Məhkəmə qərarları › İş №2-1(102)-2539/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2539/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2539/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı (3-cü şəxs X8) iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 21.11.2023 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “2011-ci il 4 fevral tarixli, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 31 iyul tarixli, 2-1(106)-301/2023 saylı qərardadından iddiaçı tərəfindən v erilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ağcabədi şəhəri, H.Hacıyev küçəsi, ev 20 A yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, X4, X1, X7, X2 və X5 adına daşınmaz əmlakın dövlət reyestrdə 26 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Cavabdeh başçısına ünvanlanmış Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı evdə yaşayan İddiaçı xx.xx.2010-cu il tarixli ərizəsinin surətindən görünür ki, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən 16 kv.metrinin ünvan 3i X6 tikinti aparmaq üçün sərəncam verilməsinə razılıq verilmişdir.

3. Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 16 nömrəli sərəncamı ilə Ağcabədi rayon Avşar kənd sakini X3 əldə etdiyi torpaq sahəsində 4 m x 4 m=16 kv.metr ticarət mağazasının tikintisinə icazə verilmişdir.

4. Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 211 nömrəli sərəncamı ilə Ağcabədi şəhər sakini İddiaçı şəhərin H.Hacıyev küçəsində öz həyətyani torpaq sahəsində 20 m x 4 m=80 kv.metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir.

5. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-492/2022 nömrəli qətnaməsinə əsasən X3 iddiası təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 ünvanında X6 məxsus, sahəsi 16 kv.metr olan mağazadan istifadəyə yönəlmiş maneələr aradan qaldırılmış və mağazanın giriş-çıxış qapısı açılmış, mağazaya müdaxilə cavabdeh İddiaçı qadağan edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra- “iddiaçı” və ya “İddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh” və ya “Ağcabədi RİH”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2011-ci il 4 fevral tarixli, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-492/2022 saylı qətnaməsi ilə X3 (bundan sonra-“3-cü şəxs” və ya “R.Rüstəmov”) ona qarşı “mağaza sahəsinə yönəlmiş maneələrin aradan qaldırılması, mağazaya müdaxilənin İddiaçı qadağan edilməsi və mağazanın qapısının açılması” barədə iddia tələbi təmin edilmişdir. Mübahisə predmeti olan mağaza 2007-ci ildə ünvan 4 ünvanında yerləşən, ona məxsus torpaq sahəsi ndə inşa edilmişdir. Ağcabədi rayon Notariat kontorunda 7E-8823 reyestr nömrəsi ilə qeydə alınıb təsdiq olunmuş 2010-cu il 14 dekabr tarixində ona məxsus həyətyanı torpaq sahəsində R.Rüstəmova 16 kv.metr ölçüdə mağaza inşa etməsinə icazə verməyə razılıq ərizəsi əsasında Ağcabədi RİH tərəfindən 2011-ci il 4 fevral tarixli, 16 saylı sərəncam verilmişdir. Notariat kontorunda sərbəst qaydada belə bir razılıq ərizəsi yazmamış və imza etməmişdir. Ağcabədi Regional "Asan Xidmət” mərkəzində notariat ofisinin 2022-ci il 31 may tarixli, 401 saylı sorğuya cavab məktubunda onun adına "E-Notariat” avtomatlaşdırılmış informasiya sistemində 2010-cu il 14 dekabr tarixli, 7E-8823 reyestr nömrəsi ilə razılıq ərizəsi aşkar edilməmişdir. Həmin razılıq ərizəsi ona məlum olmayan şəxs tərəfindən saxta tərtib edi lmişdir. Həyətyanı torpaq sahəsində yerləşən mübahisə predmeti olan mağazanı 2007-ci ildə özü tikdirmiş və müxtəlif vaxtlarda həmin mağazaları kənar şəxslərə, o cümlədən R.Rüstəmova 2009-cu ildə hər ay 150 manat icarə haqqı ödənilməklə icarəyə vermişdir. R.Rüstəmov icarə haqqını ödəmədiyinə görə 2022-ci ilin əvvəlində onu mağazadan çıxarmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, 2016-cı il 23 yanvar tarixli çıxarışla mağazanın yerləşdiyi 0,0601 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 109,4 kv.metr olan fərdi yaşayış evinə onun və ailə üzvləri X4, X1, X7, X2 və X5 1/5 pay olmaqla ümumi birgə mülkiyyət hüquqları tanınmış və həmin ünvana yeni-20A ünvanı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq 2011-ci il 4 fevral tarix li, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Şirvan İnzibati Məhkəməsinin 2022-ci il 21 sentyabr tarixli qərardadı ilə X8 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.

9. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia müddətinin tətbiq edilməsini və işin mümkünsüz hesab edilməsini xahiş etmişdir.

10. Şirvan İnzibati Məhkəməsinin 2023-cü il 2 iyun tarixli, 2-1(120)-638/2023 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) 4 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia mümkün sayılmamışdır.

11. Məhkəmə hesab etmişdir ki, Mübahisə predmet olan sərəncam 2011-ci il 4 fevral tarixində qəbul olunmu şdur, lakin hazırkı iddiaçı bu sərəncamı 2022-ci ilin iyul ayında (məhkəməyə daxil oldğu vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan müvafiq olaraq 11 il 5 ay sonra mübahisələndirmişdir.

12. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, sərəncamla bağlı tikinti işlərinin aparılması həmin ərazidə yaşayan hazırkı iddiaçıya elə o dövrdə də (2011-ci ildə) məlum idi. Belə ki, cavabdeh və üçüncü şəxs tərəfindən notarial təsdiqi olan xx.xx.2010-cu il tarixli ərizə məhkəməyə təqdim edilmişdir ki, qeyd edilən ərizə də İddiaçı tərəfindən Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən 16 kv.metrinin ünvan 3i R.Rüstəmova tikinti aparmaq üçün sərəncam verilməsinə razılıq verilmişdir. Həmin ərizənin saxta və ya əsassız olduğ unu təsdiqləyən tutarlı dəlil və sübut məhkəməyə təqdim edilməmişdir. Hətta iddiaçı müvafiq tikililərlə əlaqədar mülki məhkəmə icraatında baxılan ayrıca işdə proses iştirakçısı kimi çıxış etmişdir. İddiaçı tərəfindən sərəncamdan məlumatsız olmasını təsdiqləyən tutarlı dəlil və sübut gətirilmədiyindən, iddia sərəncamlara münasibətdə iddia müddəti ötürülməklə qaldırılmışdır.

13. Qeyd olunanlarla bağlı iddiaçıya 17 noyabr 2022-ci il tarixli, 2-1(120)-1964/2022 nömrəli və xx.xx.2023-cü il tarixli, 2-1(120)-638/2023 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. 1

4. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Vəli Abdullayev /sədrlik edən və məruzəçi/, Zaur Allahyarov və Müşfiq Həsənov) 2023-cü il 31 iyul tarixli, 2-1(106)301/2023 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi İnzibati İcraat haqqında Qanunun 1.1, 2.0.2, 62.1, 64.1, İnzibati Prosessual Məcəlləni n 1.1, 2.2.1, 32.1, 35.1, 38.1, 81.3, 82-ci bəndlərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarının 2.3, 9, 16.6-cı bəndlərinə əsaslanaraq qərar qəbul etmişdir.

17. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkünlüyü barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil edir. Apellyasiya məhkəməsi qərardadı qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, Mülki Prosessual Məcəllənin 384.0.5-ci, İnzibati Prosessual Məcəllənin 35.1-c i maddələrinin tələbini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati İcraata haqqında Azərbaycan Respublikası Qanunu: “Maddə

62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir....” “Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə min ir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır....”

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi a) 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. “Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhd əliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər....” b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarın dan verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci mad dəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.... 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll ed ə bilər.

23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəm ə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələ lərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab ol unur.

29. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İş materiallarından görünür ki, iddiaçı Ağcabədi RİH-nin 4 fevral 2011-ci il tarixli 16 saylı sərəncamının ləğv edilməsi üçün məhkəməyə müraciət etmiş, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini əsas gətirərək iddianı mümkün saymamışdır.

31. İddianın müddətinin buraxılması ilə bağlı iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özü tərəfindən bildirmişdir ki, Cavabdeh sərəncamının mövcudluğu barədə ona Ağcabədi rayon Məhkəməsində R.Rüstəmovun ona qarşı qaldırdığı “mağazadan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, mağazaya müdaxilənin cavabdehə qadağan edil məsi və mağazanın qapısının açılması” tələbinə dair mülki iş üzrə çıxarılan qətnamədə məlum olub.Qeyd olunmalıdır ki, qətnamə xx.xx.2022-ci il tarixində qəbul olunub və iddiaçı həmin məhkəmə icrasının iştirakçısı olmuşdur.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni Ağcabədi RİH başçısının 4 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamından məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.Hazırkı qərarın 21-ci bəndində qeyd olunan normanın tələbləri baxımından iddiaçı iddia müddətini ötü rmüşdür.

33. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respu blikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əmə l olunmalıdır.

35. Hazırkı iddia tələbi “mübahisələndirmə haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddia müddətinə riayət edilib-edilməməsidir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə hazırkı qərarın 21-a bəndində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 31 iyul tarixli, 2-1(106)301/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar