Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2534/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi RütbəliŞəxslərlə İş İdarəsinə ( hal hazırda Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı iş üzrə QƏRAR Açar söz: ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqç ular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırda Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı 2007-ci ildən ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsini 2015-ci ilə qədər yaranmış pensiya fərqinin hesablanıb ona verilməsinin cavabdehə həvalə olunması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1138/19 saylı iş üzrə 16.05.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 sentyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1978-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini hə yata keçirir. iddiaçının mərhum əri barədə xəstəlik haqqında şəhadətnaməyə əsasən Hərbi Həkim Komissiyasının 16.11.1993-cü il tarixli qərarı ilə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə aldığı xəsarət Komissiya tərəfindən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətnamə verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 №-li Tibbi Sosial Ekspert Komissiyasının arayışlarına və həmin Komissiyanın 1046 saylı 19.04.2007-ci il tarixli müayinə aktından çıxarışa əsasən müəyyən olunur ki, iddiaçının mərhum əri X1 “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Müdafiə Nazirliyi tərəfindən cavabdeh orqana göndərilmiş “Məlumat vərəqinə”, eləcə də Suraxanı r ayonu VVAQ şöbəsi tərəfindən 03.07.2007-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X1 22.06.2007-ci ildə vəfat etmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 542574 (№-li 17.12.2009) Nikah haqqında şəhadətnaməyə əsasən X1 ilə X4 arasında 04.04.1995-ci ildə Bərdə rayonunda birgə nikah bağlanmışdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 381986 №-li (17.12.2009) və 381984 №-li (17.12.2009) doğum haqqında şəhadətnamələrə əsasən müəyyən olunur ki, iddiaçının mərhum əri ilə birgə nikahlarından iki uşağı doğulmuşdur: -14.08.1996-cı il təvəllüdlü X5; -02.03.1998-ci il təvəllüdlü X3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum həyat yoldaşı İİ qrup Qarabağ müharibəsi əlili X2 1989-1991-ci illərdə sovet ordusunda xidmə t etmişdir. 25.12.1992-ci ildə səfərbərlik planına əsasən Azərbaycan Silahlı Qüvvələrinə müddətdən artıq xidmətə çağırılmış və 26.01.1993-cü ildə sol budundan güllə yarası aldığından N saylı hərbi hissədən müalicə almaq üçün Mərkəzi Neftçilər xəstəxanasına göndərilmişdir. 02.11.1993-cü ildə ekspert rəyi almaq üçün Müdafiə Nazirliyinin Mərkəzi hərbi poliklinikasına göndərilmişdir və 08.11,1993-cü ildə hərbi həkim komissiyasının qərarına əsasən şəhadətləndirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilərək hərbi qeydiyyatdan silinməklə xidmətə yararsız sayılmışdır. 03.07.2007-ci ildə həyat yoldaşı dünyasını dəyişmiş və ailə başçısını itirdiyinə görə Suraxanı rayonu Dövlət Sosial Müdafiə mərkəzindən təqaüd təyin edilmişdir. Dəfələrlə təqaüdün mü ddətdən artıq hərbi qulluqçulara təyin edildiyi qaydada ödənilməsi barədə Müdafiə Nazirliyinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, arxivdə sənədləri tapılmır. 2018-ci ildə hüquqlarının müdafiəsi üçün Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinə müraciət etmişdir. X6 Naziri İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı 01.01.2007-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyasının son üç ilin fərqi tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 14.02.2019-cu il tarixli iş № 2-1(81)-614/2019, (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 14.02.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) müraciət edək 2007-ci ildən ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsini 2015-ci ilə qədər yaranmış pensiya fərqinin hesablanıb ona verilməsini cavabdehə həvalə olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin16.05.2019-cu il tarixli iş № 2-1(103)-1138/19 (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə apelyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin 14.02.2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, iddiaçıya, uşağı (uşaqları) üçün 22.06.2007-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilməsi və həmin tarixdən 01.07.2015-ci il tarixədək yaranmış pensiya fərqinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh şərtlərlə təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandı rılmışdır ki,Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 3.1-ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1. və 14.1.1.3.-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin əmək qabiliyyətsiz övladlarının və valideynlərinin, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Lakin həmin Qanunun 14.1.2. maddəsinə əsasən “ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə gör ə əmək pensiyası hüququ yaranır”. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli, 2-1(103)-1138/2019 saylı qərarının ləğv edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi, cavabdehin nümayəndəsiisə məhkəmə iclasınagəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisə yə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 3.1-ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1. və 14.1.1.3.-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin əmək qabiliyyətsiz övladlarının və valideynlərinin, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə gö rə əmək pensiyası hüququ vardır. Lakin həmin Qanunun 14.1.2. maddəsinə əsasən “ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır”. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iddiaçının 17.07.2018-ci il tarixli cavabdehə ünvanlanmış pensiya təyin olunması barədə ərizəsindən, cavabdehin həmin tarixdə qəbul etdiyi pensiya təyinatı barədə qərarından görünür ki, iddiaçıya 18 yaşına çatmamış uşaqları üçün ailə başçısını itirməyə görə pensiya 01.07.2015-ci il tarix dən etibarən təyin edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan: Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: Həmin qanunun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; Həmin Qanunun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; Həmin Qanunun 14.1.1.3-cü maddəsinə əsasən təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanl ar, lakin ən çoxu 23 yaşına çatanadək; Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göründüyü kim i, iddiaçının mərhum əri ilə birgə nikahından doğulmuş 18 yaşına çatmamış uşağı (uşaqları) üçün ailə başçısının ölüm tarixindən (konkret halda, 22.06.2007-ci il tarixindən) 18 yaşına çatanadək ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 32.3-cü maddəsinin tələbi baxımından, onun hüququ mərhum ərinin vəfat etdiyi 22.06.2007-ci il tarixdən yaranmışdır. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh orqan əmək pensiyaları haqqında qanunvericiliklə üzərinə düşən öhdəliyini düzgün yerinə yetirməmiş, 18 yaşına çatmamış uşağın (uşaqların) ailə başçısını itirməyə görə pensiya hüququnu pozmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansi yası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 16.05.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.05.2019-cu il tarixli 2-1(103)1138/19 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2534/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2534/2019
11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver