Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2525/2025 24.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ƏDV-yə cəlb olunan dövriyyənin müəyyən olunması; hesabat dövrü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlunun (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2-1(103)-44/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********492900 nömrəli 30 iyun 2022-ci il tarixli qərarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində aprel 2022-ci il üzrə əlavə dəyər vergisi 47018.95 manat hesablanmışdır.
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********131700 nömrəli 12 avqust 2022-ci il tarixli qə rarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində may 2022-ci il üzrə əlavə dəyər vergisi 19385.15 manat hesablanmışdır.
3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********560300 nömrəli 20 sentyabr 2022-ci il tarixli qərarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində iyul 2022-ci il üzrə əlavə dəyər vergisi 49626.53 manat hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 iyun 2022-ci il tarixli **********492900 saylı, 12 avqust 2022-ci il tarixli **********131700 saylı və 20 sentyabr 2022-ci il tarixli **********560300 saylı “Vergilərin, sos ial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli **********739600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”na cavab olaraq bildirilmişdir ki, tərəflərindən məktubda qeyd olunan uyğunsuzluqlar araşdırılmış və dəqiqləşdirilmiş ƏDV bəyannaməsi göndərilmişdir. Vergi orqanına təqdim edilən ƏDV bəyannamələri əsasında cavabdeh vergi orqanı tərəfindən göndərilən uyğunsuzluqlarda qeyd olunan vergi orqanının məlumat bazasındakı NKA vasitəsilə müəyyən edilmiş pərakəndə satış məbləğləri hər ay vergi orqanına təqdim edilmiş və qəbul olunmuşdur. Buna baxmayaraq, a prel ayı üzrə pərakəndə satış məbləğləri arasında kənarlaşma aşkar olunmuş və əlavə 47.018,95 manat kameral hesablama aparılmışdır. Yaranmış uyğunsuzluq tamamilə əsassızdır. Lakin, vergi orqanı müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar, cavabdehə dəfələrlə müraciət etmişlər. Lakin, müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, fərdi sahibkarın təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən onlayn nə zarət kassa aparatlarının quraşdırıldığını, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə aparılmış nağd satış əməliyyatlarına əsasən ƏDV tutulan dövriyyəsinin 1605064,32 manat, o cümlədən hesablanmış ƏDV məbləğinin 244836,03 manat olmasına baxmayaraq, bu dövrlər üçün təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV tutulan əməliyyatların həcminin 1169719,94 manat, o cümlədən hesablanmış ƏDV məbləğinin 178431,86 bəyan edildiyini, fərdi sahibkarın müraciəti əsasında xx.xx.2022- xx.xx.2022-ci il tarixədək olan dövr üzrə nəzarət kassa aparatının məlumatlarının kargüzarlıq vasitəsi ilə vergi ödəyicisinə təqdim edildiyini, təqdim edilmiş məlumatlar ilə fərdi sahibkar tərəfindən təqdim edilmiş bəyannamələrdə bəyan edilmiş dövriyyələr arasında kənarlaşmanın olmasın a baxmayaraq bununla bağlı vergi ödəyicisi tərəfindən hər hansı məlumat və izahatın təqdim etməmişdir. Eyni zamanda araşdırma zamanı fərdi sahibkarın **********-20001 kodlu təsərrüfat subyektində quraşdırılmış nəzarət kassa aparatlarının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə göstəricilərinin ƏDV daxil 1605064,32 manat (ƏDV-si 244836,03 manat) olduğu, lakin fərdi sahibkar tərəfindən bu dövr üzrə təqdim edilmiş cari və ya dəqiqləşdirilmiş ƏDV bəyannamələrində ƏDV daxil dövriyyə məbləğinin 1169719,94 manat (ƏDV-si 178431,86) bəyan edildiyi, bununla da 66404,17 manat ƏDV məbləğinin bəyan edilmədiyi müəyyən edilmişdir. Vergi ödəyicisi 2022-ci İlin aprel və may ayları üçün hesablanmış vergi məbləğləri ilə bağlı İnzibati qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti şikayət etmiş, şikayətin nəticəsi olaraq 24 sentyabr 2022-ci il tarixli **********542200 nömrəli İnzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir.
7. Məhkəmənin 2-1(112)-1752/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 17 iyul 2023-cü il tarixli 9/3777 nömrəli ekspert rəyinə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin aprel ayı üzrə 47018,95 manat məbləğində ƏDV-nin, 2022-ci ilin iyul ayı üzrə 49626,53 manat məbləğində ƏDV-nin və 2022-ci ilin may ayı 19385.15 manat məbləğində ƏDV-nin düzgün hesablanmadığı müəyyən olunmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1752/2023 nömrəli qərarı (X1) ilə iddia təmin edilmiş, cavabdehin 30 iyun 2022-ci il tarixli **********492900 saylı, 12 avqust 2022-ci il tarixli **********131700 saylı və 20 sentyabr 2022-ci il tarixli **********560300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sözügedən qərarların düzgünlüyünün yoxlanılması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/3777 nömrəli 17 iyul 2023cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin aprel ayı üzrə 47018,95 manat məbləğində ƏDV-nin, 2022-ci ilin iyul ayı üzrə 49626,53 manat məbləğində ƏDV-nin və 2022-ci ilin may ayı 19385.15 manat məbləğində ƏDV-nin düzgün hesablanmadığı müəyyən olunmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Apellyasiya icraatı zamanı 2-1(103)-1132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 26 noyabr 2024-cü il tarixli, 9/3947 nömrəli ekspert rəyinə əsasən əhatə edilən 2022-ci il apre l ayı üzrə rəyin nəticə hissəsinə əsasən 0.03 manat, may 2022-ci il üzrə isə dövriyyə fərqi 26584.59 manat olduğu göstərilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2-1(103)-44/2025 nömrəli qərarı (X3 (sədrlik edən və məruzəçi), X4 və X5) ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, - ekspert rəyinə əsasən rəyin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: 26 noyabr 2024-cü il tarixli, 9/3947 saylı ekspert rəyinin nəticə hissəsi üzrə müəyyən edilir ki, mübahisələndirilən 3 hesabat ayının 2-si əhatə edilib, digəri isə ümumiyyətlə apellyasiya şikayətind ə qeyd edilmədiyi üçün, ekspertiza mərkəzinə bu barədə sual qoyulmamışdır. Əhatə edilən 2022-ci il aprel ayı üzrə rəyin nəticə hissəsinə əsasən 0.03 manat, may 2022-ci il üzrə isə dövriyyə fərqi 26584.59 manat olduğu göstərilmişdir. - 1-ci ekspertiza zamanı, iş Bakı İnzibati Məhkəməsinin icraatında olarkən 21(112)-1752/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 iyul 2023-cü il tarixli 9/3777 nömrəli ekspert rəyi ilə 30 iyun 2022-ci il tarixli, **********492900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2022-ci ilin aprel ayı üzrə hesablanmış 47018,95 manat məbləğində ƏDV-nin, 12 avqust 2022- ci il tarixli, **********131700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin may ayı üzrə 19385,15 manat məbləğində ƏDV-nin və 20 sentyabr 2022-ci il tarixli, **********560300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin iyul ayı üzrə 49.626,53 manat məbləğində ƏDV-nin düzgün hesablanmadığı müəyyən olunmuşdur.”
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspert tərəfindən verilmiş rəydə 2022-ci ilin may ayı üzrə 26584,59 manat verginin bəyan edilmədiyi qeyd edilmişdir. Bütün bunlara baxmayaraq məhkəmə tərəfindən ekspert rəyi ilə təsdiq olunan 26584,59 manat belə nəzərə alınmamışdır. Hansı ki, məhkəmə belə qərarında həmin məbləğə istinad edir.
16. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli **********492900, xx.xx.2022-ci il tarixli **********131700, xx.xx.2022-ci il tarixli **********560300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvi ilə bağlı hər üç qərardan apellyasiya şikayəti verilmişdir. Belə olan halda məhkəmə xx.xx.2022-ci il tarixli ***** *****560300 nömrəli qərarı diqqətindən qaçırmış sözügedən qərarla bağlı ekspert qarşısında suallar qoyulmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə işin hallarının araşdırılmasında maraqlı olmamışdır.
17. Ekspert tərəfindən verilmiş rəydə vergi ödəyicisinin bəyannamə və kassa məlumatları arasında kəskin fərqlərin olmasına baxmayaraq məhkəmə ekspert rəyini nəzərə almamış, halbuki ekspert rəyindən vergi ödəyicisinin yayındırdığı məbləğlər əksini tapır. Ekspert rəyindən göründüyü kimi, həqiqətən vergi ödəyicisinin dövriyyə yayındırılması təsdiqini tapır. Lakin ekspert əsaslandıra bilmədiyi aylar üzrə bölgü aparır və bununla vergi ödəyicisinin vergidən yayındırıldığını bir daha təsdiq edir.
18. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 iyul 2023-cü il tarixli 9/3777 nömrəli ekspert tərəfindən verilmiş rəydə bildirilmişdir ki, 2022-ci ilin aprel, may, iyul ayları üzrə ƏDV hesablanması ilə bağlı belə qaydada vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamış, vergi orqanı tərəfindən vergi ödəyicisinə ƏDV hesablanarkən Vergi Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Bildirilməlidir ki, ekspert səlahiyyətlərindən kənar çıxaraq qanunvericiliyin normalarını tətbiq edilməsinə dair mülahizələrini bildirmişdir ki, bu da öz növbəsində ekspertin fəaliyyət dairəsinə aid deyil, digər tərəfdən isə rəy ümumiyyətlə əsaslandırmamış və əsassız olaraq dövlət büdcəsinə çatacaq vergilərin ləğvinə dair rəy tərtib etmişdir b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsin i, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Vergi Məcəlləsi: Maddə
159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə
166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Maddə
173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Maddə
174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: Maddə
178. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ‘ Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğ v etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. İş materiallarında olan bəyannamə məlumatlarına (cild 2, iş v.142, 168 və cild 1, CD) əsasən, iddiaçı - 2022-ci aprel ayı üzrə ƏDV nəzərə alınmadan təqdim edilmiş mal, iş və xidmətlərin dəyərini 159954.33 manat, ƏDV məbləğini 28791.78 manat, - 2022-ci may ayı üzrə ƏDV nəzərə alınmadan təqdim edilmiş mal, iş və xidmətlərin dəyərini 72818.72 manat, ƏDV məbləğini 13107.37 manat, - 2022-ci iyul ayı üzrə ƏDV nəzərə alınmada n təqdim edilmiş mal, iş və xidmətlərin dəyərini 1000 manat, ƏDV məbləğini 180 manat bəyan etmişdir.
27. Lakin, iddiaçının 2022-ci aprel, may və iyul dövrləri üzrə bəyan etdiyi dövriyyə ilə iş materiallarında olan vergi ödəyicisinin kassa əməliyyatları üzrə siyahılarda (iş v. 76-83; 212, 219, 221) müəyyən olunan dövriyyələr arasında fərqliliklər mövcuddur.
28. Belə ki, 2022-ci iyul ayı üzrə iddiaçı 1180 (1000+180) manat dövriyyə bəyan etməsinə baxmayaraq, sadəcə kassa ödənişləri üzrə toplam 130468.18 manat dövriyyənin mövcudluğu müəyyən olunur.
29. Bundan başqa, müəyyən edilmiş işin hallarına əsasən 2022-ci may ayı üzrə iddiaçı 85.926,09 (ƏDV-siz dövriyyə: 72818.72 + ƏDV:13107.37) manat dövriyyə bəyan etməsinə baxmayaraq, 26 noyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən ƏDVsiz kassa ödən işi 99403,31 manat müəyyən olunmuşdur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2022-ci ilin iyul ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2022ci ilin iyul ayında baş vermiş əməliyyatları əsas götürməlidir.
31. Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır.
32. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir.
33. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-yi təşkil edir.
34. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, hesabat dövrü ərzində vergi tutulan dövriyyə müəyyən edilmədən həmin dövrə dair ƏDV hesablanmasının qanuniliyini yoxlamaq mümkün deyildir.
35. Beləliklə, apellyasiya məhkəməsi işə təkrar baxarkən məsuliyyət qərarlarının aid olduğu vergi dövrlə ri üzrə əməliyyatları nəzərə alaraq inzibati aktın qanuniliyini yoxlamalıdır.
36. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin tələbi və apellyasiya məhkəməsinin baxış həddi hər üç inzibati aktın qanuniliyinin yoxlanılması olduğundan, 2022-ci il iyul dövrü üzrə əlavə vergi məbləği hesablanmış inzibati akt üzrə ekspertiza keçirilməməsi qanuni olmamışdır.
37. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi üçün təkrar apellyasiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə k ollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 29 aprel tarixli, 2-1(103)-44/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.