Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2535/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyul 2023-cü il tarixli, 2-1(106)-290/2023 nömrəli qərardadından cavabdeh tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İmişli Rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli, 239 saylı Sərəncamının və 5 noyabr 2014-cü il tarixli, 69 saylı icarə müqaviləsinin ləğv edilməsinə dair İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 86 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(120)-574/2023 nömrəli qərarı ilə (hakim: X1) iddia təmin edilmiş, İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 86 nömrəli sərəncamı ləğv edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyul 2023-cü il tarixli, 2-1(106)-290/2023 nömrəli qərardadı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X5 və X3) Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, poçt göndərişinin verilməsi barədə xəbərnamədən müəyyən edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(120)-574/2023 saylı qərarı xx.xx.2023-cü il tarixdə cavabdehin səlahiyyətli nü mayəndəsi tərəfindən imza edilməklə qəbul edilmişdir. X4 Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(120)-574/2023 saylı qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti 24 may 2023-cü il tarixdə poçt məntəqəsi tərəfindən qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı iddiaçıya 20 aprel 2023-cü il tarixdə təqdim edildiyindən İPM-in 22.1-ci maddəsinə əsasən müddət axımı həmin gündən başlamalı və apellyasiya şikayətinin verilməsi üçün son gün 19 may 2023-cü il (iş günü sayılan cümə günü) hesab edilməlidir. Göründüyü kimi, apellyasiya şikayəti prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdən (30 gündən) 5 (beş) gün keçdikdən sonra verilmişdir. Bununla da, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcə lləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə tərəfindən yazılı qaydada cavabdehə hüquqi yardım məktubu ünvanlanaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.
6. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
7. Kassasiya şikayətində qeyd edilmişdir ki, poçt tərəfi ndən Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2-1(120)-574/2023 saylı qərarının olduğu zərf 2023-cü il aprel ayının 20-də iş gününün sonunda İmişli İH-nin nümayəndəsinə təqdim edilmişdir. Aprel ayının 21, 22, 23 və 24-ü (Ramazan bayramı və iş günlərinin yeri dəyişdiyinə görə) qeyri-iş günləri olduğundan qərarın olduğu zərf İmişli İH-nin müvafiq şöbəsində növbəti ilk iş günü olan 25 apreldə qeydə alınaraq səlahiyyətli şəxsə təqdim olunmuşdur və şikayət vermə müddəti həmin vaxtdan hesablanmalıdır. Belə hesablandıqda apellyasiya şikayəti 30 gün müddətində verilmiş və müddət ötürülməmişdir. Məhkəmə bu halı nəzərə almamışdır. Mülki prosessual hüquq normasına əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim ta rixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Məhkəmə həmin normanı tətbiq etməmiş və düzgün nəticəyə gəlməmişdir. Belə ki, qərardadda göstərilir ki, birinci instansiya məhkəməsinin qərarı İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edildiyindən müddət axımı həmin gündən başlamalı və apellyasiya şikayəti verilməsi üçün son gün 19 may 2023cü il hesab edilməlidir. Həmin nəticə MPM-nin 128.3-cü maddəsinin tələblərinə ziddir. Bu normaya əsasən prosessual müddətin axımı s onrakı gündən, yəni xx.xx.2023-cü ildən başlayır və 21, 22, 23 və 24 aprel günləri (Ramazan bayramı və iş günlərinin yeri dəyişdiyinə görə) qeyri iş günləri olduğundan növbəti iş günü başlayır və 30 günlük müddət xx.xx.2023-cü il tarixdə qurtarır. Həmin müddətdə apellyasiya şikayəti hazırlanıb elektron məhkəmə vasitəsilə elektron kabinetə yerləşdirmək istənilsə də, elektron məhkəmə sistemində yaranmış nasazlıq səbəbindən bu, mümkün olmamışdır. Bu səbəbdən bir müddət gözlənilsə də, nasazlıq aradan qalxmadığı üçün həmin apellyasiya şikayətini poçt vasitəsilə təqdim edilmişdir. Ona görə də cavabdeh tərəfindən apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
8. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə: Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
10. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
11. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.
13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(120)-574/2023 saylı qərarı xx.xx.2023-cü il tarixdə cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imza edilməklə qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(120)-574/2023 saylı qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti 24 may 2023-cü il tarixdə poçt məntəqəsi tərəfindən qəbul edilmişdir.
14. İPM-in 85.1-ci maddəsinin tələbindən göründüyü kimi, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə t utulmuş prosessual müddətin (30 günün) cavabdeh tərəfindən ötürüldüyü müəyyən olunur.
16. Həmçinin cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, qərarının olduğu zərf 2023-cü il aprel ayının 20-də iş gününün sonunda İmişli İH-nin nümayəndəsinə təqdim edilmişdir. Aprel ayının 21, 22, 23 və 24-ü (Ramazan bayramı və iş günlərinin yeri dəyişdiyinə görə) qeyri-iş günləri olduğundan qərarın olduğu zərf İmişli İH-nin müvafiq şöbəsində növbəti ilk iş günü olan 25 apreldə qeydə alınaraq səlahiyyətli şəxsə təqdim olunmuşdur.
17. Dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 85.1-ci maddəsindən də göründüyü kimi, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Hazırkı işin hallarından da görünür ki, şikayət cavabdehə 20 aprel 2023-cü il tarixdə tam formada təqdim olunmuşdur. Cavabdehin həmin təqdim edilmiş şikayəti nə vaxt qeydiyyata alması müddət axımının başlamasına təsir edən amil deyildir.
18. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
19. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 85.1, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyul 2023-cü il tarixli, 2-1(106)-290/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.