Məhkəmə qərarları › İş №2-1(102)-2522/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2522/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2522/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı (VÖEN: **********) ##.##.2012-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır, taksi fəaliyyəti ilə məşğuldur.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin ##.##.2019-cu il tarixli, **************** nömrəli qərarına əsasən, iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək olan dövrlər üzrə növbəti səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi ##.##.2020-ci il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

3. Həmin akta əsasən, 2018-ci il üzrə mənfəət vergisinin 94095,25 manat azaldılması; sadələşdirilmiş verginin 4583,80 manat azaldılması, 2268,49 manat artıq hesablanması;ödəmə mənbəyində tutulan verginin 14090 manat azaldılması, ümumilikdə vergilərin 112769,05 manat azaldılması, 2268,49 manat artıq hesablanması, əlavə hesablamanın 110500,56 manat təşkil etməsi müəyyən edilmiş, həmçinin əlavə dəyər vergisi üzrə qeydiyyatı olmadan fəaliyyət göstərdiyinə görə 2018-2019-cu illər üzrə cəmi 168890,54 (116228,69+52661,85) manat əlavə dəyər vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğlərinə, eləcə də 2018-2019cu illər üzrə vergi hesabatlarının və arayışların vaxtında verilməməsinə görə müvafiq maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.

4. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarına əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında ##.##.2020-ci il tarixli, **************** nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, yoxlama zamanı zəruri olan sənədlərin təqdim olunması üçün ##.##.2019-cu il tarixli tələbnamə verilmişdir. Həmin tələbnamə əsasında vergi müfəttişlərinə kassa sənədləri (mədaxil və məxaric orderlərinin surəti, dövriyyə cədvəlləri), debitor və kreditor borcları haqqında arayış (yoxlama dövrünün əvvəlinə və sonuna olan qalıqlar), göndərilmiş hesabfakturalar və aktlar, xidmət müqaviləsi ilə işləyən sürücülərin xidmət haqqı cədvəli, yoxlanılan dövr ərzində sifarişlərin siyahısı, vergi auditi tədqiqinin sorğu anketi, balansda olan nəqliyyat vasitələri haqqında məlumat, balansda olan nəqliyyat vasitələrini idarə edən sürücülər haqqında məlumat, icarəyə götürülmüş nəqliyyat vasitələri və onları idarə edən sürücülər haqqında məlumat, əmək haqqının hesablanması cədvəlləri, debitor və kreditorlarla bağlanmış müqavilələrin surəti, daxil olmuş SMS-lərin təyinatı barədə izahat, 2018-ci ilin balansı, 2019-cu ilin balansı, direktorun və sürücülərin izahatları təqdim olunmuşdur. Vergi müfəttişləri yoxlama aktında yoxlama dövrü üzrə iddiaçı tərəfindən vergilərin 281659,59 manat (mənfəət vergisi 94095,25 manat, ƏDV 168890,54 manat, sadələşdirilmiş vergi 4583,8 manat, ödəmə mənbəyində tutulan vergi 14090 manat) azaldıldığını, sadələşdirilmiş verginin 2268,49 manat artıq hesablandığını qeyd etmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 140829,81 manat maliyyə sanksiyasının və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 680 manat maliyyə sanksiyasının tətbiq olunmasını təklif etmişdir və cəmi hesablama (281659,59+140829,81-2268,49+680) = 420900,91 manat məbləğində olmuşdur. Səyyar vergi yoxlaması aktı əsasında ##.##.2020-ci il tarixdə **************** nömrəli qərar və **************** nömrəli tələbnamə iddiaçıya təqdim olunmuşdur. Həmin qərardan verilmiş inzibati şikayətin təmin edilməməsi haqqında ##.##.2021-ci il tarixli, **************** nömrəli qərar qəbul olunmuşdur. Həmin qərardan da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət olunmuş və şikayət üzrə bu günədək heç bir qərar qəbul edilməmişdir. İddiaçının əldə etdiyi mənfəətin hesablanması qaydası üzrə: iddiaçı nağdsız taksi sifarişlərinin yerinə yetirilməsini həyata keçirir və bu məqsədlə istifadəsində olan avtonəqliyyat vasitələri ilə taksi xidmətini göstərir. İddiaçı yalnız nağdsız qaydada sifarişlərin qəbulunu həyata keçirir və onları icra edir. İddiaçı tərəfindən taksi sifarişlərinin yerinə yetirilməsi zamanı istifadə olunan SMS-lərin müxtəlif istiqamətlər üzrə göndərişləri mümkündür və bunlara aiddir: sifarişin təsdiqi, sifarişin dəqiqləşdirilməsi, sifariş məbləğinin və marşrutunun dəyişməsi, sifarişin ləğv olunması, kampaniya və aksiyalar barədə məlumat, xidmət keyfiyyətinin qiymətləndirilməsi, bayram təbrikləri, sürücülərə göndərilən sifariş SMS-ləri, sürücülərə göndərilən və sifarişlə əlaqəli olmayan SMS-lər. İddiaçının mühasibat uçotunun qurulması və aparılması qaydası icra olunmuş sifarişlərə bağlıdır və bu səbəbdən SMS-lərin uçotu aparılmır və göndərilməsinə nəzarət mövcud deyil. SMS-lərin hansı istiqamət üzrə göndərilməsi iddiaçının əməkdaşları tərəfindən həyata keçirilir və bu barədə müstəqil qərar qəbul edilir. Misal üçün: bayram təbriki SMS-lərinin kütləvi şəkildə bütün abonentlərə göndərilməsi və s. Bu tip göndərişlər barədə qərarı öncədən planlaşdırmaq olmur və SMS-lərin göndərişləri faktiki hal və zərurət üzrə həyata keçirilir. Bundan əlavə olaraq qanunvericilikdə xidmətin təşkilində istifadə olunan SMS-lərin dəqiq uçotunun aparılmasına dair heç bir tələb mövcud deyil. “xxxx” MMC, “xxxx” MMC və “X3 Marketing Technologies” MMC ilə müqavilələr bağlandığı zaman iddiaçının direktoru X12 olub və müqavilənin hansı şərtlərlə bağlanılması (hədiyyə olaraq müəyyən sayda SMS-lərin pulsuz olaraq təqdim edilməsi və s.) tərəflər arasında müstəqil qaydada müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi müfəttişlərinin dəlil kimi qeyd etdikləri pulsuz SMS-lərdən əlavə pullu SMS-lərin hansı səbəbdən alınması barədə (cəmi 5589108 ədəd SMS) bu da bildirilir ki, xidmətin təşkilində istifadə olunan SMSlərin kifayət etməməsi, biznesin genişləndirilməsi kimi səbəblər əlavə pullu SMS-lərin alınmasını zəruri etmişdir. Bundan əlavə olaraq, iddiaçının əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarının hesablanma metodu kimi əsas götürülməsinin mümkünlüyü barədə ekspert rəyinin alınması üçün iddiaçı tərəfindən “Alternativ Ekspertiza Mərkəzi”nə müraciət olunmuşdur. “Alternativ Ekspertiza Mərkəzi”nin ##.##.2020-ci il tarixli cavab məktubunda ekspert rəyi kimi bildirilmişdir ki, SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu məlum olmadığı halda, müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənib müəssisənin əldə etdiyi mənfəətin hesablanması üçün xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablama metodu kimi əsas götürülə bilməz. Buna baxmayaraq vergi müfəttişləri SMS-lərin cəmi sayından yalnız reklama sərf olunan 35%-i çıxaraq, iddiaçının əldə etdiyi mənfəətin hesablanması üçün xidmətin təşkilində istifadə edilmiş SMSlərin ümumi miqdarının hesablanması metodunda SMS-lərin 65%-ni nəzərə almışdır. Bu hesablama metodunun nəticəsi kimi vergi müfəttişləri tərəfindən yanlış olaraq iddiaçı tərəfindən göstərilən 1 taksi gedişinin orta qiymətinin 4,94 manat olduğu və bunun əsasında yanlış olaraq iddiaçının “sifarişlərin ötürülməsi xidmətlərinin göstərilməsindən” (iddiaçı sifarişlərin ötürülməsi xidmətləri ilə məşğul deyil və yalnız taksi fəaliyyəti üzrə işləyir) əldə etdiyi gəlirin 1131047,1 manat olması müəyyən edilmişdir. Sürücülərin izahatları əsasında mövcud olmayan fəaliyyətin iddiaçıya aid edilməsi: Səyyar vergi yoxlaması zamanı vergi müfəttişləri tərəfindən 3 nəfər sürücüdən izahatlar götürülmüşdür. İzahatlar götürülən zaman vergi müfəttişləri sürücülərə seçici və məqsədyönlü suallar verərək yalnız lazımi cavabın əldə edilməsinə nail olmuşlar. Belə ki, sürücü qarşısında sual qoyulan zaman iddiaçının adı çəkilməyərək, onların “189 taksi”-yə aid fəaliyyətlərinə dair suallar verilirdi. Bildirilir ki, “189 taksi” kimi fəaliyyət göstərən qurum mövcud deyil, bu bir brenddir və bu brend altında bir çox müstəqil və bir-birinin fəaliyyətinə, yaxud vergi öhdəliyinə heç bir aidiyyəti olmayan müəssisələr çalışır. Sıravi sürücü bu barədə ətraflı məlumata malik olmaması səbəbindən izahatında iddiaçının fəaliyyətinə aid olmayan fəaliyyət barədə səhv izahat verib. Belə ki, bütün fəaliyyət dövrü ərzində iddiaçı heç vaxt nağd taksi sifarişlərini nə qəbul edib, nə də icra edib. İddiaçının, izahatda sürücülər tərəfindən səhv qeyd olunan kimi, heç bir ofisində sürücülərdən nağd pulun qəbulu həyata keçirilmir və iddiaçı sürücülər ilə hesablaşmaları nağdsız qaydada aparır. Buna baxmayaraq vergi müfəttişləri sürücülərin izahatlarını yoxlamayaraq, yaxud bu barədə heç bir sübut və təsdiq əldə etmədən səyyar vergi yoxlaması üzrə müəyyən əsassız və səhv nəticələrə gəliblər. Digər vergi ödəyicilərinin vergi öhdəliklərinin iddiaçının vergi öhdəliklərinə aid edilməsi: Vergi müfəttişləri səyyar vergi yoxlaması aktında 11 nəfər fərdi sahibkar olan fiziki şəxsin fəaliyyətləri zamanı yaranmış dövriyyəni, bu şəxslərlə heç bir hüquqi və faktiki fəaliyyət yaxud əlaqənin olmadığı halda, yanlış olaraq iddiaçının əldə edə biləcəyi gəlir kimi tanımışdır və bunu “189 taksi” xidməti ilə bağlı olan şirkətlər” kimi əsaslandırmışdı. Bununla əlaqədar bildirilir ki, nə Əskərov Ağa- Kərim Fəxrəddin oğlunun (VÖEN 1003270372), nə İbadov Eldar Vətən oğlunun (VÖEN 1602016862), nə Məmmədov Manaf İbrahim oğlunun (VÖEN 1002943002), nə X4 (VÖEN 1002185672), nə X5 (VÖEN 1005248912), nə X6 (VÖEN 1702353152), nə X7 (VÖEN 1503659372), nə X9 (VÖEN 7702031222), nə Vəliyev İlham Kamran oğlunun (VÖEN 1001044572), nə X14 (VÖEN 1003458902), nə də X15 (VÖEN 1001975572) iddiaçının fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur (müqavilə yaxud digər hər hansı əsas). İddiaçının müstəqil vergi ödəyici olmasına baxmayaraq vergi müfəttişləri qanunvericilikdə nəzərdə tutulmamış qaydada və öz fərziyyələrinə əsaslanaraq və bu barədə heç bir təsdiq yaxud sübut olmadığı halda digər vergi ödəyicilərinin müstəqil öhdəliklərini iddiaçıya aid edir. Əsassız hesablama metodunun tətbiqi nəticəsində əldə edilmiş yanlış məlumatlar üzərindən vergilərin hesablanması və sanksiyaların tətbiq edilməsinin əhəmiyyətsiz və səhv olması səbəbindən səyyar vergi aktının və qərarın bütün digər hissələri əhəmiyyətsiz və səhvdir. Yuxarıda qeyd olunanlardan əlavə bildirilir ki, nə səyyar vergi yoxlaması aktından verdikləri etiraza, nə qərara mahiyyəti üzrə baxılmışdır. Belə ki, kifayət qədər tutarlı əsasların gətirilməsinə, əlavə ekspert rəyinin təqdim olunmasına baxmayaraq, nə etiraza cavabda (qərar), nə də qərardan şikayətə olan cavabda mahiyyəti üzrə dəlillərə baxılmamış və bununla bağlı ciddi araşdırma aparılmamışdır. Həmin cavabların mətnlərinə diqqət yetirilsə aydın olar ki, cavabdeh yalnız və yalnız səhv və yanlış olan səyyar vergi yoxlaması aktında göstərilən məlumata dəfələrlə istinad edir və hətta tərəflərindən verilən yeni izahat və cavablara baxmayaraq onların heç birini qəbul etmir. İddiaçı tərəfindən təqdim edilən bir sıra məlumatlar (izahatlar, əlavə sənədlər və s.) ümumiyyətlə nəzərə alınmamış, yaxud inkar edilmişdir. Belə ki, ##.##.2020-ci il tarixdə iddiaçı tərəfindən təqdim olunan bəzi sənədlərin nüsxələrinin yenidən elektron qaydada sorğu edilməsinə baxmayaraq, onlara bir cavab verilməmişdir. Sadə bir nümunə olaraq o da qeyd olunur ki, sifarişlər barədə ətraflı məlumat bir çox qutuları əhatə edən vərəqlərdə çap olunmuş və vergi müfəttişlərinə təqdim olunmuşdur. Lakin buna baxmayaraq vergi müfəttişləri, çox güman ki, təqdim olunmuş materialın çoxluğunu nəzərə alaraq, onları heç nəzərdən keçirməmiş və yalnız baxılması rahat olan və redaktə edilə bilən formatda sənədləri şifahi tələb etmişdirlər və bununla əlaqədar əllərindən gələn köməyi etmişdirlər. Yoxlama zamanı, bəzi yerlərdə, iddiaçıya hətta sənədlərin götürülməsi barədə heç bir təhvil-təslim aktı təqdim edilməmişdir, xüsusən də iddiaçı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla və “Sənədlərin qismən yoxlamaya təqdim edilməsi barədə” aktla tanış olmamış və həmin sənədlərin nüsxələri iddiaçıya verilməmişdir.

7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mühasibat uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmadığına görə yoxlama qarşılıqlı əlaqələrə dair sənədlərə, bank sənədlərinə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə, müəssisə rəhbəri və sürücülər tərəfindən verilmiş izahatlara və digər sənədlərə əsasən aparılmışdır. Yoxlanılan dövrdə iddiaçı özünə məxsus olan və icarəyə götürülmüş avtonəqliyyat vasitələri ilə taksi xidmətlərinin göstərilməsi, həmçinin “189 taksi” xidmətinin göstərilməsi üçün müraciət etmiş sərnişinlərin sifarişlərinin yerinə yetirilməsi məqsədilə xidmət müqaviləsi əsasında proqram təminatı vasitəsilə “189 taksi” xidməti platformasına qoşulmuş olan müxtəlif fiziki şəxslərə sifarişlərin ötürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin fiziki şəxslərlə bağlanmış xidmət müqaviləsinə əsasən onlara ötürülmüş sifarişlərin yerinə yetirilməsindən nağd qaydada əldə edilmiş vəsaitə görə icraçının iddiaçıya əvvəldən qoyduğu depozit hesabı ödənişlərindən sifarişin marşrutu, qiyməti və endirimi nəzərə alınmaqla 10, 15 və ya 20 faiz dəyərində xidmət haqqı alınması göstərilsə də, alınmış izahatlardan müəyyən edilir ki, reallıqda onlardan yalnız 20 faiz dəyərində xidmət haqqı tutulur. Nağdsız ödəniş əsasları ilə qəbul edilmiş sifarişlərin icrası zamanı isə sifarişin dəyəri iddiaçıya ödənilir və sifarişin dəyərinin 20 faizi iddiaçıda saxlanılaraq yerdə qalan 80 faizi icraçıya xidmət haqqı kimi ödənilir. Yoxlama ilə bağlı iddiaçının direktoru tərəfindən verilmiş izahatda taksi sifarişlərinin yalnız nağdsız qaydada korporativ və “Goldenpay” müştərilərinə göstərildiyi bildirilmişdir. Lakin yoxlama ilə iddiaçı tərəfindən nağdsız (“Goldenpay” və korporativ) müştərilərə deyil, eyni zamanda, nağd sifarişlər əsasında taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Belə ki, xidmət müqaviləsi əsasında fəaliyyət göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən, eləcə də bağlanmış xidmət müqavilələrinin 4-cü bəndinə əsasən nağdsız sifarişlərlə yanaşı nağd sifarişlərin həyata keçirildiyi, eyni zamanda nağd sifarişlər zamanı 20% xidmət haqqının sürücünün depozit hesabı ödənişlərindən tutulduğu, nağdsız sifarişlərdə isə 80% xidmət haqqının taksi sürücülərinin hesabına köçürüldüyü müəyyən edilmişdir. Taksi sürücüləri “189 taksi” ilə bağlı (“189 taksi” platforması vasitəsilə taksi xidmətləri göstərən şirkətlər iddiaçı və “xxxx” MMC) nağd qaydada sifarişlər almaq üçün ilk növbədə “PayPoint”, “Milliön” və s. ödəniş terminallarında sürücülərə təqdim edilmiş kodlara (bu kodlar xidmət müqaviləsinin nömrəsidir) və ya müəssisəyə məxsus ofislərə gedərək depozitə nağd pul yatırmalıdırlar. Sürücülər tərəfindən göstərilmiş taksi xidmətləri müqabilində isə balansdan hər taksi gedişinin 20%-i məbləğində pul silinərək “189 taksi” xidmətinin hesabına yığılır, o hesabdan isə “189 taksi” xidməti ilə bağlı olan (müxtəlif vaxtlarda iddiaçı, “xxxx” MMC (VÖEN 1801004181), müəssisələrin hesabına deyil, “189 taksi” ilə bağlı 11 fiziki şəxsin bank hesablarına: Əskərov Ağa-Kərim Fəxrəddin oğluna (VÖEN 1003270372, iddiaçının direktoru) 227908,41 manat, İbadov Eldar Vətən oğluna (VÖEN 1602016862, iddiaçının əməkdaşı) 216882,98 manat, Məmmədov Manaf İbrahim oğluna (VÖEN 1002943002, “xxxx” MMC-nin əməkdaşı) 219016,75 manat, X4 (VÖEN 1002185672, “xxxx” MMC-nin əməkdaşı) 13030,78 manat, X5 (VÖEN 1005248912) 251039,36 manat, X6 (VÖEN 1702353152, “xxxx” MMC-nin əməkdaşı) 198934,14 manat, X7 (VÖEN 1503659372, iddiaçının əməkdaşı) 140402,85 manat, X9 (VÖEN 7702031222, “xxxx” MMC-nin əməkdaşı) 78878 manat, Vəliyev llham Kamran oğluna (VÖEN 1001044572) 98911,33 manat, X14 (VÖEN 1003458902, “xxxx” MMC-nin əməkdaşı) 141591,23 manat və X15 (VÖEN 1001975572) manat, cəmi 1670149,6 manat vəsait köçürülmüşdür. Bu məbləğlərin heç biri “189 taksi” ilə bağlı şirkətlərin dövriyyələrində əks etdirilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə bağlanmış xidmət müqaviləsi ilə 835 fiziki şəxs tərəfindən taksi xidmətlərinin göstərildiyi bildirilsə də, yoxlama ilə müəssisə tərəfindən 1192 fiziki şəxsin bank hesabına köçürmələr edildiyi müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş taksi xidmətləri üzrə gedilmiş marşrutlar və dəyər cədvəlinə (nağdsız müştərilər üzrə) əsasən iddiaçının xidmət müqavilələri əsasında fəaliyyət göstərən fiziki şəxslərə heç bir debitor-kreditor borcu olmadığı halda, 1192 vergi ödəyicisi (sürücü) tərəfindən göstərilmiş xidmətlər üzrə onlara ödənilməli məbləğ (80%) 167423 manat təşkil etdiyi halda, həmin vergi ödəyicilərinin bank hesablarına 528261 manat (360838 manat artıq) vəsait köçürülmüşdür. Belə ki, təqdim edilmiş cədvələ əsasən 688 vergi ödəyicisi tərəfindən 94802 manat dəyərində taksi xidməti göstərildiyi halda həmin fiziki şəxslərə 494752 manat (399950 manat artıq), 504 vergi ödəyicisi tərəfindən 72621 manat dəyərində taksi xidməti göstərildiyi halda həmin fiziki şəxslərə 33509 manat (39112 manat əskik) köçürülmüş, bununla da vəsait cəmi 1192 vergi ödəyicisi (sürücü) üzrə cəmi fərq 360838 manat (399950-39112) təşkil etmişdir. Bütün qeyd olunanlar müəssisə tərəfindən yalnız nağdsız deyil, eyni zamanda müştərilərə nağd qaydada da xidmət göstərildiyini sübuta yetirir. Bundan əlavə, yoxlama zamanı taksi sifarişlərinin “xxxx” MMC (VÖEN 9900032791), “xxxx” MMC (VÖEN 1401404781) və “X3 Marketing Technologies” MMC (VÖEN 1402585421) tərəfindən təqdim edilmiş SMS xidmətləri vasitəsilə həyata keçirildiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş SMS sayları barədə məlumatları əldə etmək üçün iddiaçı ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünvanlanmış və cavablar alınmışdır. Belə ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair **** nömrəli müqavilənin ##.##.2017-ci il tarixli, ** nömrəli əlavəsinə əsasən “xxxx” MMC tərəfindən iddiaçıya hər ay pulsuz olaraq 180000 ədəd SMS təqdim etdiyi, limitdən artıq istifadə edilmiş hər bir SMS görə 0,02 manat (ƏDV ilə) ödəniş tələb edildiyi, əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə “xxxx” MMCdən 3060000 ədəd pulsuz SMS və 217370 ədəd ödənişli SMS, cəmi 3277370 ədəd SMS alındığı müəyyən edilmişdir. Həmçinin iddiaçının “X3 Marketing Technologies” MMC ilə arasında bağlanmış ##.##.2017-ci il tarixli, **-**/** nömrəli müqaviləyə əsasən 1453028 ədəd SMS aldığı, eyni zamanda “xxxx” MMC ilə arasında bağlanmış ##.##.2018-ci il tarixli, ** nömrəli müqaviləyə əsasən 858710 ədəd taksi xidmətlərinin göstərilməsi ilə bağlı SMS aldığı müəyyən edilmişdir. Yoxlanılan dövrdə iddiaçı tərəfindən yuxarıda göstərilən vergi ödəyicilərindən cəmi 5589108,0 ədəd SMS alındığı aşkar edilmişdir. Əldə edilmiş SMS-lərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması ilə bağlı “xxxx” MMC, “xxxx” MMC və “X3 Marketing Technologies” MMCyə məktublar ünvanlanmış, lakin SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir. İddiaçının rəhbəri tərəfindən təqdim edilmiş ##.##.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən “Goldenpay” müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, ##.##.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən “Goldenpay” müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və ##.##.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən “Goldenpay” müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. ##.##.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 SMS (5589108/98811), ##.##.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 SMS (5589108/94176), ##.##.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 SMS (5589108/77598) sərf edildiyi müəyyən olunmuşdur ki, bu da, vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Qeyd olunanlarla bağlı iddiaçının direktorundan ##.##.2019-cu il tarixli izahat alınmışdır. Verilmiş izahata əsasən əldə edilmiş 5589108 ədəd SMS-in 35%-nin (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%nin (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu, 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 SMS göndərildiyi, 1 taksi gedişinin minimal orta qiymətinin 4,94 manat olduğu bildirilmişdir. Yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə 3 SMS göndərildiyi nəzərə alınmaqla iddiaçı tərəfindən (3632920/3) 1210973 ədəd taksi sifarişinin yerinə yetirildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən taksi xidmətlərinin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və “Goldenpay” vasitəsilə ödəniş) xidmət göstərildiyi, nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda “Goldenpay” müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən “Goldenpay” müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4,94 manat, korporativ müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8,48 manat, “Goldenpay” müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin minimal orta qiymətinin 4,94 manat olduğu nəzərə alınmaqla, yoxlanılan dövrdə (1210973*4,94 manat) 5982206,60 manat dövriyyə müəyyən edilmişdir. Eyni zamanda, yoxlanılan dövrdə iddiaçıya məxsus və icarəyə götürülmüş avtomobillərlə aylıq fərqlənmə nişanları alınmaqla 326971 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Yoxlama ilə iddiaçı tərəfindən ümumilikdə 5982206,60 manat dəyərində xidmətlərin göstərildiyi nəzərə alınmaqla, iddiaçı ilə xidmət müqaviləsi bağlamış sürücülər tərəfindən (5982206,60 326971) 5655235,60 manat dəyərində xidmət göstərildiyi aşkar edilmişdir. Xidmət müqavilələrinə və xidmət müqaviləsi əsasında taksi xidmətləri göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən göstərilmiş xidmətlərin 20%-nin iddiaçıya xidmət haqqı formasında ödənildiyi nəzərə alınmaqla iddiaçının sifarişlərin ötürülməsi xidmətlərinin göstərilməsindən əldə edilmiş gəlirlərinin (5655235,60*20%) 1131047,1 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda, təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə iddiaçı 110000 manat (ƏDV ilə) dəyərində avtomobillərin satışını həyata keçirmişdir. Yoxlanılan dövrdə təqdim edilmiş sənədlərə əsasən iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Aparılmış səyyar vergi yoxlaması zamanı toplanmış sənədlərə, alınmış izahatlara, qarşılıqlı məlumatlara və vergitutma məqsədləri üçün zəruri olan digər materiallara əsasən aşkar edilmiş və həmin faktlar əsasında hesablanmış əlavə dövriyyə ardıcıl 12 aylıq dövr nəzərə alınmaqla, 2018-ci ilin fevral ayında 201605,8 manat təşkil etmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələbi nəzərə alınaraq iddiaçının ##.##.2018-ci il tarixdən ƏDV məqsədləri üçün məcburi qeydiyyat öhdəliyi yarandığından onun tərəfindən təqdim olunmuş ##.##.2018-ci il tarixdən sonrakı dövrdə sadələşdirilmiş vergi bəyannamələrindəki 2018-ci ilin 2-ci rübü üçün 20753,78 manat, 3-cü rübü üçün 19485,7 manat və 4-cü rübü üçün 16472,86 manat dövriyyə məbləği və müvafiq olaraq 2-ci rüb üçün 830,15 manat, 3-cü rüb üçün 779,43 manat, 4-cü rüb üçün 658,91 manat sadələşdirilmiş vergi məbləği azaldılmışdır. Yoxlama ilə iddiaçının 2018-ci ilin 1-ci rübünün yanvar ayında 98821,5 manat, fevral ayında 35054,3 manat gəlir əldə etdiyi və bu rübdə sadələşdirilmiş vergi bəyannaməsində 19280,64 manat əks etdirildiyi nəzərə alınmaqla, 114595,16 manat dövriyyənin və ya 4583,8 manat sadələşdirilmiş verginin azaldılması müəyyən edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı ƏDV-nin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq yəni 201605,8 manat olduğu müəyyən edilmiş, bu səbəbdən iddiaçının əldə etdiyi gəlirlərinə ##.##.2018-ci il tarixdən ƏDV tətbiq edilərək hesablamalar aparılmışdır. Beləliklə, iddiaçının yoxlanılan dövrdə ƏDV dövriyyəsinin 1107171,3 manat (ƏDV ilə) olduğu müəyyən edilmiş və bu dövrdə ƏDV bəyannamələrinin təqdim edilmədiyi nəzərə alınmaqla (1107171,3/1,18*18%) 168890,54 manat ƏDV-nin azaldılması aşkar edilmişdir (ƏDV qeydiyyatsız). Taksi xidmətlərinin göstərilməsi məqsədilə sifarişlərin ötürülməsindən əldə edilmiş gəlirlərin 2018-ci ilin mənfəət vergisinə cəlb edilməli olan hissəsinin ƏDV-siz məbləği 633850,52 manat, avtomobil satışından ƏDV-siz 11864,41 manat olmaqla, ümumilikdə ƏDV-siz gəlirinin 645714,93 manat olduğu müəyyən edilmişdir. 2018-ci il üzrə iddiaçının xərcləri cəmi 175238,69 manat təşkil etmişdir ki, əmək haqqı xərcləri 41493,98 manat, sosial sığorta və işsizlikdən sığorta xərcləri 9336,15 manat, sığorta haqları 1997,65 manat, bank xərcləri 1467,90 manat, rabitə, SMS, təmir və s. xərclər 120943,01 manat təşkil etmişdir. Beləliklə, 2018-ci ildə iddiaçının mənfəət vergisinə cəlb edilməli olan ümumi gəlirləri 645714,93 manat, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən ümumi xərcləri 175238,69 manat olmuş və onun tərəfindən (645714,93-175238,69) 470476,24 manat mənfəət əldə edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən mənfəət vergisi dərəcəsinin 20% olduğu nəzərə alınaraq, (470476,24*20%) 94095,25 manat mənfəət vergisinin azaldılması aşkar edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə iddiaçı tərəfindən vergi orqanına təqdim olunmuş ödəmə mənbəyində tutulan verginin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən, Vergi Məcəlləsinin 122.1-ci və 150-ci maddəsinin müddəalarının pozulması faktı aşkarlanmışdır. Belə ki, iddiaçı Vergi Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən dividend verən zaman 122.1-ci maddədə göstərilən 10 faiz dərəcə ilə ödəmə mənbəyində tutulan vergini hesablamalı və bəyannamə təqdim edərək, həmin məbləği dövlət büdcəsinə ödəməli olduğu halda, iddiaçı tərəfindən möhür və imza ilə təsdiq edilərək yoxlamaya təqdim edilmiş ##.##.2018-ci il tarixli 8 və * nömrəli “Xəzinə məxaric orderi”ndə, eləcə də kassa əməliyyatlarının uçotunun aparıldığı “Kassa kitabı”nın uçot qeydində ##.##.2018-ci il tarixdə iddiaçının təsisçiləri olan X2 70450 manat, X13 70450 manat dividend verildiyi müəyyən edilsə də həmin məbləğlər barədə iddiaçı tərəfindən vergi orqanına bəyannamə təqdim edilməmişdir. Yoxlama ilə ümumi 140900 manat təqdim edilmiş dividendə görə 14090 manat ödəmə mənbəyində vergi məbləğinin azaldıldığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə 2018-ci il üçün 94095,25 manat mənfəət vergisi, 2018-ci il üçün 4583,80 manat sadələşdirilmiş vergi, 2018-ci il üçün 14090 manat ÖMV və 2018 və 2019-cu illər üçün 168890,54 manat ƏDV (qeydiyyatsız) (2018-ci il üçün 116228,69 manat; 2019-cu il üçün 52661,86 manat) hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş ##.##.2020-ci il tarixli, **************** nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir. İddiaçının həmin qərarın ləğv edilməsi barədə inzibati şikayətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və “İnzibati şikayətin təmin edilməməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçının inzibati şikayəti təmin edilməmiş, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş ##.##.2020-ci il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı etibarlı hesab edilmiş və həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən iddiaçının fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında ##.##.2020-ci il tarixdə cinayət işi başlanmışdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, iddiaçının sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarına əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Şəlalə Həsənova) ## #### 2022-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarı ləğv edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə “xxxx” MMC, “xxxx” MMC və “X3 Marketing Texnologies” MMC arasında bağlanmış müqavilələrə əsasən 17 ay ərzində alınmış cəmi 5589108 ədəd SMS-ə uyğun olaraq 1 taksi gedişinin minimal orta qiyməti müəyyən edilməklə yoxlanılan dövrdə dövriyyənin müəyyən edilməsi, həmin dövriyyəyə uyğun vergi öhdəliklərinin yaranması nəticəsinə gəlsə də, belə hesablama metodu qanunvericiliklə nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırkı mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Göstərilən bu halların hər biri müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizası əsasında verilmiş ekspert rəyi əsasında da müəyyən olunmuşdur. Belə ki, ekspert xüsusi ilə Vergi Məcəlləsinin tələbləri əsas tutulmaqla, SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu məlum olmadığı halda, müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənib müəssisənin əldə etdiyi mənfəətin hesablanması üçün, xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarının hesablanma metodu kimi əsas götürülə bilməməsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə qərardadı əsasında verilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyini təkzib edən hallar cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırkı iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş ##.##.2022-ci il tarixli, */**** nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Bundan əlavə məhkəmə vurğulayır ki, iddiaçı mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində taksi ilə sərnişin daşımalarını, həmçinin həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən sadələşdirilmiş vergi ödəyicisidir. İddiaçının taksi fəaliyyəti ilə deyil, digər fəaliyyət növü ilə məşğul olmaqla (xidmət göstərməsi) gəlir əldə etməsi, buna görə vergi öhdəliklərinin yaranması ilə bağlı cavabdeh tərəfindən əsaslı sübutlar məhkəməyə təqdim edilə bilməmişdir

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin vəsatətinə əsasən iş üzrə iki dəfə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2023cü il tarixli, */**** nömrəli və ##.##.2023-cü il tarixli, */**** nömrəli ekspert rəylərindən görünür ki, təkrar ekspertiza tədqiqatı zamanı da ekspertlər tərəfindən eyni nəticəyə gəlinmişdir. Həmin rəylərə əsasən dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı cavabdehin vəsatətinə əsasən iki dəfə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2023cü il tarixli və ##.##.2023-cü il tarixli ekspert rəylərindən görünür ki, təkrar ekspertiza tədqiqatı zamanı da ekspertlər tərəfindən eyni nəticəyə gəlinmişdir. Həmin rəylərə əsasən dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamış, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər tədqiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmamış, vergi orqanı tərəfindən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Ekspertlər xüsusi ilə Vergi Məcəlləsinin tələbləri əsas tutulmaqla, SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu məlum olmadığı halda, müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənib müəssisənin əldə etdiyi mənfəətin hesablanması üçün, xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarının hesablanma metodu kimi əsas götürülə bilməməsinə istinad etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə məhkəmə qərardadı əsasında verilmiş ekspert rəylərində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyini təkzib edən hallar cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Həmçinin ekspertin əvvəlki rəyi ilə razılaşmadığına görə cavabdeh təkrar ekspertiza barədə vəsatətlər vermiş, cavabdehin vəsatətləri təmin edilmiş, hazırkı iş üzrə ilk ekspertizadan sonra iki təkrar ekspertiza keçirilmişdir və keçirilmiş ekspertiza tədqiqatları zamanı ekspertlər eyni nəticəyə gəlmişlər. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində taksi ilə sərnişin daşımalarını, həmçinin həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən sadələşdirilmiş vergi ödəyicisidir. İddiaçının taksi fəaliyyəti ilə deyil, digər fəaliyyət növü ilə məşğul olmaqla (xidmət göstərməsi) gəlir əldə etməsi, buna görə vergi öhdəliklərinin yaranması ilə bağlı əsaslı sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /məruzəçi/, Xəqani Məmmədov və Nigar Rəsulbəyova) ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPMin 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi əsaslandığı ekspert rəyinin tədqiqat və nəticə hissələrindən göründüyü kimi, ekspert iş üçün mühüm əhəmiyyət kəsb edən və məhkəmə tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş 11 sualdan hər biri üzrə aparılmış tədqiqatın müfəssəl təsviri barədə rəyin tədqiqat hissəsində hər hansı əsaslandırma verməmiş, nəticə olaraq sualların heç birinə cavab verə bilmədiyini rəydə aşkar olaraq göstərmişdir. Eyni məzmunlu nəticə apellyasiya instansiyası məhkəməsində icraat zamanı təyin edilmiş təkrar ekspertizalar üzrə rəylərdə də əks olunmuşdur. Belə olan halda, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun olmadığına dair ekspertin gəldiyi “hüquqi mövqe”nin hansı səbəblərdən qəbul edildiyi məhkəmə qərarında əsaslandırılmalı idi. Digər tərəfdən, bir halda ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün araşdırılmasını və qiymətləndirilməsini zəruri hesab etdiyi suallara ekspert rəyində cavab ala bilməmişdir, məhkəmə həmin suallar üzrə vergi yoxlaması materiallarındakı məlumatların (o cümlədən, hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən yoxlayıcı orqana təqdim edilmiş materialların) mötəbərliyini qəbul etməməsini, həmin materiallar əsasında hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun olmadığına dair qənaətini əsaslandırmalı idi. Belə ki, Vergi Məcəlləsinin 83.2, 83.2.3-cü maddələrinə əsasən, vergi yoxlaması materialları vergi ödəyicisinin vergi öhdəliklərinin hesablanmasının müstəqil mənbəyi (əsası) kimi təsbit olunmuşdur. Bundan başqa, işdən göründüyü kimi, vergi orqanı inzibati icraat prosesində, digər məlumatlarla yanaşı, həm də taksi xidməti ilə əlaqəli ödənişlər və dövriyyələr barədə rəsmi bank məlumatlarına, iddiaçıya rabitə xidməti göstərən hüquqi şəxslər tərəfindən təqdim olunmuş rəsmi məlumatlara da əsaslanmışdır. Cavabdeh iddia tələbinə qarşı etirazında və apellyasiya şikayətində həmin xüsusatlara dair dəlillərini məhkəmənin diqqətinə çatdırsa da, həmin dəlillər araşdırma və qiymətləndirmə predmeti olmayıb. Bu qeyd olunanlar, həm də ona görə əhəmiyyət kəsb edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün araşdırılmasını və qiymətləndirilməsini zəruri hesab etdiyi 11 suala ekspert rəyində cavab ala bilməmişdir. İPM-in 92.0, 92.0.3-cü maddələrinin tələbindən göründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82, 87.8-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır.

apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Günel Abbasova /sədrlik edən və məruzəçi/, Elvin Əliyev və Aytən Oruczadə) ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.

19. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən, yoxlama zamanı taksi sifarişlərinin “xxxx” MMC, “xxxx” MMC və “X3 Marketing Technologies” MMC tərəfindən təqdim edilmiş SMS xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş SMS sayları barədə məlumatları əldə etmək üçün iddiaçı ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünvanlanmış və cavablar alınmışdır. Belə ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair **** nömrəli müqavilənin ##.##.2017-ci il tarixli, ** nömrəli əlavəsinə əsasən “xxxx” MMC tərəfindən iddiaçıya hər ay pulsuz olaraq 180000 ədəd SMS təqdim edildiyi, limitdən artıq istifadə edilmiş hər bir SMSə görə 0,02 manat (ƏDV ilə) ödəniş tələb edildiyi, əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə “xxxx” MMC-dən 3060000 ədəd pulsuz SMS və 217370 ədəd ödənişli SMS, cəmi 3277370 ədəd SMS alındığı müəyyən edilmişdir. Həmçinin, iddiaçının “X3 Marketing Technologies” MMC ilə arasında bağlanmış ##.##.2017-ci il tarixli **-**/** nömrəli müqaviləyə əsasən 1453028 ədəd SMS aldığı, eyni zamanda “xxxx” MMC ilə arasında bağlanmış ##.##.2018-ci il tarixli, ** nömrəli müqaviləyə əsasən 858710 ədəd taksi xidmətinin göstərilməsi ilə bağlı SMS aldığı müəyyən edilmişdir. Yoxlanılan dövrdə iddiaçı tərəfindən yuxarıda göstərilən vergi ödəyicilərindən cəmi 5589108 ədəd SMS alındığı aşkar edilmişdir. Əldə edilmiş SMS-lərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması ilə bağlı “xxxx” MMC, “xxxx” MMC və “X3 Marketing Technologies” MMC-yə məktublar ünvanlanmış, lakin, SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir. Müəssisə rəhbəri tərəfindən təqdim edilmiş ##.##.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən “Goldenpay” müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, ##.##.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən “Goldenpay” müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və ##.##.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən “Goldenpay” müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. ##.##.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 SMS (5589108/98811), ##.##.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 SMS (5589108/94176), ##.##.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 SMS (5589108/77598) sərf edildiyi müəyyən olunmuşdur ki, bu da, vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Qeyd olunanlarla bağlı iddiaçının direktorundan ##.##.2019-cu il tarixli izahat alınmışdır. Verilmiş izahata əsasən əldə edilmiş 5589108 ədəd SMS-in 35%-nin (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-nin (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu, 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 SMS göndərildiyi, 1 taksi gedişinin minimal orta qiymətinin 4,94 manat olduğu bildirilmişdir. Yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə 3 SMS göndərildiyi nəzərə alınmaqla iddiaçı tərəfindən (3632920/3) 1210973 ədəd taksi sifarişinin yerinə yetirildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən taksi xidmətlərinin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və “Goldenpay” vasitəsilə ödəniş) xidmət göstərildiyi, nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda “Goldenpay” müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən “Goldenpay” müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4,94 manat, korporativ müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8,48 manat, “Goldenpay” müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin minimal orta qiymətinin 4,94 manat olduğu nəzərə alınmaqla, yoxlanılan dövrdə (1210973*4,94 manat) 5982206,60 manat dövriyyə müəyyən edilmiş və vergilər hesablanmışdır. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 38.1, 16.1.3, 16.1.6, 67, 70.3, 108, 122.1, 130.2, 150 və 157-ci maddələrini, həmçinin “İnzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrini rəhbər tutaraq hesab edir ki, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

20. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

21. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2 (##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən səyyar vergi yoxlaması qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına münasibətlərin yarandığı dövrdə qüvvədə olan hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar