Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2527/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsi evinin tam bərpa olunması) 04.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “şəxsi evinin tam bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(103)-896/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1119015633 qeydiyyat nömrəli, 15 mart 2019-cu il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 312,9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.
2. Ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsinə zərurət yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin 1 kv.m-üçün 20 % əl avə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 1000 (bir min) manat, həyət tikilisi sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat, qazanxana sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 200 (iki yüz) manat, mansard sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 500 (beş yüz) manat, talvar sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 100 (bir yüz) manat, torpaq sahəsinin 1 sotunun alqı-satqı orta bazar qiyməti 15000 (on beş min) manat müəyyənləşdirilərək, iddiaçıya ünvan 2 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan 618.0 kv.m tikilisi və 2.5 sot torpaq sahəsi üçün cəmi alacağı təzminat məbləği – 278530 manat təklif edilmişdir. Həmin pul vəsaiti cavabdeh tərəfindən "xxxx" ASC-nin Xətai Filialınd a olan bank hesabına köçürülmüşdür. Ödəniş tapşırığında, ödənişin təyinatı - “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi göstərilmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı 278530.00 manat məbləğində vəsaiti təhvil almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan dəqiqləşdirilmiş ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyətində olan, talan və viran edilmiş şəxsi evinin tam bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında mülkiyyətində olan şəxsi evinə xx.xx.2020-ci il tarixində Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları t ərəfindən basqın təşkil edilmişdir. Evinin hasarını, yardımçı tikilini, ikinci mərtəbənin bir hissəsini, mansard və birinci mərtəbəni iki divarını uçurtmuşlar. Evin ikinci mərtəbəsinin qapısını sındırıb, evə girən 66 saylı MİS-in rəisi evin əşyalarını küçəyə atmış, 1200 AZN pulu və 12 qram 583 əyyarlı qızıl boyunbağını oğurlamışdır. Qaz, işıq, su xətlərini kəsmiş, qaz və işıq sayğacını oğurlamışlar. Ən dəhşətlisi isə odur ki, bu hadisələr evdə olan kiçik yaşlı qız uşağının və anasının gözü qarşısında baş vermiş, onların evdən çıxmasına imkan verməmişlər. Bu hadisəyə dözə bilməyən qonşular cavabdehin əməkdaşlarının qeyriinsani hərəkətlərinə dözə bilməyib, onları hadisə yerindən uzaqlaşdırmışlar.
5. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 3 0 iyun 2021-ci il tarixli, 2-1(112)-4079/2021 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mövcud tələbi evin bərpa olunmasıdır ki, hazırkı halda işin yuxarıda sadalanan hallarına görə inzibati orqanın üzərinə evin bərpa edilməsi öhdəliyinin qoyulması mümkün deyildir. Bu halda, İPM-nin 71.3-cü maddəsinə əsasən kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, inzibati orqan tərəfindən iddiaçıya artıq kompensasiya ödənilmişdir. Bu hal, məhkəmə iclasında iddiaçının özünün etirafı və işdə olan sənədlərlə öz təsdiqini tapır. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, cavabdehə qarşı irəli sürülmüş hazırki iddia tələbi əsassızdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın l əğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(103)-257/2022 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və F.Ş.Talışinski) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4079/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassas iya instansiyası məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1646/2022 nömrəli qərarı (hakimlər: İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli 2-1(103)-257/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçıya 278530 manat kompensasiyanın ödənilməsinə istinad etmişdir. Lakin iş materiallarında olan 29 yanvar 2021-ci il tarixli razıl aşma aktından görünür ki, həmin akt əsasında Xətai rayonu, Turşu küçəsi, ev 23V ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan 312,9 kv.m tikili və 2,5 sot torpaq sahəsi üçün 278.530 manat kompensasiya müəyyən edilsə də, iddiaçı həmin aktı imzalamamış, bununla da həmin məbləğlə razı olmadığına dair iradə ifadəsini bildirmişdir. Eyni zamanda, iş materiallarına iddiaçının müxtəlif dövlət orqanlarına ünvanladığı şikayət və ərizələri əlavə edilmişdir ki, həmin şikayət və ərizələrin məzmunundan da görünür ki, iddiaçı onun əmlakının qiymətləndirilməsi ilə razı olmadığını bildirmişdir. Bank qəbzi ilə iddiaçıya 278.530 manat məbləğin ödənilməsi faktı iddiaçının əmlakının sökülməsinə görə cavabdeh tərəfindən ödənilən kompensasiyanın məbləği ilə razı olduğunu özü-özlüyündə təsdiq etmir. İşin həmi n halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma predmeti olmamış, onlara qiymət verilməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(103)-896/2023 nömrəli qərarı (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və Ş.A.Məmmədova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4079/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki iddia tələbini şəxsi evin tam bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi təşkil edir. Azərbaycan Respub likası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1646/2022 nömrəli qərarında qeyd olunan hüquqi mövqeyə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilərək kompensasiyanın ödənilməsi tələbi kimi irəli sürülməsi təklif edilsə də, iddiaçı iddia tələbini dəqiqləşdirməkdən imtina etmiş, iddia tələbini şəxsi evin tam bərpa olunması kimi müdafiə etdiyini bildirmişdir. İddia tələbi şəxsi evin tam bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi olduğundan və iddiaçı tərəfindən iddia tələbi dəyişdirilmədiyi üçün iddiaçının əmlakının sökülməsinə görə cavabdeh tərəfindən ödənilən kompensasiyanın məbləğinin araşdırılması iddia tələbindən kənara çıxma halının yaranmasına səbəb olar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsas ən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
16. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar qeyd etmişdir ki, Bakı şəhərində sosial infrastrukturunun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan ünvanda yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən iddiaçıya məxsus tikili sökülmüş, abadlıq və yenidənqurma işləri görülmüşdür. Hazırki vəziyyətdə yaşayış evinin bərpası mümkün deyildir. Bu səbəbdən də iddia tələbi əsassızdır. Həmçinin o da qeyd olunmalıdır ki, iddiaçı əmlakının sökülməsinə görə ona ödənilmiş kompensasiya məbləği ilə razılaşmadığı hal da, iddia etdiyi kompensasiya məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
17. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
18. İddiaçı işin hallarına və iddia ərizəsinin dəlillərinə istinad edərək göstərir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında kassasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyinə və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli olmasına istinad etsə də, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməyərək iş üzrə əlavə araşdırma aparmaqdan imtina etmiş və bu isə öz növbəsində İnzibati Pro sessual Məcəllənin 96.11-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnən qərarın qəbul edilməsinə səbəb olmuşdur. Qeyd edilməlidir ki, Xətai rayonu, Turşu küçəsi, ev 23V ünvanında yerləşən yaşayış evinin və 2.5 sot torpaq sahəsinin orta bazar dəyəri 278.530 manat deyil, faktiki olaraq ******* (bir milyon yeddi yüz doxsan beş min) manat təşkil edir. Belə ki, həmin fərdi yaşayış evinin və 2.5 sot torpaq sahəsinin dəyəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 10 sentyabr 2019-cu il tarixli 189 saylı sərəncamı ilə yaradılmış komissiyanın xx.xx.2021-ci il tarixli Razılaşma aktı ilə müəyyən edilmişdir. Hansı ki, həmin akt onun iştirakı olmadan tərtib edilmiş və akta imza etməmişdir. Bununla yanaşı, mülkiyyətində olan yaşayış evinin alınmasına ehtiyac yarandığı halda cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada hərəkət edərək, aldığı əmlaka dair onunla müqavilə bağlanmalı və əmlakın dəyərini bazar qiymətinə uyğun ədalətli şəkildə ödənməli olduğu halda, onun iradəsinin ziddinə evi zorakılıqla sökmüşlər.
19. Bundan başqa, Əmlak Qiymətləndirilməsi MMC tərəfindən Xətai rayon Turşu küçəsi üzrə yaşayış evləri qiymətləndirilməsi 2017-ci ildə aparılmış, onun evi isə 2021-ci ildə sökülmüşdür. Qeyd edilməlidir ki, 2017-ci ildən 2021-ci ilədək ötən 4 il müddətində yaşayış evlərinin qiyməti xeyli artmış, lakin cavabdeh tərəfindən onun evi qiymətləndirilərkən bu hal nəzərə alınmamışdır. Bununla yanaşı qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymətlər 2017-ci il üçün də, həmin ərazidə olan evlərin və torpaq sahələrinin faktiki dəyərini özündə əks etdirmir və bu qiymətlər bu işdə maraqlı olan şəxslərin xüsusi göstərişi ilə müəyyən edilmişdir.
20. Eyni zamanda, iddia tələbindən, işin mahiyyətindən və məhkəmədən kənar müxtəlif dövlət orqanlara yazdığı şikayət və ərizələrdən aydın şəkildə görünür ki, tələbinin əsası Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mülkiyyətində olan yaşayış evinin qanunsuz sökülməsi ilə yanaşı ona verilən kompensasiya məbləğinin evinin faktiki dəyərini ödəməməsindən ibarətdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsində icraat zamanı kassasıya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməklə işin həmin halları barədə araşdırma aparılmalı olduğu halda, bu hallar araşdırma predmeti olmamış və onlara qiymət verilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlillə ri:
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qi ymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandır ma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həd də (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi iddiaçının ünvan 3 ünvanında yerləşən şəxsi evinin tam bərpa olunması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1646/2022 nömrəli qərarında göstərilən hüquqi mövqeyə görə iddiaçının kompensasiya məbləği ilə razı olub-olmaması müəyyən edilməli və işin halları bu xüsusat nəzərə alınmaqla araşdırılmalıdır.
30. İşə apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar baxılan zaman iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə “iddia ərizəsinə əlavə” (cild 2, iş vərəqə 7-8) ilə müraciət edərək bildirmişdir ki, onun iddia tələbində cavabdeh tərəfindən qanunsuz olaraq ev əşyaları ilə birlikdə məhv edilən mülkiyyətində olan şəxsi evinin tam, yəni məhv edilmiş ev əşyaları ilə birlikdə bərpasında iki niyyəti var: 1) mülkiyyətində olan şəxsi evinin Xətai RİH-nin rəhbər işçilərinin şəxsi vəsaiti hesabına tam, yəni məhv edilmiş ev əşyala rı ilə birlikdə bərpasına nail olmaq, bununla da Xətai RİH-nin rəhbər şəxslərinə dövlət, dövlətçilik, hüquqi dövlət, qanunun nə olduğunu çatdırmaq; 2) “Ağ Şəhər”də mülkünün yerində “Ağ Şəhər”in ruhuna uyğun iş görən investorla insafa, reallığa adekvat halallaşma aparmaq, bununla da Xətai RİH-nin rəhbər şəxslərinə dövlət ədəbərkanının, əxlaqın, insanlığın, ictimai və dövlət maraqlarına anlaqlı münasibətin necə olmasını göstərmək.
31. Bundan başqa, iddiaçı həmin ərizəsində kassasiya şikayətinin başlıca dəlili kimi istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1646/2022 nömrəli qərarına da tənqidi yanaşaraq göstərmişdir ki, “həmin qərarın 22-ci bəndində qeyd edilən “... bununla da həmin məbləğlə razı olmadığını bildirm işdir” ifadəsindən belə nəticəyə gəlinir ki, iddiaçı ona verilən pulun məbləğinin artırılması üçün hüquqi müstəvidə mübarizə aparır. Bu absurd fikirdir, onun ədalət uğrunda mübarizəsinin təhrif olunmasıdır, onun belə bir xəyalı olmayıb, yoxdur və olmayacaq da” (cild 2, iş vərəqə 7-8).
32. Ona görə də, məhkəmə kollegiyası hazırkı halda iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə apardığı tam və hərtərəfli araşdırma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1646/2022 nömrəli qərarında göstərilən hüquqi mövqeyə uyğun olmuş, həmin qərarda qoyulan göstərişlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam əməl edilmişdir.
34. Beləliklə, məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 21(103)-896/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.