Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2531/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsinin əvvəlki tarixdən müəyyən olunmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi Şəxsinin xx.xx.2019-cu il tarixli qərarına dəyişiklik edilərək “Azərbaycan Resp ublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin xx.xx.2016-cı il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2024-ci il tarixli, 2-1(106)-315/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya ilk dəfə xx.xx.2012-ci il tarixdən “Baş beynin travmatik x-yi nəticəsində şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış pozğunluğu və emosional iradi dəyişikliklər” diaqnozu ilə 1 il müddətinə Ümumi xəstəlik səbəbindən İİ dərəcəli əlillik təyin olunmuşdur. 2. 08.04. 2014-cü il tarixdən “Baş beynin travmatik x-yi nəticəsində şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış pozuntuları” diaqnozu ilə 1 il müddətinə Ümumi xəstəlik səbəbindən təkrar İİ dərəcəli əlillik təyin olunmuşdur. 3. 07.04.2015-ci il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə Ümumi xəstəlik səbəbindən təkrar İİ dərəcəli əlillik təyin olunmuşdur. 4. xx.xx.2016-cı il tarixdən eyni diaqnoz ilə 5 il müddətinə Ümumi xəstəlik səbəbindən təkrar İİ dərəcəli əlillik təyin olunmuşdur.
5. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 738 saylı qərarı ilə... İddiaçı döyüş zonasında hərbi xidmət edərkən 1994-cü ilin fevral ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın sağ alın nahiyəsində bir ədəd, sol budun orta 1/3-nin bayır şərhində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ kürək nahiyəsində bir ədəd köhnə çapıq toxumalar, sağ budun yumşaq toxumalarının yad cismi (qəlpə)”... “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərara alınmışdır. 6. xx.xx.2019-cu il tarixdən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional iradi pozğunluqlar” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İİ dərəcəli əlillik təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Dövlət Tibbi Sosial Ekspertiza və X1 Hüquqi Şəxsinin xx.xx.2019-cu il tarixli qərarına dəyişiklik edilərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin xx.xx.2016-cı il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə döyüş şəraitində xidmət etmişdir. Xidmət dövrü 1997-ci ilin avqustun 15-ə kimi davam etmişdir. 1994-cü ilin fev ral ayında Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində “Qrad” mərmisinin partlayışı nəticəsində xəsarət almış, üzərində aprılan əməliyyatlarla bədənindən çoxlu sayda mərmi qəlpələri çıxarılmış, bəzi qəlpələrin çıxarılması isə həyatı üçün təhlükəli olduğundan bədənində saxlanılmışdır. Həmin vaxtdan o, əsəb xəstəsidir və xidmət etdiyi dövrdə əsəbləri ilə bağlı dərmanlar qəbul etmişdir. 10 yanvar 2012-ci ildən başlayaraq ümumi əsaslarla 2-ci qrup əlil kimi, 13 noyabr 2019-cu ildən isə 2-ci qrup müharibə əlili kimi pensiya alır. Hazırda aldığı pensiyanın məbləğindən fərqli olaraq 13 noyabr 2019-cu il tarixdən əvvəlki dövr üzrə ümumi əsaslarla 2-ci qrup əlil kimi pensiya aldığından həmin pensiya nisbətən aşağı məbləğdə olmuşdur. Halbuki, 13 noyabr 2019-cu il tarixə kimi üzərində aparılmış müayin ələr üzrə təsdiqedici sənədlər əsasında sübut olunur ki, o, 1994-cü ilin fevral ayında düşmən erməni qüvvələri ilə döyüş şəraitində yaralanmış və aldığı xəsarətlər hərbi travma hesab olunur.
9. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçı Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2019-cu ildə müayinəyə cəlb edilmiş, 158 nömrəli aktda hərbi travma alması göstərilmişdir. Bununla əlaqədar iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2019-cu ildə müəyyənləşdirildiyi üçün həmin tarixdən sonra iddiaçının əlillik səbəbi dəyişdirilmişdir. Həmin tarixə qədər hər hansısa sübut təqdim edilmədiyindən iddiaçının əlilliyi Azərbaycan Respublikasının əra zi bütövlüyünün müdafiəsi ilə əlaqədar hesab olunmadığından onun tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir.
10. Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(120)-1847/2023 nömrəli qərarı ilə (hakim P.Qurbanova) iddianın təmin edilməsi, İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2019-cu il tarixli qərarına dəyişiklik edilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin xx.xx.2016-cı il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman almış olduğu xəsarətlər nəticəsində əlil olmuşdur. xx.xx.2012-ci il tarixdə “baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış və emosianaliradi dəyişikliklər” diaqnozu ilə ümumi səbəbdən 2-ci qrup əlillik dərəcəsi almışdır. Daha sonra xx.xx.2016-cı il tarixdə də eyni diaqnozla ümumi səbəbdən 2-ci qrup əlillik təyin olunmuşdur. Əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” göstərilməklə xx.xx.2019-cu il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüy ü kimi, iddiaçıya həm ilkin əlillik verilən zaman, həm xx.xx.2016-cı il tarixdə, həm də sonradan iddiaçı barəsində Hərbi Həkim Komissiyası tərəfindən qərar qəbul edilən zaman, yəni xx.xx.2019-cu il tarixdə iddiaçının diaqnozları eyni diaqnoz və xəstəlik olmuşdur. Odur ki, iddiaçının məhz xx.xx.2019-cu il tarixli qərarla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil hesab edilməsi, onun bu əlilliyinin həmin tarixdən yaranması anlamına gəlmir. Yəni iddiaçı 1994 cü ildə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə travma almış, hərbi travma olduğu sübuta yetirilmiş və təsdiqlənmişdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya i nstansiyası məhkəməsində icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2024-ci il tarixli, 2-1(106)-315/2024 nömrəli qərarı ilə (hakimlər: F.Hüseynov – sədrlik edən və məruzəçi, P.Hacıyev və P.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 2.0.8, 13.1, 17, 19.1, 19.2, 24.1, 24.2-ci, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1, 3.2, 3.3, 3.4, 4.3, 6.4-cü maddələrinə istinad etmişdir.
16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilmə sini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2019-cu ildə müayinəyə cəlb edilmiş, 158 nömrəli aktda hərbi travma alması göstərilmişdir. Bununla əlaqədar iddiaçıya əlilik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2019-cu ildə müəyyənləşdirildiyi üçün, həmin tarixdən sonra iddiaçının əlillik səbəbi dəyişdirilmişdir. Həmin tarixə qədər hər hansısa sübut təqdim edilmədiyindən iddiaçının əliliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hesab olunmadığından onun tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. Belə olan halda, iddiaçıda olan xəstəlik Hərbihəkim komissiyası tərəfindən yalnız xx.xx.2019-cu ildə müəyyənləşdirildiyi üçün, cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
18. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, d əyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin qanunvericiliyə uyğun olaraq Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etm ək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.
19. Bundan əlavə qeyd edilmişdir ki, Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahi yyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbiəsaslarıehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüq uqunun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hall arı hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edild iyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
23. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin möv cudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutul muş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
28. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçıya ilk dəfə 2012-ci il tarixdə ümumi xəstəlik səbəbindən İİ dərəcəli əlillik təyin olunmuş, sonradan 2014 və 2015-ci illərdə eyni səbəbdən yenidən 1 il müddətinə, 2016-c ı ildə isə 5 il müddətinə təkrar İİ dərəcəli əlillik təyin olunmuşdur. Sonuncu əlilliyin təyinatı qüvvədə olduğu dövrdə iddiaçı Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2019-cu ildə müayinəyə cəlb edilmiş, və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 738 saylı qərarı ilə iddiaçıda olan xəstəliyin səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmiş, bundan sonra iddiaçının əlillik səbəbi dəyişdirilmiş və ona xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik dərəcəsi təyin edilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş qərar xx.xx.2019-cu il tarixlidir, bu halda əlilliyin səb əb əlaqəsinin dəyişdirilməsi əvvəlki tarixlərə tətbiq oluna bilməz.
30. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
31. Belə olan halda, iddiaçıda olan xəstəlik Hərbi-həkim komissiyası tərəfindən yalnız xx.xx.2019-cu ildə müəyyənləşdirildiyindən və bununla bağlı xx.xx.2019-cu il tarixdə qərar qəbul edildiyindən, cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
32. Hazırkı halda, iddiaçı Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını və ya ona ilkin əlillik dərəcəsi təyin edildiyi zaman həmin əlilliyin səbəbli əl aqəsini mübahisələndirməli idi. Lakin iddiaçı qeyd olunan hüquqi müdafiə imkanından yararlanmamışdır və bunun neqativ nəticələri onun məsuliyyət sferasına aid olunmalıdır.
33. Göründüyü kimi, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
34. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2024-ci il tarixli, 2-1(106)-315/2024 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.