Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2537/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ehtiyata buraxılma haqqında əmrin ləğv edilməsi; öz arzusu ilə ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1989, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma haqqında əmrin iddiaçıya aid hissəsində ləğv edilməsi və iddiaçının ö z arzusu ilə ehtiyata buraxılması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun N23-cü il tarixli, 2-1(106)-1N/N23 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 12 avqust N06-cı il tarixdən 23 iyun N10-cu il tarixədək H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantı olmuş, 23 iyun N10-cu il tarixdən 2 sentyabr N21ci il tarixədək müxtəlif hərbi hissələrdə hərbi xidmət keçmişdir.
2. İddiaçı barəsində tərtib olunmuş Xidmət vərəqəsində aşağıdakılar öz əksini tapmışdır: - İzahat verməkdən imtina edərək izahat alan şəxsə hörmətsizlik edib nəzakət qaydalarını pozduğuna görə xx.xx.N16-cu il tarixdə 217 h/h komandiri tərəfindən şiddətli töhmət verilmişdir; - Verilən tapşırığın icrasına səhlənkar yanaşdığına görə xx.xx.N17-ci il tarixdə tabor komandiri tərəfindən şiddətli töhmət verilmişdir; - Fiziki hazırlıq saatında idmandan yayındığına görə xx.xx.N18-ci il tarixdə 216 h/h qərargah rəisi tərəfindən şifahi töhmət verilmişdir; - Hərbi hissə üzrə cavabdeh olarkən günün intizam qaydalarına riayət etmədiyinə və qoşun xidmətinin təşkilinə nəzarət etmədiyinə görə xx.xx.N19-cu il tarixdə 770 h/h qərargah rəisi tərəfindən şifahi töhmət verilmişdir: - Vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyi üçün xx.xx.N19-cu il tarixdə 770 h/h komandiri tərəfindən töhmət verilmişdir; - Verilən tapşırığa səhlənkar yanaşdığına görə xx.xx.N19-cu il tarixdə 770 h/h komandiri tərəfindən şifahi töhmət verilmişdir; - Avtomobillərin istismar n aryadını düzgün tərtib etmədiyinə görə xx.xx.NN-ci il tarixdə 770 h/h komandirinin MTT üzrə müavini tərəfindən töhmət verilmişdir; - Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq xidməti vəzifəsinin icrasında yol verdiyi nöqsana görə xx.xx.NN-ci il tarixdə 770 h/h komandiri tərəfindən töhmət verilmişdir; - Vəzifə borclarının icrasına səhlənkar yanaşdığına və hərbi hissə növbətçisi olduğu zaman xidməti düzgün təşkil etmədiyinə görə texnikanın çıxışa çıxmasını vaxtında təmin etmədiyinə görə xx.xx.N21-ci ildə 770 h/h komandiri tərəfindən şifahi töhmət verilmişdir; - Vəzifə borclarının icrasına səhlənkar yanaşdığına və hərbi hissə komandirinin göstərişinə uyğun avtomobil texnikasını vaxtında planlaşdırmadığına görə xx.xx.N21-ci ildə 770 h/h komandiri tərəfindən şifahi töhmət verilmişdir; - xx.xx.N21-ci il tarixdə hərbi avtomobil müfəttişliyi növbətçisi təyin olunmasına baxmayaraq heç bir üzrlü səbəb olmadan xidmət yerinə gecikdiyinə və gecikdiyinə görə ona irad bildirdikdə özündən böyük rəisə qarşı hörmətsizlik etdiyinə görə xx.xx.N21-ci ildə 770 h/h komandiri tərəfindən vəzifəsinə uyğun olmaması barədə xəbərdarlıq verilmişdir; - N21-ci ilin iyul ayında keçirilən komandir hazırlığı zamanı ixtisas, atış və atışın idarə olunması və fiziki hazırlıqdan qeyri-məqbul qiymət aldığına görə xx.xx.N21-ci ildə 921 h/h komandiri tərəfindən şifahi olaraq şiddətli töhmət verilmişdir; - Sırada icazəsiz danışdığı üçün xx.xx.N21-ci ildə 921 h/h komandiri tərəfindən şiddətli töhmət verilmişdir; - Öz konspektini əsgərə yazdırdığına görə xx.xx.N21-ci ildə 921 h/h komandiri tərəfindən şifahi o laraq şiddətli töhmət verilmişdir. 3. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmağa təqdim olunduğuna görə söhbətləşmə etməkdən imtina edilməsi haqqında xx.xx.N21-ci il tarixli aktdan görünür ki, 3-cü reaktiv artilleriya divizionunun 3-cü reaktiv artilleriya batareyasının idarəetmə taqımının komandiri baş leytenant İddiaçı onunla aparılan söhbətləşmədən imtina edir. 4. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmağa təqdim olunduğuna görə söhbətləşmə etməkdən imtina edilməsi haqqında xx.xx.N21-ci il tarixli aktdan görünür ki, 3-cü reaktiv artilleriya divizionunun 3-cü reaktiv artilleriya batareyasının idarəetmə taqım ının komandiri baş leytenant İddiaçı onunla aparılan söhbətləşmədən imtina edir. 5. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmağa təqdim olunduğuna görə söhbətləşmə etməkdən imtina edilməsi haqqında xx.xx.N21-ci il tarixli aktdan görünür ki, 3-cü reaktiv artilleriya divizionunun 3-cü reaktiv artilleriya batareyasının idarəetmə taqımının komandiri baş leytenant İddiaçı ehtiyata buraxılmağa təqdim olunduğuna görə “Hərbi Həkim Komissiyası”ndan keçməkdən imtina edir.
6. İddiaçının N nömrəli hərbi hissə komandirinə ünvanladığı xx.xx.N21-ci il tarixli raporta əsasən o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında y uxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi A.Qasımovun Azərbaycan Respublikası Müdafiə nazirinə ünvanladığı xx.xx.N21-ci il tarixli şikayət ərizəsinə əsasən o, N nömrəli hərbi hissənin zabiti İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmasının qarşısının alınması və onun rotasiya ilə başqa birliyə xidmət yerinin dəyişdirilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Müdafiə nazirinin 2 sentyabr N21-ci il tarixli 01300 nömrəli əmrinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icra at
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N avqust N21-ci il tarixli raportunun cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 2 sentyabr N21-ci il tarixli 01300 nömrəli əmrinin ona aid hissəsində ləğv edilməsi və onun N avqust N21-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla ə saslandırılmışdır ki, iddiaçı N avqust N21-ci il tarixdə komanda üzrə xidmət keçdiyi N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu sifarişli məktubla N avqust N21-ci il tarixdə hərbi hissə komandirinin adına göndərmişdir. AZ7008 nömrəli poçt şöbəsinin N avqust N21-ci il tarixli poçt qəbzinə əsasən onun sifarişli məktubu N nömrəli hərbi hissə komandirinə N avqust N21-ci il tarixdə göndərilmişdir. Poçt xəbərnaməsinə əsasən həmin sifarişli məktub N avqust N21-ci il tarixdə N nömrəli hərbi hissənin Eyvazov soyadlı məsul şəxsi tərəfindən qəbul edilmişdir. Lakin o, Azərbaycan Respublikası Müdafiə nazirinin 02 sentyabr N21-ci il tarixli 01300 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Bu əmr isə iddiaçıya 4 sentyabr N21-ci il tarixdə elan edilmişdir. İddiaçı 1 yanvar N21-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə Azərbaycan Respublikası Müdafiə nazirinə şikayət ərizəsi ilə müraciət edərək ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 2 sentyabr N21-ci il tarixli 01300 nömrəli əmrinin ona aid hissəsində ləğv edilməsini və onun N avqust N21-ci il tarixli raportuna əsasən ehtiyata buraxılmağı barədə yeni əmr verilməsini xahiş etmişdir. Lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirmiş, imti nanı isə əsassız və qanunsuz hesab etmişdir.
11. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, baş leytenant İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə yol verdiyi ciddi nöqsanlara görə xx.xx.NN-ci il tarixdə kiçik zabitlərin şərəf məhkəməsində dinlənərək, rütbəsi bir pillə “baş leytenant” rütbəsinədək aşağı salınmışdır. Böyük rəislərə qarşı hərbi nəzakət qaydalarını kobud şəkildə pozduğuna görə xx.xx.N21-ci il tarixdə intizam cəzası qaydasında aşağı vəzifəyə keçirilərək xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Xidmət dövründə öz vəzifələrinə laqeyd yanaşaraq, qoşun xidmətinin təşkilində bir sıra nöqsanlara yol vermiş, şəxsi intizamı və mənəvi keyfiyyətlərinin aşağı olması nəzərə alınaraq, xx.xx.N21-ci il tarixdə barəsində xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması ilə əlaqədar raport yazılaraq yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Təqdim edilmiş xidməti xasiyyətnamədə iddiaçı mənfi xarakterizə olunmuşdur. Belə ki, xidməti vəzifə borclarına laqeyd yanaşaraq, verilən tapşırıqların icrasından dəfələrlə boyun qaçırmış, sıra nizamnaməsinin və intizam nizamnaməsinin tələblərinə riayət etməmiş, ona tutulan iradlardan nəticə çıxarmamışdır. Yol verdiyi nöqsanlara görə dəfələrlə komandanlıq tərəfindən intizam qaydasında cəzalandırılmışdır. Bu faktlar qeydə alınaraq iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılması üçün iddiaçı xx.xx.N21-ci il tarixdə onunla aparılmalı olan söhbətləşmədən imtina etmiş və b u haqda akt tərtib edilmişdir. xx.xx.N21-ci il tarixdə hərbi həkim komissiyasından keçməkdən imtina etdiyi üçün akt tərtib edilmişdir. xx.xx.N21-ci il tarixdə xidməti vərəqədən çıxarışla tanış olmaqdan imtina etdiyi üçün akt tərtib edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.N21-ci il tarixdə İddiaçı barəsində tərtib olunmuş təqdimatda zabit kimi xidmətə yararsız olduğu nəzərə alınaraq Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən uyğunsuzluğa görə ehtiyata buraxılması məqsədə uyğun hesab edilərək Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
12. Şirvan İnzibati Məhkəməsinin 16 iyun N22-ci il tarixli, 2-1(1N)-611/N22 nömrəli qərarı (hakim F.N.Abbasov) il ə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı hərbi hissə komandirlərinin ona qarşı qərəzli olmaları barədə dəlilləri əsassızdır. Belə ki, iddiaçı həmin hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı cavabdehin iddiaçının barəsində qəbul etdiyi xx.xx.N21-ci il tarixli, 01 300 saylı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsinə dair tələbi əsaslı deyil.
14. İddiaçının ikinci tələbi - onun xx.xx.N21-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçının öz arzusu ilə tərxis olunmaq istəyinin yuxarı rəhbərliyə məruzə edilərək ehtiyata buraxılması barədə xx.xx.N21-ci il tarixli tərxis raportu mövcud olsa da, iddiaçının nümayəndəsi A.Qasımov xx.xx.N21-ci il tarixdə Azər baycan Respublikasının Müdafiə nazirinə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) ilə bağlı şikayət ünvanlamış, həmin şikayətə cavab olaraq isə NN-ci ilin sentyabr ayından başlanan döyüş əməliyyatlarından sonrakı dövrdə yaranmış vəziyyət və COVİD-19 pandemiyasının geniş yayılması “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiyası) haqqında Təlimat”ın tələblərinin yerinə yetirilməsində çətinlik yaratdığı üçün Azərbaycan Respublikası Müdafiə nazirin göstərişinə əsasən zabit heyətinin xidməti yerlərinin N21-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsi (rotasiyası) N22-ci ilin iyun ayına qədər müvəqqəti olaraq dayandırıldığı iddiaçıya rəsmi olaraq bildirilmişdir. İddia tələbinin həmin hissəsi iddianın birinci hissənin (ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N21-ci il tarixli 01300 nömrəli əmrinin ona aid hissəsində ləğv edilməsi) həllindən asılı olduğundan və iddia tələbi həmin hissədə rədd edildiyindən iddianın qalan hissəsi də rədd edilməlidir.
15. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N sentyabr N22-ci il tarixli, 2-1(106)-198/N22 nömrəli qərardadı (hakimlər Z.M.Allahyarov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və O.N.İsmayılov) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 16 iyun N22-ci il tarixli, 2-1(1N)-6 11/N22 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin xx.xx.N21-ci il tarixli 01300 nömrəli əmrindən xx.xx.N21-ci il tarixdən (elan olunduğu vaxtdan) məlumatlı olmuş, xx.xx.N21-ci il tarixdə artıq AR SHXÇDX-nin Salyan rayon şöbəsində qeydiyyata alınmış, lakin məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüşdür. Belə ki, iddiaçının xx.xx.N21-ci il tarixli iddia ərizəsi xx.xx.N21-ci il tarixdə Şirvan İnzibati Məhkəməsində qeydiyyata alınmış, xx.xx.N21-ci il tarixdən (inzibati aktın elan olunduğu vaxtdan) xx.xx.N21-ci il tarixədək 80 gün, xx.xx.N21-ci il tarixdən xx.xx.N21-ci il tarixədək 47 gün keçmiş olur.
18. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qər ardadın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr N22-ci il tarixli, 2-1(102)-2261/N22 nömrəli qərarı (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N sentyabr N22-ci il tarixli, 2-1(106)-198/N22 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə şikayətlə müraciət etməsi və cavabdeh tərəfindən iddiaçının şikayət ərizəsinə hər hansı formada münasibət bildirilməməsi iddiaçı tərəfindən həmin əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürdüyü nəticəsinə gəlməyə əsas vermir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun N23-cü il tarixli, 2-1(106)-1N/N23 nömrəli qərarı (hakimlər: S.F.Həsənov /sədrlik edən və məruzəçi/, P.T.Əhmədov və S.İ.Mayılov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 16 iyun N22-ci il tarixli, 2-1(1N)-611/N22 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edilmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmamış və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etməmişdir.
23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi dövrdə (iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət etdiyi vaxtdan sonra) verilmiş intizam cəzaları ona bir başa elan edilmiş və rəsmiləşdirmiş şəxsin (hərbi qulluqçunun) şahid qismində açıq məhkəmə iclasında ifadəsi alınmışdır. Əldə edilmiş sənədlərdən və məlumatlardan müəyyən edilmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillərindən fərqli olaraq mübahisələndirdiyi dövrlərdə verilmiş intizam cəzaları yol verdiyi nöqsanlara görə şəxsən iddiaçıya elan edilərək, xidmət dəftərinə işlənilmiş və bu barədə iddiaçı məlumatlı olmuşdur. İddiaçının xidmət dəftərinə əsasən onun xidmət yerinin dəyişdirilməsi ilə bağlı raportun verildiyi xx.xx.N21-ci il tarixdən sonra, yəni xx.xx.N21-ci il tarixdən xx.xx.N21-ci il tarixə kimi intizam cəzalarına görə iddiaçıya verilmiş əmrlər Azərbaycan Respublikası Silahlı X1 göstərildiyi qaydada həm yazılı, həm də şifahi qaydada elan edilərək, təqdim edilmiş və həmin faktlar bilavasitə intizam cəzalarını verən şəxsin (şahi din) ifadəsi və iddiaçının izahatı ilə öz təsdiqini tapmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, xx.xx.N16-cı il tarixi daxil olmaqla xx.xx.N21-ci il tarixə kimi iddiaçıya 14 (on dörd) dəfə intizam cəzası verilmişdir. Xidmət yerinin dəyişdirilməsi ilə bağlı raportun xx.xx.N21-ci il tarixdə verildiyini nəzərə alsaq, həmin intizam cəzalarından çox az hissəsinin (cəmi dördünün) raportun təqdim etdiyi dövrdən sonrakı dövrə düşdüyünü görmək olar. Qalan intizam cəzaları isə əvvəlki dövrlərə təsadüf edir. Bu halın mövcudluğu onu deməyə imkan verir ki, iddiaçıya verilmiş intizam cəzaları onun xidmət yerinin dəyişdirilməsi barədə yazdığı raportun geri götürülməsi məqsədi ilə ona verilməmiş, apellyasiya şikayətində göstərilən həmin dəlillər sadəcə olaraq iddiaçının özünün m üdafiəsi üçün irəli sürdüyü əsassız dəlillərdir.
25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ikinci tələbi, yəni onun xx.xx.N21-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçının öz arzusu ilə tərxis olunmaq istəyinin yuxarı rəhbərliyə məruzə edilərək ehtiyata buraxılması barədə xx.xx.N21-ci il tarixli tərxis raportu mövcud olsa da, həmin vaxt iddiaçı barəsində intizam icraatı başlanılmış və bu barədə iddiaçı məlumatlı olmuşdur. İddiaçının bu barədə məlumatlı olması tərtib edilmiş aktlardan (iş vərəqi 191-193) və i ddiaçının özünün şikayət məzmunlu ərizələrindən (iş vərəqi 41) müəyyən olunur. İddiaçının sonradan həqiqi hərbi xidmətdən (öz arzusu ilə) ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırması artıq başlanılmış intizam icraatının dayandırılması və ya həmin icraatın nəticəsi olaraq intizam məsuliyyətinə cəlb edilməməsi üçün əsas deyildir. Bütün bu qeyd edilənlər onu deməyə imkan verir ki, xidməti uyğunsuzluqla ehtiyata buraxılması ilə əlaqədar xx.xx.N21-ci il tarixdə raport yazılaraq yuxarı komandanlıq qarşısında vəsatət qaldırıldıqdan sonra iddiaçı xx.xx.N21-ci ildə öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında hərbi hissə komandirinə müraciət etmiş, lakin onun sənədləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılması üçün təqdim olunduğundan onun müraciəti mahiyyəti üzrə icra olunmamışdır.
26. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
27. İddiaçı qeyd edir ki, məhkəmə kollegiyası öz qərarını əsaslandırarkən cavabdehin etirazında göstərilənlərə istinad etmişdir. Göstərilənlər isə ona qarşı saxtalaşdırılmış və elan olunmamış intizam cəzalarından ibarət olmuşdur. Məhkəmənin istinad etdiyi xidməti dəftər heç bir normativ aktda nəzərdə tutulmamışdır. Eyni zamanda, həmin cavabdeh tərəfindən saxtalaşdırılmış dəftərdə iddiaçının imzası yoxdur. Bu faktlar sənədin rəsmi qaydada iddiaçıya verilmədiyini sübut edir.
28. Cavabdeh bu cəzaların heç birini iddiaçıya rəsmi qaydada elan və təqdim etməmişdir. Belə olan halda cavabdeh ona 50 intizam cəzasının verildiyini bildirə bilər, bunun əksini sübut etmək qeyri-mümkündür. Məhkəmə kollegiyası heç bir araşdırma aparmadan, sübutlara qiymət vermədən cavabdehin etirazında göstərdiklərini əsas gətirərək iddianı təmin etməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 18 və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən 10 ildən çox xidmət etmiş zabitlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdən “öz arzusu ilə” maddəsi ilə ehtiyata buraxılmaq hüquqları vardır. Məhkəmə cavabdehin istinad etdiyi saxta məlumatlara əsaslanaraq qan unsuz iddiaçını qanunla ona verilmiş hüququndan məhrum etmişdir.
29. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmaq xahişi ilə N avqust N21-ci il tarixdə raportla müraciət etmiş və bu əsasla da ehtiyata buraxılmaq hüququna malik olmuşdur. Məhkəmə kollegiyası ona istinad etmişdir ki, o, N17-ci ildə cərimə cəzasına məhkum edilmişdir. Lakin məhkum olmağı onun əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılması üçün əsas ola bilməzdi. Belə ki, onun məhkumluğu N18-ci ildə ödənilmişdir. Ona verilən əsas intizam cəzalarının əksəriyyəti N21-ci il tarixdə iddiaçının xidmət yerinin dəyişməsi ilə əlaqədardır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;...
32. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”:
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qullu qçularından başqa);... j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.
33. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X2”:
98. Verilmiş intizam cəzaları:... zabitlərə, generallara və admirallara — şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə — baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara — generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir. Adları çəkilən bütün hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə pros es iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişa fının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASS ASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
39. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsin in araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən ehtiyata buraxılması barədə cavabdehin 2 sentyabr N21-ci il tarixli 01300 nömrəli əmrinin ləğv edilməsi, habelə iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
43. İddiaçının kassasiya şikayətinin təkrarlanan dəlillərinə görə: 1) onun N17-ci ildə cərimə cəzasına məhkum edilməsi Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılması üçün əsas ola bilməz; 2) intizam cəzaları saxtalaşdırılmış və bu cəzaların heç biri iddiaçıya rəsmi qaydada elan və təqdim edilməmişdir; 3) “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən “öz arzusu ilə” ehtiyata buraxılmaq hüququndan məhrum edilmişdir.
44. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətində də göstərdiyi həmin dəlilləri tam, hərtərəfli və obyektiv şəkildə araşdırmış, işin hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası m əhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarında iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) ehtiyata buraxılmağı barədə xx.xx.N21-ci il tarixli raportu olsa da, iddiaçı həmin tarixdə onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə artıq başlanılmış intizam icraatının gedişatından məlumatlı olmuşdur.
45. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.N21-ci il tarixli raportundan sonra onun nümayəndəsi A.Qasımov cavabdehə ünvanladığı xx.xx.N21-ci il tarixli şikayət ərizəsində iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmasının qa rşısının alınması və onun rotasiya ilə başqa birliyə xidmət yerinin dəyişdirilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir.
46. Bu da ona dəlalət edir ki, iddiaçının hüquqi marağı onun öz arzusu ilə ehtiyata buraxılması deyil, onun barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə artıq başlanılmış icraatın dayandırılmasından ibarətdir.
47. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, həmin əmrin ləğv edilməsinə dair dəlillər əsaslı deyil.
48. İddiaçının ikinci tələbi, yəni onun xx.xx.N21-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi birinci tələbin (ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N21-ci il tarixli, 01300 nömrəli əmrinin ona aid hissəsində ləğv edilməsi) həllindən asılı olduğundan və iddia tələbi həmin hissədə əsassız olduğundan iddia qalan hissədə də təmin edilə bilməz.
49. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, habelə, apellyasiya insta nsiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun N23-cü il tarixli, 21(106)-1N/N23 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.