Məhkəmə qərarları › İş №2-1(102)-2528/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2528/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2528/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarların l əğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-437/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********433100 nömrəli qərarla fevral 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 307,55 manat, xx.xx.2021-ci il tarixli, **********720100 nömrəli qərarla avqust 2019-cu il vergi dövrü üzrə əlavə hesablanmış vergi məbləği 1395,89 manat, xx.xx.2021-ci il tarixli, **********771300 nömrəli qərarla sentyabr 2019-c u il vergi dövrü üzrə əlavə hesablanmış vergi məbləği 3760,27 manat, xx.xx.2021-ci il tarixli, **********658900 nömrəli qərarla noyabr 2019-cu il vergi dövrü üzrə əlavə hesablanmış vergi məbləği 15831,97 manat və xx.xx.2021-ci il tarixli, **********329400 nömrəli qərar əsasında dekabr 2018-ci il vergi dövrü üzrə əlavə hesablanmış vergi məbləği 5069 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, avqust 2019 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********720100 nömrəli, sentyabr 2019 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********771300 nömrəli, noyabr 2019 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********658900 nömrəli, dekabr 2018 hesabat dövrü üzrə 08.10. 2021-ci il tarixli, **********329400 nömrəli, fevral 2019 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********433100 nömrəli vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda mübahisələndirilən qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış ƏDV vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir.

4. Belə ki, cavabdeh vergi orqanı t ərəfindən iddiaçıya ünvanlanmış uyğunsuzlq məktublarına cavablar təqdim edilməsinə baxmayaraq, vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Cavabdeh yuxarıda qeyd olunan qərarları Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Cavabdehin etirazları:

5. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 938779,49 manat göstərilməsinə bax mayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 910618,39 manat, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 361792,46 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 354037,51 manat, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 354319,64 manat göstərilməsinə baxmayaraq xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 333429,29 manat, xx.xx.2020ci il tarixdə 2019-cu ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 992683,43 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 904728,05 manat göstərilmişdir. Lakin dövriyyələrin azalması ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə ətraflı izahat məktubu təqdim edilməmişdir.

6. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 5069 manat, 2019-cu ilin avqust ayı üzrə ƏDV bəyannaməsi üzrə 1395,89 manat, 2019-cu ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 3760,27 manat və 2019-cu ilin noyabr a yı üzrə ƏDV bəyannaməsi üzrə 15831,97 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********329400, xx.xx.2021-ci il tarixli **********720100 və **********771300, xx.xx.2021-ci il tarixli **********658900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarlar göndərilmişdir.

7. Vergi ödəyicisinə 2018-ci ilin dekabr, 2019-cu ilin avqust, sentyabr və noyabr ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamalara yenidən baxılması, eyni zamanda minimum dövriyyəsinin dəqiqləşdirilməsi məqsədilə ƏDV qeydiyyatının qüvvəyə minmə (xx.xx.2017-ci il) tarixindən xx.xx.2019-cu il tarixədək olan dövr üçün nəzarət kassa aparatlarının “Z” çıxarışları, banklarda açıl mış manat və valyuta hesablarından, o cümlədən biznes kart hesablarından bank tərəfindən rəsmi (möhürlü, imzalı) təsdiq edilmiş çıxarışlar, kassa mədaxil-məxaric sənədləri və zəruri hesab etdiyi digər sənədlərin araşdırmaya təqdim edilməsi üçün xx.xx.2022-ci il tarixli **********764100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən bununla əlaqədar heç bir sənəd təqdim edilməmişdir.

8. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin fevral ayı ƏDV üzrə təqdim edilmiş bəyannamə ilə bağlı cavabdeh tərəfindən uyğunsuzluq aşkar edilmiş və bununla bağlı iddiaçıya xx.xx.2019-cu il tarixdə **********137600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Lakin iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin fevral ayı ƏDV üzrə 237,97 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********413600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir.

9. Daha sonra iddiaçı tərəfindən yenidən eyni hesabat dövrü üzrə bir neçə dəfə xx.xx.2019-cu, xx.xx.2019- cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə müvafiq kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğini azalma ilə bəyannamə təqdim etmişdir. Həmin bəyannamə üzrə uyğunsuzluq götürülməmiş və cavabdeh xx.xx.2021-ci il tarixli qərar qəbul edərək iddiaçının 2019-cu ilin fevral ayı ƏDV üzrə 307,55 manat əlavə ödəməli olduğu məbləği müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3409/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh inzibati orqanın qəbul etdiyi “avqust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyab r 2021-ci il tarixli, **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********329400 saylı, “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********433100 saylı inzibati aktların qanuniliyi formal hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktlarda Vergi Məcəlləsinin 37, 67 və 83-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Sözügedən qərarlar maddi hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, 2018-ci ilin dekabr, 2019-cu ilin fevral, avqust, s entyabr və noyabr ayları üzrə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələr ilə bağlı uyğunsuzluq aşkar edilmiş və bu barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaİdırılmaqla bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən bəyannamələr təqdim edilsə də uyğunsuzluq aradan qaldırılmadığından qəbul edilmiş qərarlar ləğv edilməklə yuxarıda qeyd edilən dövrlər üzrə hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir. Məhkəməni n qənaətinə görə, göstərilən qərarlar qanuna zidd sayıla bilməz. Məhkəmə araşdırması zamanı qeyd olunan halları təkzib edəcək heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-437/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3409/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehin “avqust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarix li **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli **********329400 saylı və “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli **********433100 saylı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarları ləğv edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. 15. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********329400 nömrəli xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, dekabr 2018ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 5.069,00 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zərur i olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən HW seriyalı 727515 nömrəli vergi-hesab fakturası üzrə (**********)-a 216.72 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu vergi-hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilməz. Hesabat dövrü ərzində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalara görə 1 sayda “Fərqlənmə nişanı” əldə edilməsinə baxmayaraq təqdim edilmiş bəyannamədə “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş 0 nəfər işçi sayı göstərildiyi üçün 1 nəfər fərq yaranmışdır. 16. **********658900 nömrəli xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, noyabr 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 15.831,97 manat təşkil etmi şdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən **********5847 nömrəli YGB seriyalı yük gömrük bəyannaməsinin nömrəsi düzgün deyil. 17. **********771300 nömrəli xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, sentyabr 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 3.760,27 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu tarixli məktubda qeyd edilmişdir ki, ƏDV bəyannaməsi 308-ci sətrinin C2, B2 sütunlarındakı, yəni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış hesab fakturalar üzrə nağdsız qaydada ödənilmiş 4.488.99 manat, ƏDV bəyannaməsinin 1 nömrəli əlavəsində (Əldə edilmiş hesab-fakturaları (Yük Gömrük bəyannamələri) və bu fakturalar (bəyannamələr) üzrə aparılmış ödənişlər barədə məlumatlar) göstərilmiş 308-ci sətir kodlu VHF-larının ödənilmiş ƏDV məbləğlərinin cəmi olan 0.00 manat ƏDV məbləğinə bərabər olmadığına görə. Hesabat dövrü ərzində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalara görə 1 sayda “Fərqlənmə nişanı” əldə edilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamədə “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş 0 nəfər işçi sayı göstərildiyi üçün 1 nəfər fərq yaranmışdır. 18. **********720100 nömrəli xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, avqust 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 1.395,89 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamənin 308-ci, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən elektron vergi hesab-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ 5.549,37 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin 1 nömrəli əlavəsində əldə edilmiş elektron vergi hesab-fakturaları və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlarda göstərilmiş 308-ci sətir kodlu e-VHF-lərin ödənilmiş ƏDV məbləğlərinin cəmi 0,00 manat ƏDV məbləği göstərildiyi üçün kənarlaşma yaranmışdır. Uçot-məlumat bazasının göstəricilərinə əsasən vergi orqanlarında vergi ödəyicisinə m əxsus qeydiyyatda olan NKA müəyyən edildiyi halda, təqdim edilmiş bəyannamənin 305.1-ci “Pərakəndə ticarətdən” sətrində dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) əks etdirilməmişdir. 19. **********433100 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, fevral 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 307,55 manat təşkil etmişdir. Həmin qərar üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” xx.xx.2019-cu tarixli məktubda qeyd edilmişdir ki, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarına görə 1 saylı “fərqlənmə nişanı” əldə edilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamədə “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş “0” nəfər i şçi sayı göstərildiyi üçün 1 nəfər fərq yaranmışdır. Uçot-məlumat bazasının göstəricilərinə əsasən vergi orqanlarında vergi ödəyicisinə məxsus qeydiyyatda olan NKA müəyyən edildiyi halda, təqdim etdiyi bəyannamənin 305.1-ci “Pərakəndə ticarətdən” sətrində dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) əks etdirilməmişdir.

20. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı barəsində cavabdeh orqanın kameral vergi yoxlaması qaydasında qəbul etdiyi qərarların qəbul edilməsi üçün əsas olmuş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatın) tələb edilməsi haqqında” (uyğunsuzluq) məktublarının məzmununda qeyd olunanlarla bağlı hər hansı sənəd, sübut birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilm əsi barədə qərar qəbul edilmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi zəruri araşdırmanı aparmadan, mübahisələndirilən inzibati aktların qəbulu üçün zəruri şərtlərin mövcudluğunu aydınlaşdırmadan iddianı rədd etməkdə haqlı olmamışdır. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının mübahisələndirdiyi vergi orqanının qərarlarının qəbul edilməsi üçün əsas olan sənədlər cavabdeh inzibati orqanın nümayəndəsindən tələb olunmuşdur. Cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, kameral yoxlama nəticəsində iddiaçıya əlavə vergilərin hesablandığı dövrlər üzrə vergi ödəyicisi tərəfindən bir neçə dəfə əlavə dəyər vergisinin bəyannamələri (dəqiqləşdirilmiş) təqdim olunmuşdur. Bu fakt cavabdeh orqanın təqdim etdiyi elektron sistemdən çıxarışla rla da öz təsdiqini tapır.

22. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə kameral vergi yoxlaması qaydasında əlavə vergilərin hesablanmasına əsas vergi ödəyicisinin təqdim etdiyi ƏDV bəyannamələrində müvafiq dövrlər üzrə dövriyyənin az göstərilməsi olmuşdur. Bu halı təsdiq edən sübut qismində məhkəməyə təqdim olunan həm vergi ödəyicisinin ƏDV bəyannamələri, həm də vergi orqanın həmin dövrlər üzrə kameral bəyannamələri araşdırılarkən məlum olmuşdur ki, vergi orqanı tərəfindən müvafiq vergilər iddiaçıya hesablanarkən vergi ödəyicisinin 2018-ci ilin dekabr ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019-cu ilin fevral ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019cu ilin avqust ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019-cu ilin sentyabr ayı üzrə xx.xx.2021-ci il tarixdə və 2019-cu ilin noyabr ayı üzrə xx.xx.2021-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş vergi bəyannamələrinin məlumatları əsas götürülmüşdür. Halbuki, yuxarıda da qeyd olunduğu kimi, vergi ödəyicisinin müvafiq dövrlər üzrə xx.xx.2021-ci il tarixdən əlavə, başqa tarixlərdə də həmin dövrlərlə bağlı dəqiqləşdirilmiş qaydada verdiyi bəyannamələr mövcud olmuşdur. İddiaçı iddia edir ki, cavabdehin istinad etdiyi dəqiqləşdirilmiş bəyannamələr onun qeyd olunan dövrlər üzrə verdiyi yeganə bəyannamələr olmamış, vergi orqanının əsas götürdüyü bəyannamə məlumatları vergi ödəyicisi tərəfindən hüququndan istifadə edilməklə vaxtında verdiyi dəqiqləşdirilmiş bəyannamələrin məlumatlarından biri olmuşdur. Belə olan halda, məhkəmə araşdırmaları zamanı cavabdehin nümayəndəsinə dəfələrlə iddiaçı ba rəsində hesablanmış əlavə vergi məbləğlərinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuş, lakin nümayəndə tərəfindən yalnız yuxarıda qeyd olunan dəqiqləşdirilmiş bəyannamələr təqdim olunmuşdur ki, həmin bəyannamələrin də vergi ödəyicisi tərəfindən təqdim olunan sonuncu dəqiqləşdirilmiş bəyannamələr olmadığı müəyyən olunur. Beləliklə, vergi orqanı qeyd olunan dövrlər üzrə iddiaçıya məhz mübahisələndirilən qərarlardakı əlavə vergi məbləğlərinin tətbiq olunmasının qanuni və əsaslı olmasını əsaslandıra bilməmişdir.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.

25. Şikayətdə əlavə olaraq qeyd edilir ki, müəssisə tərəfindən bəyannamə təqdim edilmiş, daha sonra təqdim edilmiş bəyannamələrə dəqiqləşmələr verilərək dövriyyə məbləği azaldılmışdır. Vergi orqanı tərəfindən əvvəlki dövr üzrə təqdim edilən bəyannamələr nəzərə alınaraq məbləğlər kameral bərpa edilmişdir. Cavabdeh hazırda mübahisələndirilən qərarları iddiaçının xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən xx.xx.2020-ci il tarixli qərarını, xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını, xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını, xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını və xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını ləğv etməklə qəbul etmişdir.

26. Eyni zamanda, iddiaçının mübahisələndirdiyi 2018 və 2019-cu ilin aylar üzrə ƏDV dövriyyəsi yekunda mənfəət vergi bəyannaməsində öz əksini tapmış və iddiaçı tərəfindən təqdim edilmiş 2018-ci və 2019-cu illərə dair mənfəət vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması aparılmış və həmin qərarlar mübahisələndirilməmiş, hal hazırda da qüvvədədir.

27. Mübahisələndirilən qərarlar üzrə kameral vergi yoxlamasını yekunlaşdırmaq üçün müvafiq sənədlər tələb edilmiş, lakin iddiaçı nə cavabdeh orqana, nə də iş məhkəmənin icraatında olarkən məhkəmənin tələbi ilə məhkəməyə həmin sənədləri təqdim etməmişdir. İddiaçı azalma ilə bəyannamə təq dim edirsə, azalmaya əsas olan sənədlər də (NKA dövriyyə məbləği, tərtib edilmiş və ya ləğv edilmiş müqavilələr, alınmış avanslar və s.) yalnız iddiaçı tərəfindən təqdim edilə bilər və edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tə rəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu M əcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMK ÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

33. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, vergi orqanı tərəfindən müvafiq vergilər iddiaçıya hesablanarkən vergi ödəyicisinin 2018-ci ilin dekabr ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019-cu ilin fevral ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019-cu ilin avqust ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019-cu ilin sentyabr ayı üzrə xx.xx.2021-ci il tarixdə və 2019-cu ilin noyabr ayı üzrə xx.xx.2021-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş vergi bəyannamələrinin m əlumatları əsas götürülmüşdür. Halbuki, vergi ödəyicisinin müvafiq dövrlər üzrə xx.xx.2021-ci il tarixdən əlavə, başqa tarixlərdə də həmin dövrlərlə bağlı dəqiqləşdirilmiş qaydada verdiyi bəyannamələr mövcud olmuşdur. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinə dəfələrlə iddiaçı barəsində hesablanmış əlavə vergi məbləğlərinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuş, lakin nümayəndə tərəfindən yalnız yuxarıda qeyd olunan dəqiqləşdirilmiş bəyannamələr təqdim olunmuşdur ki, həmin bəyannamələrin də vergi ödəyicisi tərəfindən təqdim olunan sonuncu dəqiqləşdirilmiş bəyannamələr olmadığı müəyyən olunur. Beləliklə, vergi orqanı qeyd olunan dövrlər üzrə iddiaçıya məhz mübahisələndirilən qərarlardakı əlavə vergi məbləğlərinin tətbiq olunmasının qanuni və ə saslı olmasını əsaslandıra bilməmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

36. İşin materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin məbləği 938779,49 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 910618,39 manat, 2019-cu ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 361792,46 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 354037,51 manat, 2019cu ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 354319,64 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 333429,29 manat (vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövr üzrə daha əvvəl təqdim edilən bəyannamə məlumatlarında malların təqdim edilməsinə görə əldə etdiyi 20890,35 manat, 2019-cu ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 992683,43 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldı laraq 904728,05 manat göstərilmiş, lakin dövriyyənin azalması ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə ətraflı izahat məktubları təqdim edilmədiyindən vergi orqanı tərəfindən hüquqi şəxsin əvvəl təqdim etdiyi bəyannamə məlumatları əsas götürülərək kameral vergi yoxlaması ilə müvafiq olaraq 5069 ((938779,49-910618,39)×18%) manat, 1395,89 ((361792,46354037,51)×18%) manat, 3760,27 ((354319,64-333429,29)×18%) manat və 15831,97 ((992683,43-904728,05)×18%) manat əlavə vergi məbləğləri hesablanmışdır.

37. Eyni zamanda, iddiaçı tərəfindən 2019-cu ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində elektron-qaimə üzrə ödənilmiş vergi məbləğindən əvəzləşdirilən dövriyyənin 14778,61 manat (ƏDV 2660,15 manat) olmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiq ləşdirilmiş vergi bəyannaməsində əvəzləşdirilən dövriyyə azaldılaraq 13070 manat (ƏDV 2352,60 manat) göstərilmişdir. Vergi ödəyicisi tərəfindən dövr üzrə xx.xx.2018-ci il tarixli HT seriyalı 589107 nömrəli EQF üzrə əvəzləşdirmə yanvar ayında baş tutmuşdur. Lakin müəssisə eyni qaimə üzrə yanvar ayı ərzində əvəzləşdirdiyi məbləği fevral ayı üzrə də əvəzləşdirmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə eyni qaimə üzrə ikinci dəfə əvəzləşdirilən məbləğ nəzərə alınmamışdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı istər iddiaya qarşı etirazında, istərsə də apellyasiya şikayətinə etirazında göstərmişdir ki, qeyd olunan dövrlər üzrə iddiaçıya məhz mübahisələndirilən qərarlardakı əlavə vergi məbləğlərini vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən hesablamışdır.

39. Eyni zamanda, cavabdeh vergi orqanının mübahisələndirilən qərarları qəbul etməsinə səbəb olan hal və iddia tələbinə etirazının hüquqi əsası, yəni vergi ödəyicisinin hansı səbəbdən qeyd olunan dövrlər üzrə sonrakı tarixlərdə azalmış bəyannamə təqdim etməsi məsələsi araşdırılmamış, habelə dövriyyəsinin az göstərilməsinə səbəb olan sənədlər iddiaçıdan tələb edilməmişdir.

40. Bir halda ki, məhkəmə qərarın əsaslandığı bəyannamədən başqa digər bəyannamələrin də olduğunu qəbul edir, bu halda, həmin bəyannamələrdə əks olunmuş məlumatları, - tərəflərin əsaslandıqları dəlillər də nəzərə alınmaqla, - müqayisəli şəkildə yoxlamalı idi. Bu, həm də ona görə əhəmiyyət kəsb edir ki, cavabdehin bəyan etdiklərinə görə, onun tərəfindən əvvəlki dövr üzrə təqdim edilən bəyannamələr nə zərə alınaraq məbləğlər kameral bərpa edilmişdir. Hazırda mübahisələndirilən qərarları da iddiaçının xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını, xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını, xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını, xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını və xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını ləğv etməklə qəbul etmişdir.

41. Digər tərəfdən, cavabdeh bəyan edir ki, iddiaçının mübahisələndirdiyi 2018 və 2019-cu illərin aylar üzrə ƏDV dövriyyəsi iddiaçı tərəfindən təqdim edilmiş 2018-ci və 2019-cu illərə dair mənfəət ve rgisi bəyannamələrində öz əksini tapmış, həmin bəyannamələr üzrə kameral vergi yoxlaması aparılmış, onların nəticələri üzrə qəbul edilmiş qərarlar mübahisələndirilməmiş, hal hazırda da qüvvədədirlər. Cavabdeh bu dəlilini iddiaçının apellyasiya şikayətinə qarşı verdiyi etirazında da göstərmişdir.

42. Cavabdeh haqlı olaraq qeyd edir ki, kameral vergi yoxlaması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrə əsasən aparılır və əgər iddiaçı azalma ilə bəyannamə təqdim edirsə, bu halda, azalmaya əsas olan sənədləri də (NKA dövriyyə məbləği, tərtib edilmiş və ya ləğv edilmiş müqavilələr, alınmış avanslar və s.) iddiaçı təqdim edilə bilər və etməlidir.

43. Beləliklə, İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.

44. Apellyasiy a instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-437/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar