Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2519/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi; döyüşə ezam olunma barədə sübut yox Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qo yulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(107)-187/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərdə iddiaçının keçmiş Çexoslovakiya Respublikasında baş vermiş münaqişədə döyüş tapşırığının icrası ilə bağlı iştirakı qeyd edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqi qləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən 03 may N68-ci il tarixdə həqiqi hərbi xidmət keçmək üçün çağırılmış və 18 may N68-ci ildən 6 iyun N70-ci il tarixə kimi keçmiş SSRİ-nin N saylı hərbi hissəsində sıravi sürücü kimi hərbi xidmətdə olmuşdur. Xidmət etdiyi N saylı hərbi hissə N avqust N68-ci ildən 12 noyabr N68-ci ilədək keçmiş Çexoslovakiya Respublikasının ərazisində yerləşdirilmişdir. Hərbi hissənin xidmət kitabçasında göstərilmişdir: «N avqust N68-ci ildə diviziyanın tərkibində olan alay tam döyüş hazırlıq vəziyyətinə gətirildi və ÇSSR-in dövlət sərhədini k eçmək və qardaş Çexoslovakiya xalqına sosializmin müdafiəsində kömək etmək əmri verildi». Bundan başqa, hərbi hissə komandirinin N sentyabr N68-ci il tarixli 71 nömrəli əmrində göstərilmişdir: Zabitlər, serjantlar və əsgərlər qardaş Çexoslovakiya xalqına daxili əksinqilabi qəsdlərdən müdafiə üçün mərdlik və ləyaqətlə kömək göstərirlər. xx.xx.N68-ci il tarixli N nömrəli əmrdə isə hərbi hissənin şəxsi heyətinin özünün vətənpərvərlik və beynəlxalq borcunu şərəflə yerinə yetirməsi göstərilmişdir. SSRİ Müdafiə Nazirinin əmri ilə bütün şəxsi heyətə təşəkkür elan edilmişdir. Göründüyü kimi, məhkəməyə təqdim etdiyi sənədlərdə onun Çexoslovakiya Respublikasının ərazisində aparılan hərbi əməliyyatlarda iştirak etməsi təsdiq olunur.
4. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 14 dekabr 2023-cü il tarixli, 21(116)-2348/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmuşdur.
5. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçı 3 may N68-ci il tarixində Azərbaycan SSR Mingəçevir ŞHK tərəfindən orduya çağırılmış, 18 may N68-ci ildən - 6 iyun N70-ci il tarixinə kimi N saylı sahə poçtu hərbi hissəsində motoatıcı alayının sürücüsü vəzifəsində “siravi” hərbi dərəcəsində həqiqi təcili hərbi xidmət keçmişdir. Rusiya Federasiyası Ədliyyə Nazirliyi "xxxx" X1 Ədliyyə Nazirliyi beynəlxalq əməkdaşlıq idarəsi müdirinə ünvanlamış Rusiya Federasiyası MN Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli xx/xx-6960 №-li məktubu ilə müəyyən edilir ki, o, N a vqust N68-ci ildən 12 noyabr N68-ci il tarixədək ÇSSR ərazisində N saylı sahə poçtu hərbi hissəsində yerləşdirilmişdir. N avqust N68-ci ildə diviziyanın tərkibində olan alay tam hazırlıq vəziyyətinə gətirilmiş və ÇSSR-in dövlət sərhədini keçmək və sosializmi fəth etməkdə qardaş Çexoslovakiya xalqına kömək etmək əmri verilmişdir. N saylı sahə poçtu hərbi hissə komandirinin N sentyabr N68-ci il tarixli 71 nömrəli əmrində göstərilmişdir ki, “...zabitlər, çavuşlar və əsgərlər cəsarət və ləyaqətlə qardaş Çexoslovakiya xalqına daxili əksinqilabın qəsdindən kömək edirlər”. Həmçinin, N saylı sahə poçtu hərbi hissə komandirinin N noyabr N68-ci il tarixli 95 saylı əmrində “...Hissənin şəxsi heyəti vətənpərvərlik və milli borcunu şərəflə yerinə yetirir” qeydi öz əksini tapmış, SSRİ müdafiə nazirinin 17 oktyabr N68-ci il tarixli 242 nömrəli əmrinə görə, Çexoslovakiyada sosialistik fəthlərin müdafiəsi üzrə milli borcunu yerinə yetirməkdə iştirak edən bütün şəxsi heyətə tapşırıqların mükəmməl icrasına görə minnətdarlıq elan edilmişdir. Beynəlxalq humanitar hüquqa görə, beynəlxalq silahlı münaqişə müharibənin elan olunub olunmamasından, xarakterindən və tərəflərin müharibə vəziyyətini tanıyıb tanımamasından asılı olmayaraq iki və ya daha artıq dövlət arasında baş verən silahlı hərbi münaqişədir. Nəzərə alınmalıdır ki, iddiaçının iştirak etdiyi hərbi münaqişə - N avqust N68-ci ildə başlanan və “Dunay əməliyyatı” adlanan X2 qoşunlarının Çexoslovakiyaya daxil olması və işğalı ilə nəticələnmiş beynəlxalq silahlı münaqişə olmuşdur. Sovet mənbələrində baş vermiş hərbi münaqişə “Çexoslovakiya xa lqına daxili əksinqilabın qəsdindən kömək etmək, sosializmi fəth etməkdə qardaş Çexoslovakiya xalqına kömək etmək kimi” qələmə verilsə də, faktiki olaraq sözügedən hadisələrin hərbi münaqişə olması mübahisəsizdir. Sadəcə, Çexoslavakiyanın hərbi müqavimət gücü olmadığından və Çexoslavakiya ordusuna müqavimət göstərməmək əmri verildiyindən, SSRİ və müttəfiqlərinin qoşunları silah tətbiq etmədən işğalı başa çatdıra bilmişlər. Belə olan halda, iddiaçının başqa ölkələrin ərazisində gedən hərbi münaqişədə hərbi birləşmənin tərkibində iştirak etməsi sübuta yetirildiyindən cavabdeh orqan onun müraciətinin təmin olunmasından imtina etməkdə haqlı olmamışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş et mişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və T.H.Həsənov) 30 may 2024-cü il tarixli, 2 1(107)-187/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş arxiv sənədində iddiaçının Sovet Ordusunun N saylı hərbi hissəsinin tərkibində Çexoslovakiya Respublikasına ezam olunmasına və bilavasitə başqa ölkənin ərazisində gedən məhəlli müharibə və hərbi münaqişədə iştirak etməsinə dair hər hansı qeyd mövcud olmamışdır. İddiaçının “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğu kimi, başqa bir ölkənin ərazisində gedən məhəlli müharibə və hərbi münaqişədə iştirak etməsi sübut olunmur.
9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
10. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Çexoslovakiya Respublikasında xidmət etdiyi hərbi hissədə olması, hərbi münaqişədə iştirak etməsi barədə kifayət qədər sübutlar təqdim etmişdir. Əgər məhkəmədə hər hansı bir şübhə var idisə, sorğular yazıb sübutlar toplayar və ətraflı araşdırma apara bilərdi. Lakin bunları et mədən əsassız qərar qəbul etmişdir. 18 may N68-ci ildən 06 iyun N70-ci ilədək keçmiş SSRİ-nin N saylı hərbi hissəsində sıravi sürücü kimi hərbi xidmətdə olmuş, xidmət etdiyi hərbi hissə xx.xx.N68-ci ildən xx.xx.N68-ci ilədək keçmiş Çexoslovakiya Respublikasının ərazisində yerləşdirilmişdir. Həmin vaxt Çexoslovakiyanın ərazisində gedən hərbi münaqişədə hərbi birləşmənin tərkibində iştirak etmişdir. Hərbi münaqişədə xidmət etdiyi hərbi birləşmənin tərkibində iştirak etməsi məhkəməyə təqdim etdiyi sənədlərlə tam sübuta yetir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Si lahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. (2 abzas). Başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə - təsdiqedici s ənədlərə əsasən Müharibə veteranı adı verilir.... Bənd
2. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir....
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kass asiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstəri lmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələl ərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qe yd edir ki, iddiaçının Sovet Ordusunun N saylı hərbi hissəsinin tərkibində Çexoslovakiya Respublikasına ezam olunmasına və bilavasitə başqa ölkənin ərazisində gedən məhəlli müharibə və hərbi münaqişədə iştirak etməsinə dair hər hansı qeyd mövcud olmamışdır. Başqa sözlə, iddiaçının “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğu kimi başqa bir ölkənin ərazisində gedən məhəlli müharibə və hərbi münaqişədə iştirak etməsi sübut olunmur.
21. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddianın hüquqi əsası kimi istinad olunan sənədlər iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.
22. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2 1(107)-187/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.