Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2527/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İİK-nın54 dekabr 2018-ci il tarixli 2-1(103)-2862/2018 saylı qərarından kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxa MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı cavabdehin 1 2.06.2018-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, onun üzərinə Gürcüstan Texniki Universitetinin verdiyi diplomun, verilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 05 dekabr 2018-ci il tarixli 2-1(103)-2862/2018 saylı qərarından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kasasiya şikayəti verilmişdir. İddiaçı kasasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bu səbəbdən də kasasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmaq üçün proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə göstərilən kasasiya şikayətinin mümkünlük məsələsinə 11 sentyabr 2019-cu il tarixdə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizədə qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, iddiaçı 17 yanvar 2019-cu il tarixdə əməliyyat olunmuş, sağlamlığını itirmiş, hərəkət imkanları məhdudlaşmışdır. Bu səbəbdən də o, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 05 dekabr 2018-ci il tarixli 2-1(103)2862/2018 saylı qərarından kasasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 1 ay müddətin buraxılması səbəbini üzrlü hesab edərək, buraxılmış prosessual müddətin bərpa edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabd ehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 05 dekabr 2018-ci il tarixli 2-1(103)-2862/2018 saylı qərarının surətini 12 dekabr 2018-ci il tarixdə göndərilmişdir. İddiaçı həmin qərardan 01 iyun 2019-cu il tarixdə kasasiya şikayəti vermişdir. Göründüyü kimi, cavabdeh prosessual qanunvericilikdə nəzərdə tutulmuş kasasiya şikayətinin verilməsi müddətini 4 aydan çox ötürmüşdür. İddiaçı müddətin bərpası barədə ərizəsində qeyd etmişdir ki, 17 yanvar 2019-cu il tarixdə o əməliyyat olunmuş, sağlamlağını itirmiş, hərəkət imkanları məhdudlaşmışdır. 2018-ci ilin dekabrından qara ciyər xəstəliyi üzrə müalicə alır, kəskin fəsadlaşma halları bir h əftədir iki ara vermişdir. Səhhəti indi imkan verir ki, kasasiya şikayəti tərtib etsin. Bu barədə məhkəməyə əlavə sübutlar təqdim edəcəkdir. Kasasiya şikayətinin verilməsi üçün müddətin buraxılması onun təqsirindən baş verməmişdir. Qeyd etdiyi əsaslara görə şikayətin verilməsi üçün müddətin bərpası işin məhkəmədə ədalətli həlli üçün də zəruridir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 05 dekabr 2018-ci il tarixli 2-1(103)-2862/2018 saylı qərarından kasasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 4 ay müddətin buraxılması səbəbini üzrlü hesab edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd etmək istərdi ki, iddiaçı məhz 4 aydan artıq buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində qeyd etdiyi dəlillərlə bağlı hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair təqdim etdiyi ərizəsindəki dəlillər əsassızdır və formal xarakter daşıyır. Bu səbəbdən də belə dəlil 4 aydan çox kasasiya şikayəti vermə müddətinin bərpası üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddə t keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu səbəbdən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayonşöbəsi üzrsüz səbəbdən 1 aydan çox olan müddəti buraxmış və bu səbəbdən kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və kasasiya şikayəti mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 05 dekabr 2018-ci il tarixli 2-1(103)-2862/2018 saylı qərarından kasasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2527/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2527/2019
11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver