Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2538/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon Hənifə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən satılmış A seriyalı 100137 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 2-1(107)-271/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLAR İ
1. Balakən rayonu Hənifə bələdiyyəsi tərəfindən 23 aprel 2007-ci il tarixli, 04 nömrəli qərarı, 24 aprel 2007-ci il tarixli 91 nömrəli sərəncamı ilə bələdiyyə mülkiyyətinə aid olan kənddaxili ərazidən alqı-satqı yolu ilə 0.12 ha torpaq sahəsi iddiaçıya satılması qərar alınmışdır.
2. İddiaçı həmin torpaq sahəsi üçün 462 manat pulu Balakən rayonu Hənifə bələdiyyəsinin hesabına ödəmiş və tərəflər arasında 28 oktyabr 2008-ci il tarixdə torpağın alqı-satqına dair akt tərtib edilmişdir.
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək alqı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi 0,12 ha torpaq sahəsinə dövlət r eyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
4. Cavabdeh 17 iyul 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, sözügedən 0,12 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin təqdim etdiyi arxiv fondunda sözügedən 0,12 ha torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair Akt” sənədi 28 oktyabr 2008-ci il tarixində qeydiyyata alınmışdır. Halbuki, mövcud olmuş qanunvericiliyin tələbinə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair alqı-satqı aktı 30 noyabr 2007-ci il tarixinədək Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilərək imza və təsdiq olunaraq qeydiyyata alınmalı idi. Bundan başqa həmin 0,12 ha torpaq sahəsinin ayrıldığı sahə ərazi idarəsinin xidməti istifadəsində olan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə mülkiyyət növü bələdiyyə, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar” kimi göstərilib. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayon Hənifə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən satılmış A seriyalı 100137 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınma sı, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən rayonu Hənifə bələdiyyəsi tərəfindən 2007-ci il tarixli, 04 nömrəli qərarı, 24 aprel 2007-ci il tarixli 91 nömrəli sərəncamı ilə bələdiyyə mülkiyyətinə aid olan kənddaxili ərazidən, alqı-satqı yolu ilə 0.12 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya satılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müvafiq rəyi alınmışdır. İddiaçı 16 may 2007-ci il tarixdə həmin torpaq sahəsinin dəyəri olan 462 manat pul vəsaitini AQS nömrəli 079044 nömrəli qəbzlə bələdiyyənin hesabına ödəmiş, həmin vaxtdan torpaq sahəsi naturada iddia çıya təhvil verilmiş, torpaq sahəsinə 1:1000 miqyasda sxematik plan və situasiya planı hazırlanmış, Şəhərin baş memarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi, bələdiyyə, Balakən GEM, Balakən rayon DYTX ilə razılaşdırılmış, həmin orqanlar tərəfindən situasiya planı öz möhürləri ilə təsdiq olunmuşdur. Bundan sonra iddiaçı ilə bələdiyyə arasında 28 oktyabr 2008-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, həmin akt tərəflərin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən imzalanmaqla, həmin orqanların möhürü ilə təsdiq olunmuş, 249 nömrə ilə DTXK-nin Balakən rayon şöbəsində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə A seriyalı 100137 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış, 283 nömrə ilə X6 kitabında uçota alınmışdır. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə imtina məktubunda vermişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Şəki İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2784/2023 nömrəli qərardadı ilə Balakən Rayonu Hənifə Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-51 6/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayon Hənifə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış A seriyalı 100137 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzi bati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İddiaçıya ayrılan və faktiki istifqadəsində olan torpaq sahəsi tikili altı torpaqla olmaqla kənd təsərrüfatına yararsız ərazidə yerləşdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilir.
11. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 2-1(107)-271/202 4 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X1 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-516/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə, Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə, “X6, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5, 6-cı maddələrinə, eləcə də “Bələdiyyə torpaqlarının idarə edilməsi haqq ında” Qanunun 7.2-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
16. Belə ki, hazırki iş üzrə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, torpaq sahəsinin məqsədli təyinatı ictimai tikililər və sair üçün nəzərdə tutulmuş sahədir. Bu kimi torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi isə qanunda nəzərdə tutulmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan to rpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcə lləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; M addə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sə rəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəx slərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə
7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələ rin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icar əsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.[7] 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. 20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Bələdiyyə torpaqlarının ida rə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya)...
2. Müəyyən edilsin ki:... 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya i nstansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçiləriin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qa nuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı “Balakən rayon Hənifə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən satılmış A seriyalı 100137 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na yönəlmişdir.
26. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud olmadığından cavabdehin imtinası əsaslı imtina kimi qəbul edilə bilməz.
27. Hazırda cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindəki dəlilər torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına istiqamətlənmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillərin heç birinin qanuna əsaslanan hüquqi mənbəyi mövcud deyil, eyni zamanda “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks edilmiş mövqe ilə ziddiyyət təşkil edir.
29. Belə ki, sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılması (satılması) və həmin torpaq sahəsinin 0,10 ha hissəsinin onun faktiki istifadəsində olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur.
30. Bundan əlavə cavabdeh “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə istinad edərək bildirir ki, iddiaçıya ayrılmış torpaq sahəsi hüquqi rejiminə görə xüsusi mülkiyyətə verilə bilməz.
31. Məhkəmə kollegiyası mübahisələndirilən bu halı qanunvericiliyə zidd hesab edi r. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
32. Lakin iddiaçıya bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi yuxarıda qeyd edilən kateqoriya torpaqlara aid olmamaqla cavabdehin özü tərəfindən verilmiş 17 noyabr 2023cü il tarixli mütəxəssis rəyinə görə yaşayış məntəqələri torpaqlarına aid torpaqdır (iş vər 67-69).
33. Odur ki, cavabdehin məhz torpağın kateqoriyasını əsas götürməklə iddia tələbinin rədd edilməsi barədə dəlili qəbul edilə bilən sayıla bilməz.
34. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi tam da əsaslı deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 noyabr 2023-cü il tarixli mütəxəssis rəyində iddiaçıya Balakən rayon Hənifə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 4 nömrəli qərarı ilə ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsinin naturada ölçüsü 0,10 ha olduğu qeyd edilmişdir.
35. Mə hkəmə kollegiyası mütəxəssis rəyini əsas götürərək bildirir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü naturada 0,10 ha olduğundan onun mülkiyyət hüququ da 0,10 ha münasibətdə tanınmalı, 0,02 ha-a müsibətdə isə iddia tələbi təmin edilməməlidir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 2-1(107)-271/2024 saylı qərarı 0,02 ha torpaq sahəsinə hüququn qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməklə, iddia həmin hissədə təmin edilməməli, 0,10 ha torpaq sahəsinə münasibətdə apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 21(107)-271/2024 saylı qərarı 0,02 ha torpaq sahəsinə hüququn qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 21(107)-271/2024 saylı qərarı 0,10 ha torpaq sahəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.