Məhkəmə qərarları › İş №2-1(102)-2533/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2533/2019

29.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2533/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: prosessual məsələlər; yeni açılmış hallarla əlaqədar inzibati iş üzrə icraatın təzələnməsi GİRİŞ HİSSƏ Hakimlər: 29.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X5 və http://supremecourt.gov.az/static/view/102X6 ibarət tərkibdə, İddiaçı X2 və cavabdeh İdarənin vəkili X7 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı plan-ölçünün və çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cı il tarixli qərardadından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə qarşı (hazırda 1 saylı Bakı Ərazi İdarəsidir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 30 mart 1956-cı il tarixli 34/917 saylı qərarına əsasən, Bakı şəhəri Maştağa qəsəbəsində üzüm bağlarından iddiaçının at ası X4 ayrılmış 0,75 ha torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsi üzərində yaranmış hüquqların dövlət reyestrində qeydə alınması öhdəliyninin cavabdeh İdarənin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.10.2017-ci il tarixli qərarı ilə (hakim H.Babayeva; iş Nno 2-1(82)-3301/2017) iddianın təmin edilməsi; Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 30 mart 1956-cı il tarixli, 34/917 saylı qərarına əsasən, Bakı şəhəri, Maştağa qəsəbəsində üzüm bağlarından X4 ayrılmış 0,75 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyeştrində qeydiyyata alınması, bu barədə X3 adına reyestrdən çıxarışın verilməsi və həmin torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdeh İdarəə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2018-ci il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş No 2-1(103)206/2018) cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.10.2017-ci il tarixli qərarının dəyişdirilməsi; iddianın təmin edilməsi; Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 30 mart 1956-cı il tarixli, 34/917 saylı qərarına əsasən, Bakı şəhəri, Maştağa qəsəbəsində üzüm bağlarından X4 ayrılmış 0,75 ha torpaq sahəsinə dair hüquqların X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə X2 adına reyestrdən çıxarışın verilməsi və həmin torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Dadaşov, hakimlər K.Bədəlov və S.Hüseynova; iş No 2-1(102)-1333/2018) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması; kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. 03.09.2018-ci il tarixdə cavabdeh İdarə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ərizənin təmin edilməsi, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 13.10.2017-ci il tarixli qərarının ləğv edilməsi, “xxxx” ASC-nin, Maştağa qəsəbə Bələdiyyəsinin, Azərbaycan Respublikası D övlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin müvafiq inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddiaçı X2 iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni tarixdə cavabdeh İdarə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə məhkəmə qərarının icrasının dayandırılması barədə ərizə ilə müraciət edərək, müvafiq məhkəmə qərarından Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayl ı Bakı Ərazi idarəsi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verildiyini nəzərə alaraq, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.12.2018-ci il tarixli qərardadı ilə (hakim R.Kərimli; iş No 2-1(82)-3301/2017) ərizəçi İdarənin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.10.2017-ci il tarixli qərarının icrasının dayandırılması barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.12.2018-ci il tarixli qərardadı ilə (hakim R.Kərimli; iş No 2-1(82)-3301/2017) ərizəçi İdarənin mübahisə ilə bağlı yeni açılmış hallara və 3-cü şə xslərin cəlbinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının04 aprel 2019-cı il tarixli qərardadı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və V.Baxışova; iş No 21(103)-922/2019)cavabdeh İdarənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qərardadının (yeni açılmış hallarla bağlı məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətə baxılması haqqında) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının04 aprel 2019-cı il tarixli qərardadı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və V.Baxışova; iş No 21(103)-922/2019)cavabdeh İdarənin apellyasiya şikayətinin təmin edilməmə si; 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qərardadının (yeni açılmış hallarla bağlı icraatın təəzələnməsi və 3-cü şəxslərin inzibati icraata cəlb edilməsi barədə ərizəyə baxılması haqqında) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardadlardan cavabdeh İdarə kassasiya şikayəti verərək,qərardadların ləğv edilməsi, cavabdeh İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 oktyabr 2017-cı il tarixli qərarının ləğv edilməsi; Bakı şəhəri İcra Hakimiyyətinin, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin, “xxxx” ASC-nin, Maştağa qəsəbə Bələdiyyəsinin, Azərbaycan Respublik ası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddiaçı X2 iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi mübahisəli qərardadlar qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozm uş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərardadlar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Xidmətin vəkili Z.Bağırov kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cı il tarixli qərarının ləğv edilməsi cavabdeh İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi; 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 13 oktyabr 2017-cı il tarixli qərarının ləğv edilməsi; Bakı şəhəri İcra Hakimiyyətin in, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin, “xxxx” ASC-nin, Maştağa qəsəbə Bələdiyyəsinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddiaçı X2 iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələr inə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qi ymət verərək haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh İdarənin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsində qeyd olunan “xxxx” ASCnin, Maştağa qəsəbə Bələdiyyəsinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin hazırki inzibati iş üzrə üçüncü şəxslər qismində cəlb edilməsi ilə bağlı dəlilini əsaslandıran hər hansı sənəd-sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda İdarə ərizəsində mübahisəli torpaq sahəsindən 6 kv-luq elektrik xəttinin keçməsi ilə bağlı dəlilini təsdiq edən hər hansı sənəd-sübutu məhkəməyə tə qdim etməmişdir. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 106-cı maddəsinə müvafiq olaraq icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddə sində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Yuxarıa qeyd edilənlərdən belə nəticə hasil olur ki, hazırkı iş üzrə məhkəmə icraatının təzələnməsi yalnız o halda mümkündür ki, sonradan aşkar olunmuş yeni sübutlar və hallar ərizəçidən asılı olmayan səbəblərdən işin ilkin icraatı zamanı təqdim olunmasın. Bu zaman həmin haların təqdim edilə bilməməsi ərizəçi tərəfindən sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh İdarə tərəfindən irəli sürülmüş, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakuı İnzibatiİqtisadi Məhkəməsinin 13.10.2017-ci il tarixli qərarının icrası ilə bağlı cavabdeh İdarənin mütəxəssisləri tərəfindən 13.08.201 8-ci il tarixdə müvafiq ünvanda yoxlama-ölçü işləri aparılarkən və mövcud sənədlərin ətraflı və dəqiq araşdırılması zamanı 1-ci instansiya məhkəməsində və digər məhkəmə instansiyalarında müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Lakin, cavabdeh İdarə tərəfindən müvafiq yoxlama-ölçü işlərinin aparılmsını və mövcud sənədlərin ətraflı və dəqiq araşdırılmasının hansı səbəbdən cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsinə baxılan zaman və ya işin ilkin icraatı zamanı deyil, yalnız məhkəmə qərarının icrası ilə bağlı həyata keçirildiyi qeyd edilməmişdir. Halbuki, cavabdeh İdarə tərəfindən irəli sürülən dəlillər iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində ortaya çıxa bilə n haldır. Bu halların hansı səbəbdən sonradan cavabdeh inzibati orqana məlum olması barədə sübutlar təqdim edilmədiyindən, həmin dəlilləri formal xarakterli olması kimi qiymətləndirilməli və onların Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinin təsir dairəsinə düşməməsi müəyyən edilir. Ərizədə adları çəkilən dövlət və özünüidarəetmə orqanlarının 3-cü şəxslər qismində cəlb olunması barədə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qism ində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına, habelə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə diqqət yetirilməklə, məsələ qanunvericilik qaydasında həll edilənədək, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-psaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsinin Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxs, yalnız onun hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu təqdirdə inzibati icraat üzrə üçüncü şəxs qismində cəlb edilə bilər. Lakin cavabdeh İdarənin ərizəsində qeyd edilən “xxxx” ASC-nin, Maştağa qəsəbə Bələdiyyəsinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin hüquqları Qərarda qeyd olunduğu kimi əhəmiyyətli dərəcədə pozulmur və qanuni qüvvəyə minmi ş məhekəmə qərarı birbaşa olaraq onların hüquqlarına və qanuni maraqlarına toxunmur. Odur ki, cavabdeh İdarənin ərizəsi əsasssız olduğundan 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İdarənin kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstə rilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 04 aprel 2019-cı il tarixli qərardadı dəyişdir ilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cı il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar