Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-253/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; operativ vergi nəzarəti; əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergil ər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-408/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3443 nömrəli qərarına əsasən iddiaçıya məxsus Göygöl rayonu, Aşıqlı kəndində yerləşən çayxanada nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetiril məsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.
2. İddiaçıya əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022ci il tarixli **********1638 nömrəli qərarla 4.000 manat, vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə isə xx.xx.2022-ci il tarixli **********1688 nömrəli qərarla 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********1638 və **********1688 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yay mövsümündə Göygöl şəhərindən rayonun Aşıqlı kəndinə aparan yolda yerləşən X2 təxminən 100 metrliyində, atasının çoxdandır ki, fəaliyyətini dayandırıb, bağlı qalmış yeməkxanasına gedən cığırın üstündə 5-6 masa qoyub, çayçılıqla (sahibkarlıqla) məşğul olur, bununla ailəsini ancaq dolandırır. Müştərilər az olduğundan, düşəndə, darıxmamağı üçün qohumları, yanına gəlir, boş olanda söhbətlə başını qatır, adamlar təsadüf ən gur gələndə, müştəriyə xidməti çatdıra bilməyəndə kömək də edirlər. Çayçı kiçik və səyyar olduğundan kassa aparatı olmadan işləyir. Onu işlətdiyi gündən bu ayın 10-a kimi vergi orqanı ona nə rəsmi göstərişlə, nə də sözlə çayçıya kassa aparatı almağına göstəriş verməmiş, bütün ödənişlərini problemsiz qəbul etmişdir. Çünki çöldə yoldan xeyli kənar, özü də 5-6 ağacın altında olan səyyar çayçıdır, heç bayram və istirahət günlərində də stolların ətrafı dolu olmur. Əgər məhkəmə həmin səyyar çayçıya yerində aşkar və ya gizli baxış keçirsə, vəziyyəti əyani görər, bilər ki, orada nə bahalı kassa aparatına, nə də işçiyə ehtiyac yoxdur. O yerə müştərilər gəlmədiyi üçün yeməkxananı atasından icarəyə götürən şəxslər də işlədə bilməyib, getmişlər. Ona görə də yeməkxananın qapısına qıfıl vurulmuşdur. 12 saylı Ərazi Vergilər Baş İdarəsi onu çayçıda kassa aparatı tətbiq edib, müştəriyə qəbz verməməklə yanaşı, qeydiyyata almadığı (vergidən gizlətdiyim) işçilərin mövcud olmasında da təqsirləndirmış, xx.xx.2022-ci il tarixdə haqqında ərizənin sərlövhəsində göstərilən DVX seriyalı 012896 nömrəli və DVX seriyalı 007881 nömrəli aktları yazmışlar (həmin aktların birində kassa aparatı tətbiq etmədən fəaliyyət göstərməyini, digərində qeyri-rəsmi qaydada işçilər işlətməyini qeyd etmişlər). Başqa sözlə, vergi orqanı onu həm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələbini pozmaqda (nəzarət-kassa aparatlarının istismarı qaydalarının 8.3.16-cı bəndinin tələbinin pozulması), həm də həmin Məcəllənin 58.10-cu maddəsinin tələbini pozmaqda (çayçıda qeyri-rəsmi işçilər işlətməkdə ) təqsirləndirmiş, “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli DVX seriyalı 012896 nömrəli aktın və fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2022-ci il tarixli DVX seriyalı 007881 nömrəli aktın ləğv edilməsinə dair aktlar yazmışlar. Həmin aktlar yazılarkən yanında əmisi oğlu olmuşdur. Ondan adını soruşmuşlar. O, soruşan şəxsin niyyətini bilmədən özünü təqdim etmiş, vergi orqanı da onu işçisi kimi qələmə vermişdir. Halbuki, hər cəhətdən ondan üstün olan belə bir şəxsin işçisi (məsələn, çay dəml əyən, çay paylayan və ilaxır) olmasını düşünməyin özü yolverilməzdir. Qohumlarının çoxu yanına gələndə onu reklam etmək üçün yoldaşları, yaxud tanışları ilə gəlirlər, çünki işi səyyar, işlədiyi yer isə yoldan kənar olduğundan müştərini güc-bəla ilə yığır. Başqa kimin (kimlərin) işçisi kimi qələmə verilməsini, deyə bilməz. Aktlardan sonra onların əsasında cavabdeh idarənin rəisi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1638 nömrəli və **********1688 nömrəli qərarlarla onu Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsi və 58.10-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edib, üzərinə müvafiq olaraq 4000 manat və 1000 manat cərimə qoymuşdur. O, əsassız aktlar nəticəsində inzibati məsuliyyə tə cəlb edilmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə fəaliyyətə başlamasına, vergi və digər məcburi ödənişləri həyata keçirməsinə, əsas fəaliyyət növü çayxanalar tərəfindən xidmətlərin göstərilməsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyatdan keçmiş nəzarət-kassa aparatı, eyni zamanda əmək müqaviləsi hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud olmamışdır. Bu səbəbdən də cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvanda operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli **********3443 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında həyata keçirilmişdir. Sözügedən qərar Vergi Məcəlləsinin 50.1.3-cü və 50.1.7-ci maddələrində əks olunmuş əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. xx.xx.2022-ci il tarixli **********3443 nömrəli qərar əsasında cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırki işdə İddiaçı sahibkarlıq fəaliyyətini həy ata keçirdiyi Göygöl rayonu, Aşıqlı kəndində xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, eyni zamanda AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 007881 nömrəli və 012896 nömrəli aktlarla rəsmiləşdirilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-288/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərarlar qanunvericiliyin tələblərinə əməl edilməklə qəbul edilmişdir. Belə ki, iddiaçı ərizəsində də etiraf etmişdir ki, nəzarət-kassa aparatından istifadə etmədən fəaliyyət göstərir. Bu halı isə bütün ödənişləri problemsiz qəbul etməsi, həmçinin müştərilərin az olması ilə əsaslandırmışdır. Lakin qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçının qeyd etdiyi əsas nəzarət-kassa aparatlarının tətbiqini istisna etmir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********1638 nömrəli qərarla bağlı isə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, X7 faktiki olaraq əmək müqaviləsi qüvvəyə minmədən 2022-ci ilin iyul ayının ortasından əmisi oğlu İddiaçı obyektində saat 18:00-dan 23:00-dək gündəlik 5 (beş) manat müq abilində işləmişdir. Bundan əlavə izahatdan görünür ki, qeyd olunan hallar iddiaçı tərəfindən X1 ilə yazılmışdır. Digər şəxs X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı isə məhkəmə işin faktiki hallarına əsasən qənaətə gəlmişdir ki, iddiaçı ərizəsində aktların tərtib edilməsi zamanı yanında yalnız X3 olmasını göstərmiş, lakin məhkəmə iclasında anası X4 da çay içmək üçün orada olmasını bildirmişdir. Lakin iş materiallarına əlavə edilmiş aktdan da Səliqə Əliyevanın orada olması öz təsdiqini tapır. İddiaçının ərizəsində və məhkəmə iclasında bildirdiyi ziddiyyətli fikirlər X4 çayxanada işləməməsi barədə məhkəmədə şübhə doğurmur. Odur ki, məhkəmə iddiaçının ərizəsində qeyd etdiyi dəlilləri iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarla qarşılıqlı təhlil edərək o qənaətə gəlmişdir ki, iddiaçının dəlilləri heç bir hüquqi əsası olmayan, məsuliyyətdən boyun qaçırma məqsədi daşıyır. Belə ki, iddiaçı dolayı yolla da olsa vergi qanunvericiliyinin sözügedən normalarını pozduğunu etiraf etmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-408/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdehin xx.xx.2022-ci il tarixli, **********16 38 nömrəli qərarı ləğv edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, inzibati orqan ehtimallara əsaslanaraq iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfərin fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyini qeyd etsə də, həmin şəxslərin həqiqətən də orada əmək müqaviləsi olmadan işləməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qalan hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş et mişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi cavabdehin qərarının ləğv edilməsi əsaslari kimi X3 izahatına istinad etmişdir, lakin bu formada yekun hüquqi nəticəyə gəlməsi əsaslı və qanuni hesab oluna bilməz. Belə ki, X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, əmək müqavilə bağlanmadan iddiaçı tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi obyektdə müəyyən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Belə ki, operativ nəzarət zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərdən X7 yoxlamaya təqdim etdiyi izahatında 2022-ci ilin iyul ayının ortasından əmisi oğlu İddiaçı tərəfindən işlər in (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini, onunla əmək müqaviləsi bağlamadığını, ödənişin nağd şəkildə edildiyini və gündəlik 5 manat təşkil etdiyini, iş saatının 18:00-dan 23:00-a qədər olduğunu bildirmişdir. Həmin izahatın yekununda izahatın Mehdiyev Rəşadın sözləri ilə ona ucadan oxunaraq İddiaçı tərəfindən yazıldığı qeyd olunmuşdur.
14. Həmçinin qeyd edilmişdir ki, apellyasiya məhkəməsini qərarı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilmiş X8 hissəsində də əsaslı deyildir. S.Əliyeva ilə bağlı mövqeyinin əsassız olduğunu göstərmək üçün ilk növbədə iddia ərizəsinə nəzər yetirmək lazımdır. Belə ki, iddiaçı ərizəsində vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilən zaman onun yanında işçi kimi X3 (Bu fakt da onun göstərir ki, dolayısı d a olsa R.Mehdiyevin onun işçisi olmasını iddiaçı etiraf edir.) olduğunu qeyd etmişdir. Yəni, əgər doğurdan da Səliqə Əliyeva iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektə istirahət etmək üçün gəlmişdirsə onda bu xüsusatları iddia ərizəsində niyə göstərməmişdir? İddiaçı bu halla bağlı ziddiyyətli mövqe nümayiş etdirməklə vergi öhdəliyindən yayınmağa çalışmışdır. Məhz bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının mövqeyindəki təzadlı fikirləri özünün müdafiəsi kimi gətirdiyi dəlil kimi nəzərə almışdır. Həqiqətən S.Əliyevanın iddiaçının obyektində işçi kimi işləməsini qəbul etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyindəki ziddiyyətli məqamları nəzərə almadan birtərəfli qaydada iddiaçının xeyrinə olan ifadələri qəbul etmiş və əsassız olaraq S.Əliyevanın iddiaçı tərəfindən hər hansı əmək fəaliyyətinə cəlb edilməməsi qənaətinə gəlmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası mə hkəməsinin qərarının qismən ləğv edilməsi tələb olunduğundan, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin olunan hissəsinə münasibətdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi orqanının qərarının ləğv edilməsini əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəb ul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
23. Göründüyü kimi, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman, vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.
24. İPM-in 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
25. Cavabdeh iddiaçının əmək müqaviləsi olmadan X5 və X6 işə cəlb etməsinə istinad etsə də, iddiaçının həmin şəxslərin əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir.
26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün dür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-408/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.