Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2530/2019 25.09.2019 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs “xxxx” MMC) iş üzrə Açar sözlər: şəhadətnamənin etibarsız hesab edilməsi. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçıların vəkili Vəkil2, Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə1, üçüncü şəxs “xxxx” MMC-nin nümayəndələri Nümayəndə2, Nümayəndə3 və vəkili Vəkil1 iştirakı ilə İddiаçılar İddiaçı1 və İddiaçı2Səhmdar Cəmiyyətinin cavabdeh Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs “xxxx” MMC) “qərarının ləğv edilməsi və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-606/2019 saylı 23 aprel 2019-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1531 saylı qərarının tamamilə ləğv edilməsi və “X” əmtəə nişanının qeydiyyata alınmasına dair 02.12.2016-cı il tarixli, № 2016 1433 nömrəli şəh adətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 20.09.2018-ci il tarixli qərardadına əsasən iddiaçıların nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizəyə əsasən ilk cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi əsl cavabdeh Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmişdir. Məhkəmənin 11.10.2018-ci il tarixli qərardadına əsasən “xxxx” MMC 3-cü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3423/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1531 s aylı qərarı ləğv edilmiş və “X” əmtəə nişanının qeydiyyata alınmasına dair 02.12.2016-cı il tarixli, № 2016 1433 nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir. Üçüncü şəxs “xxxx” MMC həmin qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-606/2019 saylı 23 aprel 2019-ci il tarixli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3423/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 1, 3, 5, 29, 31-ci maddələrinə, “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə, “İnziba ti icraat haqqında” Qanunun 24.1, 24.2, 61.1, 61.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, mübahisələndirilən hər iki məhsulun işdə olan təsvirləri müqayisəli təhlil olunduqda görünür ki, xarici görünüşünə görə bir-birindən fərqləndirilməsi mümkün olmayan dərəcədə oxşar (balıqqulağı) görünüşə və formaya malikdır. Adi gözlə vizual olaraq baxdıqda, hər iki məhsul tamamilə eyni təsəvvür yaradır. Yəni, hər iki nişanın qrafik hissələrinin mərkəzində tortun iki hissəsi göstərilib, bu hissələrin yerləşdirilməsi, forması və görünüşü tam olaraq eynidir. Tortların üstü şokoladla örtülüb və onların yanında həmçinin tam olaraq eyni olan qəhvə fincanları göstərilir. Eyni zamanda hər iki nişanda tam eyni olan ürək formasında iki ədəd vafli müşahidə olunur. Nişanın mərkəzində həmçinin ana və qız ın şəkilləri göstərilib. Hər iki müqayisə edilən əmtəə nişanlarda eyni şəxslərin ana və qızın şəkilləri göstərilir və insan təsvirlərinin belə eyni olmasının təsadüf olması mümkünsüzdür. O cümlədən, gömrük bəyənnamlərinə əsasən “X1” əmtəə nişanlı məhsulun iddiaçı tərəfindən “xxxx” MMC-yə göndərildiyi, yəni “xxxx” MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-606/2019 saylı 23 aprel 2019-ci il tarixli qərarından üçüncü şəxs “xxxx” MMC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə iş materiallarını hərtərəfli, obyektiv araşdırmamış, səhv nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, “xxxx” MMC-yə məxsus “X” əmtəə niş anı 35-ci sinifin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xidmətləri üzrə 02.12.2016-cı il tarixində “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1433 nömrə ilə qeydiyyata alınmışdır (ilkin qeydiyyat tarixi 11.08.2016). Bundan əlavə, “X” əmtəə nişanı ilə müqayisə olunan “X1” əmtəə nişanı kimi nə mənşə ölkəsində, nə də Azərbaycan Respublikasında qeydiyyata alınmamışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 04.04.2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərindən, gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr spesifikasıyalardan görünür ki, “X1" nişanlı qənnadı məlumatları “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. Kassator “Əmtəə nişanları və coğrafi göstəricilər haqında” Q anunun 29-cu maddəsinə, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”na istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-606/2019 saylı 23 aprel 2019-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-606/2019 saylı 23 aprel 2019-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə1 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə ic lasında iştirak edən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndələri Nümayəndə3, Nümayəndə2 və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-606/2019 saylı 23 aprel 2019-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-606/2019 saylı 23 aprel 2019-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçıların tələbi k Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1531 saylı qərarının tamamilə ləğv edilməsi və “X” əmtəə nişanının qeydiyyata alınmasına dair 02.12.2016-cı il tarixli, № 2016 1433 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3423/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1531 saylı qərarı ləğv edilmiş və “X” əmtəə nişanının qeydiyyata alınmasına dair 02.12.2016-cı il tarixli, № 2016 1433 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)606/2019 saylı 23 aprel 2019-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3423/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların iddia tələblərindən biri cavabdehin verdiyi “X” əmtəə nişanının qeydiyyata alınmasına dair 02.12.2016-cı il tarixli, № 2016 1433 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsidir. Sözügedən iddia tələbi aşağı instansiya məhkəmələri tərəfindən təmin edilsə də, iş materiallarında sözügedən şəhadətnamə mövcud deyildir. Nə birinci instansiya, nə də ki apelyasiya instansiyası məhkəməsi iddia predmetlərindən biri olan şəhadətnaməni İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin müəyyən etdiyi kimi sübut olaraq tələb etməmiş, nəticə etibarı ilə də araşdırmamış və həmin sənəd işdə ümumiyyətlə olmadığı halda məhkəmələr ona hüquqi qiymət verm iş, yəni, birinci instansiya məhkəməsi şəhadətnaməni etibarsız hesab etmiş, apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Halbuki məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-c i maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə riayət etməməklə işə baxmış və qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılmas ı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-606/2019 saylı 23 aprel 2019-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Üçüncü şəxsin kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2530/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2530/2019
25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver