Məhkəmə qərarları › İş №2-1(102)-253/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-253/2017

31.01.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-253/2017 31.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı X3 Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-253/2017) Bakı şəhəri 31 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X6, X4 ibarət tərkibdə, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı“əmrin ləğv olunması və işə bərpa edilmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1396/2016 saylı, 16 avqust 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 31 yanvar 2017-ci il tari xdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 07 yanvar 2013-cü il tarixdə Dövlət Sərhəd Xidmətində Baş Əməliyyat-Axtarış İdarəsinin Əks-kəşfiyyat Şöbəsinə baş leytenant rütbəsi ilə şöbə zabiti vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin fevral ayının sonunda Artilleriya təliminə göndərilən şəxsi heyətin tərkibində əməliyyat işçisi kimi göndərilmişdir. İddiaçının ehtiyata buraxılması barədə Baş Əməliyyat Axtarış İdarəsi tərəfindən rəhbərliyə 24.07.2013-cü il tarixli təqdimat verilmişdir. Təqdimatda göstərilmişdir ki, baş leytenant X5 ilk günlər xidməti vəzifəsinin icrasına ciddi yanaşmışdır. Lakin bir müddət sonra rəislər tərəfindən verilən əmrləri yerinə yetirməmiş və ona tutulan iradları səmimi qəbul etməmişdir. Əksinə, komandirlər tərəfindən ira d tutularkən kobudluqla cavab qaytarmış və mübahisə etmişdir. Bununla bağlı onunla aparılmış söhbətlərin nəticəsi olmamışdır. Baş Əməliyyat Axtarış İdarəsinin 24.07.2013-cü il tarixli təqdimatı əsasında iddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 01.08.2013-cü il tarixli, 1388 Ş/h saylı əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən xidməti uyğunsuzluğa görə xidmətdən xaric edilmişdir. İddiaçı 24 noyabr 2014-cü il tarixdə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 01.08.2013-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 07 yanvar 2013-cü il tarixdə Dövlət Sərhəd Xidmətində Baş Əməliyyat-Axtarış İda rəsinin Əks-kəşfiyyat şöbəsinə baş leytenant rütbəsilə şöbə zabiti vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin fevral ayının sonunda Artilerya təliminə göndərilən şəxsi heyətin tərkibində əməliyyat işçisi kimi göndərilmişdir. Təlimdən qayıtdıqdan sonra təlimin rəhbəri, kapitan Əsədzadə iddiaçının və digər 4 nəfərin dərsi oxumadığını, dərslərə laqeyd olduğunu və dərsdə güldüyünü qərəzli olaraq, raportla rəhbərliyə məruzə etmişdir. Göstərilənlərlə bağlı araşdırma kadrlar idarəsində səthi aparılmış, əsassız olaraq intizamsızlıqda ittiham edilərək iddiaçı həmin 4 nəfərlə birlikdə Dövlət Sərhəd Xidməti rəisinin 01.08.2013-cü il tarixli əmri ilə xidmətdən xaric edilmişdir. İddiaçı tərxis olunma barədə əmrin ona verilməsi və barəsində aparılmış araşdırmanın nəticələri ilə tanış olmaq istəsə də, müs bət cavab ala bilməmişdir. Hərəkətlərində hansı əməlin xidməti uyğunsuzluq hesab olunması iddiaçıya məlum olmamış və bu barədə ona heç bir məlumat verilməmişdir. Qanuna və idarədaxili normativ hüquqi aktlara əsasən əgər hərbi qulluqçu tutduğu vəzifəyə uyğun gəlmirsə, o başqa vəzifəyə keçirilməli, rütbəsi aşağı salınmalı və s. intizam təsir tədbirləri nəticə vermədikdə və aparılmış daxili təhqiqatın nəticəsinə uyğun olaraq bu əsasla (xidməti uyğunsuzluqla) tərxis edilməsi məsələsi qoyulur. Lakin yuxarıda göstərilənlərin heç biri aparılmamış, əsassız olaraq iddiaçını xidmətdən xaric etmişlər. İddiaçı xidmətə qəbul olunduğu vaxtdan xaric olunduğu vaxtadək hər hansı intizam pozuntusu törətməmiş, cəza almamış, həmişə özünü nümunəvi aparmışdır. 2003-cü ildən 2012-ci ilədək Daxili İşlər orqanları nda xidmət etmiş, DİN Polis Akademiyasını əyani olaraq bitirmiş, polis baş leytenantı rütbəsinədək yüksəlmiş, bu müddət ərzində intizam məsuliyyətinə cəlb edilməmişdir. Qeyd olunanlarla əlaqədar iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etiraz verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının xidməti vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlar haqqında rəhbərliyə məruzə edilmiş və Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisənin həll edilməsi üçün işçi hüququnun pozulduğu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bi lər. Lakin, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmə müddətlərini pozmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(81)-574/2015 saylı iş) 29 iyun 2015-ci il tarixli qərarı ilə iddia iddiа rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar (inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması) mübahisələndirilən inzibati aktın qanunsuz sayılaraq ləğv edilməsi üçün əsas deyildir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2015-ci il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X14məruzəçi, X15 və X8, 2-1(103)-1616/2015 saylı iş) 13 oktyabr 2015-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Sevda Hüseynova-məruzəçi, Zakir Quliyev və Xəqani Məmmədov, 2-1(102)-229/2016 saylı iş) 13 aprel 2016-cı il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 oktyabr 2015-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında hesab etmişdir ki, məhkəmələr tərəfindən ilk növbədə iddianın mümkünlük şərtlər dəqiq yoxlanılmalı olsa da, bu hallara münasibət bildirilməmişdir. Belə ki, mübahisələndirilən inzibati aktın ilk olaraq publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı v ə iddiaçıya münasibətdə qəbul olunmasının yoxlanılması üçün ən azından həmin inzibati aktın mətni məhkəməyə məlum olmalı, habelə həmin aktdan şikayət vermə müddətləri yoxlanılmalıdır. İddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Aşağı instansiya məhkəmələri tərəfindən aparılmış araşdırmalarla 01 avqust 2013-cü il tarixli, 1388 ş/h saylı əmrə münasibət bildirilsə də və onun qiymətləndirilməsi ilə bağlı tələb üzrə nəticə verilsə də, işin sənədlərində belə bir inzibati aktın olması məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2015-ci il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X11məruzəçi, X9 və X10, 2-1(103) -1396/2016 saylı iş) 16 avqust 2016-cı il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 18 oktyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi öz qərarında cavabdehin mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməsinə əsaslanarkən düzgün nəticəyə gəlməmiş və nəticədə ciddi maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Silahlı X2 uyğun olaraq cəzanın nə üçün verilməsini, nalayiq hərəkətin nə vaxt törədilməsini, cəzanın növünü, nə vaxt verilməsini, kim tərəfindən ver ilməsini, nə vaxt və kimin tərəfindən götürülməsini müəyyən etmək məqsədi ilə göstərilənləri özündə əks etdirən xidmət vərəqəsini cavabdehdən tələb etməmiş, eləcə də verilmiş cəzanın İntizam Nizamnaməsinin 85-ci maddəsinin tələblərinə uyğun olaraq, cəzanın məqsədinə və prinsiplərinə zidd olub-olmamasını araşdırmışdır. Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmamasına yol vermişdir, nəticədə bu pozuntular düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, məhkəmə kollegiyası işə baxarkən Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 12-ci və 14.1-ci maddələrinin tələblərini pozmuş və sübutların obyektiv qiymətləndirməsini təmin etməmişdir. Məhkəmə baxışı zamanı iddiaçının təqdim etdiyi sübut və dəlillər tam nə zərə alınmamış, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən şərtlərin mövcudluğunu sübut edən sənədin (xidmət vərəqəsi) 2 il ərzində saxlanma müddətinin bitməsini əsas gətirərək cavabdeh tərəfindən məhv edilməsinə münasibət bildirilməmiş, yalnız Baş Əməliyyat Axtarış İdarəsi tərəfindən verilmiş 24.07.2013-cü il tarixli təqdimatı üstün qiymətləndirilərək yekun qərarın qəbul edilməsində əsas götürülmüşdür. Kassasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2-ci, Silahlı X1 44, 67, 85-ci, İnzibati Prosessual Məcəllənin 15, 58, 59, 60 və 68-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçı m əhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün s ayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddia mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə cavabdeh inzibati orqanın 2013-cü ilin avqustunda qəbul etdiyi qərarı mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçı tərəfindən mübahisə edilən cavabdehin 01 avqust 2013-cü il tarixli əmr i ilə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsində qeyd edilir ki, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Əmrdə iddiaçının ehtiyata buraxılmasının əsasları, xidməti uyğunsuzluğun nədə ifadə edilməsi göstərilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, yazılı və yazılı formada tərtib olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin fakti ki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati aktı qəbul edərkən istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh qəbul etdiyi 01 avqust 2013-cü il tarixli əmrin verilməsi üçün işin faktiki və hüquqi hallarını, həmin halları təsdiq və ya rədd edən sübutları göstərməmiş, xidməti uyğunsuzluğun nədə ifadə edilməsini əsaslandırmamışdır. İddiaçı barədə cavabdeh orqanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə təqdimatda qeyd edilmişdir ki,...baş leytenant Ç.Məmmədov hərbi nizamnamələrin, xidməti tənzimləyən müvafiq əmr, təlimat və sərəncamların tələblərini bilsə də, xidməti fəaliyyəti ndə onları əsas tutmamışdır. İlk günlər xidməti vəzifəsinin icrasına ciddi yanaşmışdır. Lakin bir müddətdən sonra rəislər tərəfindən verilən əmrləri yerinə yetirməmiş və ona tutulan iradları səmimi qəbul etməmişdir. Əksinə, komandirlər tərəfindən baş leytenant İddiaçı irad tutularkən kobudluqla cavab qaytarmış və mübahisə etmişdir. Bu barədə onunla aparılan söhbətlərin nəticəsi olmamışdır. Baş leytenant Ç.Məmmədovun xidməti vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlar haqqında rəhbərliyə məruzə edilmiş və Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etdiyi kimi, iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdimat və tərxis edilmə barədə əmr təqdim edilmiş, lakin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edən digər sənədlər təqdim edilmədiyindən, təqdimatda göstərilənlərdən heç biri araşdırılmamışdır. Rəislər tərəfindən verilən əmrləri yerinə yetirməmiş - hansı rəislər tərəfindən verilmiş və hansı məzmunlu əmrlər tərəfindən yerinə yetirilməmişdir? İddiaçıya tutulan iradları səmimi qəbul etmişdir- hansı səbəbə görə hansı irad və kimlər tərəfindən tutulmuşdur? Komandirlərə kobud cavab qaytarmışdır hansı komandirlərə qarşı kobudluq etmişdir və bu kim tərəfindən təsdiqlənə bilər? Aparılmış söhbətlərin nəticəsi olmamışdır- iddiaçı ilə kimlər tərəfindən fərdi söhbət aparılması, söhbətlərin məzmunu barədə hər hansı bir rəsmi sənədin mövcud olması və bu barədə intizam pozuntusuna yol vermiş şəxslərin qeydiyyatı kitab ında qeyd edilibedilməməsi? İddiaçının xidməti vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlar - hansı nöqsanlara yol vermişdir və buna görə hansı intizam məsuliyyətinə cəlb edilmişdir? Məhkəmə cavabdehin nümayəndəsinin mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməsini qeyd etsə də, qərarda aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu nə ilə sübut edə bilməsini qeyd etməmişdir. Təqdimatda göstərilmiş hərəkətlərə görə bu cür sərt addımın atılması Azərbaycan Respublikası Hərbi qanunvericiliyin, xüsusi ilə də Azərbaycan Respublikası Silahlı X1 tələblərinə zidd olan 01.08.2013-cü il tarixli 1388 Ş/H saylı əmrin qanunsuz sayılaraq ləğv edilməsi üçün əsasdır. İPM-in 87.8-ci maddəsinin tələbinə görə apellyasiya i nstansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərini sadalasa da, şikayətin dəlillərinə münasibət bildirməmiş, həmin dəlillər (təqdimatda qeyd edilən hallar) araşdırılmamışdır. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiya məhkəməsi işdə ola n sübutları tam və hərtərəfli araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qərarın ləğv olunması hissəsində şikayətin dəlilləri əsaslı olduğundan, həmin hissədə şikayət təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilə bilməz. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96. 5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1396/2016 saylı, 16 avqust 2016-cı il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar