustan Bələdiyyəsinin səlahiyyətli nümayəndəsinin izahatlarından müəyyən olunur ki, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması baş tutmadığından torpaq sahəsinin iddiaçıya satılması da mümkün olmamış, sonradan iddiaçının müraciəti əsasında ona digər ərazidən 0.12 ha torpaq sahəsi icarəyə verilmişdir ki, iddiaçının tikinti apardığı torpaq sahəsi də icarəyə verilmiş torpaq sahəsində yerləşmir.
23. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cti il tarixli, 2-1(105)-30/2023 nömrəli qərarını ləğv edib iddianın təmin edilməsi və ya yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətində qeyd edilir ki, tikilinin sökülməsi tələb olunan torpaq sahəsi Qobustan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə ona ayrılmışdır və rayon İHB xx.xx.2015-ci il tarixli 099 saylı sərəncamı ilə həmin ərazidə İH Başç ısı aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında müasir üslubda sahibkarlıq obyekti tikilməsinə icazə verilmiş və o, da baş memarın razılaşdığı layihə əsasında tikinti aparmağa başlamışdır.
25. Hər hansı bir şəhərin baş planı bir neçə il üçün yox, uzun müddət üçün şəhərdə aparılacaq tikinti işlərini (onların yerləşdiyi ərazi göstərilməklə) tərtib və təsdiq olunur. Əgər mübahisələndirilən torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuşdursa, Qobustan bələdiyyəsi nə üçün həmin ərazini boş ərazi kimi ona ayırırdı və Qobustan rayon İH başçısı 099 saylı xx.xx.2015-ci il tarixli sərəncamla o ərazidə tikinti aparılmasına icazə verirdi.
26. Qobustan şəhərinin baş planında sonradan dəyişiklik edilərək əvvəlcədən ona verilmiş torpaq sahəsində avtovağzal tikilməsi nəzərdə tutulubsa da belə, bu əsasla həmin torpaq sahəsi ondan alına bilməz.
27. Azərbaycan Respublikası MM-nin 246-cı maddəsi, “Dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması haqqında” Qanunun 3.1-ci maddəsində torpağın alına biləcəyi dövlət ehtiyaclarının konkret siyahısı göstərilib və avtovağzal tikintisi həmin siyahıya aid deyildir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilir ki, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanununda nəzərdə tutulmuş hallarda alına bilər. Qobustan rayonu 29 ildir ki, yaradılmışdır. Avtovağzal tikintisi şəhərin baş planında nəzərdə tutulmuş olsaydı, belə mühüm obyekt bu uzun müddət ərzində tikilmiş olardı.
28. Qobustan şəhərinin baş planında mübahisələndirilən torpaq sahəsi sərəncamda göstərildiyi kimi avtovağzal üçün nəz ərdə tutulmuşdusa, Baş plan rayon məhkəməsinə təqdim olunmalı idi. Lakin məhkəməyə nəinki baş plan, avtovağzal tikintisi nəzərdə tutulan heç bir sənəd təqdim olunmamışdır.
29. Qobustan şəhərində, Şamaxı-Bakı yolunun sağ hissəsində ona ayrılmış 192 kv.m torpaq sahəsində tikinti işinin aparılmasına əsas Cavabdeh1 Başçısının 27 oktyabr 2015-ci il tarixli 099 saylı sərəncamı olmuşdur.
30. Müvafiq razılaşmalar alındıqdan sonra eskiz layihəsi əsasında həmin ayrılan sahədə tərəfindən tikinti işi aparılmış, qeyd edilən ərazi tikinti üçün nahamar olduğundan 300 yük maşını ilə həmin sahəyə torpaq tökülmüş və yararlı bir vəziyyətə gətirilmişdir. Tikilinin özülü dəmir karkaslarla atılmış, 30 kub-a yaxın beton tökülmüş və 5 lay qoşa mişar daşından hörgü işləri aparılmışdır.
31. Lakin həmin ərazidə qanu ni əsaslarla tikinti işi aparmağına və bunun üçün böyük məbləğdə vəsait sərf etməyinə baxmayaraq buna rəsmi qaydada icazəsi alınmış Cavabdeh1 tikintinin dayandırılmasına göstəriş vermiş və bu əsassız tələbini bir neçə bəhanələr gətirməklə izah etməyə çalışmışdır. İddiaçıya ünvanladıqları cavabları da birbirindən fərqli olmuşdur. Belə ki, birinci cavablarında həmin ərazinin guya meşə fonduna düşdüyü, digər cavabda isə bu sahənin Bakı-Qazax yolunun mühafizə zolağına düşdüyü bildirilir. Lakin bir neçə müddətdən sonra isə verdikləri cavablarından isə belə aydın olur ki, guya 90-cı illərdə Qobustan rayonu ayrıca inzibati rayon statusu aldığı vaxt tərtib edilmiş plana əsasən həmin ərazi Avtovağzal kompleksi üçün nəzərdə tutulubmuş, faktiki olaraq bütün bunlar bir bəhanə olmuş, burada şəxsi maraq lar əsas götürülmüşdür. Məhz bu maraqlar baxımından çıxış edən Cavabdeh1 onun xəbəri olmadan 18 iyun 2018-ci ildə 047/1 saylı sərəncam verməklə əvvəlki-ona tikintiyə icazənin verilməsini nəzərdə tutan 27 oktyabr 2015-ci il tarixli 099 saylı sərəncamı ləğv etmiş və bunu AR Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1 və 95.1.1-ci maddələri ilə əsaslandırmışdır.
32. Həmin normaya görə guya o, qeyd edilən ərazidə vaxtında tikinti işi aparmamışdır. Halbuki bu ərazidə magistral yol çəkilişi 2016-cı ildən 2018-ci ilədək aparılmış və bu səbəbdən də ona tikinti aparmağa icazə verilməmişdir. Bildirilmişdir ki, həmin yol tikintisi başa çatdıqdan sonra o tikintini apara bilər. Bundan başqa həmin ərazidə tikinti işlərinə 2018-ci ildə yolun salınması başa çatdıqdan sonra başlamış və təxminən 8 ay həmin ər azidə işlər getmişdir.
33. Qeyd edilən ərazi cavabdeh təşkilatın və bələdiyyə nümayəndələrinin gündəlik işə gediş-gəliş yolları olduğu halda bu 8 ay ərzində bir dəfə də olsun ona onlar tərəfdən xəbərdarlıq edilməmiş, əksinə tikinti başlayan vaxt şəxsən icra başçısı Adil Məmmədov gələrək ona xeyir-dua vermişdir.
34. Lakin icra hakimiyyətinin vermiş olduğu öz sərəncamını 3 ildən sonra birtərəfli olaraq ləğv etməsi qanuna zidd olmuş, digər tərəfdən bu tikinti işlərinin bir qədər ləngiməsi üzrlü səbəblərlə bağlı idi.
35. Bu hallar da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Əgər qarşı tərəf tikinti işlərinin ona ayrılan sahədə deyil, bir qədər başqa sahədə aparıldığını bildirirsə, əvvəla bunu sübut etməlidir, digər tərəfdən bu məsələyə də artıq baxılmış və aydınlıq gətirilmişdir, bel ə ki, AR DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndələri həmin əraziyə dəvət edilmiş və JPS qurğusu vasitəsilə əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qobustan rayon Bələdiyyəsinin qərarına əsasən ona tikinti üçün ayrılan torpaq sahəsi ilə faktiki tikinti gedən sahə üst-üstə düşür, yəni burada zəbt olmadan söhbət gedə bilməz və bu barədə məhkəməyə rəsmi arayış da təqdim olunmuşdur.
36. Bundan başqa “Avtomobil Yolları” Dövlət Agentliyi də iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və bu təşkilat da həmin obyektin mühafizə zolağına düşmədiyini bildirmişdir.
37. Şikayət əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanin 1 sayli Protokolunun 1-ci maddəsinə istinad edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə
75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları (iddiaçıya müvafiq tikintinin aparılmasına icazə verildiyi xx.xx.2015-ci il tarixdə qüvvədə olan, 05 mart 2019-cu il tarixli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiyada): 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.1-1. Sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icr a hakimiyyəti orqanının yaratdığı quruma müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.2.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.2.2. tikinti layihəsi; 75.2.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti. 75.3. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdi m edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. 75.4. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən t ikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum iradların olmaması prezumpsiyasından çıxış edir. 75.4-1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilm əsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.5. Sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir. 75.6. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina ed ilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədi ilə tikintiyə icazədə siyahısı və tətbiqi halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən əlavə şərtlər də nəzərdə tutulur. 75.7. Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısı və tətbiqi halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda tikinti işlərinin başlanmasına əsas xüsusi nişan hesab edilir. Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Bu Məcəllənin 75.3-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 75.8. Tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur. 75.9. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatı nın aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. 75.10. Tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 75.11. Tikintiyə və tikinti obyektinin istismarına icazələrin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Maddə
77. Tikintiyə icazənin qüvvədə olma müddəti 77.1. İcazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. 77.2. B u Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulmuş müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
41. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar mə hkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol ve rilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal bax ımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
43. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvəd ə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
47. Cavabdeh1 başçısının 27 oktyabr 2015-ci il tarixli sərəncamı ilə İddiaçı Qobustan şəhərində 192 kv.m ölçüdə Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında müasir üslubda sahibkarlıq obyekti tikilməsinə icazə verilmiş, Cavabdeh1 başçısının 18 iyun 2019-cu il tarixli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyəti başçısının 27 oktyabr 2015-ci il tarixli 099 nömrəli tikintiyə icazə verən sərəncamı ləğv edilmişdir. 18 iyun 2019-cu il tarixli sərəncamında iddiaçı tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi Cavabdeh1 başçısının Memarlıq və Tikinti Şöbəsinin müdiri - baş memar Məzahir Əliyevə tapşırılmışdır.
48. Apellyasiya məhkəməsinin mövqeyinə görə Şəhərsalma və Tikinti Məcəlləsinin istər istinad edilən 75.3.1-ci maddəsi, istərsə də iddiaçıya müvafiq tikintinin aparılmasına icazə verildiyi xx.xx.2015-ci il tarixdə qüvvədə olan 75.2.1-ci maddəsinin tələbinə görə tikintiyə icazə almaq üçün sifarişçi tikintinin həyata keçiriləcəyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüqu qunu təsdiq edən sənədi təqdim etməlidir. Lakin iş materiallarında belə bir sənəd mövcud deyildir, eyni zamanda iddiaçı da inşasına başladığı tikiliyə dair mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən hər hansı sənədi məhkəmə araşdırması zamanı təqdim etməmişdir. İddiaçının istinad etdiyi Qobustan Bələdiyyəsinin 15 may 2006-cı il tarixli, 05 nömrəli qərarı yalnız Qobustan Bələdiyyəsinin alğı-satqı predmeti olan 120 kv.m torpaq sahəsinin ona sahibkarlıq məqsədilə satılması ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədədir və hazırkı prosesə üçüncü şəxs qismində cəlb edilmiş Qobustan Bələdiyyəsinin səlahiyyətli nümayəndəsinin izahatlarından müəyyən olunur ki, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması baş tutmadığından torpaq sahəsinin iddiaçıya satılması da mümkün olmamış, sonradan iddiaçının müraciəti əsasında ona digər ərazidən 0.12 ha torpaq sahəsi icarəyə verilmişdir ki, iddiaçının tikinti apardığı torpaq sahəsi də icarəyə verilmiş torpaq sahəsində yerləşmir.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisə olunan 19 iyun 2019-cu il tarixli sərəncamda cavabdeh Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinə istinad etməklə iddiaçının aparmış olduğu tikilinin yarımçıq tikili olduğu qənaətinə gəlmişdir.
50. İddiaçı bildirmişdir ki, 2015-ci ildə tikintinin başlanmasına icazə aldıqdan sonra ona verilmiş torpaq sahəsi 4 metr dərinlikdə çuxur olduğundan həmin əraziyə təxminən 300 ağır yüklü avtomaşın torpaq tökdürmüşdür, t ökmə torpağın mexaniki vasitələrdən başqa təbii yolla da bərkiməsini gözləmişdir. Adi tikintidən fərqli olaraq binanın bünövrəsini daha çox karkaz və beton işlədilmişdir və ən əsası isə iddiaçının tikintinin davam etdirməsinə rayon rəhbərliyi mane olmuşdur.
51. Göründüyü kimi, iddiaçı özü də təsdiq etmişdir ki, o, 2015-ci ildə icazə aldığı tikintini başa çatdırmamışdır. Tikintinin davam etdirilməsinə rayon rəhbərliyinin mane olması barədə dəlillərinə dair mötəbər sübut təqdim etməmiş, oktyabr 2015-iyun 2019-cu il dövründə tikintiyə cavabdehin müdaxilə etməsinə dair işdə sübut mövcud olmamışdir.
52. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, ərazidə magistral yol çəkilişi 2016-cı ildən 2018-ci ilədək aparılmış və bu səbəbdən də ona tikinti aparmağa icazə verilməmiş, 2018-ci ildə yolun salınması başa çatdıqdan sonra tikinti işlərinə başlamış və təxminən 8 ay həmin ərazidə işlər getmişdir.
53. Ərazidə magistral yol çəkilişi ilə əlaqədar yolun çəkildiyi müddətdə cavabdehin iddiaçıya ayrılmış ərazidə tikintinin inşa edilməsinə maneçilik etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır.
54. Cavabdehin 19 iyun 2019-cu il tarixli sərəncamda istinad etdiyi Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinə görə icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir.
55. İşin hallarından görünür ki, iddiaçı 2015-ci ilin oktyabr ayında tikintisinə icazə verildiyi obyektin inşasını 3 il ərzində dayandırmış, 2019-cu ilin iyun ayınadək tikinti aparmamışdır. Bu səbəbdən tikintiyə icazə qü vvəsini itirmiş və bu da cavabdehin 18 iyun 2019-cu il tarixli sərəncamı ilə nəticələnmişdir.
56. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş 4.11.13-cü bəndində qeyd edilmişdir ki, “Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqə dar yaranan mübahisələrə baxmaq yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir.
57. Həm Əsasnamənin, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən normalarına görə cavabdeh mübahisəyə baxmaq və qəbul etdiyi sərəncamı ləğv etmək səlahiyyətinə malik olmuşdur.
58. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cü il tarixli, 2-1(105)-30/2023 nömrəli qərarı dəyiş