Məhkəmə qərarları › İş №2-1(102)-252/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-252/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-252/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşa çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasındakı qeydlərdə düzəliş; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fil ialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)434/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanmaqla ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən sənədlərdə idd iaçının ümumi sosial sığorta stajı 25 ildən az - 21 il 1 ay 21 gün (xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973cü il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlər) təşkil edir. Eyni zamanda, bildirilmişdir ki, xx.xx.1972-ci il tarixli 991 nömrəli əmək kitabçasına əsasən 1970-1972-ci illə rdə Lenin adına Aravan rayon kolxozunda işlədiyi dövr üzrə “il ərzində əmək günü” və “müəyyən edilmiş əmək günləri minimumu” barədə məlumatlar göstərilməməsi səbəbindən qeyd edilən dövr sosial sığorta stajına daxil edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Əlavə olaraq bildirilmişdir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34560,00 manat hesablandığı halda, qeydə alınan pensiya kapitalı cəmi 17190,08 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Qırğızıstan Respublikası, Oş vilayətinin Aravan rayonunda anadan olmuşdur, orta məktəbi Qırğızıstan Respublikasında bitirmiş, məktəbi bitirdikdən sonra, Qırğızıstanda kolxoz tərəfindən açılmış xx.xx.1972-ci tarixli 991 saylı əmək kitabçasında olan məlumatlarda da qeyd edildiyi kimi, xx.xx.1970-xx.xx.1972-ci illərdə Qırğızıstan Respublikasının Aravan rayonu Lenin adına kolxozda kolxozçu işləmiş və əmək kitabçasında 1970-ci ildə adambaşı iş günü sayı 232 gü n, 1971-ci ildə 292 gün, 1972ci ildə 27 gün olmuşdur. Daha sonra xx.xx.1973-xx.xx.1973-cü illərdə Aravan rayon “Qırğızkəndtəsərrüfatıtexnikası” müəssisəsində elektrik qaynaqçısı işləmiş, 19731976-cı illərdə 3 il hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra xx.xx.1977-ci ildə yenidən Aravan rayon “Qırğızkəndtəsərrüfatıtexnikası” müəssisəsində elektrik qaynaqçısı olaraq işinə davam etmişdir. xx.xx.1978-ci ildə həmin idarədə 3-cü dərəcəli qaynaqçı vəzifəsinə keçirilmişdir, xx.xx.1979-cu ilə qədər qaynaqçı işlədikdən sonra həmin tarixdən sürücü vəzifəsinə keçirilmiş, xx.xx.1980-ci ilə qədər sürücü işlədikdən sonra həmin tarixdən yenidən 3-cü dərəcəli qaynaqçı vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə 4-cü dərəcəli qaynaqçı vəzifəsinə keçirilmiş və xx.xx.1990-cı ildə Azərbaycana gəldiyi üçün ö z ərizəsilə işdən azad edilmişdir. 5. 1990-cı ildə Azərbaycana gəldikdən sonra xx.xx.1990-cı ildən P.Babayev adına üzümçülük sovxozunda elektrik qaynaqçısı olaraq işə başlamışdır. xx.xx.1997-ci ildə İcra Hakimiyyətinin qərarına əsasən X1 Müəssisəsinə çilingər-qaynaqçı keçirilmiş və Beşevlər KTMUK-nin xx.xx.1997-ci il tarixli əmri ilə işə davam etmişdir. xx.xx.1998ci ildə Beşevlər KTMUK-də Aqrar İslahat getdiyi üçün kooperativin fəaliyyəti dayandırılmış və bu səbəbdən işdən azad edilmişdir. Cavabdehin etirazları:

6. Cavabdehin yazılı etirazının əsasını imtina məktubunda göstərilər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-255/2023 nömrəli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edi lmişdir.

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 5/402-4/463-5/433 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: “1. Tədqiqata təqdim edilmiş “Əmək kitabçası”nın 4-cü səhifəsində 5-ci sıradakı “qod” qrafasındakı “1977” və həmin sırada 4-cü sütunda olan “İİ/İV/-77” rəqəmlərdə hər hansı bir düzəlişlərin (mexaniki üsulla pozma, üstdən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə, ağardıcı maddə ilə pozma və s.) edilib-edilməməsini müəyyən etmək üçün “Leica M 205 C” mikroskopu, «Foster-Freeman» firmasının istehsalı olan VSC- 6000/HS markalı video komporator vasitəsilə tədqiqat işləri aparıldı və aşağıdakı əlamətlər müəyyən olundu (şəkil 1): - kağız liflərinin zədələnməsi; - həmin hissələrdə kağızın üst qatının zəd ələnməsi; - həmin hissələrin lüminessensiyasının fərqli olması. Yuxarıda göstərilən əlamətlərə əsasən belə nəticəyə gəlindi ki, təqdim edilmiş İddiaçı adına verilmiş 23 mart 1973-cü il tarixli “Əmək kitabçası”nın 4-cü səhifəsində 5-ci sıradakı “qod” qrafasındakı “1977” və həmin sırada 4-cü sütunda olan “İİ/İV/-77” rəqəmlərdən sonuncu “7” rəqəmlərində iti predmetdən istifadə etməklə (ülgüclə, bıçaq, cızçəkən və s.) mexaniki üsulla pozulmanın izləri müəyyən edildi. Həmin pozulmalar yerli və intensiv olduğu üçün rəqəmlərin yerində hər hansı bir digər rəqəmin olub-olmamasını müəyyən etmək mümkün olmadı.

2. Təqdim edilmiş “Əmək kitabçası”nın 2-ci səhifəsində 3-cü sırada 4-cü sütunda olan “25/İV/-73” qrafasındakı rəqəmlərdə hər hansı bir düzəlişlərin (mexaniki üsulla pozma, üstdən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə, ağardıcı maddə ilə pozma və s.) edilib-edilməməsini müəyyən etmək üçün Rəyin 1-ci bəndin tədqiqi hissəsində qeyd edilmiş metodlar vasitəsilə tədqiqat aparıldı və aşağıdakı əlamətlər müəyyən olundu (şəkil 2): - əlavə cizginin olması; - basma izinin müxtəlif olması; - qaralamanın olması; Yuxarıda göstərilən əlamətlərə əsasən belə nəticəyə gəlindi ki, təqdim edilmiş İddiaçı adına verilmiş 23 mart 1973-cü il tarixli “Əmək kitabçası”nın 2-ci səhifəsində 3cü sırada 4-cü sütunda olan “25/İV/-73” rəqəmlərdəki “İV” rum rəqəmlərinin üzərlərindəki qaralamalar yerli və intensiv olduğu üçün ilkin rəqəmləri müəyyən etmək mümkün olmadı.”

9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-255/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birin ci instansiya məhkəməsi qeyd etmişdir ki, aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçının bütövlükdə iş stajı 24 il 05 ay 10 gün təşkil etməklə tələb olunan 25 il iş stajından azdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-434/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Şikayətin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə təqdim edilmiş sənədləri tam və hərtərəfli araşdırmamış, apellyasiya şikayətində qeyd edilən dəlil və sübutlara əhəmiyyət vermədən və qanunvericiliyin tələblərini nəzərə almadan apellyasiya şikayətini təmin etməmişdir.

16. Belə ki, iş materiallarında iddiaçıya aid 2 ədəd əmək kitabçası olduğu halda, işə baxan məhkəmələr əmək kitabçalarının birini diqqətə almış, iddiaçının 1970-ci ildə əmək fəaliyyətinə başladığı qeyd edilsə də, həmin əmək kitabçası əsasında 19701972-ci illərdə Qırğızıstan Respublikasının Aravan rayonda Lenin adına kolxozda kolxozçu işlədiyini nəzərə alınmamışdır.

17. İşə baxan məhkəmələr ekspertiza rəyindən sonra da işə tam və obyektiv baxa bilməmiş, sübutları hərtərəfli araşdırmamışdır. Ekspertiza rəyi ilə iddiaçıya məxsus əmək kitabçasında bəzi yerlərdə cızılma və qaralama olmasını əsas gətirərək həmin illəri iş stajından çıxmış yekun olaraq iddiaçıya 24 il 5 ay 10 gün ümumi iş stajı hesablamışdır. Halbuki, cavabdeh orqan belə ekspertizaya təqdim edilən iş illərini mübahisələndirməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-434/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiy ası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalı dır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Mülki Prosessual Məcəllə (MPM) Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblər i göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “İşin hallarından və təqdim olunan ekspert rəyindən müəyyən edilir ki, iddiaçının əmək kitabçasının bəzi qeydləri mötəbər deyildir. İddiaçı xx.xx.1955-ci il doğumlu olduğundan 15 yaşının tamam olduğu xx.xx.1970-ci il tarixdən başlayaraq onun əmək stajı aşağıdakı qaydada hesablanmışdır:

1. İddiaçıya məxsus xx.xx.1972-ci il tarixli Kolxozçunun əmək kitabçasına əsasən 01 il 09 ay;

2. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli Kolxozçunun əmək kitabçasına əsasən; xx.xx.1973-xx.xx.1973-cü il, Aravan rayon Kırqız selxoztexnikumu nda elektrik qaynaqçısı - 03 ay 23 gün; xx.xx.1980-xx.xx.1990cı il, həmin iş yerində üçüncü və dördüncü dərəcə qaynaqçı - 09 il 11 ay 09 gün; xx.xx.1990-xx.xx.1997-ci il, P.Babayev adına üzümçülük sovxozunda elektrik qaynaqçısı - 06 il 07 ay 26 gün; xx.xx.1997-xx.xx.1998-ci il, Beşevlər KTMUK-nin qaynaqçı - 01 il 01 ay 05 gün;

3. İddiaçıya məxsus 25 aprel 1973-cü il tarixli HC ******* nömrəli hərbi biletə əsasən - xx.xx.1973-xx.xx.1976, 03 il 09 gün. Yuxarıda qeyd olunan iş illərinin cəmi 22 il 09 ay 12 gündür. Bununla bərabər ekspert tədqiqatının predmeti olmuş xx.xx.1977-xx.xx.1980-ci illəri əhatə edən 3 il 3 ay 10 günlük dövrün xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan hissəsi nəzərə alınmaqla iddiaçının həmin dövrü əhatə edən və mötəbər hesab edilən iş stajı 01 il 07 ay 28 gündür. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçının bütövlükdə iş stajı 24 il 05 ay 10 gün təşkil etməklə tələb olunan 25 il iş stajından azdır.”. (Məhkəmənin qeydi: apellyasiya instansiyası məhkəməsinin qərarında iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçası səhvən “Kolxozçunun əmək kitabçası” kimi göstərilmişdir. Belə ki, iddiaçının yalnız bir ədəd - xx.xx.1972-ci il tarixli, 991 nömrəli “Kolxozçunun əmək kitabçası” olmuşdur. xx.xx.1973-cü il tarixli əmək kitabçası “Qırğızkəndtəsərrüfatıtexnikası” dövlət müəssisəsi tərəfindən verilmişdir.)

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellya siya instansiyası məhkəməsi ekspert rəyinə istinadla iddiaçının xx.xx.1973-cü il tarixli əmək kitabçasının “İş barədə məlumatlar” bölməsində 5 №-li qeyddəki pozulma və düzəlişlərin edilməsi səbəbi ilə iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək iş dövrünə dair həmin qeydin mötəbərliyini ümumiyyətlə qəbul etməmiş, qeydin aid olduğu dövrü iddiaçının iş stajına daxil etməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi ekspert tədqiqatının predmeti olmuş xx.xx.1977-xx.xx.1980-ci illəri əhatə edən 3 il 3 ay 10 günlük dövrün nə üçün məhz xx.xx.1978-ci il tarixdən başlayan hissəsini nəzərə aldığını əsaslandırmalı idi.

27. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı rəydən də göründüyü kimi, ekspert xx.xx.1973-cü il tarixli əmək kitabçasının “İş barədə məlumat lar” bölməsində 5 №-li qeyddə “1977” və həmin sırada 4-cü sütunda olan “İİ/İV/-77” rəqəmlərdən yalnız sonuncu “7” rəqəminin (hər iki halda) pozulduğunu müəyyən etmişdir. Bu hal isə, qeyddəki digər məlumatların (işə daxil olma günü və ayı, işə qəbul, tutduğu vəzifə, əmrin verildiyi gün və ay, həmin qeydlərin 70-ci illərə aid olduğu) mötəbərliyini özü-özlüyündə aradan qaldırmır və həmin qeydlər digər məlumatlarla birgə qiymətləndirilməli idi. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mötəbər hesab edərək qəbul etdiyi xx.xx.1978-ci ilə aid olan 6 №-li qeydə əsasən iddiaçıya üçüncü dərəcəli qaz-elektrik qaynaqçısı ixtisas dərəcəsinin verildiyi nəzərə alındıqda, onun artıq qeyd olunan tarixdən əvvəl eyni müəssisənin işçisi olduğu qəbul edilməli idi.

28. Bilavasitə düzəlişə gəlincə, iddiaçı nın hərbi xidmətdən xx.xx.1976-cı il tarixdə tərxis olunduğu və işə daxil olmanın “11 aprel” olduğu nəzərə alındıqda, pozulmuş rəqəmin 1976-cı ilə aidiyyəti istisna edilir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi pozulmuş rəqəmin, - qeyddəki digər məlumatların (işə daxil olma günü və ayı, işə qəbul, tutduğu vəzifə, əmrin verildiyi gün və ay, həmin qeydlərin 70-ci illərə aid olduğu) mötəbərliyini özü-özlüyündə aradan qaldıran halın olmadığı və iddiaçıya xx.xx.1978-ci ildə ixtisas dərəcəsinin verildiyi nəzərə alınmaqla, - onun ən azından 1978-ci il aprelin 11-dən “Qırğızkəndtəsərrüfatıtexnikası” müəssisəsinə işə qəbul edildiyi məhkəmə araşdırmasının predmeti ola bilərdi.

29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblər inin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-434/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar