Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2537/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə Açar sözlər: Daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı ilə bağlı mübahisələr; mənzilə çıxarışın verilməsi GİRİŞ HİSSƏ 28.08.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X1 və İlqar Kamil oğluHüseynovdan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu Yeni Yasamal, 2-ci yaşayış massivi 3A ünvanda yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş binanın 118 kv.m sahədən ibarət 3 otaqlı, 26 nömrəli mənzilə hüququnun dövlət qeydiyyatına alınmıası və iddiaçıya Hüquqlar ın Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi barəsində cavabdeh İdarənin üzərinə öhdəlik qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qərarı ilə (hakim M.Hacıbəyova; iş No 2-1(81)-540/2019) iddianın təmin edilməsi; iddiaçının adına Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən (hazırki ünvan: Yeni ünvan 3 saylı binanın 118 kv metr sahədən ibarət 3 otaqlı, 26 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş № 21(103)-1144/19) cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarı ləğv edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsinin mübahisəli qərarı qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcəd ə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. “xxxx” MMC mübahisələndirilən mənzili 2007-ci il tarixdə artıq satmşdı. Mənzilin dəyəri mənzilin ilkin sahibi tərəfindən tam şəkildə ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdi. 2017-ci ildə mənzilin ilkin sahibi ilə iddiaçı mənzillərini dəyişdirmiş, mənzillərin dəyəri arasındakı fərq iddiaçı tərəfindən mənzilin ilkin sahibinə ödənilmiş və mənzilin ilkin sahibinin razılığı ilə mənzilə dair müqavilə və maliyyə arayışı iddiaçının adına dəyişdirilmişdir. Qeyd edilən sənədlərlə bir daha təsdiq edilir ki, mənzilin tam dəyəri 2008ci ildə “xxxx” MMC-yə tam şəkildə ödənilmişdir. Belə olan halda binanı inşa etmiş hüquqi şəxs artıq özgəninkil əşdirdiyi mənzil üzərində hər hansı hüquq əldə edə və eyni mənzili təkrar sata bilməz. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 12 sentyabr 2006-cı il tarixli müqavilə İddiaçı 2006-cı ildən “xxxx” MMC-də payçı olduğunu təsdiq edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixliqərarını qərarı ləğv edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat landırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin nümayəndəsi gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti q ismən təmin olunmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi haqqında iş üzrə yeni qərar qəbul edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan 11.01.2017-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə”yə əsasən “xxxx” MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi 3A-da yerləşən binada 26 nömrəli mənzili iddiaçıya verməyi, iddiaçı isə həmin mənzili qəbul etməyi və mənzilin haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan 11.01.2017-ci il tarixli “xxxx” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən Bakı şəhəri, Yeni Yasamal, 2-ci yaşayış massivi, 3A ünvanda inşa edilmiş yaşayış binasında 26 nömrəli m ənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. İşin materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının 46 nömrəli, 11.02.2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”na əsasən “xxxx” MMC tərəfindən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 14 mərtəbəli, 1 girişli yaşayış binası (poçt ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 yaşayış massivi, 3A) mövcud vəziyyətdə istismara qəbul edilmişdir. “xxxx” MMC-nin cavabdeh İdarəyə ünvanlanmış 04 nömrəli, 11.02.2016-cı il tarixli məktubuna əsasən “xxxx” MMC tərəfindən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 14 mərtəbəli, 1 girişli yaşayış binasının (poçt ünvanı: Bakı şəhəri, Yasamal rayon u, Yeni Yasamal-2 yaşayış massivi, 3A) təsdiq edilmiş istismar aktı cavabdeh İdarəyə göndərilmişdir. İddiaçı yuxarıda qeyd edilən hallara istinad etməklə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən (hazırki ünvan: Yeni ünvan 3 saylı binanın 118 kv metr sahədən ibarət 3 otaqlı, 26 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı cavabdeh İdarəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 12.11.2018-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin və mənzil tikinti kooperativi tərəfindən verilmiş protokoldan çıxarışın İdarəyə təqdim edilmədiyi müəyyən edilmişdir. Sözügedən yaşayış binası üzərində “x xxx” MMCnin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzilə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, sözügedən mənzilin yerləşdiyi bina «xxxx» MMC tərəfindən tikilmişdir. Mənzil-tikinti kooperativi binasında tikiləcək mənzilin iddiaçıya verilməsi barədə mənzil tikinti kooperativi üzlərinin ümumi yığıncağının qərarı qəbul edilməmiş, mənzilin alıcıya verilməsinə dair «xxxx» MMC ilə iddiaçı arasında müqavilə binanın tikildiyi müddətdə deyil, həmin bina Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 fevral 2016-c ı il tarixli, 46 saylı sərəncamı ilə istismara qəbul edildikdən sonra bağlanmışdır. Bununla belə, «xxxx» MMC tərəfindən tikilib başa çatmış, istismara qəbul edilmiş binada yerləşən mənzil 11.01.2017-ci il tarixli sadə yazılı müqaviləyə əsasən iddiaçıya satılmış, müqavilədə mənzilin tikilməkdə olan binada yerləşdiyi göstərilmişdir. Halbuki, həmin dövrdə mənzilin yerləşdiyi bina səlahiyyətli dövlət orqanı tərəfindən artıq istismara qəbul edilmişdir. Qeyd olunmalıdır ki, «xxxx» MMC ilə iddiaçı arasında kooperativ-payçı münasibətləri mövcud olmadığı üçün, «xxxx» MMC tərəfindən verilmiş, mənzilin dəyərinin ödənilməsi barədə 11.01.2017-ci il tarixli maliyyə arayışı pay haqqının ödənilməsini təsdiq edən mötəbər sübut kimi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, cavabdeh İdarə tərəfind ən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilməsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbayjan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. 1-ci instansiya məhkəməsi tərəfindən iddia tələbinə qiymət verilərkən, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmamışdır. Belə olan halda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qəbul edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri - mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul a ktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın t ikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənz il-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəll ənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Qanunvericiliyin göstərilən müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə kollegiya hesab edir ki, apelyasiya məhkəməsi iddianın rədd edilməli olduğu ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, işdəki sənədlərlə müəyyən edilir ki, mübahisəli mənzil 11.01.2017-ci il tarixdə iddiaçıya satılmış, sahənin dəyəri onun tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Eyni zamanda bina istimara qəbul edilmişdir. Məhkəmə kollegiyası cavabdeh İdarənin istinad etdiyi yaşayış binasına «xxxx» MMCnin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyriyaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlili də əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanılmış 11.01.2017-ci il tarixli müqavilə ilə «xxxx» MMC inşa etdiyi binadakı mənzilin dəyərini almaqla satmışdır. Ona görə də, həmin sahəyə dair «xxxx» MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün mənzilə mülkiyyət hüququ 11.01.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçıya keçmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında»Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, ha zırkı iş üzrə iddiaçının mübahisəli məzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, işə baxan apellyasiya instansiya məhkəməsi qərarında tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir, tətbiq etdiyi normaları isə düzgün təfsir etməmişdir. Həmçinin işdən görünür ki, onun yenidən araşdırılmasına zərurət yaranmır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 08 ma y 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın DöVlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən (hazırki ünvan: Yeni ünvan 3 saylı binanın 118 kv metr sahədən ibarət 3 otaqlı, 26 nömrəli mənz ili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi qoyulsun.
Məhkəmə qərarları › İş №2-1(102)-2537/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2537/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver