Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2517/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 2-1(107)-5/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 51 nömrəli rəydə qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan mağaza binasının yerləşdiyi satılması nəzərdə tutulan mağazaaltı torpaq sahəsi 316 kv.m və ona bitişik torpaq sahəsi 458 kv.m olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətinə aidd ir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatında istifadə olunmayan torpaq sahəsi olmaqla l zonaya aiddir və həmin məqsəd üçün satılması qanunamüvafiqdir.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən sözügedən 774,4 kv.m torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir.
3. Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 nömrəli iclas protokolundan çıxarışa əsasən, iddiaçıya sahibkarlıq məqsədilə bələdiyyənin mülkiyyətinə aid, H.Əliyev küçəsindəki mağaza binasının altında və ətrafında yerləşən 774 kv.metr torpaq sahəsi satılmışdır.
4. İddiaçı tərəfindən həmin torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və tərəflər arasında xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısı na dair akt tərtib edilmişdir.
5. İddiaçıya satılmış həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən A 016446 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
6. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Oğuz şəhəri, H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi, Oğuz rayo n Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona satılmış 774 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Oğuz şəhəri, H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasına mülkiyyət hüququnun dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Daha sonra iddiaçının müraciəti əsasında həmin qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi 774 kv.m torpaq sahəsi Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona satmışdır. Sözügedən torpaq sahəsinə dair onun adına xx.xx.2007-ci il tarixli, A 016446 nömrəli “Torpaq sahəsinin planı və ö lçüsü sənədi” hazırlanmış və dövlət torpaq kadastrı kitabında 136 nömrə ilə uçota alınmışdır. İddiaçı müvafiq sənədləri təqdim edərək sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh qanunsuz və əsassız olaraq mürciətinin təmin edilməsindən imtina etmişdir.
9. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, sözügedən qeyriyaşayış binası xx.xx.2006-cı il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Lakin həmin torpaq sahəsi Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 nömrəli qərarı ilə iddiaçıya satılmışdır. Qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti olub-olmaması barədə verilmiş sorğuya cavabında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsi həmin torpaq sahəsinin dövlət mülkiyyəti olduğunu bildirmişdir. Sözügedən torpaq sahəsi 0,07576 hektardır, torpaq sahəsinin təyinatı dövlət torpaqlarına aid torpaqdır, mülkiyyətçisi dövlətdir, istifadəçisi isə iddiaçıdır.
10. Birinci instansiya məhkəməsi tərəfindən Oğuz rayon Oğuz bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişlər.
11. Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Oğuz şəhəri, H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının altında və ətrafında olan 0,0774 ha və ya 774 kv.m ölçüdə torpaq sahəsi sahibkarlıq məqsədilə satılmışdır. Odur ki, gələcəkdə məhkəmə tərəfindən qəbul ediləcək qərarlara tərəflərindən etiraz edilmir.
12. Birinci instansiya məhkəməsinin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya satılmış 774 kv.m (0,0774 ha) torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası (məqsədli istifadə növü) ictimai tikililər, mülkiyyət növü dövlətdir, iddia olunan torpaq sah əsi ilə iddiaçının adına tərtib edilmiş A 016446 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,0774 ha (774 kv.m) torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına görə yalnız 0,0152 ha hissəsi üst-üstə düşür. Eyni zamanda, müəyyən olunmuşdur ki, torpaq sahəsinin sənədlərdəki məkan göstəriciləri (yerləşmə, konfiqurasiya, koordinatları və həndəsi ölçüləri) ilə faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur.
13. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş 0,0765 hektar torpaq sahəsi, Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən Oğuz şəhər inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqları olmaqla dövlət mülkiyyətinə aid ərazidə yerləşir. Sözügedən 0,0765 hektar torpaq sahəsi iddiaçının istifadəsindədir. A 016446 nömrəli plan-ölçü sənədinin təsviri əsas götürülməklə, həmin sənəd ilkin yerquruluşu sənədi ilə uyğunluq təşkil edir. İddia olunan torpaq sahəsinin ilkin yerquruluşu planında qeyd edilmiş torpaq sahəsi A 016446 nömrəli plan-ölçü sənədinin təsvirində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür.
14. Şəki İnzibati Məhkəməsinin (hakim: Vüqar Musayev) 15 mart 2023-cü il tarixli, 2-1(116)-30/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 nömrəli qərarı ilə satılmış 774 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını və bələdiyyənin qərarı ilə özünə satılmasını bildirir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətindədir. Odur ki, bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsassız olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1ci maddəsinin tələbləri baxımından bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqların xüsusi mülkiyyətə verilməsinə səlahiyyəti vardır. İddia olunan torpaq sa həsi isə, sözügedən torpaq sahələrinə aid olmadığından Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 nöməli qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas ola bilməz.
16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədə qeyd edilmişdir ki, iddiada qeyd edilmiş 0,0765 ha torpaq sahəsi Oğuz şəhəri ərazisində torpaq islahatı aparılan zaman dövlət mülkiyyətinə aid edilmişdir. Torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilən torpaq sahələrinə dair hüquqi və ya texniki sənədlər tərtib edilmişdir. Sözügedən torpaq sahəsi islahat xəritəsində dövlət mülkiyyəti kimi qeyd edilsə də, həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici və ya texniki sənədlər tərtib edilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mütəxəssislərin iştirаkı ilə Oğuz şəhəri, H.Əliyev küçəsində yerləşən sözügedən 774 kv.m torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, əsas yoldan torpaq sahəsinə daxil olan zaman sahənin sağ tərəfində 1 mərtəbəli çay evi kimi fəaliyyət göstərən çıxarışla iddiaçının adına rəsmiləşdirilmiş tikili və həmin tikilinin arxa tərəfində çardaqlar vardır. Torpaq sahəsi çay daşı ilə hasarlanmış və ətrafında yaşayış evləri mövcuddur.
19. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında 0,01503 ha torpaq sahəsi və həmin torpaq sa həsində yerləşən 105,3 kv.m fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
20. Həmçinin həmin məktuba əlavə edilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
21. Həmçinin həmin məktuba əlavə edilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 157,5 kv.m fərdi yaşayış evi üzərində Şukurov Radixanın mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Vəzirxan Məlikov və Tural Həsənov) 22 may 2024-cü il tarixli, 2-1(107)-5/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayə ti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdehin üzərinə Oğuz şəhəri, H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi, Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya satılmış 774 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq və iş materiallarına əlavə edilmiş sənədlərə, mübahisə predmeti olan torpaq sahəsinə keçirilmiş yerli baxışa, məhkəmə tərəfindən verilmiş sorğularla bağlı cavablara, habelə aparılan araşdırmanın nəticələrinə istinad edərək qeyd etmişdir ki, iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz bələdiyyəsi iddiaçıya iddia predmeti olan 774 kv.m torpaq sahəsinin satılmasını etiraf edir. Həmçinin, həmin torpaq sahəsinin iddiaçıya satılan zaman bələdiyyənin mülkiyyətində olduğunu bildirir. İddiaçıya satılmış torpaq sahəsi başqa mülkiyyətçilərin torpaq sahəsi ilə üst-üstə düşmür və onların hüquqlarını pozmur. Habelə birinci instansiya məhkəməsinin qərarından Oğuz bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilməmişdir
24. Bundan başqa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 51 nömrəli rəydən də göründüyü kimi, iddiaçının mülkiyyətində olan mağaza binasının satılması nəzərdə tutulan mağazaaltı torpaq sahəsi 316 kv.m və ona bitişik torpaq sahəsi 458 kv.m olmaqla Oğuz bələdiy yəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatında istifadə olunmayan torpaq sahəsi olmaqla İ zonaya aiddir və həmin məqsəd üçün satılması qanunamüvafiqdir. 25. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan, mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması səbəbi ilə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mübahisə predmeti olan 774 kv.m torpaq sahəsinin dövlət mülkiyyətində olmasını bildirsə də, bununla əlaqədar hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir.
26. Həmçinin iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə qiymət verməmiş və bu səbəbdən də iddia tələbini rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir.
27. Cavabdeh və üçüncü şəxs Azərbayc an Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətlərinin dəlilləri
28. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri təşkil edir.
29. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayətinin dəlilləri cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikasının Mülk i Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başq asına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qa nunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 33. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilən tarixdə qüvvədə olan redaksiyada) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azə rbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sah ənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. 34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkət lərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayə t həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayətləri mümkündür. Şikayətl ər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edi lməmişdir.
39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
42. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normaların ın tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
43. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından mübahisəli sahənin yerləşdiyi ərazidə qonşu torpaq sahələri sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunduğu görünür.
44. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılı r. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
45. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin də davranışını müəyyən edir. Baş qa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilmə z olduğu da nəzərə alınmalıdır.
47. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 21(107)-5/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.