Məhkəmə qərarları › İş №2-1(102)-252/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-252/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-252/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 21(103)-1989/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 5 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı Qarabağda döyüş tapşırığını yerinə yetirmək məqsədilə deyil, Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə Stansiyasının baş həkimi kimi hərbiçilərə transfuziologiya məsələləri üzrə tibbi yardım göstərmək məqsədilə döyüş bölgəsinə ezam olunmuşdur. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və mü vafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsd iq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Bu səbəbdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 28 aprel tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun döyüş tapşırığı ilə bağlı ezam olunması faktının müəyyən edilməsi və iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəl iyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Səhiyyə Nazirliyinin 10/L saylı, 1992-ci il 8 yanvar tarixli əmri ilə 1992-ci il 9 yanvar tarixdən xüsusi dəstələrin şəxsi heyətinin qan qrupunu və rezus faktorunun müəyyən edilməsi üçün həmin İnstitutun əməkdaşı qismində 5 gün müddətinə Füzuli və Cəbrayıl rayonlarına işlədiyi Qanköçürmə Stansiyasının baş həkimi kimi ezam olunmuşdur. İnstitutun 1992-ci il 3 fevral tarixli, 4 saylı əmri ilə Dağlıq Qarabağ əhalisinə donorluq və hemotoloji xidmət işinin təşkilində praktiki köməklik göstərilməsi üçün Qanköçürmə Stansiyasının baş həkimi kimi 5 gün müddətinə ezam olunmuşdur. İnstitutun 1992-ci il 16 noyabr tarixli, 23 saylı əmri ilə transfuziologiya məsələlər i üzrə hərbiçilərə tibbi yardım göstərilməsi üçün Qanköçürmə Stansiyasının baş həkimi kimi Qubadlı rayonuna 5 gün müddətinə ezam olunmuşdur. Döyüş əməliyyatları gedən cəbhə bölgələrinə Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi Dağlar Abdullayev və X6 direktoru Çingiz Əsədovla birgə getmişdir. Qubadlı və Füzuli rayonlarına Səhiyyə Nazirliyinin sanaviasiya vertolyotu ilə Xanlıq kəndindəki hospitala getmişlər. Qeyd olunan tarixlərdə cəbhə bölgələrinə ezamiyyət olunması barədə əmr və ezamiyyət sənədləri barədə ona 818 saylı, 2019cu il 4 sentyabr tarixli Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutun arxiv arayışı və həmçinin Səhiyyə Nazirliyinin Təcili və X4 Stansiyasının 23 saylı, 2019-cu il 10 sentyabr tarixli arayışında Sanaviasiyanın 1992ci il 24 noyabr tar ixli, 323 saylı (&7) ilə qan qrupunu təyin etmək üçün zərdabları, xərəkləri, yataq dəstləri aparmaq və qayıdarkən yolüstü Qubadlı hərbi hospitalında olan güllə yarası almış xəstələri və Bərdə MRX-da olan yaralıların Bakı şəhərinə gətirmək üçün 1992-ci il 24 noyabr tarixdə Sanaviasiyanın Mİ-8 vertolyotu ilə ezam edilməsi barədə arayışı təqdim olunmuşdur. Bu barədə Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ona “Azərbaycan Respublikasının müharibə veteranı” adının verilməsi üçün müraciət etmişdir. 2019-cu il 9 oktyabr tarixli, 1/M-13989 saylı cavab məktubu ilə ona bildirmişlər ki, AR Nazirlər Kabinetinin 2016-cı il 3 noyabr tarixli, 438 nömrəli qərarına əsasən müvafiq komissiyaya, yəni AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üz rə Dövlət Xidmətinin “Müharibə veteranı” adlarının verilməsi üzrə yaradılmış komissiyasına müraciət edilməsi tövsiyə olunur. Həmin quruma ünvanlanmış məktuba cavab olaraq, M/781 saylı, 2020-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən hüquqi sənədlər olmadığından, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Lakin o, döyüş bölgəsinə başqa məqsədlə deyil, bilavasitə rəhbərliyin – Azərbaycan ElmiTədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun əmri ilə hərbiçilərə tibbi yardım göstərilməsi üçün və AR Səhiyyə Nazirliyinin əmri ilə transfuziologiya məsələləri üzrə hərbiçilərə tibbi yardım göstərilməsi üçün getmişdir. Döyüş gedən zaman, güllə yağışının altında öz işini şərəflə yerinə yetirmişdir. Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 saylı qərarının (qərarla təsdiqlənmiş Əsasnamənin) 1-ci bəndinə əsasən müharibə veteranları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının əra zilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dö vlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə ə ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, 1994-cü il 10 may tarixdən sonra döyüş zonas ında hərbi xidmət keçərkən yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları və hərbi hissələr tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi, ona, həmin qərarın (Əsasnamənin) 1-ci bəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs kimi “müharibə veteranı” adı verilməlidir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. İddiaya əsasən İddiaçı müxtəlif vaxtlarda Füzuli, Cəbrayıl və Qubadlı rayonlarına döyüş bölgələrində xüsusi dəstələrin şəxsi heyətinin qan qrupunun və rezis faktorunun müəyyən edilməsi, hərbçilərə tibbi yardım göstərilməsi məqsədilə ezamiyyətə göndərildiyini bildirmiş və məhkəmə işinə bu barədə arayışlar əlavə etmişdir. Lakin həmin arayışlarda iddiaçının həqiqətən həmin rayonlara getməsi və yaralılara tibbi yardım göstərməsi, həmçinin onun bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumat qeyd olunmamışdır. Hesab edilməlidir ki, iddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını, həmçin in döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmasını sübut edən sənədlər olmadığından, iddia təmin edilə bilməz. Göstərilənlərə və İPM-in 1.2, 58.7, 68.2-ci maddələrinə, MPM-in 47.2, 154.1-ci maddələrinə, «Veteranlar haqqında» Qanunun 7ci maddəsinə, Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin müddəalarına əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 22 fevral tarixli, 2-1(112)-888/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının müvafiq dövrdə (1988-ci il fevralın 1-dən 1994-cü il may ayının 12-dək) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakı ilə bağlı inzibati icraatda və inzibati məhkəmə icraatında aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı təqdim edilməmişdir, hansı ki, iddiaçının döyüş əməliyyatları zamanı müvafiq ərazidə hərbi xidmət keçməsini, döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirilməsini əks etdirmiş olsun. İddiaçının təqdim etdiyi Ağdam rayon İcra Hakimiyyəti və Laçın rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışlar isə, Əsasnamənin tələbləri baxımından onun həmin döyüş əməliyyatlarında iştirakının və ya döyüş təmi natı ilə bağlı tapşırıqları yerinə yetirməsinin tam təsdiqlənməsi üçün yetərli sayıla bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-1(103)-1989/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 22 fevral tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının döyüş zonalarına tibbi yardım məqsədi ilə həmin döyüş zonalarına ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardım ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. İş materiallarında olan əmrlərdən və arxiv arayışından da görünür ki, iddiaçı xüsusi dəstələrin şəxsi heyətinin və hərbiçilərə tibbi yardım göstərilməsi, qan qrupunun və rezus faktorunun müəyyən edilməsi üçün Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun əməkdaşı qismində Füzuli, Cəbrayıl və Qubadlı rayonlarına, eləcə də Dağlıq Qarabağ əhalisinə və hərbiçilərə donorluq və hemotoloji xidmət işinin təşkilində tibbi yardım, praktiki köməklik göstərilməsi üçün Ağdam şəhərinə ezam olunmuş və üzərinə düşən vəzifələri yerinə yetirərək ezamiyyətdən qayıtmışdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Beləliklə, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, qanunvericilikdən göründüyü kimi, “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş,” müddəasından sonra “şəxslər” müddəası göstərilmədən durğu işarəsi (,) qoyulmuş, həmin müddəa “həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetir ilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - ” məzmunda müddəa ilə davam etdirilmiş və həmin müddəanın məhz “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara ezam olunmuş hərbi qulluqçular”a aid edildiyi aşkar olaraq təsbit olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi hüquqi əsası kimi Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə istinad edərək hesab etmişlər ki, “hazırkı qərarın 21-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa gö rə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: - döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər”. İstinadın özündən də göründüyü kimi, Əsasnamənin müddəalarının məzmununda hərbi qulluqçuların hamısının “şəxslər”ə aid olduğu ilə yanaşı, “şəxslər”in heç də hamısının hərbi qulluqçu olmadıqları da aşkar göstərilmişdir.

13. Nəzərə alınmalıdır ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin “Azərbaycan Respublikasının ərazi bütövlü yü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər” müddəasında “şəxslər” sözü ümumiləşmiş formada ifadə edilməklə özündə həm hərbi qulluqçuları, həm də hərbi qulluqçu olmayan digər şəxsləri ehtiva edir. Məhz bu səbəbdən hesab edilməlidir ki, həmin Qanunun icrasının təmin olunması üçün qəbul edilən və Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtlərini müəyyən edən Əsasnamədə “hərbi qulluqçular”a və “şəxslər”ə kimlərin aid edildiyi konkretləşdirilmişdir. Məsələn, məhkəmənin istinad etdiyi normada “döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər” və “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər” eyniləşdirilmir, əksinə, birinci h alda, “şəxslər”in hərbi qulluqçu olmadıqları, ikinci halda isə, “şəxslər”ə məhz hərbi xidmət keçmiş şəxsləri aid etdiyi təsbit olunur. Məhkəmənin qeyd etdiyi “- döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər” ifadəsi isə Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində təsbit olunmuş “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş” müddəası ilə uzlaşmır. Yuxarıda da qeyd olunduğu kimi, həmin müddəada “şəxslər” göstərilməmiş, “vergül” durğu işarəsindən sonra da “şəxslər” sözündən deyil, “hərbi qulluqçular” söz birləşməsindən istifadə olunmu ş, həmin müddəanın məhz “hərbi qulluqçular” söz birləşməsinə bağlı olduğu təsbit olunmuşdur. Digər tərəfdən, həmin müddəanın məzmununa görə, hərbi qulluqçunun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün istənilən hərbi hissəyə və ya orqana deyil, məhz döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara ezam olunması şərtdir. Hazırkı işdə həmin şərtin ödənildiyi təsdiq olunmur. Bundan başqa, iddiaçının döyüş bölgəsində yerləşən rayona ezam olunması döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmadığı aşkardır. “Döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi” müddəasına gəldikdə, iddiaçının ezam olunduğu rayonda icra etməli olduğu vəzifə bilavasitə döyüş əməliyyatları aparan hərbi hissənin və ya orqanın döyüş imkanlarının t am reallaşdırılmasının təmin edilməsi, həmin hərbi hissə və ya orqana verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin, silah və hərbi texnikanın) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərə (kəşfiyyat, mühəndis təminatı, radioelektron mübarizə, taktiki maskalanma və s.) aid olmamışdır. Beləliklə, qeyd olunan şərtlərin ödənildiyi işin hazırkı vəziyyətində təsdiq olunmadığından, iddiaçının iddia etdiyi məzmunda tələbi Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin oluna bilməzdi. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə göstərilmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Elmi-Tədq iqat Hemotologiya və Qanköçürmə İnstitutunda direktor vəzifəsində işləmiş, 1993-cü ilədək iddiaçı ilə birlikdə cəbhə bölgəsinə getmişdir. Onun və iddiaçının əsas vəzifəsi yaralıların qan qrupunun müəyyən edilməsi idi. Beləliklə, X3 hərbi komissarlıq tərəfindən veteran vəsiqəsi verilmişdir. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə təsbit olunmuş “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş” müddəasının iddiaçıya aid edilməsi ilə razı deyil. Halbuki bu müddəa yalnız iddiaçı üçün deyil, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər həmin müddəanın şərtlərinin təsir dairəsinə düşür.

15. Bundan əlavə, Ağdam Rayon İcra Hakimiyyətinin 02/672 saylı, 2020-ci il 6 noyabr tarixli və Füzuli Rayon İcra Hakimiyyətinin 01/506 saylı, 2020-ci il 17 noyabr tarixli arayışlarında göstərilmişdir ki, iddiaçı 1992-ci il 13 fevral tarixdə 5 gün müddətinə Ağdam rayonunda, 1992-ci il 8 fevral tarixdə isə Füzuli rayonunda xüsusi dəstələrin şəxsi heyətinin qan qrupunun və rezus faktorunun müəyyən edilməsi, güllə yarası almış şəxslərin Bakı şəhərinə aparılması üçün Ağda m və Füzuli rayonlarında ezamiyyətdə olmuşdur. Həmin arayışlar tərəfimdən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Cavabdeh kassasiya şikayətində izah etməyə çalışmışdır ki, “ezam olunmuş” sözündən sonra “şəxslər” sözü göstərilməmiş, “həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara” müddəası ilə davam etdirilmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, “döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər” hərbi qulluqçu olmaq məcburiyyətində deyil. Yəni silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə nail olmaq üçün məhz arxa hissə təminatı xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Ona görə də cavabdeh tərəfindən döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması doğru deyildir. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi iddiaçının döyüş əməliyyatları zonası na tibbi yardım məqsədi ilə ezam olunması və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəsi əsas götürülərək qiymətləndirilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Veteranlar haqqında” Qanunun: - 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət i, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrun da özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xi dməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü ma ddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİ NİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət təmin oluna bilməz. Belə ki, oxşar mübahisə üzrə digər işdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərt ləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin məzmununa görə, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normaya görə, hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: - döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər.

21. Aşağıdakı şəxslərə isə müharibə veteranı adı və vəsiqəsinin veri lməsi üçün onların hərbi qulluqçu olması şərti nəzərdə tutulmuşdur: - 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular (İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 2-1(102)-1408/2021 №-li iş üzrə 2021-ci il 21 sentyabr tarixli Qərarın 39 və 40-cı bəndləri).

22. Hazırkı işdə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının döyüş zonalarına tibbi yardım məqsədi ilə həmin döyüş zonalarına ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa s özlə, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardım ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. İş materiallarında olan əmrlərdən və arxiv arayışından da görünür ki, iddiaçı xüsusi dəstələrin şəxsi heyətinin və hərbiçilərə tibbi yardım göstərilməsi, qan qrupunun və rezus faktorunun müəyyən edilməsi üçün Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun əməkdaşı qismində Füzuli, Cəbrayıl və Qubadlı rayonlarına, eləcə də Dağlıq Qarabağ əhalisinə və hərbiçilərə donorluq və hematoloji xidmət işinin təşkilində tibbi yardım, praktiki köməklik göstərilməsi üçün Ağdam şəhərinə ezam olunmuş və üzərinə düşən vəzifələri yerinə yetirərək ezamiyyətdən qayıtmışdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyi nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələri n arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

23. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qərarının nəticə hissəsində iddianın təmin edilməsi barədə göstərişi qeyd etsə də, cavabdehin üzərinə məhz hansı məzmunda öhdəlik qoyduğunu göstərməmişdir. Bu səbəbdən qərarın nəticə hissəsi dəyişdirilməli, cavabdehin üzər inə müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-1(103)-1989/2021 nömrəli qərarı dəyişdirilir. Cavabdehin üzərinə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərar qətidir. Hakimlər: İlqar Hüseynov (xüsusi rəylə) Nigar Rəsulbəyova Kəmaləddin Bədəlov İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (№ 2-1(102)-252/2022) hakim İlqar Hüseynovun XÜSUSİ RƏYİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra mətndə - Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində təsbit olunmuş “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş” məzmunda müddəanın iddiaçıya aid edilməsi ilə bağlı həmkarlarımın qənaəti ilə aşağıdakı səbəblərə görə razı deyiləm. Normanın məzmunundan göründüyü kimi, “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş,” müddəasından sonra “şəxslər” müddəası göstərilmədən durğu işarəsi (,) qoyulmuş, həmin müddəa “həmçinin 1994 -cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - ” məzmunda müddəa ilə davam etdirilmiş və həmin müddəanın məhz “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara ezam olunmuş hərbi qulluqçular”a aid edildiyi aşkar olaraq təsbit olunmuşdur. İstinadın özündən də göründüyü kimi, Əsasnamənin müddəalarının məzmununda hərbi qulluqçuların hamısının “şəxslər”ə aid olduğu ilə yanaşı, “şəxslər”in heç də hamısının hərbi qulluqçu olmadıqları da aşkar göstərilib. Nəzərə alınmalıdır ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsi nin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər” müddəasında “şəxslər” sözü ümumiləşmiş formada ifadə edilməklə özündə həm hərbi qulluqçuları, həm də hərbi qulluqçu olmayan digər şəxsləri ehtiva edir. Məhz bu səbəbdən hesab edirəm ki, həmin Qanunun icrasının təmin olunması üçün qəbul edilən və Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtlərini müəyyən edən Əsasnamədə “hərbi qulluqçular”a və “şəxslər”ə kimlərin aid edildiyi konkretləşdirilmişdir. Məsələn, məhkəmənin də istinad etdiyi normada “döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər” və “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər” eyniləşdirilmir, əksinə, birinci halda, “şəxslər”in hərbi qulluqçu olmadıqları, ikinci halda isə, “şəxslər”ə məhz hərbi xidmət keçmiş şəxsləri aid etdiyi təsbit olunur. Məhkəmənin qeyd etdiyi “- döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər.” ifadəsi isə Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində təsbit olunmuş “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş” müddəası ilə uzlaşmır. Yuxarıda da qeyd olunduğu kimi, həmin müddəada “şəxslər” göstərilməmiş, “vergül” durğu işarəsindən sonra da “şəxslər” sözündən deyil, “hərbi qul luqçular” söz birləşməsindən istifadə olunmuş, həmin müddəanın məhz “hərbi qulluqçular” söz birləşməsinə bağlı olduğu təsbit olunmuşdur. Digər tərəfdən, həmin müddəanın məzmununa görə, hərbi qulluqçunun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün istənilən hərbi hissəyə və ya orqana deyil, məhz döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara ezam olunması şərtdir. Hazırkı işdə həmin şərtin ödənildiyi təsdiq olunmur. Beləliklə, qeyd olunan şərtlərin ödənildiyi işin hazırkı vəziyyətində təsdiq olunmadığından iddiaçının iddia etdiyi məzmunda tələbi təmin oluna bilməzdi. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar