Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-252/2021 02.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: bağ sahəsinə dair çıxarış və plan ölçünü verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2020-ci il tarixli, 2-1(103)1338/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və İstismarı Birliyi Pirşağı bağlar sahəsindəki 218 nömrəli kooperativin *** nömrəli orderi ilə iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin 21.10.1992-ci il tarixli, *** nömrəli qərarına əsasən Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan *** nömrəli bağ ayrılmışdır.
2. İddiaçı cavabdehə orqana ərizə ilə müraciət edərək həmin bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsini xahiş et mişdir.
3. Cavabdeh 13.11.2019-cu il tarixli, *** nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, bağ sahəsi digər şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq var. Belə ki, 1129 “J” nömrəsi sxematik xəritədə əks olunmayıb və göstərilən ərazinin qonşuluqları “1142” ilə başlayan nömrələrdir. Həmçinin, göstərilən sahənin bir hissəsi digər şəxsin müraciəti olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəh ər İcra Hakimiyyəti Başçısının 21.10.1992-ci il tarixli, *** saylı Sərəncamına uyğun olaraq Ünvan1 *** saylı orderə əsasən 218 saylı BTK-nın nəzdində 0,12 ha ibarət olan *** saylı bağ sahəsinə dair adına çıxarışın və kadastr planının hazırlanıb verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21 oktyabr 1992-ci il tarixli, *** saylı Sərəncamına uyğun olaraq Ünvan1 *** saylı orderə əsasən 218 saylı BTKnın nəzdində 0.12 ha ibarət olan *** saylı bağ sahəsi onun istifadəsinə verilmiş və bu günə kimi istifadəsindədir. Bağ sahəsinin ətrafında əksər qonşular istifadəlrində olan bağ sahələrinə çıxarış almışlar. Bu səbəbd ən də, o, 15.10.2019-cu il tarixdə rəsmi olaraq Ünvan1 *** saylı orderə əsasən 218 saylı BTK-nın nəzdində 0.12 ha ibarət olan *** saylı bağ sahəsinə mülkiyyət hüququna dair çıxarış verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmişdir. Müvafiq icra hakimiyyəti orqanı olan cavabdeh müraciətinə 13 noyabr 2019-cu il tarixdə *** saylı cavab məktubu ilə əsassız olaraq torpaq sahəsinə çıxarış və kadastr planını verməkdən imtina etmişdir. Müraciətinə verilən cavabın məzmunundan da göründüyü kimi imtina üçün tutarlı heç bir əsas yoxdur. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanuni və əsaslı hesab edilə bilməz.
6. Bakı İnzibati Məhkəməsinin 27.02.2020-ci il tarixli, 2-1(112)-2145/2020 saylı qərarı ilə (hakim – A.A.Abdullayeva) iddia tələbi təmin edilərək Bakı şəhər İcra Ha kimiyyəti Başçısının 21.10.1992-ci il tarixli, *** saylı Sərəncamına əsasən Ünvan1 *** saylı orderə əsasən 218 saylı BTK-nın nəzdində 0.12 ha ibarət olan *** saylı bağ sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə sahib olduğundan, cavabdehin iddiaçıya məxsus bağ sahəsinin onun adına hüquqi qeydiyyatının aparılması ilə bağlı hərəkətsizliyi qanunsuz və əsassızdır. Bundan başqa, cavabdeh iddiaçının müraciətindən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq olduğuna, eləcə də, göstəril ən sahənin digər şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşməsinə istinad edərək imtina etsə də, Qanunda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün konkret əsaslar göstərilməmişdir. Cavabdehin imtinası isə qeyd edilən hallardan heç birinə uyğun deyil. Bununla bağlı müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aiddir.
8. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 27.02.2020-ci il tarixli, 2-1(112)-2145/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2020-ci il tarixli, 21(103)-1338/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 27.02.2020-ci il tarixli, 2-1(112)-2145/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Məhkəmə qərarı 26.10.2020-ci il tarixində cavabdehə təqdim edilmişdir.
12. Məhkəmə qərarından cavabdeh 25.11.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2020-ci il tarixli, 21(103)-1338/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını cavabdehin imtina məktubunda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, göstərilən bağ sahəsinin bir hissəsinə digər şəxslər tərəfindən Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş sənədlər əsasında çıxarış verilməsi ilə bağlı İdarəyə müraciətlər olunmuşdur. Həmçinin, göstərilən bağ sahəsi digər şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşir. Göstərilən hallar əsassız olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanun vericilik normaları düzgün təfsir edilməmiş, iş materiallarında qeyd olunan əsaslar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir.
14. İşin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Pirşağı Bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və mübahisəli torpaq sahəsinə çıxarış verilməsi məqsədilə İdarəyə müraciət etmiş digər şəxslər məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaç ının vəkili Vəkil izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyat ı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq ed ən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 20. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübh ələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
22. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.
23. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
24. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orq an maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
27. Kassasi ya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Hazır kı qərarın 19-cu bəndində göstərilən normalardan görünür ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və inzibati orqanlar həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.
31. Daşınmaz əmlaka çıxarış və plan-ölçü sənədinin verilməsi tələbinə dair iddialarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi də bundan ibarətdir ki, belə işlərə baxarkən məhkəmələr ilk növbədə inzibati orqanın imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə uyğun olub-olmadığını araşdırmalıdır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.12.2020-ci il tarixli, 2-1(102)-1971/2020 nömrəli qərarı).
32. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görünür ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan və yuxarıda qeyd edilən əsaslara istinad etmədən iddiaçının ərizəsini təmin etməmişdir.
33. Halbuki, inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi.
34. Lakin cavabdeh hazırkı qərarın 21-24-cü bəndlərində göstərilən maddi hüquq normalarının tələblərinə zidd olaraq hər hansı araşdırma aparmadan (bu barədə cavabdeh h ər hansı sübut təqdim etmədi) hərəkətsizliyə yol vermiş və məhkəmə araşdırması zamanı iddia ilə razılaşmayaraq öz etirazını əsaslandıra bilməmişdir.
35. Halbuki, iddiaçı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş (bax: hazırkı qərarın 18-ci bəndi) hüquqmüəyyənedici sənədlərə sahibdir və cavabdeh orqana müraciət edərkən də həmin sənədləri təqdim etmişdir. Odur ki, cavabdehin iddiaçıya məxsus bağ sahəsinin onun adına hüquqi qeydiyyatının aparılması ilə bağlı hərəkətsizliyi qanunsuz və əsassızdır.
36. Kassasiya şikayətinin dəlillərində cavabdeh iş üzrə üçüncü şəxslərin cəlb edilməli olduğunu bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsinə heç bir zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
37. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın 24-cü bəndinə uyğun olaraq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə aşağı instansiya məhkəmələrində baxılarkən cavabdeh sözügedən torpaq sahəsinin dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsini istisna edən faktiki şərtlərin mövcudluğun a istinad etsə də, bunu sübut edə bilməmişdir.
38. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.
39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2020-ci il tarixli, 21(103)-1338/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.