Məhkəmə qərarları › İş №2-1(102)-2537/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2537/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2537/2024 15.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: üçüncü şəxsin şikayəti üzrə kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs - Azərbaycan Respublikası Maliyyə Nazirliyi) «kompensasiyanın ödənilməsi» tələbinə dair iddiasına dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın xx.xx.2024-cü il tarixli, 2-1(103)- 35/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

1. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin qanunsuz və əsassız məhrum olunaraq sökülməsinə görə 1.445.000,00 manat maddi zərər, vurulmuş mənəvi ziyana görə 100.000 manat, ümumilikdə 1.545.000,00 manat məbləğində kompensasiya dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; kompensasiyanın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi hissəsində məhkəmə qərarının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin qanunsuz və əsassız məhrum olunaraq sökülməsinə görə 1.070.000,00 manat maddi zərər, vurulmuş mənəvi ziyana görə 50.000 manat, ümumilikdə 1.120.000,00 manat məbləğində komp ensasiya dövlət büdcəsi hesabına cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-947/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin sökülməsinə görə 530.000 (beş yüz otuz min) manat maddi zərər kimi kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayətləri verər ək, qərarın ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-35/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-947/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin sökülməsinə görə 530.000 (beş yüz otuz min) manat maddi zərər kimi kompensasiyanın dö vlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

6. Maliyyə Nazirliyi həmin qərardan kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildi yi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Maddə 29.2. Yalnız zəruri cəlbetmə qaydasınd a prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 98-1.3. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Maddə 98-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

8. Üçüncü şəxsin şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin v ahidliyinin təmin edilməsi” məqsədi ilə (İPM-in 98-1-ci maddəsi) qəbul etdiyi “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 2022-ci il 17 fevral tarixli, 01/2022 №-li qərardadında aşağıdakılar təsbit olunmuşdur: “... Üçüncü şəxslərin məhkəmə aktlarını müstəqil qaydada mübahisələndirmək imkanı

62. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq həm də iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanl arının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyildir.

63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də məhkəməyə müraciət etmək hüququ mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır.

64. İPM-in apellyasiya və kassasiya şikayəti vermək hüququna dair mərkəzi normaları qismində çıxış edən 81.2 və 90.2-ci maddələrinin müddəaları aşağıdakı kimidir: 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərə flər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

65. Qeyd edilən normalarda hər hansı fərqləndirmə aparılmadan, eləcə də adi və ya zəruri cəlbetmə qaydasında icraatda iştirak etmələrindən asılı olmayaraq bütün üçüncü şəxslərin şikayət vermək hüququna malik olduğu təsbit olunmuşdur. Bununla belə, icraatın bütün digər iştirakçıları kimi üçüncü şəxslərə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həm də digər həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə üçüncü şəxslərin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz hansı hallarda qəbul edilmiş məhkəmə qərarları üçüncü şəxslərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur?

66. İnzibati məhkəmələrin qərar və qərardadlarından şikayət vermə hüququnu nəzərdə tutan İPM-in 81.2-ci maddəsinin məzmunu iddiaçıya münasibətdə mübahisə doğurmur. Belə ki, iddiaçının irəli sürdüyü tələb təmin olunduğu təqdirdə (qismən təmin olunduğu halda isə, təmin olunan hissədə), o, həmin məhkəmə aktından apellyasiya şikayəti verə bilməz. Bu norma hüquqi müdafiə ehtiyacının başqa bir formada ifadəsidir. Əgər proses iştirakçısı birinci instansiya məhkəməsində onsuz da qalib gəlibsə, belə bir ehtiyac təbii ki, mövcud olmayacaqdır. Başqa sözlə, ona birinci instansiya məhkəməsində qalib gəldiyi təqdirdə də şikayət vermək imkanının verilməsi mənasız olardı.

67. İcraatın digər iştirakçılarına (cavabdehə və icraata cəlb olunmuş üçüncü şəxslərə) münasibətdə bu, ondan asılıdır ki, “tələblər” ifadəsi necə təfsir edilməlidir. Bununla əsl prosessual vəsatətlər (ərizələr, şikayətlər) başa düşülsə, onda bu, o demək olardı ki, ancaq o iştirakçılar (hazırkı halda, cavabdeh və ya cəlb olunmuş üçüncü şəxslər) şikayət verə bilərlər ki, onlar formal olaraq həmin vəsatəti (ərizəni, şikayəti) vermiş olsunlar. Lakin bu cür təfsir (yanaşma) vəsatəti (ərizəni, şikayəti) verməyən, lakin qəbul edilmiş məhkəmə aktından “ziyan” görən icraat iştirakçısının hüquqi müdafiə ehtiyacının təminat altına alınmaması ilə nəticələnəcəkdir. Mütləq deyildir ki, cavabdeh və ya icraata cəlb olunmuş üçüncü şəxslər özləri bir vəsatət (ərizə, şikayət) ilə müraciət etsinlər. Onlar həm də iddia tələbinə məzmun baxımından fikir bildirməyə də borclu deyillər. Onlar, yalnız məhkəməni lazımi faktların araşdırılması zamanı dəstəkləmək öhdəliyi daşıyırlar (bax: İPM-in 12.3, 12.4, 48.2 və 60-cı maddələri). İPM-in 47.2-ci maddəsinin tələbinə gəldikdə, həmin norma iddiaya qarşı münasibətin (etirazın) məhkəməyə məhz yazılı şəkildə bildirilməli olduğunu tələb edir, lakin cavabdehin üzərinə mütləq münasibət bildirmək (etiraz etmək) öhdəliyi qoymur.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Re spublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadla qeyd etmişdir ki, “...istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki, hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulma sına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X5rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X3 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34).

69. Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.

70. İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasiya icraatının digər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır.

71. Kollegiya həmçinin hesab edir ki, İPM-in 81.2 və 90.2-ci maddələrindəki müddəalar adi və ya zəruri cəlbetmə qaydasında icraata qoşulmasından asılı olmayaraq üçüncü şəxslərin tələblərini təmin etməyən məhkəmə aktından şikayət vermək hüququna təminat verir. Belə ki, İPM-in 29-cu maddəsi üçüncü şəxslərin prosessual hüquqlarını müəyyən edən ümumi norma, həmin Məcəllənin 81.2 və 90.2ci maddələri isə üçüncü şəxslərin məhkəmə aktlarından şikayət vermək hüquqlarını müəyyən edən xüsusi normadır. Məhkəmə aktlarının mübahisələndirilməsi məsələsinin həllində də məhz xüsusi normanın müəyyən etdiyi qayda rəhbər tutulmalıdır. Digər tərəfdən, İPM-in 29-cu maddəsində də aşkar şəkildə təsbit edilmişdir ki, üçüncü şəxslər tər əflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, üçüncü şəxslər məhkəmə aktlarından şikayət vermək hüququnu müstəqil şəkildə həyata keçirə bilərlər. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyəti nəzərə alındıqda üçüncü şəxslərin prosessual hüquqlarını tərəflərdən birinin tələbi daxilində həyata keçirəcəkləri ilə bağlı qeyd-şərt həmin hüquqların həyata keçirilməsinin ümumilikdə tərəflərin iradəsindən asılı edilməsi kimi təfsir olunmamalıdır. Çünki qanunverici açıq şəkildə üçüncü şəxslərin hüquqi müdafiə vasitələrindən müstəqil şəkildə istifadə etmək hüquqlarını təsbit etmişdir.

72. İcraata adi və ya zəruri cəlbetmə qaydasında qoşulmalarından asılı olmayaraq üçüncü şəxslər məhkəmə aktlarından müstəqil qaydada şikayət verə bilmək hüququna həm də ona görə malik olmalıdırlar ki, qəbul edilən məhkəmə qərarı onlara münasibətdə də başqa icraata mübahisələndirə bilməyəcəkləri məcburi hüquqi nəticələr yaradır. Belə olan halda, üçüncü şəxslərin öz maraqlarını qoruması tərəflərin iradəsindən asılı hala salına bilməz. Bu, ədalətli məhkəmə araşdırması hüququnun mahiyyətinə xələl gətirə bilər. Ona görə də, tərəf məhkəmə aktını mübahisələndirmədiyi halda da, üçüncü şəxs özünün qanunla qorunan maraqlarına toxunan həmin qərardan şikayət vermək hüququna malik olmalıdır.

73. Bununla yanaşı, təcrübədə həmçinin elə hallara rast gəlmək mümkündür ki, məhkəmələr cəlbetməni həyata keçirsələr belə, onun növünü dəqiq göstərmirlər, yəni cəlbetmənin zəruri və ya adi qaydada həyata keçirildiyi qeyri-müəyyən qalır. Yaxud, cəlbetmənin növü göstərilsə də, düzgün cəlbetmə həyata keçirilməmiş olur, yəni zəruri cəlbetmə qaydasında cəlb edilməli olan şəxs adi cəlbetmə qaydasında icraata cəlb edilir və ya əksinə. Bu kimi hallarda, müvafiq yuxarı instansiyası məhkəməsi yalnız işi icraatına qəbul etdikdən sonra öz mövqeyini lazımi qaydada əsaslandırmaqla həmin şəxsin adi, yaxud zəruri qaydada cəlb edilməli olan şəxs olduğunu müəyyən etməli və bu barədə çıxaracağı qərardadla cəlbetmədə yol verilmiş yanlışlığı düzəltməlidir.

74. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü ş əxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə həmin şəxsin şikayəti üzrə apellyasiya və ya kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

75. Hazırkı qərardadın çıxarılmasına əsas təşkil etmiş konkret iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya məhkəməsinin qərarından müstəqil qaydada kassasiya şikayəti vermək hüququnun olub-olmadığı ilə bağlı məsələyə münasibətdə isə aşağıdakılar nəzərə alınmalıdır.

76. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinət lərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur.

77. İcra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlar ının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati or qanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.”.

10. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya məxsus yarımtikili cavabdeh tərəfindən sökülmüşdür. Məhkəmələr tərəfindən çıxarılmış qərarla da kompensasiya ödəmək öhdəliyi cavabdeh kimi məhz Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Belə olan halda, hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmur. Məhkəmə qərarları ilə cavabdeh kimi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən tutulmuş kompensasiya məbləğinin ehtimal kimi son nəticədə gələcəkdə dövlət büdcəsindən həyata keçirilən ayırmalar hesabına ödəniləcəyinə dair dəlil də yuxarıda göstərilmiş hüquqi mövqelərə əsasən Maliyyə Nazirliyinin hüquqi marağına toxunma halını yaratmır.

11. Beləliklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi İPM-in 90.2-ci maddəsindən irəli gələn hazırkı məzmunda şikayət vermək hüququna malik deyil.

12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-35/2024 nömrəli qərarından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar