Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2517/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar söz: yaşa görə əmək pensiyasının təyin edilməsi, iş illərinin sosial sığorta stajına daxil edilməsi Giriş hissə: Hakimlər: Quliyev Zakir Müslim oğlu - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 03.06.1996-cı il tarixdən - 30.01.2006-cı il tarixədək Respublika Gigiyena və X4 rayon X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibatı orqanın üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)303/2019 saylı iş üzrə 21.05.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1957-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Göyçay rayon X1n alınmış 16.05.2019-cu il tarixli sorğuya cavab məktubunda iddianın 03.06.1996cı il tarixdən - 30.01.2006-cı il tarixədək qeyd edilən şöbədə dezinfektor işlədiyi, həmin şöbə tərəfindən bütün dövr uçun sosial sığorta ödəmələrinin ödənildiyini və borclarının qalmadığını bildirmişdir. Cavabdeh inzibati orqand an alınmış sorğuya cavab məktubunda Göyçay rayon Profilaktik Dezinfeksiya şöbəsinin 01.01.1995-ci il tarixdən - 01.10.2018-ci il tarixədək bütün rüblərdə (2004-cü ilin 3- cü rübü istisna olmaqla) işçilərə əmək haqqı hesablanmış və məcburi dövlət sosial sığorta haqları DSMFnin hesabına ödənildiyini bildirmişdir. 12.04.2013-cu il tarixdə saat 12-27 radələrində Göyçay rayon Dövlət İdarəetmə və Texnologiya kollecinin 2-ci mərtəbəsində yerləşən Göyçay rayon Profilaktik Dezinfeksiya şöbəsinin yerləşdiyi binada 50 kv.metr ərazi yanmışdır. İddiaçının adına açılmış ******* nömrəli əmək kitabçasının dublikatında soyadı “Həmidova”, şəxsiyyət vəsiqəsində soyadı "Rəhimova” qeyd edilmişdir: 29.10.1977-ci il tarixli 274345 nömrəli Göyçay rayonu Alpout kənd soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən iddiaçı X3 ilə nikaha daxil olduqdan sonra ərinin soyadını daşımışdır. Göyçay rayon Profilaktik Dezinfeksiya şöbəsinin 03.06.1996-cı il tarixli 12 nömrəli əmrlə iddiaçı 2 ay sınaq müddətinə dezinfektor vəzifəsinə təyin edilmiş, 13 nömrəli əmrlə 01.12.1997-ci il tarixdən əmək məzuniyyətinə buraxılmış, 15.01.1998-ci il tarixli 02 nömrəli əmrlə 15.01.1998-ci il tarixdən işə qayıtmışdır. O, 03 nömrəli əmrlə 01.07.1998-ci il tarixdən əmək məzuniyyətinə buraxılmış, 16 nömrəli əmrlə 13.08.1998-ci il tarixdən işə qayıtmış, 01.07.1999-cu il tarixdən əmək məzuniyyətinə buraxılmış. 16 nömrəli əmrlə 13.08.1999-cu il tarixdən işə qayıtmış, 20 nömrəli əmrlə 01.06.2000-ci il tarixdən əmək məzuniyyətinə buraxılmış, 06 nömrəli əmrlə 28.06.2000-ci il tarixdən işə qayıtmış, 09 n ömrəli əmrlə 01.06.2001-ci il tarixdən əmək məzuniyyətinə buraxılmış, 13 nömrəli əmrlə 16.07.2001-ci il tarixdən işə qayıtmış, 14 nömrəli əmrlə 01.06.2002-ci il tarixdən əmək məzuniyyətinə buraxılmış, 12 nömrəli əmrlə 15.07.2002-ci il tarixdən işə qayıtmış, 10 nömrəli əmrlə 18.07.2003-cü il tarixdə əmək məzuniyyətinə buraxılmış, 14 nömrəli əmrlə 01.09.2008-cü il tarixdən işə qayıtmış, 21 nömrəli əmrlə 15.12.2005-ci il tarixdən əmək məzuniyyətinə buraxılmış, 02 nömrəli əmrlə 30.01.2006-cı il tarixdən işə qayıtmış və həmin tarixdən ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçının 03.06.1996-cı il tarixdən 30.01.2006-cı il tarixədək Göyçay rayon X1 işləməsi adına açılmış ******* nömrəli dublikat əmək kitabçası, işləməsi və əmək məzuniyyətlərinə buraxılaraq işə qayıtması o cümləd ən işdən azad olunması Göyçay rayon Profilaktik Dezinfeksiya şöbəsinin 24.08.1995-ci və 09.09.1999-cu il tarixdə açılmış əmr kitablarında olan qeydlərlə təsdiq olunur. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı 29.06.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu 16.07.2018-ci il tarixli 52/03-2020 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, tələb olunan sosial sığorta stajını yoxlamaq mümkün olmadığından ona pensiya təyin edilmir. Belə ki, iddiaçının stajına dair sənədlər Dövlət Arxivinə təhvil verilməmiş və hüquqi ünvanları məlum deyildir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 26.01.1976-cı il tarixdən 01.06.1996-cı il tarixədək X5 tikişçi, 03.06.1996-cı il tarixdən 30.01.2006-cı il tarixədək Göyçay rayon X1 dezinfektor işləmi ş, işlədiyi illər əmək kitabçasında öz əksini tapmışdır. Bu səbəbdən də həmin illər onun sosial sığorta stajına daxil edilməlidir. Şöbənin anbarında yanğın nəticəsində 01.01.2008-ci il tarixədək olan bütün arxiv sənədləri yanaraq məhv olduğundan stajına dair sənədlər arxivə təhvil verilməmişdir. İddiaçı Cavabdehnə qarşı 03.06.1996-cı il tarixdən - 30.01.2006-cı il tarixədək Respublika Gigiyena və X4 rayon X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisad Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 07.03.2019-cu il tarixli iş № 2-1(84)-275/2019, (sədrlik edən hakim Rüfət Məcidov) qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdehin üzərinə iddiaçının 03.06.1996-cı il tarixdən - 31.12.2005-ci il tarixədək Göyçay rayon X1 dezinfektor işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.03.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 21.05.2019-cu il tarixli iş № 2-1(107)-303/2019 (hakimlər Mübariz Hüseynov sədrlik edən və məruzəçi, Gündüz Abbasov və Rövşən Rəfiyev) qərarı i lə birinci instansiya məhkəməsinin 07.03.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 saylı Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 mart 2000ci il tarixli 32 saylı Qərarı ilə təsdiq edilmiş "Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək haqqı cədvəlləri və əmək kitabçaları 75 il (yetmiş beş) saxlanılmalıdır. Lakin heç bir əsas olmadan X2 Şöbəsinin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Göründüyü kimi İddiaçı 03.06.1996-cı il tarixindən - 31.12.2005-ci il tarixədək Göyçay rayon X1 işləməsi faktını, Şöbədə y anğın baş verdiyi üçün əmrləri yoxlamaq mümkün olmamışdır. Bütün bunları apelyasiya instansiyası məhkəməsiqanunsuz olaraq nəzərə almamışdır. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 21 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. X üsusi olaraq qeyd edilməlidir ki, iddiaçı iddia tələbi ilə pensiyanın təyin edilməsi yox, işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, həm onun cavabdeh orqana müraciətindən, həm də cavabdehin cavabından görünür ki, iddiaçının istəyi (hüquqi marağı) məhz işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, pensiyanın pesablanmasıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 saylı Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 mart 2000-ci il tarixli 32 saylı Qərarı ilə təsdiq edilmiş "Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək haqqı cədvəlləri və əmək kitabçaları 75 il (yetmiş beş) saxlanılmalıdır. Lakin heç bir əsas olmadan X2 Şöbəsinin sənədlə ri Dövlət Arxivinə təhvil verilməmişdir. Göründüyü kimi İddiaçı 03.06.1996-cı il tarixindən - 31.12.2005-ci il tarixədək Göyçay rayon X1 işləməsi faktını, Şöbədə yanğın baş verdiyi üçün əmrləri yoxlamaq mümkün olmamışdır. Bütün bunları aapelyasiya instansiyası məhkəməsinin qanunsuz olaraq nəzərə almamışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, 23.09.1992-ciil tarixdə qəbul edilərək 01.01.1993-cü il tarixdən 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edildikdən sonra qanunvericilikdə müəyyən şərtlər əsasında iş stajının hesablanması qaydaları müəyyən edilmişdir ki, həmin qanunun 3-cü maddəsinin a) bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər AzərbaycanRespublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərtiilə əmək pensiyası almaq hüququ vardır. Həmin qanunun 67-ci maddəsində aşağıdakılar müəyyən olunmuşdur: -birinci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - üçüncü hissəsinə əsasən iş s tajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti: - səkkizinci bəndinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01.01.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin əsasnamənin 3-cü b əndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda. yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar. əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr. yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q" bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 01.01.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxs lərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının Göyçay rayon X1 dezinfektor işləməsi faktı mövcuddur, düzdür qeyd edilən Müəssisənin 1996-2006-cı illərə aid arxiv sənədlərinin yanması səbəbindən iddiaçıya əmək kitabçasının dublikatı verilmiş, bununla belə iddiaçının qeyd edilən müəssisədə işləməsi və həmin müəssisə tərəfindən sosial sığorta ödəmələrinin ödənilməsi ilə bağlı əlavə yoxlamalar aparılmış və bu faktlar öz təsdiqini tapmışdır. İddiaçının 03.06.1996-cı il tarixdən - 31.12.2005-ci il tarixədək Göyçay rayon X1 dezinfektor işləməsi faktının təsdiq edilməsi, lakin iddiaçının məzuniyyətdə olması səbəbindən 01.01.2006-cı il tarixdən 30.01.2006-cı il tarixədək işlədiyi müddət üzrə ona fərdi sosial sığorta hesabı açılmadığından həmin müddə tin sosial sığorta stajı kimi qəbul edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. İddiaçının 26.01.1976-cı il tarixdən - 01.06.1996-cı il tarixədək X5 tikişçi işləməsi (20 il 4 ay 5 gün) və 03.06.1996-cı il tarixdən 31.12.2005-ci il tarixədək Göyçay rayon X1 dezinfektor işləməsi (8 ıl 06 ay 28 gün) nəzərə alınarsa onun cəmi 28 il 11 ay 03 gün sığorta stajı mövcud olmuş olar. Beləliklə iddiaçının qanunvericiliyin tələbinə uyğun olaraq 25 il sığorta stajı mövcud olması müəyyən edilir. İş materiallarından göründüyü kimi, iddiaçı 31.12 1957-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa 10 mart 2017-ci il tarixli 543VQD nömrəli Azərbaycan Respublikasının Qanunla (“Azərbaycan” qəzeti. 03 may 2017-ci il, N
93. Azərbaycan Resp ublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5. maddə 676) edilən dəyişiklikdən sonra həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd” hissəsində müəyyən edilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayara q 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 31.12.2017-ci il tarixdə onun 60 yaşı tamam olmuş qeyd edilən Qanunun tələbinə görə iddiaçının pensiya yaşı 60 il 06 ay olmuş, ona görə də iddiaçının pensiya 31.06.2018-ci il tarixdə tamam olmuşdur. Ona görə də qeyd edilənlərə əsasən iddiaçının tələbində haqlı olması təsdiq edilir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 21.05.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tu taraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.05.2019-cu il tarixli 2-1(107)303/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.