Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2530/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-14/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyan ın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 52.365,0 manat kompensasiyanın və 1000 manat köçürməyə görə, ümumilikdə 53.365,0 (əlli üç min üç yüz altmış beş) manatın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-170/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 98 saylı evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə 24.022,5 manat kompensasiyanın cavabdehdən alı naraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Eyni zamanda, həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının qismən ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi hissəsində rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-14/2023 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(1 12)-170/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı qismən- iddianın təmin edilmədiyi hissədə ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasiya kimi əlavə olaraq 5.687,5 manat (29.710 – 24.022,5 = 5.687,5 manat) və köçürmə haqqı olaraq 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qərarın qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Cavabdeh xx.xx.2024-cü il tarixində həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Eyni zamanda, cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilmişdir.
8. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-14/2023 saylı qərarı cavabdeh tərəfindən alınmamışdır və cavabdeh öz müdafiəsini həyata keçirmək imkanından məhrum olmuşdur. Sözügedən qərarın surəti cavabdehə təqdim edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixli 5-21/2-190/2024 saylı məktubla müraciət etdikdən sonra qərar poçt vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə təqdim edilmişdir. Ona görə də şikayət vermək üçün müddət cavabdehin təqsiri olmadan buraxıldığı üçün prosessual müddət bərpa edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. M addə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulm uş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
10. Mülki Prosessual Məcəllə (MPM): Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müə yyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.... Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Vəsatət təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
12. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. Bakı Apellyasiya Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməkdədir və hazırkı iş üzrə cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir.
14. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti vermişdir.
15. İddiaçı vəsatətində qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-14/2023 saylı qərarı cavabdeh tərəfindən alınmamışdır və cavabdeh öz müdafiəsini həyata keçirmək imkanından məhrum olmuşdu r. Sözügedən qərarın surəti cavabdehə təqdim edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixli 5-21/2-190/2024 saylı məktubla müraciət etdikdən sonra qərar poçt vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə təqdim edilmişdir. Ona görə də şikayət vermək üçün müddət cavabdehin təqsiri olmadan buraxıldığı üçün prosessual müddət bərpa edilməlidir.
16. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi halları müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul etmir.
17. Məhkəmə kollegiyası İPM-nin 20.3-cü və MPM-nin 135.5, 135.6-cı maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-14/2023 nömrəli qərarının cavabdehə təqdim edilməsi tarixi həmin qərarın cavabdehin “elektron kabinet”ində yerləşdirildiyi xx.xx.2023-cü il kimi qəbul edilməli və müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır.
18. Kassasiya şikayəti cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddət ötürüldükdən sonra imzalanmış və xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. Beləliklə, prosessual müddət cavabdeh tərəfindən ötürülmüşdür. 19. xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehin sərəncamında 1 ay sərbəst müddət olmuşdur. Həmin müddətdən istifadə etmək imkanını mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
20. Beləliklə, prosessual müddətin buraxılmasında cavabdeh təqsirsiz olmamışdır.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolle giyası QƏRARA ALDİ: Prosessual müddətin bərpasına dair vəsatət rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-14/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin icraata qəbulundan imtina edilir.