Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2538/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: iddia, düzgün olmayan (iddiaya cavab verməli olmayan) cavabdehə qarşı verildiyi üçün mümkün sayılmamışdır. GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızında ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasının ümumi xəstəliklərlə bağlı ikinci qrup əlillik təyin edilməsinə dair 26 iyun 2012-ci il tarixli qərarında dəyişiklik edilərək, “peşə xəstəliyi” sözü əlavə edilməklə ikinci qrup əlillik təyin edilməsi, 2012-ci ilin iyun ayından pensiyasına əlavələrin və zərərin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1256/2019 saylı, 14 may 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 06 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bund an sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasının ümumi xəstəliklərlə bağlı ikinci qrup əlillik təyin edilməsinə dair 26 iyun 2012-ci il tarixli qərarında dəyişiklik edilərək, “peşə xəstəliyi” sözü əlavə edilməklə ikinci qrup əlillik təyin edilməsi, bununla bağlı 2012-ci ilin iyun ayından pensiyasına əlavələrin və zərər ödəncinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər müxtəlif işlərdə, 1988-ci ilin yanvar ayından 1993-cü ilin sentyabr ayına kimi Şəmkir rayon Məhkəməsində əvvəlcə məhkəmənin iclas katibi, daha sonra isə dəftərxana katibi vəzifələri ndə işləmişdir. 1993-cü ilin sentyabr ayında müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunaraq, 19931994-cü illərdə Xızı rayon prokurorunun köməkçisi, 1994-1999-cu illərdə X3 prokurorun böyük köməkçisi, 1999-2007-ci illərdə Gəncə şəhər prokurorunun köməkçisi, 2007-2011-ci illərdə isə Ağstafa rayon prokurorunun köməkçisi və 2011-2012-ci illərdə həmin rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləmiş, 2012-ci ildə işdən azad olunmuşdur. 2012-ci ilin iyun ayının 26-dan TSEK-in qərarı əsasında ona ümumi xəstəliklərlə ikinci qrup əlillik dərəcəsi verilmişdir. Onun xəstəliyə tutulması işinin çox olması, gecə-gündüz gərgin işləməsi, bir neçə nəfərin yerinə işləməsi ilə əlaqədar, yəni iş prosesində olmuşdur. İddiaçı hesab edir ki, iş prosesində, peşəsi ilə bağlı xəstəliyə tutulu b əlil olduğuna görə TSEK-in qərarında dəyişiklik edilərək ona peşə xəstəliyi ilə bağlı ikinci qrup əlillik verilməli, 2012-ci ildən pensiyasına əlavələr və zərər hesablanıb ödənilməlidir. Bununla əlaqədar 05.12.2018-ci il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 24.01.2019-cu il tarixli **********1 saylı imtina məktubu göndərilmişdir. 2014-cü ildə ərizə ilə Tibbi-Sosial Ekspertiza Mərkəzinin Gəncə şöbəsinə müraciət etsə də, bu günə kimi ərizəsinə baxılmamışdır. Nəticədə onun pensiya hüququ pozulmuş, pensiyasına əlavələri və zərər ödəncini bu günə kimi ala bilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2-1(81)1531/2019 nömrəli qərardadı ilə (hakim: E.Q.Məmmədov) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia, iddiaya cavab verməli olan cavabdehə yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1256/2019 saylı, 14 may 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2-1(81)-1531/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1256/2019 saylı, 14 may 2019-cu il tarixli qərardadından iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin təkrar məhkəmə baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, cavabdeh orqan iddiaçının onun ünvanına göndərdiyi ərizəsini təmin etməli olduğu halda, ərizəsini qanunsuz olaraq 2016-cı ildə yaradılmış yeni qurum olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə göndərmiş, həmin orqan isə iddiaçının tələbinə aid olmayan imtina məktub vermiş, 1-ci instansiya məhkəməsi işə baxılmasını mümkün sayıb, məhkəmə baxışını davam etdirib mahiyyəti üzrə obyektiv qanuni qərar qəbul etmək əvəzinə, iddianı mümkün saymamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası isə apelyasiy a şikayətini təmin etməyərək, qanunsuz və əsassız olaraq cavabdehin xeyrinə qərardad çıxarmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1256/2019 saylı, 14 may 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lak in şikayət əsassızdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şər tlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müva fiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 24.01.2019-cu il tarixli **********1 saylı məktubdan görünür ki, iddiaçıya səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına uyğun olaraq, on un əlillik vəziyyəti qiymətləndirilib müvafiq qərar veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.9-cu bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X7 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1-ci bəndinə əsasən, TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. 4.17-ci bəndinə əsasən, qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERA S-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). 4.21-ci bəndinə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxslər peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün hadisə baş vermiş işəgötürənin yazılı sorğusu ilə birlikdə bədbəxt hadisənin baş verməsini təsdiq edən aktı və yaxud məhkəmənin qərarını, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi Xidmətə təqdim edirlər. İstinad olunan Əsasnamədən də göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyi yanında ayrıca inzibati orqandır və ona qarşı müstəqil tələb irəli sürülə bilər. Lakin hazırkı iş üzrə isə iddiaçı cavabdeh orqan qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətini deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmişdir. Birinci instansiya məhkəməsinin 18 mart 2019-cu il tarixli iclas protokolundan görünür ki, sədrlik edən məhkəmənin proses iştirakçılarına hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddianın düzgün cavabdehə qarşı verilmədiyini iddiaçının diqqətinə çatdırmışdır. Lakin iddiaçı həmin formal xətanın aradan qaldırılması üçün heç bir təşəbbüs göstərməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci i l tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunveric ilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia ona cavab verməli olmayan orqana qarşı qaldırıldığına görə inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından həmin qərardadın ləğv edilməsi və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1256/2019 saylı, 14 may 2019-cu il tarixli qərardadı də
Məhkəmə qərarları › İş №2-1(102)-2538/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2538/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver