Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-253/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1558/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ sahələrinin ayrılması, bölünməsi və ada keçirilməsinə dair” 20 oktyabr 1994-cü il tarixli, 1463 saylı sərəncamına dair arxiv çıxarışında qeyd edilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/333 nömrə li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyul 1988-ci il tarixli, 195 nömrəli qətnaməsinə əsasən İddiaçı Göradil BTK № 89 bağ № 384p ünvanında bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır.
2. Bakı şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin 68 nömrəli orderində də Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 oktyabr 1994-cü il tarixli, 1463 saylı qərarı ilə İddiaçı Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativdə bağ sahəsi ayrıldığı qeyd edilmişdir.
3. İddiaçı cavabdeh orqana müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi ünvanında yerləşən 384p saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etm işdir.
4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq təqdim olunmuş 25 dekabr 2019-cu il tarixli, **********23 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə qeyd edilmişdir ki, sözügedən bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb və bağ sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Həmçinin, eyni nömrəli bağ sahəsi eyni BTK-nın nəzdində digər şəxsin adına təkrarlanır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Gör adil bağlar sahəsindəki 89 saylı BTK-nın 384p saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsində işin hallarını sadalamış və Mülki Məcəllənin 139-cu, Torpaq Məcəlləsinin 55-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddələrinə, eləcə də “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” 01 fevral 2008-ci il tarixli Qanuna istinad edərək cavabdehin imtinasını əsassız hesab etmişdir.
7. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair etirazda göstərilmişdir ki, sözügedən bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb və bağ sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir (qonşu bağ nömrələri 450ç, 447Ş, 448e) Həmçinin, eyni nömrəli bağ sahəsi eyni BTK-nın nəzdində digər şəxsin adına (X3) təkrarlanır. Bundan əlavə, sərəncam və arxiv siyahısında bağ sahəsinin nömrəsi 384p kimi qeyd olunsa da, vətəndaş tərəfindən təqdim edilmiş ərizə və arxiv cizgisində 384n kimi yazılmışdır. Habelə təqdim edilmiş orderdə bağ sahəsinin nömrəsində düzəliş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 oktyabr 1994-cü il tarixli, 1463 saylı sərəncamına uyğun olaraq, ünv an 3i ünvanında yerləşən 384p saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən bağ sahəsinin iddiaçıya ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 oktyabr 1994-cü il tarixli, 1463 saylı sərəncamı mövcuddur. Sözügedən bağ sahəsinin nömrəsində olan hərflə bağlı uyğunsuzluq bağ sahəsinə dair sərəncamın verildiyi 1994-cü ildə ölkə ərazisində istifadə edilmiş kiril qrafikalı azərbaycan əlifbası ilə hal-hazırda istifadə olunan latin qrafikalı əlifba arasında olan fərqdən irəli gəlir. Belə ki, kiril qrafikalı azərbaycan əlifbasında “n” hərfi latin qrafikalı əlifbada “p” hərfinə uyğundur. Hazırkı iş üzrə cavabdeh iddiaçıya torpağın (bağ sahə sinin) ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, əsassız olaraq hüquqların qeydə alınmasından imtina etmiş, imtinasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun əsaslandırmamışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1558/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilm ədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsası və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 oktyabr 1994-cü il tarixli, 1463 saylı sərəncamı ) mövcud olduğundan iddiaçıya həmin əmlak üzərində hüququn qeydiyyata alınması barədə çıxarış verilməlidir.
13. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində “iddiaçı tərəfindən göstərilən bağ sahəsinin sxematik xəritədə öz əksini tapmaması” barədə dəlilinə münasibətdə isə qeyd etmişdir ki, Görədil bağlar sahəsinin yerləşdiyi torpağın iddiaçının mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir.
14. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanın da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir.
15. Beləliklə, qeyd edilən bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına v ə həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh iddiaçı tərəfindən göstərilən bağ sahəsinin sxematik xəritədə öz əksini tapmaması kimi texniki səbəbdən mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir.
16. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh imtina məktubu və iddia ərizəsinə dair etirazla eyni məzmunda kassasiya şikayəti vermiş və şikayətdə Torpaq Məcəlləsinin 68-ci, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanu nunun 8.0.7, 9, 11.1, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 nömrəli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Sərəncamına istinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orq anlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...
20. İnzibati Prosessual Məcəllə (İPM): 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasını n hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. O dur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 saylı BTK-nın 384p saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir.
25. İş üzrə isə müəyyən olunur ki, aşağı instansiya məhkəmələri tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə istinad edilərək iddiaçının iddia tələbi təmin olunmuşdur.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə (2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində o lan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair sərəncamlar və orderlərin qeydiyyat üçün əsas olması ilə bağlı) razılaşsa da, hesab edir ki, işin halları hərtərəfli araşdırılmadan qeyd olunan hüquq normasına istinad edilməklə qərar qəbul edilmişdir.
27. Halbuki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
28. Belə ki, iş materiallarına və işin məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilir ki, mübahisələndirilən bağ sahəsinin nömrəsində qeyd edilən h ərflə bağlı müəyyən uyğunsuzluqlar mövcuddur (“384 p”, yaxud “384 N”?).
29. Başqa sözlə, iddiaçı tələbində və cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli müraciətində (iş v. 41) 384 p nömrəli bağ sahəsi üzərində hüquqların qeydə alınmasını xahiş etmiş, eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışında da “Bağ sahələrinin ayrılması, bölünməsi və ada keçirilməsinə dair” 20 oktyabr 1994-cü il tarixli, 1463 saylı sərəncama əsasən İddiaçı Göradil BTK № 89 bağ № 384 p ünvanında bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrıldığı qeyd edilmişdir.
30. Bununla belə, iş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli məktubdan iddiaçının 384 N saylı bağ sahəsi ilə bağlı müraciət etdiyi müəyyən olunur (iş v. 23). Bundan əlavə, iş materiallarında olan xx.xx.2019-cu il tarixli “Torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə”də iddiaçı tərəfindən X5 və X2 384 N saylı bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin, üzərindəki tikililərə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək, bu müqaviləni bağladıqları qeyd edilmişdir. Həmin müqaviləyə sonradan qələmlə düzəliş edilərək “N” hərfi “p” hərfinə çevrilmişdir (iş v. 33). Digər tərəfdən, Bakı şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin 68 nömrəli orderində isə Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 oktyabr 1994-cü il tarixli, 1463 saylı qərarına əsasən iddiaçıya Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativdə bağ sahəsi ayrıldığı göstərilsə də, orderdə ayrılan bağ sahəsinin nömrəsini müəyyən etmək mümkün olmamışdır (sənəd kserosurət olduğundan – iş v. 35; 40).
31. Göründüyü kimi, iş materiallarında olan sənədlərdə bağ sahəsinin nömrəsi ilə bağlı uyğunsuzluq mövcuddur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı 68 nömrəli orderin əsli tələb olunmalı və ayrılmış torpaq sahəsinin nömrəsində göstərilən say və hərf dəqiq müəyyənləşdirilməlidir.
32. İşin bu halının araşdırılması və dəqiq müəyyən edilməsi ona görə vacibdir ki, təcrübəyə əsasən, kooperativdə ayrılan hər bir bağ sahəsinin özünün nömrəsi olur və həmin nömrəyə əsasən bağ sahəsinin yerləşmə yerini sxematik xəritəyə uyğun müəyyən etmək imkanı yaranır.
33. Bundan əlavə, bağ sahəsi ilə bağlı cavabdehin verdiyi məlumatlar da ziddiyyətlidir. Belə ki, iş materiallarında olan cavabdehin xx.xx.2014-cü il tarixli iddiaçıya ünvanladığı məktubda 384 N saylı bağ sahəsinin sxematik xəritədə əksini tapmadığı qeyd edilmişdir (iş v.23). Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq təqdim olunmuş 25 dekabr 2019-cu il tarixli, **********23 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə isə qeyd olunmuşdur ki, sözügedən bağ nömrəsi (384 p) bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Eyni zamanda, bağ sahəsinin yerləşməsinin qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlməməsi və eyni nömrəli bağ sahəsinin eyni BTK-nın nəzdind ə digər şəxsin adına təkrarlandığı da qeyd edilmişdir. Cavabdehin etirazında da oxşar dəlillər göstərilmiş və eyni nömrəli bağ sahəsinin X1 adına təkrarlandığı qeyd edilmişdir (iş v. 49).
34. Göründüyü kimi, cavabdeh bir tərəfdən 384 N və 384 p saylı bağ sahələrinin sxematik xəritədə əks olunmadığını qeyd etsə də, digər tərəfdən, eyni nömrəli bağ sahəsinin eyni BTK-nın nəzdində digər şəxsin adına təkrarlandığını qeyd etmişdir. Başqa sözlə, cavabdehin işin halları ilə bağlı dəlilləri də ziddiyyətlidir.
35. İş materiallarında olan, 89 nömrəli kooperativin üzvlərinin siyahısında isə iddiaçının adına rast gəlinmir (iş v.53-55).
36. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, işin mübahisəli halı (iddiaçıya bağ sahəsinin qanuni əsaslarla ayrılması məsələsi) istiqamətində araşdırma hərtərəfli aparılmamış, işin ziddiyyətli hallarına aydınlıq gətirilməmişdir.
37. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddiaçıya hansı nömrəli bağ sahəsinin ayrıldığı ilə bağlı məsələni dəqiqləşdirməli, bundan sonra bağların sxematik xəritəsində həmin bağ sahəsinin mövcudluğunu yoxlamalı, eyni zamanda 89 nömrəli kooperativin üzvlərinin siyahısında iddiaçının adının olmaması məsələsinə aydınlıq gətirməlidir. Bundan əlavə, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni nömrəli bağ sahəsinin hər hansı digər şəxsin adına qeydə alınması barədə məlumatlar dəqiqləşdirilməli, işin bu halı təsdiqləndiyi halda isə, bu məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülməlidir (digər şəxsin üçüncü şəxs qismində inzibati məh kəmə icraatına cəlb edilməsi məsələsi müzakirə edilməli, digər şəxsin hüquqmüəyyənedici sənədləri tələb edilməli və araşdırılmalı, zərurət olduqda həmin bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi istiqamətində iddiaçıya hüquqi yardım göstərilməli və s.).
38. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yuxarıda qeyd olunan xüsusatların araşdırılması üçün iş təkrar apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1 03)-1558/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.