Məhkəmə qərarları › İş №2-1(102)-252/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-252/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-252/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1432/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX.Stabil gərginlik stenokardiyası. fs lnfarktan sonrakı kardioskleroz. Hipertoniya xəstəliyi İİ mər. Ekstrasistoiik Bronxial astma infeksion allergik forma; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqları nın qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. İddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik əstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX.Stabil gərginlik stenokardiyası.fs İİİ.İnfarktdan sonrakı kardioskleroz. Hipertoniya xəstəliyi İİ mər.Ekstrasistolik Bronxial astma infeksion allergik forma; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları v ə yamiokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. İddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2015-ci il tarixli 4110003AAAEV saylı göndərişi əsasında baxılmış və səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜlX:Stabil gərginlik stenokardiyası fs İİİ.İnfarktdan s/kardioskleroz. Hipertoniya xəstəliyidi mər.Ekstrasistolik aritmiya. QDÇ İİ.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal; nəzərə çarpan koronar ç atmamazlıq əlamətləri ilə (üçüncü-dördüncü funksional sinif).” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. İddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı ildə baxılmış və səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 Əvvəllər keçirilən miokard infarktı.; Diaqnozun mətni: ÜİX.Stabil gərginlik stenokardiyası fs İİİ.İnfarktdan s/kardioskleroz.Hipertoniya xəstəliyidi mər.Ekstrasistolik aritmiya. QDÇ İİ.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü-dördüncü funksional sinif).” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

5. İ ddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə Tabe Olan 2 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli 4400003AAAD6 saylı göndərişi əsasında baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları.; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, ÜİX İnfarktdan sonrakı kardioskleroz.Gərginlik stenokardiyası FS-İİİ.Hipertoniya xəstəliyi İİ mərhələ.Ürək çatmamazlığlı FS-İİ. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, ÜİX İnfarktdan sonrakı kardioskleroz.Gərginlik stenokardiyası FSİİİ.Hipertoniya xəstəliyi İİ mərhələ.Ürək çatmamazlığlı FS-İİ. Ağırlaşma İ49 Ürək ritminin digər pozğunluqları. Ekstrasistolik aritmiya. Ağırlaş ma İ20.8 Stenokardiyanın digər formaları, Gərginlik stenokardiyası FS-lll. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ.Yanaşı xəstəliklər J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki obstruktiv bronxit.Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası, Prostat vəzin hiperplaziyası. Yanaşı xəstəliklər J45 Astma, Bronxial astma 1(1),hormondan asılı vəziyyət. Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, Xroniki hepatoxolesistit.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış klinikada müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir.

6. Daxili İşlər Nazirliyi Tibb İdarəsinə bilavasitə tabe olan 2 nömrəli poliklinikasının xx.xx.2021-ci il tarixli, 240-1058-1221 saylı sorğuya cavab məktubu ilə müəyyən olunur ki, İddiaçı 1992-ci il tarixdən DİN-in 2 saylı poliklinikasında tibbi qeydiyyatdadır. İddiaçı xx.xx.2006-ci il tarixdə “İ 21 Sol mədəciyin arxa diafraqmal nahiyənin kəskin miokard infarktı” diaqnozu ilə ET Kardiologiya İnstitutuna daxil olmuş və stasionar müalicə almışdır. Xəstəlikləri ilə əlaqədar mütəmadi şəkildə poliklinikada ambulator, DİN-in Tibb idarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicələr qəbul edir. Xəstə aşağıda göstərilən diaqnozlarla poliklinikada dinamik nəzarətdədir: İ25 X4; İ25.2 İnfarktdan sonrakı kardioskleroz; İ49 Ürək ritminin pozğunluqları. Mədəcik ekstasistolası; İ50.0 Durğunluq ürək çatmamazlığı İİ dərəcə; İ 10 Essensial hipertoniya ll-lll dərəcə; İ20.8 Stenokardiyanın digər formaları. Gərginlik stenokardiyası FS-İİ; İ67.4 Hipertonik ensefalopatiya; J44.8 Xroniki obstruktiv bronxit; J45 Bronxial astma; N40 Prostat vəzin hiperplaziyası.

7. İddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə Tabe Olan 2 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli 4400003AAAFM saylı göndərişi əsasında baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30- İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.9 - Dəqiqləşdirilməmiş ürək çatmamazlığı; Diaqnozun mətni: ÜİX İnfarktdan sonrakı kardioskleroz.Gərginlik stenokardiyası FS-İİ.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - səbəb: Müayinələr diaqnozu təsdiqləmir, dəqiqləşdirilsin” səbəbi ilə imtina v erilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 17 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçının qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

9. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Tovuz rayonun Xatınlı kəndində əmək fəaliyyətinə başlamışdır. 1990-cı ildə Bakı şəhərinə köçərək Xətai rayonunda Yanğından Mühafizə hissəsində işləmişdir. 3 il orda işlədikdən sonra əmək fəaliyyətini Daxili işlər Nazirliyini Metroları Mühafizə İdarəsində polis nəfəri kimi davam etdirmişdir. 2006-cı ildə işdə olarkən inf arkt keçirmişdir. Bundan sonra, 2007-ci ildə əmək qabiliyyətini itirdiyi üçün 2-ci qrup əlil kimi pensiyaya çıxmışdır. 2021-ci ilin mart ayına kimi ikinci qrup əlil kimi pensiya almışdır. Mart ayında yenidən müayinəyə çağırılarkən əlillik pensiyası kəsilmişdir. Halbuki o, hər il ürəyindən və astma xəstəsi olduğu üçün müalicə almışdır. Lakin cavabdeh əlavə müalicəyə ehtiyacının olmasına əsaslanaraq imtina etmişdir Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı barəsində sonuncu Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə Tabe Olan 2 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli 4400003AAAFM saylı göndərişi əsasında əlillik vəziyyətinə baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30 - İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.9 Dəqiqləşdirilməmiş ürək çatmamazlığı; Diaqnozun mətni: ÜİX İnfarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası FS-İİ.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr diaqnozu təsdiqləmir Dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. İddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-9486/2021 nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçıya qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdə n ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Forma 88 arayış (№4400003AAFM) XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-ci maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz birbaşa olmasa belə (İ25.2 əvvəllər keçirilən miokard infarktı), ağırlaşmaları (İ20.8. Stenokardiyanın digər formaları) və (İ50.0 Durğunluq ürək çatmamazlığı) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəs təliklərin diaqnozu ixtisaslaşmış müəssisə X1 tərəfindən xx.xx.2021-ci ildə aparılmış diaqnostik müayinələrlə (obyektiv müayinə, EKQ, EXOKQ) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

13. Birinci instansiya məhkəməsi cavabdehin miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığının ikinci dərəcə əlilliyin təyin olunmasına əsas olduğundan, Forma 88 nömrəsində göstərilən əsas diaqnoz və onun ağırlaşmasının qeyd edilən əlillik əlamətini müəyyən etməməsi dair dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin norma (2.2.1-ci bənd) iki meyarı müəyyən edir: 1) ürək qüsurları və ya 2) miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı. İş materiallarına əsasən aparılmış müayinə nəticələrinə əsasən iddiaçıya qoyulmuş diaqnozun ürək qüsurlarının müəyyən etməsi məhkəmədə hər hansı şübhə yaratmır.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2022-ci il tarixli qərardadı ilə iddiaçının əlavə müalicəyə ehtiyacının olub-olmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğunun müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb o lunmaqla iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilməsi qərara alınmışdır.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, T242/2022 nömrəli ekspert rəyində bildirilmişdir ki, iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün DİN-in 2 nömrəli poliklinikasının xx.xx.2021-ci il tarixli 4400003AAAD6 saylı və xx.xx.2021-ci il tarixli 4400003AAAFM saylı göndərişləri ilə göndərilmiş 88 saylı arayışlarında qeyd edilmiş “əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonrakı kardioskleroz, gərginlik stenokardiyası FS-İİİ, hipertoniya xəstəliyi İİ mərhələ, ürək çatmamazlığı FS-İİ. Ağırlaşma: 150.0 d urğunluq ürək çatmamazlığı, ÜİX infarktdan sonrakı kardioskleroz, gərginlik stenokardiyası FS İİİ, hipertoniya xəstəliyi İİ mərhələ, ürək çatmamazlıglı FS-İİ; 149 ürək ritminin digər pozğunluqları, ekstrasistolik aritmiya, İ20.8 stenokardiyanm digər formaları, gərginlik stenokardiyası FS-İİİ” diaqnozu stasionarda kliniki, laborator-instrumental və funksional diaqnostik müayinələrin nəticələri əsasında təyin edilmiş, xəstəliyin dinamikasına uyğun seçilmiş müalicə tədbirləri əsasında onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin göndərişlərdə olan əsas diaqnozun ağırlaşmalarının dəqiqləşdirilməsi üçün şəxs tibb müəssisəsində əlavə müayinə və müalicə olunmalı və müayinənin nəticəsi xəstənin hal-hazırda əlillik təyinatına əsas vermədiyi aşkarlanmışdır. İxtisaslaşmış müalicən in davam etdirilməsi və əsas xəstəliyin ağırlaşmaları 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin əhatə dairəsinə uyğun olub-olmamasının dəqiqləşdirilməsi məqsədi ilə yeni forma 088 rəsmiləşdirilməklə əlillik təyinatına baxıla bilər.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1432/2022 nömrəli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və X.Ə.Sarıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan göndərişlərdən, müayinə aktlarından, həmç inin, ekspert rəyindən aydın görünür ki, iddiaçıda xəstəliyin əsas diaqnozu əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası FS-İİ Mədəcik ekstrasistolyasiyası. Ürək çatışmazlığı İİ dərəcə AF=48% arterial hipertenziya İİ dərəcə qeyd edilmişdir. Həmin diaqnozlar üzrə kodlar həm qiymətləndirmə zamanı qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, həm də hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə qeyd edilmişdir. Bundan başqa şəxsdə olan ağırlaşmalar, yanakı xəstəliklər də Meyarlarda (J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki obstruktiv bronxit, J45 astma; N40 Prostat vəzin hiperplaziyası. İ10 Essensial (birincili) hip ertenziya, hipertoniya xəstəliyi ll dərəcə) öz əksini tapmışdır. Həmçinin, ekspertin məhkəmə iclasında dindirməsi zamanı da aydın olmuşdur ki, iddiaçıda olan xəstəliklər sağalmaz xəstəliklər, ağırlaşmalar Meyarlardakı diaqnozlara uyğundur.

19. Apellyasiya şikayətinin əsas dəlillərindən “iddiaçıda qan dövranının davamlı olaraq 2-ci dərəcə çatışmazlığı”nın ikinci dərəcə əlilliyin təyinatı üçün əsas olması, iddiaçıda isə ağırlaşmaların qan dövranının birinci dərəcə çatışmazlığını təsdiqləməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan müayinə aktlarından (X1 tərəfindən aparılmış müayinə nəticələri), göndərişlərdən, həmçinin ekspertin məhkəmə iclasında verdiyi izahatından da aydın olur ki, iddiaçıda mövcud olan xəstəliklərin diaqnozu düzgün qeyd edilmiş və həmin xə stəliklər həm əvvəlki meyarlarda, həm də hazırda qüvvədə olan meyarlarda əksini tapmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində işin halları, əlilliyin təyin olunmasına dair imtinanın və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-ci yarımbəndinə görə “2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qa n dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı” ikinci dərəcə əlilliyin təyinatı üçün əsasdır. Lakin, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli, 4400003AAAFM saylı göndərişdə əsas diaqnoz olaraq göstərilmiş “Əvvəllər keçirilən miokard infarktı, ÜİX İnfarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası FS-İİ. Mədəcik ekstra sistoliyası. Ürək çatmamazlığı İİ dərəcə. AF=48 % Arterial hipertenziyaİİ dərəcə” qan dövranının birinci dərəcə çatışmazlığını yarada bilər. Hansı ki qeyd olunan “atım fraksiyası” (AF) iddiaçıda 48%-dir, birinci dərəcə qan dövranı çatışmazlığı isə 5375% arası “atım firaksiyası” (AF) əsasında müəyyən olunur. Həmçinin qeyd olunan digər ağırlaşmalar da əlillik təyinatının aparılması üçün tələb olunan diaq nozu deyil, qan dövranının birinci dərəcə çatışmazlığını təsdiqləyir. Qeyd edilən səbəblərə görə iddiaçıya əlillik dərəcəsi verilməsindən haqlı olaraq imtina edilmişdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müay inəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestr”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmçinin, şəxsin eyni xəstəliklə son 6 (altı) ay mü ddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsasdır. Qeyd edilən səbəblərə görə iddiaçıya əlillik dərəcəsi verilməkdən haqlı olaraq imtina edilmişdir. Bununla əlaqədar iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə olunmuşdur.

23. Həmçinin diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən h əmin səlahiyyətə müdaxilə edilə bilməz. b) kassasiya şikayətinə etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir): 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallar ında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30İ31.9, İ33);

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına əlavə”:

2. Qan dövranı sisteminin xəstəlikləri Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. Əlavənin 2.2-ci bəndi: - X4 (İ20-İ25) 2.2.1 stenokardiya (döş inağı) (İ20) Qiymətləndirmə2.2.1.1. ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İ və ya İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) 2.2.1.2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İİA-İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) 2.2.1.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS lV (25 Vatt); XÜÇ İİB və ya İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) Əlavənin 2.3-cü bəndi: - Ürəyin xroniki işemik xəstəliyi (İ25) - Qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası və His dəstəyin sol ayaqçının blokadası İ44 - Ürək çatışmazlığı İ50 - Kardiomiopatiya İ42 - Paroksizmal taxikardiya İ47 - Qulaqcıqların (Atrial) fibrilyasiyası və titrəməsi İ48 - Ürək ritminin digər pozuntuları İ49 - Başqa rubrikalarda (başlıqların altında) təsnif olunmamış qan dövranı sisteminin pozulmaları İ97 - Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması Z95 - Döş qəfəsi orqanlarının travmasının nəticələri T91.4 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları (malformasiyaları) Q20-28 - Qiymətləndirmə-ÜDS-nin mülayim disfunksiyası: XÜÇ İİA mərhələ, ÜDS-nin ciddi disfunksiyası: XÜÇ İİB mərhələ, ÜDS-nin ağır və davamlı disfunksiyası: XÜÇ İİİ mərhələ.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. M addə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi ikinci dərəcə əlilliyin təyin edilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan göndərişlərdən, müayinə aktlarından, həmçinin, ekspert rəyindən aydın görünür ki, iddiaçıda xəstəliyin əsas diaqnozu “əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyas ı FS-İİ Mədəcik ekstrasistolyasiyası. Ürək çatışmazlığı İİ dərəcə AF=48% arterial hipertenziya İİ dərəcə” qeyd edilmişdir. Həmin diaqnozlar üzrə kodlar həm qiymətləndirmə zamanı qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, həm də hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə qeyd edilmişdir. Bundan başqa şəxsdə olan ağırlaşmalar, yanakı xəstəliklər də Meyarlarda (J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki obstruktiv bronxit, J45 astma; N40 Prostat vəzin hiperplaziyası. İ10 Essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi ll dərəcə) öz əksini tapmışdır. Ekspertin məhkəmə iclasında dindirməsi zamanı da aydın olmuşdur ki, iddiaçıda olan xəstəliklər sağalmaz xə stəliklər, ağırlaşmalar Meyarlardakı diaqnozlara uyğundur. İş materiallarında olan müayinə aktlarından (X1 tərəfindən aparılmış müayinə nəticələri), göndərişlərdən, həmçinin ekspertin məhkəmə iclasında verdiyi izahatından da aydın olmuşdur ki, iddiaçıda mövcud olan xəstəliklərin diaqnozu düzgün qeyd edilmiş və həmin xəstəliklər həm əvvəlki meyarlarda, həm də hazırda qüvvədə olan meyarlarda əksini tapmışdır.

34. Nəticə etibarı ilə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinaya dair dəlili ekspertin ifadələri ilə təkzib olunur. Ekspert ifadəsinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir.

35. Bundan başqa, şikayətin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəm ə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

36. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin də istinad etdiyi İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 37. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsi nin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

38. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1432/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar