Məhkəmə qərarları › İş №2-1(102)-2527/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2527/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2527/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İsmayıllı Bələdiyyəsi) “çıxarışın verilməsi” tələb inə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-349/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İsmayıllı Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 11 saylı qərarı ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.

2. İddiaçının təqdim etdiyi xx.xx.2002-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, 306000 manat məbləğində torpağın dəyəri İsmayıllı Bələdiyyəsinin hesabına ödənilmişdir.

3. İddiaçı həmin 0.06 ha torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə m üraciət etmişdir.

4. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdə qeyd olunan hər hansı sənədlərdən birini təqdim etməklə t orpaq sahəsini qeydiyyata aldıra bilərsiniz. Həmçinin torpaq sahəsi üzərindən yüksək gərginlikli elektrik xətti keçir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtina edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alaraq, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2995/2023 nömrəli qərardadı ilə İsmayıllı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbini onunla əsaslandırılmışdır ki, İsmayıllı şəhər Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Əslində həmin torpaq sahəsini bələdiyyələr formalaşana qədər 1996-cı ildə əldə etmişdir. Həmin qərar İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı Şəhəri üzrə Nümayəndəsi tərəfindən imzalanmışdır. Bələdiyyələr formalaşdıqdan sonra iddiaçı İsmayıllı rayon bələdiyyəsinə müraciət edərək torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsini xahiş etmiş, bələdiyyənin yuxarıda qeyd olunan tarixli 11 nömrəli protokolu ilə torpaq sahəsi iddiaçının adına yenidən sənədləşdirilmişdir. İsmayıllı rayon dövlət a rxivinə müraciət edərək İsmayıllı şəhər Bələdiyyəsinin qeyd olunan qərarının təqdim edilməsini xahiş etmiş, Dövlət Arxivi xx.xx.2023-cü il tarixli arxiv arayışı ilə iddiaçıya qeyd olunan qərarı təqdim etmişdir. İddiaçı həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə imtina məktubu vermişdir. Cavabdehin etirazı:

8. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı İsmayıllı i Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün İsmayıllı şəhər Bələdiyyəsindən ödənişsiz əldə etdiyi 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövl ət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya sonradan bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsi üzərindən yüksək gərginlikli elektrik xətti keçir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Mütəxəssis və ekspert rəyi:

9. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1016/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən aşağıdakılar müəyyən olunmuşdur. - iddiaçıya İsmayıllı Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 11 saylı iclas protokolu ilə satılmış 0,06 hektar həyətyanı torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənədlər (plan ölçü) təqdim olunmadığına görə sərhədlərinin döngə nöqtələrini təyin etmək mümkün deyildir. - İddiaçıya İsmayıllı Bələdiyyəsinin x x.xx.2002-ci il tarixli, 11 saylı iclas protokolu ilə satılmış 0,06 hektar həyətyanı torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənədlər (plan ölçü) təqdim olunmadığı üçün iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməni müəyyənləşdirmək mümkün deyildir. - İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,06 hektar torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. - İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş, 0,06 hektar torpaq sahəsi ismayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə (DVG) və X1 X2 (TEKUİS) əsasən İsmayıllı rayon İsmayıllı şəhər inzibati ərazisinin sərhədi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir. TEK UİS məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,06 hektar torpaq sahəsinin 0,0194 hektar (194 kv.m) hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid alt kateqoriyası ümumi istifadədə olan torpaqlarla (yol yeri ilə) üst-üstə düşür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-640/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən 406 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İsmayıllı Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 11 saylı iclas prot okolunun qərarı ilə iddiaçının əvvəldən də istifadəsində olan 0.06 ha torpaq sahəsinin onun adına sənədləşdirilməsinə razılıq verilmişdir. Təqdim olunan rəydən görünür ki, tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,06 hektar torpaq sahəsinin 0,0194 hektar (194 kv.m) hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, alt kateqoriyası ümumi istifadədə olan torpaqlarla (yol yeri ilə) üst-üstə düşür. 12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

14. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 11 saylı iclas protokolunun qərarı ilə iddiaçıya ayrılan 0.06 ha torpaq sahəsinin 406 kv.m hissəsinə münasibətdə iddia təmin edilməlidir. Qalan 194 kv.m torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi ilə üstüstə düşür ki, həmin ka teqoriya torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi istisna olunur.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-349/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-640/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəb ul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış və məlum olmuşdur ki, İsmayıllı bələdiyyəsininxx.xx.2022-ci il tarixli, 11 saylı iclas protokolunun qərarı ilə iddiaçıya M.Orucov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, həmin vaxt mövcud olmuş DTXK tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerquruluşu planından çıxarışı və ya torpaq sahəsinin planı və ö lçüsü, həmçinin torpağın alqı-satqısına dair akt tərtib edilməmişdir. Belə olan halda isə Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir.

20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqısatqısı” qaydalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçıya fərdi mənzil tikintisi üçün 0.06 ha torpaq sahəsi İsmayıllı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə ayrıldığı halda, tərəflər arasında alqı-satqı aktı tərtib edilməmişdir. 21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.-ci maddəsinin və 9.6-cı maddəsinin (xx.xx.2007-ci il tarixinədək qüvvədə olan redaksiyası) tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı fərdi mənzil tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılarkən sadalanan maddi hüquq normalarının tələblərinə zidd olaraq tərəflər arasında Müqavilə və/və ya alqı-satqı aktı bağlanmamışdır. 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin (xx.xx.2008-ci il tarixinədək qüvvədə olan redaksiyası) tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə iddiaçıya fərdi mənzil tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılarkən həmin vaxt mövcud olmuş DT və XK və icra hakimiyyəti orqanının memarlıq və şəhərsalma idarəsinin rəyləri almamışdır. “Bələdiyyə torp aqlarının idarə edilməsi haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

23. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə iddiaçıya M.Orucov küçəsində fərdi mənzil tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrıldığı halda, bələdiyyənin özünün verdiyi xx.xx.2024-cü il tarixli 134 nömrəli məktubunda göstərmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi iddia etdiyi İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşmir, vətəndaşın göstərdiyi torpaq sahəsi R.Hacıyev küçəsində yerləşir. Ərazi İdarəsinin mütəxəssislərinin rəyinə əsasən naturada təqdim edilmiş torpaq sahəsi ona ayrılmış torpaq sahəsi ilə eyni ünvanda yerləşmir. Deməli, məhkəmə qərarı iddiaçıya məxsus olmayan torpaq sahəsinə çıxmış, yəni icra olunması mümkün deyil. b) kassasiya şikayətinə etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqın da” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

32. İş materiallarından göründüyü kimi iddiaçının ərizəsi əsasında torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə iddiaçının xeyrinə əlverişli inzibati akt qəbul edilmişdir.

33. Həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məc əllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifa dəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.... “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.”

36. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normadan irəli gələn tələb hüququ vardır.

37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-349/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar