Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-254/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2023-cü il tarixli, 2-1(104)-160/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, 1971-2002-ci illərdə ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və hər bi biletə əsasən onun sığorta stajı qanunla nəzərdə tutulandan az 14 il 10 ay təşkil edir. Həmçinin qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1971-2002-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsin xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun hazırda 67 yaşı var və o, 19711998-ci illərdə Şəmkir rayonu, Keçili kəndində sabiq “Sosializm” kolxozunda, 1998-2002ci illərdə isə Gəncə 32 saylı Tikinti TRES-də fəhlə işləmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən əmək haqqı cədvəlinin və 1998-2002-ci illərdə Gəncə Tikinti TRES-də işləməsi ilə bağlı sənədlərin arxivə təhvil verilməməsini əsas gətirirək həmin illərin sığorta stajında daxil edilməsi və yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir.
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, k-1-537 saylı və xx.xx.2021-ci il tarixli, k-1-300 saylı arxiv arayışının surətinə əsasən 1971-1974-cü illər və 1977-1984-cü illər üzrə keçmiş “Sosializm” adına kolxozda işlədiyi dövr 10 il təşkil etməklə əmək günləri qe yd edilmədiyindən, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək keçmiş “Sosializm” adına kolxozda işlədiyi dövr 13 il, 3 ay, 2 gün təşkil etməklə əmək haqqı cədvəlləri təqdim edilmədiyindən, həmçinin xx.xx.2020-ci il tarixli k-1-37 nömrəli X3 arayışının surətinə əsasən 1998-2002-ci illər üzrə 28 nömrəli Təmir Tikinti idarəsində işlədiyi dövr 4 il təşkil etməklə məlumatlar arxivdə saxlanılmadığı qeyd edilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Hüseynov) 2 noyabr 2022-ci il tarixli, 21(114)-1623/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1971-1974 və 1977-ci ildən 1984-cü ilin iyul ayınadək “Sosializm” adına kolxozda işlədiyi illərin, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Sosializm” adına sovxozda işlədiyi illərin və xx.xx.1998ci ildən xx.xx.2002- ci il tarixədək 3 №-li T.Q.Trestinin 32 №-li tikinti idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1971- 1974 və 19771984-cü illər üzrə kolxozda işlədiyi müddət üzrə adam günü normalarının müəyyən edilməməsi iddiaçının sosial sığorta stajının hesablanmasında məhdudiyyət yaratmasına baxmayaraq, bu hal onun sosial təminat hüququnun məhdudlaşdırlıması ilə nəticələnə bilməz. Belə ki, həmin müddət üzrə iddiaçının işləməsi adam günü normasının qeyd edilməməsinə baxmayaraq, arxiv arayışı və əmək kitabçası ilə öz təsdiqini tapır. Bundan əlavə cavabdeh etirazında xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək keçmiş “Sosializm” adına kolxozda işlədiyi və 1998- 2002-ci illər üzrə 28 nömrəli Təmir Tikinti idarəsində işlədiyi dövrlər üzrə müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsini qeyd edərək, həmin müddəti sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi də iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və arxiv məlumatlarından, həmçinin əmək kitabçasında olan məlumatlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Məhkəmə iddiaçının «Sosializm» sovxozundakı işindən azad edilməsi ilə bağlı 1 №-li əmrin tarixi ilə b ağlı qeyd edilmiş iki fərqli vaxtla bağlı, yəni xx.xx.1997-ci il və xx.xx.1997-ci il tarixləri ilə bağlı qeyd edir ki, sözügedən əmrdə iki fərqli tarixlər yazılsa da əmrin məzmunundan və birinci cümləsindən görünür ki, əmrin verilməsi ilə bağlı yığıncaq xx.xx.1997-ci il tarixdə keçirilmişdir. Deməli iddiaçının sovxozdakı iş fəaliyyətinin son tarixi xx.xx.1997-ci ildir. Həmçinin cavabdeh tərəfindən mübahisələndirilməyən sosial sığorta stajı kimi iddiaçının hərbi xidmətdə olduğu 1 il 11 ay 29 gün hesablanmışdır. Beləliklə, iddiaçının 1971-1974 və 1977-ci ildən 1984-cü ilin iyul ayınadək kolxozda işlədiyi müddət, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət müddəti, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək sovxozda işlədiyi müddət, xx.xx.1998-ci ildən xx.xx.20 02-ci il tarixədək 3 №-li T.Q.Trestinin 32 №-li tikinti idarəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və yeni qərar qəbul edilməklə, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2023-cü il tarixli, 2-1(104)-160/2023 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov – sədrlik edən və məruzəçi, R.Muradov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətin in dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialından daxil olmuş X2 və X1 pensiya ödənişinə dair sənədlərdən də müəyyən edilir ki, adları qeyd olunan şəxslər də İddiaçı işlədiyi dövrdə həmin müəssisədə onunla bir yerdə işləmişlər və hazırda yaşa görə pensiya alırlar. Həmçinin qeyd edilmişdir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz.
12. Mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməs i “İnzibati icraat haqqında” Qanunun 10.1, 10.2, 10.3, 12.1-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 7, 21.1, 23.2-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 və 3-cü bəndlərinə istinad etmişdir.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və yeni qərar qəbul edlməklə, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətini imtina məktubuna və iddiaya qarşı etiraza uyğun olaraq tərtib etmiş, əlavə ol araq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının işdən çıxma əmrində iki qeydin olmasına dair apellyasiya şikayətinin dəlilini təkzib edə bilməmiş, sadəcə olaraq isə baxan kollegiya sözügedən tarixlərdən birini əsas götürərək iddiaçının həmin tarixdə işdən azad olduğunu qeyd etmişdir. Halbuki, apellyasiya məhkəməsinin həmin tarixi işdən azad olma tarixi kimi qəbul etməsinə heç bir əsas olmamışdır. Kassator öz mövqeyini əsaslandırmaq üçün “SSRl-də vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 7, 22-1.1-ci maddələrinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosi al sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Ə sasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilm əklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkl ifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vas itəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
22. Azərbaycan Respublikası Ali M əhkəməsinin İnzibati Kollegiyasının 21(102)1735/23, 2-1(102)2760/23, 2-1(102)1897/23, 2-1(102)558/23, 2-1(102)582/23, 21(102)919/23, 2-1(102)1960/22 nömrəli qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman pro sessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhk əməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyanın təyin edilməsi ilə bağlıdır.
29. Kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təs diq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.
30. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı qərarın 18-19-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikas ı Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Məhkəmə kollegiyası mübahisəyə dair işin faktiki hallarından və tətbiq edilməli olan normaların təfsirindən, eləcə də müəyyən olunmuş halların həmin normalara əsasən qiymətləndirilməsindən çıxış edərək hesab edir ki, əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri iş stajı kimi nəzərə alınmalı və iddiaçının sosial sığorta stajına hesablanmalıdır.
31. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin ar xivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü- özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cava bdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır (bax: Ali Məhkəmənin 21(102)1735/23, 2-1(102)2760/23, 2-1(102)1897/23, 2-1(102)558/23, 2-1(102)582/23, 21(102)919/23, 2-1(102)1960/22 nömrəli qərarları).
32. Belə olan halda, iddiaçıya məxsus sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd edilən hal onun ziyanına şərh edilə bilməz.
33. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 16-20aci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğu ndan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2023-cü il tarixli, 2-1(104)-160/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.