Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2519/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinə qarşı “ailə başçısının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 may tarixli 2-1(107)-296/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1976-cı il.xx.xx. tarixində anadan olmuş, 1995-ci il.xx.xx. tarixdə 1967-ci il təvəllüdlü x2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından iki övladları vardır. İddiaçının əri x2 2017-ci il 22 dekabr tarixdə vəfat etmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 24 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna görə arxiv arayışına əsasən iddiaçıya ailə başçısını itirən kimi əmək pensiyası hesablamaq qanuna müvafiq deyil. İddiaçı 2018-ci il 17 oktyabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mərhum əri x2nun 1985-ci il 21 avqust tar ixdən 1985-ci il 25 oktyabr tarixədək Göyçay rayon RTS-də və 1988-1995-ci illərdə Göyçay rayon Alpoud kənd “Nəsimi” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci il.xx.xx. tarixdə x2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 1996-cı il 3 iyun və 2001-ci il 18 yanvar təvəllüdlü uşaqları var. 2017-ci il 22 dekabr tarixdə ailə başçısı İkram Hüseynov vəfat etdikdən sonra iddiaçı ailə başçısını itirmiş şəxs kimi əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədlərlə rəsmi olaraq cavabdehə müraciət etmişdir, lakin cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdehin etirazları: Cavabde h iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, mərhum İkram Hüseynovun 1985-ci il 21 avqust tarixdən 1985-ci il 25 oktyabr tarixə kimi Göyçay rayon RTS-də və 1988-1995-ci illərdə Göyçay rayon Alpoud kənd “Nəsimi” adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən həmin müddətlər sığorta stajına daxil edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 mart tarixli 2-1(84)-83/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının mərhum əri x2nun 1985-ci il 21 avqust tarixdən 1985-ci il 25 oktyabr tarixədək Göyçay rayon RTS-də və 1988-1995-ci illərdə Göyçay rayon Alpoud kənd “Nəsimi” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyul muşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum əri x2nun mübahisələndirilən dövrlərdə işləməsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialı tərəfindən verilmiş 2018-ci il 31 oktyabr tarixli, 466 və 467 nömrəli arxiv arayışları ilə təsdiq olunur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və onun xeyrinə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 may tarixli 2-1(107)-296/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia digər əsaslarla təmin olunmuş,mərhum x2nun 1985-ci il 21 avqust tarixdən 1985-ci il 25 oktyabr tarixədək Göyçay rayon RTS-də və 1988 -1995-ci illərdə Göyçay rayon Alpout kənd “Nəsimi” adına kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 2001-ci il təvəllüdlü övladı ali məktəbdə əyani təhsil aldığından, bununla da ailə başçısını itirməyə görə onun hüququ yarandığından, iddiaçının hazırkı məzmunda iddianı irəli sürməyə hüquqi marağı məhz həmin əsasdan irəli gəlmiş, birinci instansiya məhkəməsi isə işin bu halını nəzərə almamışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 30 may tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 27 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Ka ssasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada ə saslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, mərhum İkram Hüseynovun 1985-ci il 21 avqust tarixdən 1985-ci il 25 oktyabr tarixə kimi Göyçay rayon RTS-də və 1988-1995-ci illərdə Göyçay rayon Alpoud kənd “Nəsimi” adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən həmin müddətlər sığorta stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası mübahisələndirilən illərə dair iş stajının arxiv arayışı ilə təsdiq olunduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və mübahisələndirilən 1985-1990-cı illərdə qüv vədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1972-ci il 3 avqust tarixli, 590 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 117-ci maddəsinin “q” bəndinə, SSRİ Nazirlər Kabinetinin 1990-cı il 24 avqust tarixli, 848 №-li Qərarı ilə təsdiq edilmiş və mübahisələndirilən 1990-1991-ci illərdə qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları”nın 1-ci bəndinə əsasən, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda iş stajı arxiv müəssisələrinin arayışları ilə təsdiq olunur. 1992-ci ildə qəbul edilmiş və mübahisələndirilən 1992-1995-ci illər üzrə əmək fəaliyyəti dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqq ında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı ü çün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası b arədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Normaların tələbindən göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar və digər sənədlər nəzərə alınır. Şahid ifadələrindən isə yalnız o hallarda istifadə olunur ki, əmək fəaliyyəti barəsində sənəd olmasın və ya həmin sənədi bərpa etmək mümkün olmasın. Burada, “sənəd” dedikdə, qanunverici təkcə əmək kitabçasını (iş stajını sübut edən əsas sənədi) deyil, yuxarıda qeyd edilən digər sənədləri də (o cümlədən, arayışı və s.) nəzərdə tutur. Digər tərəfdən, cavabdehin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Həmin normaya görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibat i icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının təqdim etdiyi arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 may tarixli 2-1(107)-296/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qət
Məhkəmə qərarları › İş №2-1(102)-2519/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2519/2019
04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver