Məhkəmə qərarları › İş №2-1(102)-2520/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2520/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2520/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (iş № 2-1(102)-2520/23) Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam verilməsi Bakı şəhəri 21 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmə ti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1592/2023 nömrəli iş üzrə 28 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi xx.xx. 2019-cu il tarixli **********130826 nömrəli aktla rəsmiləşdirilmişdir. 2. xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən xx.xx.2017- ci il tarixli qərara əsasən İddiaçı MMC-də Vergi Məcəllənin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (2015-2017-ci illər üzrə aksiz vergisi, 2015-2016-ci illər üzrə əmlak vergisi, 2016-2017-ci illər üzrə torpaq vergisi, İV rüb 2015-İİ rüb 2017-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, 2015-2016-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, oktyabr 2015-cı il-sentyabr 2017- ci illər üzrə mədən vergisi, sentyabr 2015-sentyabr 2017-ci illər üz rə əlavə dəyər vergisi, 2015-2016-ci illər üzrə mənfəət vergisi, İV rüb 2015-İİ rüb 2017-ci illər üzrə sadələşdirilmiş vergi üzrə) növbədənkənar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2017-ci il tarixdə başlanıb, xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır.

3. Qeyd olunan akta görə vergi orqanına təqdim edilmiş vergi bəyannamələri ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanılarkən büdcəyə çatası ƏDVnin 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat az hesablanması aşkar edilmiş və yoxlamanın nəticəsi olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin hesabatda göstərilən məbləğinin, verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 48.607,71 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 24. 303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

4. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV hesablanmış və həmin məbləğlərin 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmış və qeyd olunan qərar xx.xx.2019-cu il tarixdə İddiaçı MMC- nin rəhbərinə rəsmi qaydada təqdim olunmuşdur.

5. Bundan sonra iddiaçı səyyar vergi yoxlamalarının nəticələrindən narazılıq barədə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli şikayətlərlə Vergilər Nazirliyinə müraciət etmişdir.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-nin rəhbəri X3 cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə Vergilər Nazirliyinə verdiyi xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərar 22.899,45 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********191195 №-li qərarı ilə İddiaçı MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə hesablanmış 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV ilə bağlı tətbiq olunmuş 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasına düzəliş edilərək 1.404,41 manat (2017-ci il üzrə) məbləğində müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddia çı cavabdehə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, barəsində cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarın “2015-ci ilin dekabr ayı üzrə müəyyən edilmiş 45.798,9 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi” hissəsində ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)-2689/2020 saylı iş) 21 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2019-cu il tarixli qərarı (iddiaçı tərəfindən mübahisələndirilən hiss ədə) maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, ödənilmiş əlavə dəyər vergisi 2 (iki) dəfə əvəzləşməyə təqdim edildiyi üçün vergi orqanı tərəfindən 2015-ci ilin əlavə dəyər vergisi bəyannamələrində əvəzləşməyə təqdim edilmiş 45.798.90 manat məbləğində əvəzləşmə ləğv edilmişdir. İddiaçı cəmiyyət tərəfindən ötən müddət ərzində qeyd olunan məbləğdə əvəzləşmənin ləğv olunması mübahisələndirilməmişdir. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəf indən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. İş materiallarından da göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmaqla, cavabdeh cəmiyyətdə xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə xx.xx.2017-ci il tarixində qərar qəbul olunmuş, qeyd olunan qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş, qərara əsasən keçirilmiş yoxlamanın nəticəsinə dair müvafiq akt tərtib olunmuş, həmin akta əsasən isə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi (qərara düzəliş edilməsi) haqqında qərar qəbul edilmişdir.

11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X11-məruzəçi, X15 və X27, 2-1(103)-377/2021 saylı iş) 30 mart 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rəsulbəyova Nigar İmran qızı-məruzəçi, X1 və Hüseynov İlqar Kamil oğlu, 2-1(102)951/2021 saylı iş) 25 may 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisinin məsuliyyətə cəlb etmə müddətinin ötürülüb-ötürülmədiyi məhkəmələr tərəfindən araşdırılmamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X12məruzəçi, X2 və X6, 2-1(103)-1981/2021 saylı iş) 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərar ı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı qərarın ləğv olunması tələbinə dair iddiası mümkün sayılmamışdır.

17. Apelyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə müraciət etməsi üçün kifayət qədər vaxtı olmuşdur. İddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və işə baxan məhkəmə iddianı mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

18. İddiaçı kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. d) kasasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X13-məruzəçi, X14 və X16, 2-1(102)-218/2022 saylı iş) 02 fevral 2022-ci il tarixli qərarı ilə iddi açının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şikayət instansiyasının 2 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin qəbul etdiyi 7 oktyabr 2019-cu il tarixli qərarı iddiaçı üçün eyni məsuliyyət daşıyır. 2 oktyabr 2019-cu il tarixli qərarı şikayət instansiyası, 7 oktyabr 2019-cu il tarixli qərarı cavabdeh qəbul etmişdir. Hər iki qərarda iddiaçı eyni dövrlə bağlı eyni məbləğdə vergi məsuliyyətinə cəlb edilmişdir. Lakin məhkəmə iddia tələbinin 8 sentyabr 2020-ci il tarixdə verilməsinə istinad edərək iddia müddətinin buraxılması barədə səhv nəticəyə gəlmiş, İPM-in 13-cü m addəsinə uyğun qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, natamam faktiki məlumatların tamamlanmasında iddiaçıya yardım etməmiş, iddianın predmetinin 2 oktyabr 2019-cu il tarixli, yaxud 7 oktyabr 2019-cu il tarixli qərar olmasından asılı olaraq iddiaya cavab verməli hansı orqanın cavabdeh olması barədə müzakirə aparmamışdır. apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

21. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7məruzəçi, X8 oğlu və X9) 2-1(103)-1592/2023 saylı iş) 28 iyul 2023-cü il tarixli qərarı ilə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8873/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.... 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. İşə kassasiya qaydasında baxılanadək, yəni 11 sentyabr 2023-cü il tarixd ə cavabdeh ərizə göndərərək apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini geri götürdüyünü bildirmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin geri götürülməsinə dair cavabdehin müraciəti təmin edilməli, iş üzrə kassasiya icraatına xitam verilməlidir.

27. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1592/2023 nömrəli iş üzrə 28 iyul 2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin verdiyi şikayət üzrə başlanmış kassasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar