Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2539/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: faktiki istifadə olunan torpaq sahəsinə plan və ölçünün verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,04 ha kənd t əsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilə bağlı səhvin aradan qaldırılaraq, torpaq sahəsinin müqavilə əsasında aldığı və “bölgü planında” qeyd olunan yerləşmə vəziyyətinə uyğun sənəd yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-192/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bölgü planı əsasında X1 0,04 ha torpaq sahəsin i almış, RX seriyalı ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa və AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır.
2. İddiaçı Zaqatala rayonu, Kebeloba kəndində yerləşən mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilə bağlı səhvin aradan qaldırılaraq, torpaq sahəsinin müqavilə əsasında aldığı və “bölgü planında” qeyd olunan yerləşmə vəziyyətinə uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdeh 24 fevral 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək b ildirmişdir ki, Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayonu, 1 saylı DNK-nun xx.xx.2013-cü il tarixli, 4-Ə-23 saylı alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi və tərəflər arasında imzalanmış bölgü sxemi əsasında əldə edilmişdir. xx.xx.2013-cü il tarixli, ********** saylı ərizə əsasında notarial qaydada əldə edilmiş 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları **********55 saylı reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmiş və tərəflərin razılığı ilə tərtib edilmiş bölgü sxeminə uyğun olaraq AA 006851 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Zaqatala Rayon Məhkəməsinin icraatında olan mübahisələndirilən torpaq sahəsinin naturada və ç ıxarışa əsasən yerləşmə vəziyyətini əks etdirən sxemin tərtib edilməsi ilə əlaqədar sorğu zamanı ərazidə aparılan çöl-ölçmə işləri nəticəsində məlum olmuşdur ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin konfiqurasiyası, sənəd üzrə olan torpaq sahəsinin konfiqurasiyasından fərqlidir. Həmçinin sənəd üzrə torpaq sahəsinin sahəsi 0.04 ha olmasına baxmayaraq faktiki olaraq istifadəsində 0.0325 ha torpaq sahəsi vardır. Odur ki, torpaq sahəsinin sənəd üzrə ölçülərinə uyğun olaraq yerində göstərilməsi ilə əlaqədar ərazi idarəsinə müraciət edildiyi təqdirdə məsələnin həllinə qanunamüvafiq qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi dməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilə bağlı səhvin aradan qaldırılaraq, torpaq sahəsinin müqavilə əsasında aldığı və “bölgü planında” qeyd olunan yerləşmə vəziyyətinə uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini on unla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız olmaqla onun hüquqlarını pozmuşdur. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən məlum olur ki, üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”) dair tərtib edilmiş AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları (döngə nöqtələri) düzgün qeyd edilməmişdir. Bu halın aradan qaldırılması üçün cavabdehə müraciət edilsə də müraci ət əsassız olaraq təmin edilməmişdir.
6. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(116)-1394/2023 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-121/2024 saylı, 16 yanvar 2024-cü il qərarı ilə (hakim X4) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılması zamanı iddiaçın mülkiyyətinə verilən torpaq sahəsi ilə ilkin alqı-satqı müqaviləsi və bölgü planında qeyd olunan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olmadığı müəyyən edilmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi xx.xx.2012ci il tarixli “bölgü planı” ilə üst-üstə düşür. Bölgü planında göstərilən cizgilərlə texniki sənəd əsasında miqyas fərqi olmuşdur. Həmçinin, göstərilən ölçülərlə planda yazılan məsafələr texniki səhv olaraq başqa ölçülər yazıldığından miqyasda göstərilən ölçülərlə eynilik təşkil etmir. Araşdırma zamanı iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsindən tam həcmdə istifadə etmədiyi, üzərində qeyd alınmış mülkiyyət hüququ olsa da torpaq sahəsinin bir hissəsindən digər şəxslər tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Həmçinin, torpaq sahəsinin 48 kv.m hissəsi isə gediş-gəliş yolu kimi naturada istifadə edilən əraziyə düşür. Göründüyü kimi iddiaçının nail olmaq istədiyi hüquqi nəticəni mülki məhkəmə qaydasında mübahisələndirməlidir.
10. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğ v edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-192/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər X2 /məruzəçi/, X6 və X8) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2236/2023 saylı, 07 dekabr 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində apelyasiya instans iyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, mübahisəli torpaq sahəsinin alqısatqısı zamanı tərtib edilmiş “bölgü planı”ndan da aydın göründüyü kimi iddiaçıya satılmış torpaq sahəsi ümumi istifadədə olan yola düşmür və aldığı şəxsin torpaq sahəsi ilə paralel davam edir. Sxemdən və plan ölçü sənədindən aydın görünür ki, iddiaçıya məxsus torpaq sahəsində sonra ümumi istifadədə olan yol vardır. Mütəxəssis rəyinə əlavə olunmuş sxemdə iddiaçıya məxsus torpaq sahəsinin həmin torpaq sahəsini aldığı şəxsə məxsus torpaq sahəsindən kənara çıxaraq yola düşdüyü görünür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
7. Daşınmaz əmlakın texniki göstər iciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqq ında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-). Maddə
16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
17. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (-).
18. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (-); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-). 19. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texni ki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 20. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsi 3.0.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, koll ektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirak çılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin ve rilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikay əti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə faktiki istifadədə olan torpaq sahəsinə görə plan və ölçü sənədinin verilməsi ilə bağlı apellyasiya məhkəməsi iddiaçının dəlillərini və işin hallarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
29. İddiaçı mülkiyyətində Zaqatala rayonu, Kebeloba kəndində 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sah əsi vardır, həmin torpaq sahəsinə dair AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İddiaçı adına tərtib edilmiş plan və ölçü sənədində torpaq sahəsinin koordinatları ilə bağlı səhvin aradan qaldırılaraq, torpaq sahəsinin müqavilə əsasında aldığı və “bölgü planında” qeyd olunan yerləşmə vəziyyətinə uyğun sənəd yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. İşin araşdırılması zamanı iddiaçının mülkiyyətinə verilən torpaq sahəsi ilə ilkin alqı-satqı müqaviləsi və bölgü planında qeyd olunan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olmadığı müəyyən edilmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi xx.xx.2012-ci il tarixli “bölgü planı” ilə üst-üstə düşür. Bölgü planında göstərilən cizgilərlə texniki sənəd əsasında miqyas fərqi olmuşdur. Həmçinin, göstərilən ölçülərlə planda yazılan məsafələr texniki səhv olaraq başqa ölçülər yazıldığından miqyasda göstərilən ölçülərlə eynilik təşkil etmir.
31. Araşdırma zamanı iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsindən tam həcmdə istifadə etmədiyi, üzərində qeydə alınmış mülkiyyət hüququ olsa da, torpaq sahəsinin bir hissəsindən digər şəxslər tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Həmçinin, torpaq sahəsinin 48 kv.m hissəsi isə gediş-gəliş yolu kimi naturada istifadə edilən əraziyə düşür.
32. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək cavabdehin vəzifəsidir.
33. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmış torpaq sahəsinə dair plan və ölçü tərtib etmişdir. Araşdırma zamanı iddiaçının qanunla ona ayrılmış koordinatlar daxilində olan torpaq sahəsindən deyil, nisbətən həmin koordinatlardan kənarda yerləşən torpaq sahəsindən istifadə edir və faktiki istifadəsində olan torpaq sahəsinə plan və ölü sənədinin verilməsini xahiş edir. 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 35. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. 36. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
37. Qüv vədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtid arında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
38. İddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu qeyd, habelə qeyd əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətlərində bu qərarın “Tətbiq edilən hüquq” bölməsində sadalanan hüquq normalarının tələblərinin pozuntusu baş verməmişdir.
40. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti t əmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(107)-254/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.