Məhkəmə qərarları › İş №2-1(102)-2529/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2529/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2529/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi x2, Üçüncü şəxs x3 və vəkili Əhmədov Vüqar Nəcəf oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: x3, x4, x5) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 may tarixli 21(103)-1177/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2017-ci il 10 aprel tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 600 kv.m torpaq sahəsinin x3ya ayrılması barədə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1999-cu il 11 fevral tarixli, 145 saylı Sərəncamı və onun əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən 2001-ci il 26 oktyabr tarixdə x3na və x6 verilmiş JN-1464H nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, 2006-cı il 7 mart tarixdə x3 ilə x4 arasında Bakı şəhəri 4 saylı Notariat Kontorunda bağlanılmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 2006-cı il 30 may tarixdə x3 ilə x5 arasında Bakı şəhəri 4 saylı Notaria t Kontorunda bağlanılmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən x3ya verilmiş 2006-cı il 4 avqust tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1990-cu il 5 noyabr tarixli, 32/68 saylı Qərarı ilə iddiaçıya ünvan 2 yanında 1.200 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsinin 550 kv.m hissəsi iddiaçının istifadəsində və sahibliyindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 12 avqust tarixli qərarı ilə x1 ayrılmış torpaq sahəsindən onun istifadəsində faktiki olaraq daha az ölçüdə 520 kv.m qalması və fərdi yaşayış evləri ilə əhatə edilməsi və x1 tərəfindən 1990-cı ildən başlayaraq uzun müddət istifadə edilməsi müəyyən edilmişdir. x1 istifadəsində sözügedən torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi üçün keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etmişdir. Komitə torpaq sahəsinə plan və ölçü verilməsindən imtina etdiyinə görə o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2013-cü il 12 avqust tarixli qərarı ilə Bakı şəhəri, Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1990-cu il 5 noyabr tarixli, 32/68 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Bülbülə gölünün yanında x1 ayrılmış və həmin vaxt istifadəsində qalmış 520 kv.m torpaq sahəsinin plan və ölçüsünün hazırlanması Komitəyə həvalə edilmişdir. Komitə tərəfindən 2013-cü il 23 oktyabr tarixdə iddiaçıya sözügedən torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1999-cu il 11 fevral tarixli, 145 saylı saxta sərəncamı ilə Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1990-cu il 5 noyabr tarixli, 32/68 saylı Qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin 600 kv.m hissəsi fərdi yaşayış evinin tikintisi məqsədilə Baxşıyeva Şamamaya verilmiş, o, isə x6 ilə birlikdə 2001-ci il 26 oktyabr tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsi barədə” şəhadətnamə əsasında həmin torpaq sahəsini öz mülkiyyətinə keçirmişdir. x3 2006-cı il 7 mart tarixdə Bakı şəhəri 4 saylı Notariat Kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsi ilə sözügedən torpaq sahəsinin 0.015 hektarını digər x6nın razı lığı olmadan x4na satmışdır. Daha sonra, 2006-cı il 30 may tarixdə Bakı şəhəri 4 saylı Notariat Kontorunda təsdiq edilmiş alğı-satqımüqaviləsi ilə mübahisəli torpaq sahəsinin 0.001 hektarını digər mülkiyyətçi x6nın razılığı olmadan x5na satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinin 0.035 hektarına dair x3 2006-cı il 4 avqust tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 32.1, 35.1-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin 2017-ci il 3 may tarixli 2-1(82)-2077/2017 nömrəli qərardadı ilə iddia tələbinin “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən 2001-ci il 26 oktyabr tarixdə x3na və x6 verilmiş JN-1464H nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, 2006-cı il 7 mart tarixdə x3 ilə x4 arasında Bakı şəhəri 4 saylı Notariat Kontorunda bağlanılmış alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, 2006-cı il 30 may tarixdə x3 ilə x5 arasında Bakı şəhəri 4 saylı Notariat Kontorunda bağlanılmış alğı satqı-müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən x3ya verilmiş 2006-cı il 4 avqust tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi” hissəsi mümkün say ılmamış, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və üçüncü şəxs Bakı şəhəri 4 saylı Notariat Kontorunun prosessual iştirakına xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən alğı-satqı müqaviləsi mülki hüquq münasibətlərindən irəli gəlir və onların etibarsızlığı ilə bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 fevral tarixli 2-1(82)-14/2019 nömrəli qərarı ilə iddia tələbi “ünvan 1 600 kv. m torpaq sahəsinin x3ya ayrılması barədə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1999-cu il 11 fevral tarixli, 145 saylı Sərəncamının etibarsız hesab edilməsi” hissəsində təmin edilməmişdir. Birinci instansiya məhkəməs i hesab etmişdir ki, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 1999-cu il 11 fevral tarixdə x3 adına verilmiş 145 saylı Sərəncamın verilməsi zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarına müdaxilə etməsi, həmin aktın həmin dövrdə mövcud qanunvericiliyin tələblərinə zidd verilməsi işin məhkəmə araşdırılması ilə müəyyən olunmur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 may tarixli 2-1(103)-1177/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 24 may tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 21 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, üçüncü şəxs x3 mübahisələndirilən torpaq sahəsinin ona Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1999-cu il 11 fevral tarixli, 145 saylı Sərəncamı ilə ayrılmasına və uzun müddətdir ki, istifadəsində olmasına əsaslanmışdır. Həm iddiaçı, həm də üçüncü şəxs x3 həmin torpaq sahəsinə dair səlahiyyətli orqan tərəfindən verilmiş sənədlərə istinad etmişlər. Aparılmış araşdırma nəticəsin də hər iki sənədin qüvvədə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinə dair hüquq haqqında mübahisə mövcuddur. Üçüncü şəxs x3ya məxsus torpaq sahəsinin müəyyənləşdirilməsi üçün ekspertiza keçirilmiş, lakin ekspert torpaq sahəsinin yerini müəyyən edə bilməmişdir. Daha sonra, iddiaçının vəsatətinə əsasən məhkəməyə ekspert dəvət olunmuş və o, bildirmişdir ki,“x3na verilmiş torpaq sahəsinə baxış keçirildikdən sonra tərtib edilmiş mütəxəssis rəyində torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin yerləşmə yeri GPS ilə müəyyən edilir. Torpaq sahəsi ayrılan zaman tərpənməz yerdən məsafə və bucaqları göstərilməli idi ki, A nöqtəsi hardan başlayır. Hazırkı halda istinad nöqtəsindən məsafə göstərilmir. İddiaçının göstərdiyi sxemdə qonşunun adı bilinmir. Təqdim edilmiş sxemə əsasən sahənin yerini müəyyən etmək mümkün olmamışdır. Çünki döngə nöqtələri yoxdur. İdarədə bütün torpaq sahələrinin elektron baza məlumatları var, qeydiyyata alınmış ərazilər qeyd olunmuşdur. Sxem barədə idarədə məlumat yoxdur, plan-ölçü sənədində olan koordinatlar üst-üstə düşür. Plandan başqa torpaq sahəsini müəyyənləşdirmək mümkün deyil. İkin sərəncamın cizgisində isə istinad nöqtəsi olmadığına görə sahənin yerini müəyyənləşdirmək mümkün olmamışdır”. Göründüyü kimi, torpaq sahəsinin x3ya verilməsinə dair sərəncam verilsə də, əslində təqdim olunmuş həmin torpaq sahəsinin sxeminə əsasən onun yerini müəyyən etmək mümkün deyil. Çünki mütəxəssisin göstərdiyi kimi plan sxemdə koordinatlar göstərilməmişdir. Beləliklə, faktiki olaraq ona ayrılmış to rpaq sahəsinin yeri məlum deyil. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi iddiaçıya müvəqqəti olaraq bostançılıq məqsədi ilə ayrılmışdır. Lakin iddiaçı həmin ərazidən qeyd edilən məqsədlə istifadə etməmişdir. Qeyd olunan əsas məhkəmənin qərarının ziddiyyətli olduğunu göstərir. Çünki bir tərəfdən bu torpaq sahəsi bostançılıq məqsədi ilə ayrılmışdırsa, nə üçün 1999-cu il 11 fevral tarixdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi x2 və vəkili Şükürov Vamiq Qabil oğlu 2019-cu il 18 sentyabr tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Üçüncü şəxs x3 kassasiya şikayətinə q arşı yazılı etiraz təqdim etmişdir. Etirazda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.1, 55, 66-cı maddələrinə və “İnzibati icraat haqqında” Qanunun 65ci maddələrinə istinad etmişdir. Üçüncü şəxs x3 və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və digər üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 36-cı maddəsinin müddəalarına əsasən,...tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (36.1)....tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər ( 36.2)....tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər (36.3). İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia üzrə qərarın qəbulu üçün xüsusi mümkünlük şərtləri baxımından iddiaçının müəyyən etmə marağı ondan irəli gəlməlidir ki, o, inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırsın. Lakin iddiaçı bu məzmunda iddianı o halda irəli sürə bilər ki, istinad etdiyi nəticələr onun subyektiv hüquq sferasına aid olsun. Hazırkı işdə iddiaçı Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1999-cu il 11 fevral tarixli, 145 saylı sərəncamı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinə münasibətdə subyektiv hüquqa malik olduğunu sübut etməlidir. İddiaçı şikayətin əsası kimi qeyd edir ki, üçüncü şəxs x3ya məxsus torpaq sahəsinin müəyyənləşdirilməsi üçün ekspertiza keçirilmiş, lakin ekspert üçüncü şəxsə verilmiş torpaq sahəsinin yerini müəyyən edə bilməmişdir. Daha sonra, iddiaçının vəsatətinə əsasən məhkəməyə ekspert dəvət olunmuş və o, bildirmişdir ki, x3na verilmiş torpaq sahəsinə baxış keçirildikdən sonra tərtib edilmiş mütəxəssis rəyində torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Çünki döngə nöqtələri yoxdur... İkin sərəncamın cizgisində isə istinad nöqtəsi olmadığına görə sahənin yerini müəyyənləşdirmək mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi də məhz həmin hallardan çıxış edərək qeyd etmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 1999-cu il 11 fevral tarixdə x3 adına verilmiş 145 sayl ı Sərəncamın verilməsi zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarına müdaxilə etməsi müəyyən olunmur. Belə ki, Bakı şəhəri, Sabunçu rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1990-cu il 5 noyabr tarixli,32/68 saylı qərarı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Bülbülə gölünün yanında x1 torpaq sahəsi ayrılan zaman sahənin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafəsi göstərilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, hazırkı işdə iddiaçı Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1999-cu il 11 fevral tarixli, 145 saylı sərəncamı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinə münasibətdə subyektiv hüquqa malik olduğu təsdiq edilmədiyindən iddianın və şikayətin təmin olunması üçün əsa slar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 may tarixli 2-1(103)-1177/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar