Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2536/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ərizə olmadan VÖEN-in verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentin nümayəndəsi X4, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanınd a Bakı şəhəri X7 Departamentinə (bundan sonra cavabdeh) qarşı “vergi ödəyicisi kimi qeydiyyata alınmanın qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçının vergi ödəyicisi kimi uçotdan çıxarılması və ********** №-li VÖEN şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1190/2019 saylı, 17 may 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: F.M.Ələkbərli Vergilər Nazirliyinə elektron qaydada müraciət edərək iddiaçının bahalı maşından istifadə etdiyini, bahalı əməliyyatlar həyata keçirdiyini, son dərəcədə zəngin və dəbdəbəli həyat yaşamasının əhalidə h aqlı olaraq dövlət orqanları və məmurların iş qabiliyyəti barədə mənfi rəy yaratdığını qeyd etmişdir. Buna görə də müvafiq araşdırılma aparılmasını xahiş etmiş, həmin müraciət əsasında aparılmış araşdırma zamanı iddiaçının sahibkarlıqla məşğul olması faktının müəyyən edilməsi əsas gətirilərək cavabdeh tərəfindən iddiaçıya 5 gün ərzində vergi ödəyicisi kimi qeydiyyatdan keçməsi barədə məktub ünvanlanmışdır İddiaçı tərəfindən ərizə ilə cavabdehə müraciət edilərək fərdi sahibkar F.M.Ələkbərlinin onun barəsində müraciətinin və ona əlavə olunan sənədlərin sürəti və ona VÖEN açılması üçün əsas olmuş mənbəyi bəlli olan məlumatların surətlərinin təqdim olunması xahiş edilmişdir. Cavabdeh tərəfindən həmin ərizə əsasında iddiaçıya mənbəyi bəlli olan məlumatlar təqdim edilmiş və eyni zamanda cavabdeh in 20.09.2018-ci il tarixli məktubunda qeyd olunan müddət ərzində vergi ödəyicisi kimi qeydiyyata alınmadığından iddiaçının 26.09.2018-ci il tarixdə ********** №-li VÖEN ilə məcburi qaydada vergi orqanında qeydiyyata alınmasının təmin edildiyi qeyd olunmuşdur. Daha sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun vergi ödəyicisi kimi qeydiyyatının və onun adına açılmış VÖEN şəhadətnamənin ləğv edilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının ərizəsinə baxılmış və müraciəti təmin edilməmişdir. İddiaçı 7 dekabr 2018-ci il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək cavabdehin iddiaçını vergi ödəyicisi kimi qeydiyyata almasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçının vergi ödəyicisi kimi uçotdan çıxarılması və ********** №-li VÖEN şəhadətnamə sinin ləğv edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Departament 25.10.2018-ci il tarixli məktubla guya müxtəlif internet saytları və KİV-dən əldə etdiyi məlumatlar əsasında iddiaçının vergi orqanlarından VÖEN almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu əsas gətirərək onu vergi ödəyicisi kimi qeydiyyata alıb, onun razılığı olmadan ********** №li VÖEN şəhadətnaməsi tərtib etmişdir. Lakin iddiaçı hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb və vergiyə cəlb olunan əməliyyat aparmamışdır. Hesab edir ki, vergi orqanının hərəkətləri qanunsuzdur. İddianın maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 3.8, 15.1.8, 53.3-cü maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(81)-646/2019 saylı iş) 20 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin iddiaçını vergi ödəyicisi kimi qeydiyyata alması qanunsuz hesab edilmiş, iddiaçının vergi ödəyicisi kimi uçotdan çıxarılması və ********** №-li VÖEN şəhadətnaməsinin ləğv edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi şəxsin məcburi qaydada vergi orqanı tərəfindən vergi ödəyicisi kimi uçota alınması və ona VÖEN verilməsi nəzərdə tutulmadığını və iddiaçının qanunsuz sahibkarlıqla məşğul olması başqa hüquqi nəticələr yaratdığını əsas tutaraq iddia tələbini təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X3 və X5, 2-1(103)-1190/2019 saylı iş) 17 may 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş ap ellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 20.02.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, bir sıra vebsaytlarından əldə edilmiş məlumatlara əsasən, həmçinin iş materiallarına əlavə edilmiş video diskdən də görünür ki, iddiaçı Bakı şəhəri, Salyan şosesi, Şıx çimərliyi ünvanda yerləşən “X14” istirahət mərkəzində 25.08.2017-ci ildə konsert proqramı ilə çıxış edərək gəlir əldə etmiş, həmçinin iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. İddiaçı 25 iyun 2019-cu il tarixdə qərarın surətini almış, 4 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış və nəzərə almamışdır ki, F.M.Ələkbərli Tovuz rayon sakinidir, o iddiaçını tanımır, onunla heç bir ünsiyyəti yoxdur. İddiaçı barəsində qeyd etdiklərini haradan bilir? Digər tərəfdən iddiaçı dövlət orqanında çalışmadığı, dövlət məmuru olmadığı halda, onun varlı olması əhalidə dövlət orqanları və məmurların iş fəaliyyəti barədə necə mənfi rəy yarada bilər? Apellyasiya instansiyası məhkəməsi nəzərə almayıb ki, cavabdehin dövlət orqanları və məmurların iş fəaliyyətinə əhalinin verdiyi rəyi araşdırmaq səlahiyyəti yoxdur. VÖEN açmaq şəxsin hüququdur. Vergi Məcəlləsində və digər normativ aktda şəxsin adına məcburi qaydada VÖEN açılması ilə bağlı imperativ norma mövcud d eyil. Apellyasiya məhkəməsinin istinad etdiyi Vergi Məcəlləsinin 16.1.1 və 24.0.1-ci maddələrinin cavabdehin iddiaçıya məcburi VÖEN açmasına heç bir aidiyyəti yoxdur. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin hallarından görünür ki, cavabdeh iddiaçının əldə etdiyi gəlirdən dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi orqanında qeydiyyata düşməsinə dair ona 20 sentyabr 2018-ci il tarixli xəbərdarlıq məktubu göndərmiş, iddiaçı vergi orqanında vergi ödəyicisi kimi uçota durmadığından 26 sentyabr 2018-ci il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə məcburi qaydada vergi orqanında qeydiyyata alınmışdır. İddiaçı hesab edir ki, vergi qanunvericiliyinə görə fiziki şəxsin məcburi qaydada vergi ödəyicisi kimi vergi orqanında qeydə alınması nəzərdə tutulmamışdır. Cavabdehin mövqeyinə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs xəbərdarlıq edildikdən sonra 5 gün müddətində vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata durmadığı halda, o, vergi orqanında qeydiyyata alına bilər. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Vergi Məcəlləsinin 33 və 34-cü maddələri ilə əsaslandırmışdır. Vergi Məcəlləsinin 33.1-ci maddəsinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azə rbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır (33.3-cü maddə). Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orq anına verməlidir (33.4-cü maddə). Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir (33.5-ci maddə). Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamn aməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər... Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uç ota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (34.1-ci maddə). Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müv afiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır...(34.2-ci maddə). Bəhs olunan normalara görə vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Cavabdeh iddiaçının ona vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə verməsi barə də hər hansı sübut təqdim etməmişdir. Cavabdeh iddiaçının belə ərizə verməsi barədə də mübahisə açmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 19 may 2015-ci il tarixli **********003100 nömrəli qərarı ilə (14.06.2016-cı il tarixli **********005500 nömrəli, 19.01.2017-ci il tarixli **********002400 nömrəli qərarları ilə edilmiş dəyişikliklərlə) “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” təsdiq edilmişdir. Qaydaların 1.3-cü bəndinə əsasən, vergi orqanlarında fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Vergi Məcəlləsinin 33-cü və 34cü maddələrinə uyğun olaraq aparılır. Vergi orqanlarında fiziki şəxslərin uçota alınması ilə bağlı tələblər, uçotun aparılması yeri və müddə tləri, habelə uçota alınmaq üçün verilən ərizəyə əlavə edilən sənədlər Vergi Məcəlləsinin həmin maddələri ilə müəyyənləşdirilir. Fiziki şəxsi vergi orqanlarında vergi uçotuna alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına Vergi Məcəlləsinin 34.1-ci maddəsinin 7-ci bəndinə əsasən forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” (bundan sonra - “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) verilir. Vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma, habelə uçot məlumatlarında dəyişiklik edilmə barədə təqdim edilən ərizənin forması və onların doldurulması qaydaları, vergi ödəyicilərinin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir (1.4-cü bənd). Bu Qaydaların məqsədləri üçün vergi orqanına təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmı ş sənədlərin “Vergi ödəyicilərinin uçotuna 3 dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda (bu Qaydaların 1 №-li əlavəsi), vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Vergilər Nazirliyinin əmri ilə təsdiq edilmiş müvafiq jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir (1.5-ci bənd). Qaydalarda vergi orqanlarında fiziki şəxslərin vergi uçotuna alınması Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun aparılması əksini tapmışdır. Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********003100 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotd an çıxarılması Qaydaları”nın 2.1-ci bəndinin tələbinə görə də vergi orqanında uçota alınan şəxslər uçota dair ərizə verməlidirlər. O da qeyd edilməlidir ki, vergi qanunvericiliyinin tələbinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə fərdi sahibkar vergi orqanında uçot alınır. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq olunduğu halda cavabdeh tərəfindən onun barəsində hansı tədbirlər görməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırılmamışdır. Cavabdeh iddiaçıya lazım olan müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə maliyyə sanksiyası tətbiq olunmasının mümkünlüyünə dair məhkəmələrə sübut təqdim etməmişdir. İddiaçının işdə olan əmək kitabçasının surətindən görü nür ki, Bakı Xoreoqrafiya Akademiyasında müəllim işləyir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianı təmin edərkən hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğu üçün təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olduğundan, iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1190/2019 saylı, 17 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2536/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2536/2019
22.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver