Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2530/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının keçmiş müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının keçmiş müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2023-cü il tarixli, 2-1(103)-1606/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 25 il xidmət stajı ilə əlaqədar xx.xx.2006-cı ildə fəaliyyətdə olan prokurorluq orqanının əməkdaşı kimi pensiya təyin edilmişdir (işləməyən pensiyaçıların aldığı məbləğin 50% miqdarında). 2. 2010-cu ilin noyabr ayında, onun prokurorluq orqanlarında fəaliyyətinə xidmətdə son yaş həddinə çatması ilə əlaqədar xitam verilmiş və DSMF orqanı tərəfindən hesablanmış pensiyanın məbləği tam həcmdə ödənilməsinə başlanılmışdır.
3. İddiaçı 2019-cu ilin dekabr ayında hazırkı cavabdehə müraciət edərək, prokurorluqda 25 il xidmət ke çmiş şəxs kimi onun pensiya hüququnun hələ 2002-ci ildə yarandığını və həmin dövrdən sonra 2002 – 2006-cı illərdə heç bir pensiya ödənişini almadığını, habelə 2006-cı ildən sonra əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını bildirmiş və pensiyanın düzgün hesablanaraq sözügedən dövrlər üzrə ödənilməmiş pensiya məbləğinin ona ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 20.8-ci maddəsində isə qeyd olunub ki, prokurorluq orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. Həmçinin Qanunun 21.4-cü maddəsində qeyd olunmuşdur ki, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Göründüyü kimi, prokurorluq orqanlarının pensiyaya çıxmış işçilərinə yalnız pulsuz dövlət tibb xidməti göstərilməsi nəzərdə tutulub. Qeyd etdiyiniz müavinətin və vəzifə maaşına əlavənin verilməsi isə hazırda prokurorluq orqanlarında xidmət edən əməkdaşlar üçün nəzərdə tutulur. Eyni zamanda bildirilmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə uyğun olaraq prokuro rluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqında məbləğində sığorta edilir. Qanunun 20.13-cü maddəsinə əsasən prokurorluqda 35 il qulluq etmiş, həmin orqanda qulluğunu davam etdirən prokurorluq işçisinə aylıq əmək haqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir. Həmçinin Qanunun 21.1-ci maddəsində göstərilmişdir ki, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericilikdə nəzərdə tutulan ödənişlərdən ibarətdir. Qanunun 21.3-cü maddəsinə əsasən isə Azərbaycan Respublikası Baş prokuroru əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluq fərqləndiklərinə, xüsusi əhəmiyyətli keyfiyyətlə yerinə yetirdiklərinə görə vəz ifə maaşlarının 25 faizindən çox olmaqla əlavələr təyin edə bilər. Göründüyü kimi, Qanunun 20.5-ci, 20.13-cü, 21.1-ci və 21.3-cü maddələrində qeyd edilənlər əmək pensiyası alan şəxslər üçün deyil, hazırda xidmətdə olan prokurorluq orqanlarının əməkdaşları üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası “bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşların aylıq pul ödənişidir. Pensiya işinizə aid sənədlərdə işlə diyiniz dövrdə ərizənizdə qeyd etdiyiniz “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu və 21,4-cü maddələrində nəzərdə tutulmuş pul təminatlarının sizə ödənildiyinə dair hər hansı məlumat mövcud deyil. Bu səbəbdən də həmin pul təminatlarının qanunvericiliyin tələbləri baxımından sizə münasibətdə tətbiq edilməsi mümkün hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 2 fevral 2002-ci il tarixdən 1 iyun 2021ci il tarixədək ödənilməmiş 46.466,22 manat pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişd ir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanun 29 iyun 2001-ci il tarixdə qəbul olunmuşdur. Bununla belə, qeyd edilən Qanun qəbul olunduqdan sonra, yəni 2001 – 2006-cı illər ərzində iddiaçıya pensiya hesablanmamışdır. 2006-ci ildən başlayaraq ona ayrılmış pensiyanın məbləği 1.700 manat miqdarında müəyyənləşdirilmişdir. İddiaçı 2012- ci ildə DSMF Bakı şəhəri Yasamal rayon şöbəsinə pensiyanın düzgün hesablanmaması ilə əlaqədar müraciət etmişdir. Aparılan araşdırma zamanı ona ayrılmış pensiyanın düzgün hesablanmadığı müəyyən olunmuşdur. Daha sonra aylıq pensiyanın məbləği 1.700 manatdan 2.200 manata qaldırılmışdır. Həmin dövrdən etibarən iddiaçı pensiya alır. Lakin DSMF Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən aparılan hesablama z amanı yaranmış aylıq pensiyanın 500 manat fərq hissəsi bu vaxtadək iddiaçıya ödənilməmişdir. Daha sonra iddiaçı ona pensiyanın düzgün hesablanmaması ilə bağlı 10 dekabr 2019-cu il, 23 yanvar 2020-ci il və 4 mart 2020-ci il tarixlərdə təkrar olaraq cavabdehə müraciətlər etmişdir. Cavabdeh tərəfindən **********1 saylı 10 yanvar 2020-ci il və **********6 saylı 3 mart 2020-ci il tarixli cavab məktublarında konkret olaraq heç bir hal göstərilməmişdir. Sadəcə olaraq hər iki cavabda «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 29.9, 20.8, 21.4, 20.5, 20.13, 21.1, 21.3ci maddələri, eləcə də «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsində göstərilənlər sadalanmış, ərizələrə əsasən hər hansı bir araşdırma aparılmamış, onlara formal olaraq münasibət bildirilmiş, qaldırılan məsələ müsbət həllini tapmamışdır. Həmçinin, həmin İdarənin mütəxəssisləri tərəfindən iddiaçıya bildirilmişdir ki, hazırkı pensiya yenə də düzgün hesablanmamış, aylıq olaraq ona təxminən 80 manat az məbləğ ödənilmişdir və həmin məbləğ də artırılmalıdır. Hazırda həmin pensiya məbləği hesablanmamış və ona ödənilməmişdir. İddiaçı o hesab edir ki, həmin məbləğlər birdəfəlik hesablanaraq ona ödənilməli, eyni zamanda hazırda aldığı pensiya məbləğinə əlavə olunmalıdır. İddiaçı pensiyasının düzgün hesablanmaması ilə əlaqədar 22 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Ona 17/75 saylı 5 fevral 2020-ci il tarixli arayış təqdim olunmuş və orada 2008 – 2010-cu illər ərzində ona maddi yardım verilməsi barədə məlumat, pensiyanın hesablanması üçün əmək haqqı barədə arayış, 5.850 manat məbləğində vəsaitə aid 519 saylı məxaric orderinin surəti, 10.826 manat məbləğində son haqq-hesaba dair arayış, eləcə də 4.946,72 manat məbləğində 2 aylıq əmək haqqı, 6.449,36 manat məbləğində kompensasiya və 5.850,60 manat məbləğində aylıq vəzifə maaşına dair məlumatların surətləri verilmişdir. Həmin məlumatlar cavabdehə təqdim olunsa da, araşdırma zamanı qeyd edilən sənədlərdə göstərilən məlumatlar nəzərə alınmamış, ümumiyyətlə araşdırma aparılmamışdır. Təkrar olaraq 4 mart 2020-ci il tarixində pensiyanın düzgün hesablanması, Baş Prokurorluq tərəfindən 2002 – 2006-ci illər ərzində pensiyanın alınmasına dair lazımi sənədlərin cavabdehə təqdim olunması ilə əlaqədar müraciət edilsə də, Baş Prokurorluq tərəfindən onun ərizəsinə cavab verilməmişdir.
7. Cavabdeh iddiaya da ir yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı pensiyaya çıxdığı vaxt «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin ona ödənilməsini təsdiqləyən müvafiq arayışı təqdim edə bilməmiş, bu səbəbdən də onun bu barədə tələbi əsaslı deyildir. O, 1 yanvar 2006-cı il tarixdə pensiyaya çıxmışdır. İddiaçı adıçəkilən maddələrdə nəzərdə tutulmuş əlavələri almış olsa belə, həmin əlavələrin sığorta ödənişinə cəlb edilmədiyi şübhəsizdir. Belə ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 29 iyun 2001-ci il tarixdə qəbul edilmiş və 31 iyul 2001-ci il tarixdə dərc olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 fevral 2018-ci il tarixli 17/114 nömrəli məktubuna əsasən 29 iyun 2001-ci il tarixli «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğlərində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən DSMF-yə ayrılmalar, yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayrılmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərin əmək haqqı ilə heç bir bağlılığı yoxdur. Belə ki, Qanunun 20.8-ci maddəsinə görə, prokurorl uq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Qanunun 20.9-cu maddəsinə görə prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun 21.4-cü maddəsinə görə, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Göründüyü kimi, hər üç məbləğ əmək haqqı əsasında hesablanır. Aydındır ki, bu ödənişlərin əmək haqqı kimi qəbul edilməsi bəsit məntiqsizlik olardı, çünki əmək haqqından əmək haqqı hesablana bilməz. Digər tərəfdən, Qanunun 20.9-cu maddəsinə mün asibətdə daha bir məqam diqqətə alınmalıdır. Maddənin dispozisiyasından görünür ki, 1-ci cümlədə və 2-ci cümlədə istifadə edilmiş “prokurorluq işçiləri” ifadələrinin əhatə dairəsi fərqlidir. Belə ki, qanunverici 1-ci cümlədə “prokurorluq işçiləri” deyərkən həm işləyən, həm də pensiyaya çıxmış işçiləri diqqətə almış, 2-ci cümlədə isə yalnız işləyən prokurorluq işçilərini nəzərdə tutmuşdur. Bir sözlə, müalicə üçün müavinət işləyən işçilərə verilməlidir, pensiyada olan işçilər isə pulsuz tibbi xidmətlə təchiz edilirlər. Deməli, işlədiyi müddətdə 20.9-cu maddədəki müalicə pulunu almayan pensiyaçılara münasibətdə həmin maddə ümumiyyətlə diqqətə alına bilməz. Bundan başqa, Qanunun 21.4-cü maddəsinə münasibətdə daha bir halı qeyd etmək zəruridir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarı ilə «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı» təsdiqlənmişdir. Siyahıda açıq şəkildə göstərilmişdir ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər orta əmək haqqı hesablanarkən nəzərə alınmır. Beləliklə, bu məbləğlər əmək haqqının sonrakı artımı deyildir, əgər prokurorluq işçisi bu məbləği alıbsa, onda pensiyaya çıxarkən əsas götürülən “əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər, almayıbsa, həmin maddələrə istinad edilə bilməz. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud s ığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçı iddia edir ki, 25 noyabr 2010-cu il tarixdə pensiyaya çıxmışdır. Halbuki, iş materiallarından da göründüyü kimi o, öz ərizəsi əsasında 1 yanvar 2006-cı il tarixdə pensiyaya çıxmışdır. İddiaçıya həmin tarixdə qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 63-1-ci (Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri xidmət illərinə görə pensiya hüququna malikdirlər) və 17-ci maddələrinin (Pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik lər həmin məbləğə şamil edilir) tələblərinə uyğun olaraq pensiya təyin edilmişdir. Bundan başqa, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.13-cü maddəsinin 19 oktyabr 2007-ci il tarixədək olan redaksiyasına əsasən prokurorluqda 25 il qulluq etmiş və pensiya təminatı hüququndan istifadə etməyən prokurorluq işçisinə aylıq əmək haqqı ilə yanaşı ala biləcəyi pensiya məbləğinin 50 faizi ödənilir. Qeyd olunan normalardan da göründüyü kimi, iddiaçı 1 yanvar 2006-cı il tarixdə öz hüququndan istifadə edərək, pensiyaya çıxmışdır. Bu məsələlər ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarı mövcuddur. Həmin Qərarda deyilir ki, sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır. Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur. Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qul luq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məq sədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin, Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq v əzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Konstitusiya Məhkəməsinin Plenumu «Əmək pensiyaları haqqında» Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası – təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5- ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı a rtımlar”, “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun və «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığ ortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: 1) əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsa sında həyata keçirilməsi; 2) əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Həmçinin, qeyd edilməlidir ki, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin tələbləri iddiaçıya tətbiq oluna bilər. Həmin maddəyə görə yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sa yı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4214/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi kimi əmək pensiyası təyin olunarkən ona mükafat kimi verilmiş məbləğlər (10.826 manat və 5.850 manat) nəzərə alınmışdırmı? - İddiaçı prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi kimi 2006 – 2010-cu illər üzrə təyin olunmuş pensiya məbləğinin əsasını təşki l edən əmək haqq və əlavələr nə qədərdir? - İddiaçı prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi kimi 2010 – 2020-ci illər üzrə təyin olunmuş pensiya məbləğinin əsasını təşkil edən əmək haqq və əlavələr nə qədərdir?
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 6 avqust 2021-ci il tarixli 9/1096 saylı ekspert rəyində bildirilmişdir ki: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilən məktubdan göründüyü kimi, İddiaçı 1 yanvar 2006-cı il tarixdən 31 yanvar 2007-ci il tarixədək olan dövr ərzində ümumilikdə 1.268,44 manat əskik, 1 fevral 2007-ci il tarixdən 31 dekabr 2007-ci il tarixədək olan dövr ərzində 938,23 manat artıq, 1 yanvar 2008-ci il t arixdən 31 may 2021-ci il tarixədək olan dövr ərzində isə ümumilikdə 18.649,18 manat əskik pul vəsaiti ödənildiyindən, nəticədə ümumilikdə 18.979,39 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin, İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə 10.826 manat məbləğində ödənilmiş kompensasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı»nın 31-ci abzasına (sonuncu) əsasən nəzərə alınmayan ödəncdir. Göründüyü kimi, qeyd edilən pul təminatının İddiaçı əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. «Əmək p ensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğu son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bununla əlaqədar İddiaçı ödənilmiş 5.850 manatın onun əmək haqqına aid ödənclərdən olmadığı üçün həmin vəsaitin orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
10. İddiaçı birinci instansiya məhkəməsini iclasında vəsatət verərək ekspert rəyi ilə razılaşmadığını bildirmiş və mütəxəssis rəyinin alınmasını xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-864/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarda dı ilə ABAK-X1” MMC-dən mütəxəssis rəyinin alınması qərara alınmışdır. 12. “ABAK-X1” MMC tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir: Araşdırmalara əsasən İddiaçı ödənilən mükafat məbləğləri 10.826 manat və 5.820 manat pensiya hesablanması zamanı nəzərə alınmamışdır. Təqdim etdiyi sənədlərə əsasən İddiaçı 2006-cı ildə təyin edilən ümumi pensiya məbləği 4.434,71 manat və ona ödənilən ümumi pensiya məbləği 3.642,12 manat təşkil edir, nəticədə 792,59 manat fərq məbləği ortaya çıxmışdır. 2007-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 9.407,21 manat və ona ödənilən ümumi pensiya məbləği 9.869,59 manat təşkil edir, nəticədə 462,36 manat artıq məbləğ ortaya çıxmışdır. 2008-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 9.550,81 manat və ona ödənilən ümumi pensiya məbləği 9.431,04 manat təşkil edir, nəticədə 119,77 manat fərq məbləği ortaya çıxmışdır. 2009-cu ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 9.741,24 manat və ona ödənilən ümumi pensiya məbləği 9.431,04 manat təşkil edir, nəticədə 310,20 manat fərq məbləği ortaya çıxmışdır, 9 noyabr 2009-cu il rütbəyə görə 138 manat və digər növ əlavələr 372,38 manat təyin olunmuşdur. 2010-cu ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 15.855,18 manat və ona ödənilən ümumi pensiya məbləği 9.837,40 manat təşkil edir, nəticədə 6.017,78 manat fərq məbləği ortaya çıxmışdır. O, 8 oktyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından azad olunmuşdur, ödənilən mükafat məbləğləri (10.826 manat və 5.850 manat) cəmlənib 12 aya bölünərək orta aylıq əmək haqqının üzərinə gəlməklə hesablanmışdır. 2011-ci ildə İddiaçı tə yin edilən ümumi pensiya məbləği 36.480,95 manat və ona ödənilən ümumi pensiya məbləği 26.856,73 manat təşkil edir, nəticədə 9.604,22 manat fərq məbləği ortaya çıxmışdır. 2012ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 25.343,62 manat və ona ödənilən ümumi pensiya məbləği 24.207,24 manat təşkil edir, nəticədə 1.136,38 manat fərq məbləği ortaya çıxmışdır. 2013-cü ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 25.343,62 manat və ona ödənilən ümumi pensiya məbləği 24.207,24 manat təşkil edir, nəticədə 1.136,38 manat fərq məbləği ortaya çıxmışdır. 2014-cü ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 28.429,15 manat və ona ödənilən ümumi pensiya məbləği 26.544 manat təşkil edir, nəticədə 1.885,15 manat fərq məbləği ortaya çıxmışdır. 2015-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məb ləği 28.429,15 manat və ona ödənilən ümumi pensiya məbləği 26.544 manat təşkil edir, nəticədə 1.885,15 manat fərq məbləği ortaya çıxmışdır. 2016-cı ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 28.429,15 manat və ona ödənilən ümumi pensiya məbləği 26.544 manat təşkil edir, nəticədə 1.885,15 manat fərq məbləği ortaya çıxmışdır. 2017-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 28.429,15 manat və ona ödənilən ümumi pensiya məbləği 26.544 manat təşkil edir, nəticədə 1.885,15 manat fərq məbləği ortaya çıxmışdır. 2018-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 30.449,55 manat və ona ödənilən ümumi pensiya məbləği 28.645,60 manat təşkil edir, nəticədə 1.803,95 manat fərq məbləği ortaya çıxmışdır. 2019cu ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 30.449,55 manat və ona ödənil ən ümumi pensiya məbləği 29.065,92 manat təşkil edir, nəticədə 1.383,63 manat fərq məbləği ortaya çıxmışdır. 2020-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 30.449,55 manat və ona ödənilən ümumi pensiya məbləği 29.065,92 manat təşkil edir, nəticədə 1.383,63 manat fərq məbləği ortaya çıxmışdır. 2021- ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 12.451,60 manat və ona ödənilən ümumi pensiya məbləği 12.110,80 manat təşkil edir, nəticədə 340,80 manat fərq məbləği ortaya çıxmışdır. İddiaçı 2006 – 2010-cu illər üzrə 48.989,16 manat pensiya məbləği müəyyən edilmiş və 42.211,19 manat pensiya məbləği ödənilmişdir, 2011 – 2021-ci illər üzrə 304.665,05 manat pensiya məbləği müəyyən edilmiş və 280.335,45 manat pensiya məbləği ödənilmişdir. Ümumi olaraq müəyyən edilən ümumi pensiya məbl əği 353.654,20 manat və ödənilən ümumi pensiya məbləği 322.546,64 manat təşkil edir. Nəticədə İddiaçı ödənilməli 31.107.56 manat təşkil edir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-225/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının 2 fevral 2002-ci il tarixdən 1 iyun 2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş 46.466,22 manat pul vəsaitinin 2017-ci ilin yanvar ayından sonrakı dövrə aid hissəsinin «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsində müəyyən edilmiş qaydada (ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə) ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İ nzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadına istinad edərək hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödəniməsindən imtina olunması qismən qanuna zidd və onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, iş materiallarında olan cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış 3 mart 2020-ci il tarixli məktubdan onun həmin Mərkəzi Filiala 2020-ci ilin yanvar ayında müraciət etdiyi məlum olur.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2023-cü il tarixli, 21(103)-1606/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş 31.107,56 (otuz bir min bir yüz yeddi manat, əlli altı qəpik) manat məbləğində pul vəsa itinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2006-cı ildən pensiyaya çıxdığından onun barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasının 32.1-1-ci və 37.7-ci maddələrini tətbiq edilməsi düzgün deyildir. Bu səbəbdən ona təyin olunmuş yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş 31.107,56 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə istinad etmişdir.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia nın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri
21. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi iddia tələbini təmin edilməyən hissəsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, o, 1977-ci ildən prokurorluq orqanlarında qulluq etməklə 2002-ci ildə 25 il xidmət ili tamamlanmışdır. Ona görə də iddiaçının 2002-ci İldə 25 il xidmət ilinə görə pensiya hüququ qazanması da işin mübahisəsiz halıdır (işləməyən pensiyaçıların aldığı məbləğin 50% miqdarında). Bu baxımdan, 2002-ci ildən sonra da prokurorluq orqanları nda qulluğa davam etməsinə baxmayaraq, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiya qərarı ilə təsdiq olunmuş “Prokurorluq işçilərinin pensiyasının hesablanması barədə lzahat”ın (xx.xx.2019cu ilədək qüvvədə olmuşdur) tələblərinə uyğun olaraq, iddiaçıya pensiya təyin olunmalı və ödənilməli idi. İş materialından məhkəmələrin müəyyən etdiyi kimi, iddiaçıya 2002-ci ildən deyil, 2006-cı ildən pensiya təyin olunmuş və 2002-ci ildən 2006-cı ilədək ödənilməli olan 15.358,88 manat pensiya məbləği ödənilməmişdir.
22. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün iddiaçı, Azərbaycan Respublikası Konstitusiyasının 16, 38-ci, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunu n 106-cı, xx.xx.2001-ci il tarixindən qüvvədə olan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 32.4-cü maddəsinin 6 mart 2018ci il tarixədək qüvvədə olan redaksiyasına istinad etmişdir. b. Cavabdehin kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayəti iddiaya dair etiraza və məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba uyğun tərtib edilmişdir. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün cavabdeh, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli Qərardadına istinad etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
25. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli Qə rardadı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
30. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.5, 20.8, 20.9, 20.13, 21.1, 21.2, 21.3 və 21.4-cü maddələrinə əsasən əmək pensiyasının yenidən hesablanması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
31. Sonradan, iddiaçı iddia tələbini dəqiqləşdirərək 2 fevral 2002-ci il tarixdən 1 iyun 2021-ci il tarixədək ödənilməmiş 46.466,22 manat pensiya məbləğinin ödənilməsini xahiş etmişdir.
32. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı 24 noyabr 2010-cu il tarixədək prokurorluq orqanlarında xidmətdə olmuşdur. 2006-cı ildə DSMF orqanı tərəfindən ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası hesablanıb təyin edilmişdir, lakin fəaliyyətdə olan prokurorluq işçisi kimi ona 2006-cı ildən əmək pensiyasının 50%-i ödənilmişdir. 2010-cu ilin noyabr ayında isə, onun prokurorluq orqanlarında fəaliyyətinə x idmətdə son yaş həddinə çatması ilə əlaqədar xitam verildiyindən, DSMF orqanı tərəfindən hesablanmış həmin pensiya məbləği tam həcmdə ödənilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında hazırkı cavabdehə müraciət edərək, prokurorluqda 25 il xidmət keçmiş şəxs kimi onun pensiya hüququnun hələ 2002-ci ildə yarandığını və həmin dövrdən sonra 2002 – 2006-cı illərdə heç bir pensiya ödənişini almadığını, habelə 2006-cı ildən sonra əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını bildirmiş və pensiyanın düzgün hesablanaraq sözügedən dövrlər üzrə ödənilməmiş pensiya məbləğinin ona ödənilməsini xahiş etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.
33. İş üzrə məhkəmənin qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində keçirilmiş ekspert rəyinə əsasən iddiaçıya: - xx.xx.2006-x x.xx.2007-ci illərdə 1268,44 manat əksik; xx.xx.2007-xx.xx.2007-ci illərdə 938,23 manat artıq; - xx.xx.2008- xx.xx.2021-ci illərdə 18649,18 manat əksik pensiya ödənilmişdir. Nəticədə ümumilikdə iddiaçıya 18979,39 manat əksik ödəmə edilmişdir. Həmçinin qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarı ilə «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı»nın 31-ci abzasına əsasən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya nəzərə alınmayan ödəncdir, ona görə də, 10826 manat əmək məzuniyyətinə görə kompensasiya nəzərə alnmamalı və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsi əmək haqqını və əmək haqqında sonrakı artımları nəzərdə tutduğundan iddiaçıya verilən 5850 manat onun əmək haqqına aid ödənc olmadı ğından pensiya təyini zamanı hesablanmır.
34. İş materiallarında olan (iş s. 176) cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya xx.xx.2006-cı ildən etibarən əmək pensiyasının hesablanmasını ardıcıl şəkildə göstərmiş və gəldiyi nəticələr ekspert rəyindəki nəticələr ilə eyni olmuşdur. Cavabdeh həmçinin qeyd etmişdir ki, əmək pensiyası üzrə keçmiş üç il müddəti üçün (1 iyun 2018-ci il tarixdən 31 may 2021-ci il tarixləri arasındakı dövr) hesablanmış 5.363,28 manat fərq məbləğinin «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə 2021-ci ilin iyun ayından etibarən hissə-hissə adıçəkilən şəxsin pensiyasının (2.571,14 manat) üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülür.
35. Məhkəmənin qərardadı ilə verilən ABAK-X1” MMC-nin 2 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı 2006 – 2010-cu illər üzrə 48.989,16 manat pensiya məbləği müəyyən edilmiş və 42.211,19 manat pensiya məbləği ödənilmişdir, 2011 – 2021ci illər üzrə 304.665,05 manat pensiya məbləği müəyyən edilmiş və 280.335,45 manat pensiya məbləği ödənilmişdir. Ümumi olaraq müəyyən edilən ümumi pensiya məbləği 353.654,20 manat və ödənilən ümumi pensiya məbləği 322.546,64 manat təşkil edir. Nəticədə İddiaçı ödənilməli 31.107.56 manat təşkil edir. Ödənilən mükafat məbləğləri 10.826 manat və 5.820 manat pensiya hesablanması zamanı nəzərə alınmamışdır.
36. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək iddiaçıya ödənilməmiş pul vəsaitinin 2017-ci ilin yanvar ayından sonrakı dövrə aid hissəsinin «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsində müəyyən edilmiş qaydada ödənilməsi qərara alsa da, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş 31.107,56 manat məbləğində pul vəsaitinin ödənilməsi qənaətinə qəlmişdir.
37. Apellyasiya məhkəməsi qəbul etdiyi qərarı əsaslandırmaq üçün qeyd etmişdir ki, iddiaçı 2006-cı ildən pensiyaya çıxdığından onun barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasının 32.1-1-ci və 37.7-ci maddələrini tətbiq edilməsi düzgün deyildir.
38. İddiaçı kassasiya şikayətində qeyd edir ki, qanuna əsasən 25 xidmət ili 2 002-ci ildə yarandığından xx.xx.2002-xx.xx.2006-cı illər üçün də ona pensiya ödənilməli idi.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı xx.xx.2002-xx.xx.2006-cı illər üçün ona pensiya ödənilməli olması qənaətinə gəlsə də, lakin iddiasında pensiyanın təyin edilməsi tarixinin xx.xx.2002-ci ildən hesablanması barədə tələb irəli sürməmiş, sadəcə olaraq həmin dövr üçün pulun ödənilməsini tələb edir.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə Ali Məhkəmənin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına ziddir.
41. Belə ki, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Az ərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikas ının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur.
42. Həmin qərardadda ifadə olunmuş hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
43. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə 2020-ci ilin yanvarında müraciət etməsini qeyd etsə də, iş materiallarında ol an (1cild, iş s. 4-5) ərizədən görünür ki, iddiaçı cavabdehə ilk dəfə xx.xx.2019-cu ildə müraciət etmişdir. Belə olan halda, son 3 il xx.xx.2019-cu ildən hesablanmalıdır.
44. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Mütəxəssis rəyinin bir çox hissəsi cavabdehin xx.xx.2022-ci il tarixli məktubundakı dəlillər ilə eynilik təşkil etsə də, bəzi hissələrində açıq aşkar səhvlər var (iş materiallarında cild 1, iş. s. 184-198) və həmin səhvlər iddiaçının zərərinədir. Belə ki, cavabdeh keçmiş üç il müddəti üçün (xx.xx.2018xx.xx.2021-ci il üçün) hesablanmış fərq məbləğini 5.363,28 manat qeyd etsə də, mütəxəssis rəyində həmin dövr üçün fərq məbləği 3520,44 manatdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli məktubundakı dəlillər əsaslıdır və hesablama düzgün apar ılmışdır. Sadəcə son üç il üçün ödəmə iyun 2018-ci ildən deyil, dekabr 2016-cı ildən başlanılmalıdır.
46. Odur ki, apellyasiya instansiyası məhkəməsini qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq, şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmaqla cavabdehə müraciətin edildiyi tarixdən (xx.xx.2019-cu il) əvvəlki 3 il üçün, yəni 11 dekabr 2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli 21(103)-1606/2023 n ömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının ödənilməmiş hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.