Məhkəmə qərarları › İş №2-1(102)-253/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-253/2022

09.02.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-253/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (gömrük rüsumu, artıq ödənilmiş məbləğin qaytarılması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük ödənişləri üzrə hesablanan artıq məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli, 2-1(103)1474/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsa sən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2013-cü il istehsalı olan “Chevrolet-Cruze” markalı avtonəqliyyat vasitəsini hərrac yolu ilə 2080 ABŞ dollarına əldə etmiş və 29.12.2018-ci il tarixdə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətirmişdir. Avtonəqliyyat vasitəsinin invoys dəyəri müvafiq sənədlərdə 2080 ABŞ dolları göstərilmişdir. Gömrük orqanı tərəfindən mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildiyinə görə malların gömrük rəsmiləşdirilməsi üçün ikiqat məbləğdə gömrük yığımı qismində - 240 manat, mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirilməsi ilə əlaqədar nəqliy yat vasitəsinin qeydə alınmasına dair vəsiqə verilməsinə üçün ikiqat məbləğdə gömrük yığımı qismində - 60 manat, idxal gömrük rüsumu qismində - 1623.16 manat, aksiz qismində - 272.80 manat, ƏDV qismində 2231.27 manat, elektron gömrük xidmət haqqı olaraq - 30 manat, elektron gömrük xidmət haqqı üzrə ƏDV - 5.40 manat – cəmi 4462.63 manat ödəniş hesablanmışdır.

2. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, onun təqdim etdiyi sənəddə avtomobilin dəyərinin 2080 ABŞ dolları göstərilməsinə baxmayaraq, gömrük xidməti tərəfindən əsassız olaraq 4470 manat ödəniş hesablanaraq alındığını bildirmiş və artıq ödənilmiş 2.933 manat məbləğində pulun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya m əhkəməsində icraat

3. İddiaçı 13 iyun 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Dövlət Gömrük Komitəsindən onun xeyrinə 2933 AZN vəsaitin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hərrac vasitəsi ilə 2013-cü il istehsalı olan “Chevrolet-Cruze” markalı avtonəqliyyat vasitəsini 2080 ABŞ dollarına əldə etmiş və Gürcüstan Respublikasından Azərbaycana gətirmişdir. Avtonəqliyyat vasitəsinin invoice dəyərinin 2080 ABŞ dolları olmasına baxmayaraq, cavabdeh tərəfindən ondan 4470 AZN rüsum alınmışdır. Yuxarıda göstərilənlər **********4377 saylı bəyannamədə öz əksini tapmışdır. Artıq alınmış vəsaitin geri qaytarılması barədə müraciətinə 09 mart 2019cu il tarixdə cavabdeh tərəfindən ver ilmiş cavabda vəsaitin ödənilməsindən imtina edildiyi bildirilmişdir. Gömrük Məcəlləsinin 269-cu maddəsinə əsasən, gömrük ödənişlərinin məbləği səhv hesablandıqda və gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəlləsinin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 270.2-ci maddəsinə əsasən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, Bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 ilədək uzadılır. Cavabdeh tərəfindən ondan artıq alınmış vəsaitin geri qaytarılmaması onun qanunvericiliklə qorunan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Hesab edir ki, ödədiyi məbləğdən 2933 AZN vəsait ona geri qaytarılmalıdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, gömrük əməkdaşları tərəfindən vətəndaşın təqdim etdiyi bəyannamədəki məlumatların düzgünlüyü araşdırılmış və nəticədə qanunvericiliyin tələbləri rəhbər tutularaq ölkə ərazisinə gətirilən həmin nəqliyyat vasitəsi müvafiq gömrük ödənişlərinə cəlb edilməklə aksizli mallar üzrə baş gömrük idarəsində sərbəst dövriyyə üçün buraxılış proseduru altında yerləşdirilmişdir. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi “**********4377” sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü həmin bəyannamənin 50-ci qrafasında (vəkalət verən) vətəndaş öz sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etmiş və idxal etdiyi nəqliyyat vasitəsi həmin bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılmışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.10.2019-cu il tarixli, 2-1(81)2775/2019 nömrəli qərarı ilə (hakim Ş.Süleymanova) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən gömrük rəsmiləşd irilməsi Gömrük Məcəlləsinin müddəalarına uyğun şəkildə həyata keçirilmişdir.

8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2019-cu il tarixli, 2-1(103)-2748/2019 nömrəli qərarı ilə (hakimlər H.Həmidov-sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.10.2019-cu il tarixli, 2-1(81)-2775/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şika yəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmədə birinci icraat

12. Ali Məhkəmənin İnzibati Kollegiyasının 17.03.2020-ci il tarixli, 2-1(102)830/2020 nömrəli (hakimlər İ.Huseynov - sədrlik edən və məruzəçi, S.Hüseynova və K.Bədəlov) qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2019-cu il tarixli, 2-1(103)-2748/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin 04.12. 2020-ci il tarixli qərarını ləğv edərkən ona istinad etmişdir ki, iddiaçı tərtib etdiyi gömrük bəyannaməsini və həmin bəyannaməyə özünün daxil etdiyi məluma tları mübahisələndirmir. İddiaçı ondan tutulan gömrük rüsumunun məbləğini mübahisələndirmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.09.2020-ci il tarixli, 2-1(103)-1402/2020 nömrəli (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və A.Hüseyn) qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.10.2019-cu il tarixli, 2-1(81)-2775/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində nəqliyyat vasitəsini hərrac vasitəsilə 2080 ABŞ dollarına əldə etdiyini qeyd etsə də, həmin nəqliyyat vasitəsinin hərracda əldə etməsinə dair sənədləri, o c ümlədən ödənişlərə dair təsdiqedici sənədləri nə gömrük orqanına, nə də məhkəməyə (məhkəmə iclaslarında iştirak etməmişdir) təqdim etməmiş, həmçinin iddia ərizəsində niyə məhz 2933 AZN vəsaitin ona qaytarılmasını əsaslandırmamışdır. Ali Məhkəmədə ikinci icraat

16. Ali Məhkəmənin İnzibati Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2-1(102)80/2021 nömrəli (hakimlər İ.Şəfiyev - sədrlik edən və məruzəçi, R.Nəbizadə və Z.Quliyev) qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.09.2020-ci il tarixli, 2-1(103)-1402/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin 29.09.2021-ci il tarixli qərarını ləğv edərkən ona istinad etm işdir ki, işdə olan bəyannamə iddiaçı tərəfindən təsdiqlənməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi bəyannamənin “Vəkalət verən” adlanan 5-ci qrafasında iddiaçının ad, soyad və atasının adının qarşısında “İmza” bölməsi boşdur. Bu halda məhkəmə bəyannamədə əksini tapmış məlumatların həqiqiliyini müəyyən etmək üçün əlavə araşdırma və qiymətləndirmə aparmalı idi. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.10.2021-ci il tarixli, 2-1(103)-1474/2020 nömrəli (hakimlər S.Bəktaşi - sədrlik edən və məruzəçi, C.Yusifov və A.Hüseynov) qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.10.2019-cu il tarixli, 2-1(81)-2775/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilmiş, cavab deh Dövlət Gömrük Komitəsindən iddiaçının xeyrinə 1286,37 manat vəsaitin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, gömrük bəyannaməsi iddiaçı tərəfindən deyil, gömrük işçiləri tərəfindən elektron sistem vasitəsi ilə doldurulmuş və iddiaçının istəyinə uyğun tərtib olunmamışdır. Bu səbəbdən bəyannamə iddiaçı tərəfindən imzalanmamış, cavabdeh isə bunu tələb etməmişdir. İddiaçı avtomobilin sövdələşmə qiymətinin 2080 ABŞ dolları olduğunu əks etdirən invoysu cavabdeh orqana bəyan etmiş və həmin qiymət əsasında gömrük rəsmiləşdirilməsini cavabdeh orqandan tələb etmişdir. Lakin cavabdeh avtomobilin sövdələşmə qiymətinin 2080 ABŞ dolları olmasına əhə miyyət verməyərək, statistik dəyəri 6000 ABŞ dolları əsas götürülməklə 4462.63 manat gömrük rüsumu hesablamış və iddiaçıdan həmin məbləği ödəməyi tələb edilmişdir. İddiaçı bununla razılaşmasa da, avtomobilin cavabdeh tərəfindən saxlancına görə hər gün üçün əlavə pul ödədiyindən məcbur olaraq həmin məbləği ödəmişdir. İddiaçı ödədiyi 4462.63 manat gömrük rüsumu ilə razılaşmadığından hal-hazırda artıq ödədiyi məbləği cavabdehdən tələb etməkdə haqlı olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıdan tutulan gömrük rüsumunun məbləği iddiaçının tərtib etdiyi gömrük bəyannaməsi, eləcə də həmin bəyannaməyə onun daxil etdiyi məlumatlar əsasında müəyyənləşdirilir. İddiaçının gömrük orqanl arına təqdim etdiyi və iş materiallarında mövcud olan “**********4377” sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü həmin bəyannamələrin 50-ci qrafasında (vəkalət verən) İddiaçı özü sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etməsinə baxmayaraq, hazırkı iş üzrə artıq ödənilmiş gömrük ödənişlərini gömrük orqanından tələb etməsi gömrük qanunvericiliyinin tələblərinə ziddir. Beləliklə, gömrük rəsmiləşdirməsi zamanı gömrük əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri əsas götürülmüşdür, onların hərəkətlərində hər hansı bir hüquqazidd əməl mövcud deyildir, əksinə apelyasiya instansiyası məhkəməsi qərar çıxararkən cavabdeh tərəfindən təqdim edilmiş əsaslı sübutlara ümumiyyətlə baxmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasi ya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Gömrük Məcəlləsi Maddə

4. Gömrük qanunvericiliyi 4.1. Gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 9.0.3. Gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Maddə 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Maddə

146. Malların və nəqliyyat vasitələrinin bəyan edilməsi və bəyanetmənin yeri 146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir Maddə

157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 23. “Gömrük tarifi haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir. Maddə

7. Gömrük dəyərinin müəyyən edilməsi 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərinə əsaslanır və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir Maddə 11.Gömrük orqanının hüquq və vəzifələri 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Maddə

12. Gömrük dəyərinin m üəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 24. “Dövlət Gömrük Komitəsi haqqında” Əsasnamə

3. Komitənin vəzifələri 3.1.9. qanunvericilikdə nəzərdə tutulmuş qaydada malların gömrük dəyərinin düzgün müəyyən olunmasına nəzarət sistemini təşkil etmək;

4. Komitənin hüquqları 4.1.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin həqiqiliyini və düzgünlüyünü araşdırmaq hüququ vardır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.3. İnzi bati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 1 32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəməni n inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmun una uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Hazırkı mübahisə iddiaçı tərəfindən hərrac vasitəsi ilə 2080 ABŞ dollarına əldə edilmiş və Gürcüstan Respublikası üzərindən Azərbaycan Respublikasına gətirilmiş 2013-cü il istehsalı olan “Chevrolet-Cruze” markalı avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi üzrə gömrük ödənişlərinin hesablanmalı və artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlıdır.

32. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) sistemi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir. Həmin normalara əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyəri malların sövdələşmə qiyməti və ya eyni malların sövdələşmə qiyməti ilə, yaxud eynicinsli malların sövdələşmə qiyməti ilə və yaxud dəyərin çıxılması üsulu ilə, habelə dəyərin toplanması və ya ehtiyat üsulu ilə müəyyən edilir.

33. Bu qərarın 22-ci bəndində istinad olunan normaya görə, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan g ömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Gömrük bəyannaməsini və gömrük orqanlarının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Bu zaman nəzərə alınmalıdır ki, bəyannamə yalnız iddiaçı tərəfindən imzalandığı təqdirdə onun iradəsini ifadə edir və onun üçün müvafiq öhdəliklər yaradır.

34. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması cavabdehin məsuliyyət sferasına aiddir. Bu baxımdan yuxarıda qeyd olunan normalarda təsbit edilmiş malların gömrük dəyərinin müəyyən edilməsi üsulunun seçilməsi və tətbiqi, gömrük ödənişlərinin hesablanması cavabdehin vəzifə səlahiyyətlərinə aiddir. Cavabdeh gömrük dəyərinin müəyyən edilməsi üçün seçdiyi konkret üsulu və hesabladığı gömrük ödənişlərini əsaslandırmağa və bu barədə qanuni qərar qəbul etməyə borcludur. Bu qanunçuluq prinsipindən və cavabdehin fəaliyyətinin qanuna tabe olmasından irəli gəlir.

35. Hazırkı mübahisəyə dair işə sonuncu dəfə Ali Məhkəmədə kassasiya qaydasında baxılarkən, məhkəmə kollegiyası qeyd e tmişdir ki, “cavabdeh avtomobilin qiymətinə dair bəyannamənin iddiaçı tərəfindən tərtib edildiyini, bəyannamənin 50-ci qrafasında bəyannaməni təsdiqlədiyini bildirir. Lakin cavabdehin bəhs etdiyi və məhkəmənin istinad etdiyi, iş materiallarının 15-ci səhifəsində olan bəyannamədən görünür ki, həmin bəyannamə iddiaçı tərəfindən təsdiqlənməmişdir. Cavabdehin təqdim etdiyi bəyannamənin “Vəkalət verən” adlanan 50-ci qrafasında iddiaçının adı, soyadı və ata adının qarşısında “İmza” bölməsi boşdur. Bu halda məhkəmə bəyannamədə əksini tapmış məlumatların həqiqiliyini müəyyən etmək üçün əlavə araşdırma və qiymətləndirmə aparmalı idi”.

36. İş üzrə materiallardan görünür ki, Ali Məhkəmənin həmin göstərişləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və həmin xüsusatlara hüquqi qiymə t verilmişdir. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, gömrük bəyannaməsi iddiaçı tərəfindən deyil, gömrük işçiləri tərəfindən elektron sistem vasitəsi ilə doldurulmuşdur. Bu səbəbdən bəyannamə iddiaçı tərəfindən imzalanmamış, cavabdeh isə həmin bəyannamənin iddiaçı tərəfindən imzalanmasını təmin etməmişdir.

37. Kassasiya şikayətində bəyannamənin iddiaçı tərəfindən doldurulduğunu və elektron imza ilə təsdiq olunduğunu iddia edən cavabdeh məhkəmə icraatının gedişində həmin bəyannamənin iddiaçı tərəfindən həqiqətən elektron imza ilə imzalandığını və bu üsulla təsdiq edilmiş bəyannamənin onun iradəsini ifadə etdiyini, malın gömrük və ya statistik dəyərinin iddiaçı tərəfindən müəyyən olunduğunu sübut edən hər hansı sənəd təqdim etməmiş dir. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə, təqdim olunan bəyannamədə göstərilmiş məlumatların, o cümlədən bəyannamənin imzalanmasının yoxlanılması cavabdehin məsuliyyət sferasına aiddir. Gömrük bəyannaməsinin imzalanması həmin bəyannamədə göstərilən məlumatların iddiaçı tərəfindən təsdiqini ifadə edir. Bunun əksi iddiaçının sərbəst iradə ifadəsinin nəticəsi kimi qiymətləndirilə bilməz.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, gömrük siyasətinin reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını, xüsusilə də şəxs üçün əlverişsiz qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati or qanın qəbul etdiyi qərarın əsaslarını və istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

39. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 59.1.5-ci və 62-ci maddələrinin tələbinə görə, inzibati orqan qəbul etdiyi qərar haqqında maraqlı şəxsə rəsmi məlumat verməyə, həmçinin qərarında həmin qərara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi orqan və ya məhkəmə haqqında məlumat verməyə borcludur. Hazır kı mübahisəyə münasibətdə cavabdeh tərəfindən qeyd edilən tələblərə tam əməl olunmamışdır.

40. Bundan başqa, nəzərə alınmalıdır ki, inzibati orqan yuxarıda istinad olunan normada təsbit edildiyi kimi, malların gömrük dəyərinin müəyyən edilməsi üsulu ilə bağlı seçim imkanlarına malik olduğu hallarda, “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinin tələblərinə əməl etməyə borcludur. Bu mənada fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna, o cümlədən iqtisadi maraqlarına hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

41. İnzibati orqanlar tərəfindən qərar qəbul edilərkə n, həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri də nəzərə alınmalıdır. Həmin prinsipin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

42. Hazırkı mübahisəyə münasibətdə iddiaçının nəqliyyat vasi təsinin əldə olunması ilə bağlı cavabdehə təqdim etdiyi sənədlərin, o cümlədən invoysun mötəbərliyini şübhə altına alan hər hansı halın mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Kassasiya şikayətinin dəlillərində iddiaçı tərəfindən ödəmə tapşırığı əsasında ödənilən 2080 ABŞ dollarının həmin avtonəqliyyat vasitəsinin 2080 ABŞ dollarına əldə edildiyini sübut etmədiyi iddia olunsa da, bunun əksini sübut edən və ya həmin ödəmə tapşırığının həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

43. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fə aliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

44. Halbuki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 2018-ci ildə 2013-cü il istehsalı olan “CHEVROLET CRUZE” markalı avtomobili 2080 ABŞ dolları məbləğində pul vəsaiti ödəməklə X1 hərrac yolu ilə satın almış və avtomobil kargo şirkəti vasitəsi ilə Gürcüstan Respublikasından Azərbaycana gətirilmişdir. Bundan sonra, iddiaçı tərəfindən avtomobilin hərrac vasitəsilə alınmasını təsdiq edən sənədlər, o cümlədən invoys, ödəniş qəbzləri və digər zəruri sənədlər cavabdehə təqdim edilmişdir. Yəni iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobilin sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana etmişdir. Lakin cavabdeh tərəfi ndən nəqliyyat vasitəsinin statistik dəyəri əsas götürülərək iddiaçıya 4462.63 manat gömrük rüsumu hesablanmışdır. Bu zaman yuxarıda qeyd olunan tələblər nəzərə alınmamış və nəqliyyat vasitəsinin statistik dəyərinin əsas qismində götürülməsi cavabdeh tərəfindən əsaslandırılmamışdır.

45. Beləliklə, yuxarıda istinad olunan normaların müddəaları və qeyd olunan səbəblər nəzərə alındıqda, iddiaçıya 4462.63 manat gömrük rüsumu hesablamaqda cavabdeh haqlı sayıla bilməz. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəyə dair iş üzrə gəldiyi nəticəni düzgün və əsaslı hesab edir.

46. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

47. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli, 21(103)-1474/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar