Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2532/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək kitabçasında qeyd edilən illərin sosial sığorta stajına daxil edilməsi; məlumatların dövlət arxivində olmaması, yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-222/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxx 1956-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmı şdır ki, təqdim edilmiş əmək kitabçası və hərbi biletin surətlərinə əsasən iddiaçının ümumi sığorta stajı 21 il 11 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır və eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16.702,03 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 52 saylı arayışına əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi Ağcabədi ixtisaslaşdırılmış avtonəqliyyat müəssisəsinin əmr kitablarında iddiaçının adına rast gəlinməmi şdir. Eyni zamanda 2004-cü il tarixli əmr kitabları Ağcabədi rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün işdən azadolma əmrinin yoxlanılması mümkün olmamışdır. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət «cavabdehin 12 avqust 2021-ci il tarixli məktubunun əsassız sayılması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyul ması” kimi qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağcabədi reqional “ASAN xidmət” mərkəzinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə göndərilmiş və cavabdehin 12 avqust 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, təqdim etdiyi xx.xx.1982-ci il tarixində tərtib edilmiş əmək kitabçasına və hərbi biletinin surətlərinə əsasən ümumi sığorta stajı 21 il 11 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır və eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə almış 16.702.03 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasının minumum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. Bundan əlavə cavab məktubunda cavabdeh tərəfindən bildirilir ki, Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 52 nömrəli arayışına əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi X2 müəssisəsinin əmr kitablarında onun adına rast gəlinməmişdir. Eyni zamanda 2004-cü il tarixli əmr kitabları Ağcabədi rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün onun işdən azadolma əmrinin yoxlanılması mümkün olmamışdır. Cavabdeh hesab etmişdir ki, bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir və yuxarıda qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuvericiliyin tələbləri baxımından düzgü n hesab edilmir. 12 avqust 2021-ci il tarixli, məktubu əsassızdır və hesab edir ki, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin ediİməlidir. Belə ki, onun əmək kitabçasında qeyd olunan əmrlərə əsasən 04 sentyabr 1973-ci il tarixdən 02 noyabr 2004-cü il tarixə kimi hüquqi şəxs nəzdində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin istinad etdiyi xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək onun Ağcabədi ixtisaslaşdırılmış avtonəqliyyat müəssisəsinin əmr kitablarında adının olmaması isə ona yaşa görə əmək pensiyasının verilməməsi üçün əsa ola bilməz. Həmin tarixlərdə müəssisə tərəfindən ona verilmiş yol-nəqliyyat vərəqələri və müəssisəyə ödədiyi icarə haqqları barədə qəbzlər buna bariz sübutdur. Hesab edir ki, mövcud qanunvüriciliyə əsasən cavabdehin istinad etdiyi faktl ardakı ziddiyyətlər onun hər hansı bir məsuliyyətinin nəticəsi ola bilməz və bu fakt ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması üçün əsas deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur.
5. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya dair etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona yaşa görə pensiyanın təyin olunması üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubu ilə iddiaçıya yaşa görə pensiyanın təyin olunmasından imtina cavabı verilmişd ir. İddiaçıya ünvanlanan imtina məktubunda imtinanın əsası kimi aşağıdakılar göstərilmişdir: 1) xx.xx.1982-ci il tarixdə tərtib edilmiş l/İT-l ******* nömrəli əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən ümumi sığorta stajı 21 il 11 ay olmaqla tələb olunan (25 il) müddətdən azdır. 2) fərdi hesabının sığorta hissəsində qeydə alınmıs 16702,03 manat pensiya kapitalı tələb olunan (28800 manat) pensiya kapitalından az olmaqla əmək pensiyasının minimum (200 manat) məbləğindən az olmayan pensiya təminatına imkan vermir. 3) xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. 4) Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 52 nömrəli arxiv arayışına əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarix ədək işlədiyini iddia etdiyi X3 müəssisəsinin əmr kitablarında onun adına rast gəlinmir və 2004-cü il tarixli əmr kitabları həmin arxivə təhvil verilmədiyi, bununla əlaqədar işdən azadolma əmrinin yoxlanılması mümkün olmadığı ücün göstərilən dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətinin araşdırılması nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 52 nömrəli arxiv arayışında onun 1995-ci ildə isə daxiloma əmrinə rast gəlinmədiyi, 2004cü il tarixli əmr kitablarının isə həmin arxivə təhvil verilmədiyi üçün isdən azadolma əmrinin yoxlanılmasının mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublika sının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********953300 nömrəli sorğuya cavab məktubundan görünür ki, arxiv sənədlərinə və dövlət reyestrində olan məlumatlara əsasən Ağcabədi rayon İxtisaslaşmış Avtonəqliyyat müəssisəsi vergi uçotuna alınmamışdır. Həmin müəssisənin adına oxşar olan X1 Avtonəqliyyat müəssisəsinin bazasında xx.xx.1998-ci il tarixdə yaradılmış "xxxx" ASC xx.xx.2000-ci il tarixdə vergi uçotuna alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesabla nması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına ç atmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəx sin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqlə ndiyi halda, Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. İddiaçının təqdim etdiyi xx.xx.1982-ci il tarixdə tərtib edilmiş əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1989-cu il tarixədək əmək fəaliyyəti dövrü, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 01.01 2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 21 il 11 ay 2 gün təşkil edir ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin, Ağ cabədi Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 52 nömrəli arxiv arayışına əsasən iddiaçının işlədiyini iddia etdiyi X2 müəssisəsindəki xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrü yuxarıda qeyd olunanlara əsasən sığorta stajına daxil edilməsini istisna edir. İddiaçının işlədiyini iddia etdiyi sözügedən bütün dövrlər nəzərə alınsa onun xx.xx.2006-cı il tarixdədək olan ümumi iş stajı 31 il 1 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmaması xahiş edilmişdir.
6. Şirvan İnzibati Məhkəməsinin (hakim F.N.Abbasov) xx.xx.2023-cü il tarixli, 21(120)-267/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı əmək kitabçasında qeyd olunmuş iş illəri və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı məxsus 12 dekabr 1982-ci il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş əmək kitabçasına əsasən, onun xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Ağcabədi ixtisaslaşdırılmış avtonəqliyyat müəssisəsində 9 il 1 ay 28 gün sürücü vəzifəsində işləməsi həmin müəssisənin direktoru vəzifəsində işləmiş X5 imzaladığı “sürücü təyin edilməsi” haqqında xx.xx.1995-ci il tarixli 45 №-li əmr və X4 imzaladığı “işdən azad olunması” barədə xx.xx.2004-cü il tarixli 32 №-li əmr və həmin müəssisənin möhürləri ilə təsdiq olunmuşdur. Beləliklə, İddiaçı hərbi xidmət və əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 30 il 10 ay 11 gün (28 il 9 ay 2 gün + 2 il 1 ay 9 gün) sosial sığorta stajına malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Ağcabədi ixtisaslaşdırılmış avtonəqliyyat müəssisəsinin Ağcabədi rayon Dövlət Arxivində olan 1995-ci ilə dair əmr kitablarında iddiaçının adına rast gəlinməməsinin, 2004-cü ilə dair əmr kitablarının Dövlət Arxivinə verilməməsinin, həmin müəssisənin vergi uçotuna alınmamasının məsuliyyətinin İdd iaçı üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddiaçının 30 il 10 ay 11 gün sığorta stajını topladığı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-222/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və İ.Q.Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, Ş irvan İnzibati Məhkəməsinin 2-1(120)-267/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti imtina məktubunun, cavabdeh tərəfindən təqdim olunmuş etirazın və apellyasiya şikayətinin məzmunu ilə oxşardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qa nunu Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəali yyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək m üqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndi. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 17.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.... 18.İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişd irə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. M əhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq norm alarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
28. Apelyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvercilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2021 -ci ildə (65 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.
29. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. İddiaçıya məxsus 12 dekabr 1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1995-ci il tarixli, 45 nömrəli əmrlə Ağcabədi ixtisaslaşdırılmış avt onəqliyyat müəssisəsinə sürücü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli, 32 nömrəli əmrlə işdən azad olunmuşdur.Qismən arxiv sənədi də bu halı təsdiq edir.
30. Cavabdeh iddiaçıya məxsus iş stajını təsdiq edən əmək kitabçasında olan məlumatların mötəbər olmaması barədə məhkəmələrə sübut təqdim etməmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqd im olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yolverilməzdir.
32. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarix li, 21(106)-222/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.