Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-254/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı nəticəsində ödənilmiş məbləğin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xid mətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “hərraca görə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2-1(104)572/2024 saylı qərarından cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Samux rayonu, İnstitut qəsəbəsində yerləşən laboratoriya korpusunun yarımçıq tikilisinə dair keçirilmiş hərracın qalibi xx.xx.2007-ci il tarixli, 01 nömrəli hərrac protokoluna əsasən İddiaçı olmuşdur. 2. xx.xx.2007-ci il tarixli, 1533 nömrəli müəssisənin alğı-satqı müqaviləsi ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 6 saylı ərazi şöbəsi – Samux rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə keçirilən auksionda 01 nömrəli protokola əsasən laboratoriya korpusunun yarımçıq tikilisini İddiaçı 8517.00 manata satın almışdır.
3. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli şəhadətnaməsindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən laboratoriya korpusunun yarımçıq tikilisinin satın alınması üçün İddiaçı tərəfindən dövlət büdcəsinə 8517 manat məbləğində pul vəsaiti ödənilmişdir. 4. xx.xx.2008-ci il tarixli, 333 nömrəli özəlləşdirilən müəssissə və obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən laboratoriya korpusunun yarımçıq tikilisinin yerləşdiyi torpaq sahəsi əvəzi ödənilməklə İddiaçı müddətli istifadəsinə verilmişdir. 5. xx.xx.2008-ci il tarixli, 1377 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısına dair müqaviləsinə əsasən Samux rayonu, İnstitut qəsəbəsində yerləşən laboratoriya korpusunun yarımçıq tikilisi alıcı İddiaçı satılmışdır.
6. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2008-ci il tarixli şəhadətnaməsi ilə müəyyən edilir ki, Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən laboratoriya korpusunun yarımçıq tikilisinin yerləşdiyi 13435.6 kv.m torpaq sahəsinin satın alınması üçün İddiaçı tərəfindən dövlət büdcəsinə 1067 manat məbləğində pul vəsaiti ödənilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(104)-21/2012 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının direktoru tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Samux Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının cavabdehlər İddiaçı, AR ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinə və AR ƏMDK-nə qarşı Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansında olan tikintisi yarımçıq olan laboratoriya korpusunun 1.34 ha torpaq sahəsinin geri qaytarılması və İddiaçı verilmiş xx.xx.2007-ci il tarixli, 002887 saylı, xx.xx.2008-ci il tarixli 001290 saylı şəhadətnamələr in etibarsız hesab edilməsi tələbinə dair iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2007-ci il tarixli, 002887 saylı ”Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamə və xx.xx.2008-ci il tarixli 001290 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansında olan yarımçıq tikinti olan laboratoriya korpusu və 1.64 ha torpaq sahəsinin Azərbaycan X2ytarılması qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(102)1733/2012 saylı qər arı ilə kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(104)-21/2012 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən laboratoriya korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün tərəfindən dövlət büdcəsinə ümumilikdə ödənilmiş 9584 manat məbləğində pulun, 25 faizi, yəni, 2396 manat hissəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 faizi, yəni, 7188 manat hissəsi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınıb ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli şəhadətnaməsindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən laboratoriya korpusunun yarımçıq tikilisinin satın alınması üçün tərəfindən dövlət büdcəsinə 8517 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bununla yanaşı, bu əmlakın alınması üçün tərəfindən əlavə olaraq həmin hesaba 1067 manat məbləğində də pul vəsaiti ödənilmişdir. Lakin, Azərbaycan X1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansındakı yarımçıq tikinti olan laboratoriya korpusunun və 1,34 ha torpaq sahəsinin geri qaytarılması, alqı-satqı şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Samux Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-21/2012 saylı, 19 yanvar 2012-ci il tarixli qətnaməsi ilə, Samux Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş, Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının iddia tələbi təmin edilmiş, iddiaçı Azərbaycan Dövlə t Maşın Sınaq Stansiyasının cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansında olan tikintisi yarımçıq olan laboratoriya korpusunun, 1,34 ha torpaq sahəsinin geri qaytarılması və Nəzərov Cəfər oğluna verilmiş 26 dekabr 2007-ci il tarixli, 002887 saylı, 29 may 2008-ci il tarixli, 001290 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzə Dövlət Komitəsi tərəfindən İddiaçı verilmiş 26 dekabr 2007-ci il tarixli, 002887 saylı “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmas ına dair” şəhadətnamə və 29 may 2008-ci il tarixli, 001290 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansındakı yarımçıq tikinti olan laboratoriya korpusu və 1,34 ha torpaq sahəsi Azərbaycan X3ytarılması qət edilmişdir. Bundan sonra da, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-21/2012 saylı, 19 yanvar 2012-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında Samux rayon icra qrupunun 11 yanvar 2013-cü il tarixli təqdimatı əsasında, Samux Rayon Məhkəməsinin 8(58)-02/2013 saylı, 28 yanvar 2013-cü il tarixli qərardadı ilə həmin işin icraatına xitam verilmişdir. Bununla əlaq ədar olaraq, ayrı-ayrı orqanlara və qurumlara, yuxarı instansiya məhkəmələrinə də olan müraciətləri heç bir nəticə vermədikdən sonra, həmin əmlakın alınması üçün tərəfindən ödənilən pulun geri qaytarılmasını və sonuncu dəfə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2022-ci il tarixdə müraciət edərək xahiş etsə də, Əmlak Məsələləri Dövlət Xidməti müraciətin təmin edilməsindən imtina etmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən laboratoriya korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün onunla AR ƏMDK arasında alğı-satqı müqaviləsi imzalanmışdır. Lakin sonradan alğı-satqı müqaviləsinin etibarsız he sab edilməsi ilə bağlı olaraq, İddiaçı hüquqlarının pozulduğunu iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığını tənzimləyən 337.5-ci maddəsində göstərilmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə geri qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu hüquq münasibətlərində tərəflər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Bu baxımdan iddia ərizəsi Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Resp ublikasının Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyinə görə iddia tələbi Maliyyə Nazirliyinə yönəldilə bilməz.
12. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Qanunvericilikdən göründüyü kimi, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pul vəsaiti dövlət büdcəsinə köçürülür və Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik qurum deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 9584 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya qaytarıla bilər. Bundan əlavə iddiaçı iddia tələbi üzrə iddia müddətlərini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində qeyd olunur ki, ümumi iddia müddəti 10 il müəyyən edilmişdir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağ lı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən laboratoriya korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsi tarixindən 10 ildən çox vaxt keçdiyindən, iddiaçı müvafiq tələbin irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Qeyd edilənlərin nəzərə alaraq, həmçinin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi xahiş edilmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2- 1(114)-1433/2024 saylı qərarı ilə (hakim X13) iddianın təmin edilməsi, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən laboratoriya korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsininin özəlləşdirilməsi üçün ödənilən 9584 manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməsi qərara alınmışdır.
14. Məhkəmə hesab etmişdir ki, qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərəfindən satın alınmış və ümumilikdə 9584 manat haqq ödənilməklə alğı-satqısı həyata keçirilmişdir. Daha sonra qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında hərrac protokolu, alğı-sa tqı müqaviləsi və reyestrdən çıxarış etibarsız sayılmışdır. İddiаçı özəlləşdirilmiş əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüş, hərrac protokolu ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır.
15. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-572/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərardadı ilə (hakimlər X12 /məruzəçi/, X5 və X6) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İn zibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2- 1(114)-1433/2024 saylı qərarı Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən laboratoriya korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsininin özəlləşdirilməsi üçün ödənilən 9584 manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsinin dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə mümkün sayılmamışdır.
17. Məhkəmə qeyd etmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 8-ci bəndində əsasən, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və sta tistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Digər tərəfdən, əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilə iddiaçı ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmışdır. Qanunvericilikdə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaiti ilə bağlı tənzimləmələrin həyata keçirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Belə olan halda Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olmadığından, ona qarşı hazırkı tələbin irəli sürülməsi də qanunvericiliyə ziddir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşı tələb hissəsində iddia mümkün sayılmamalıdır.
18. Gəncə Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-572/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər X12 /məruzəçi/, X5 və X6) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(114)-1433/2024 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq, iddia tələbi qismən təmin edilmiş, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən Laboratoriya Korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün ödənilən 9584 manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qeyri-yaşayış sahəsi özəlləşdirilməsinə dair hərrac keçi rilmiş, iddiaçı hərracın qalibi olmuş və hərracın nəticəsinə dair protokol, daha sonra alğı-satqı müqaviləsi bağlanaraq qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən satın alınmış, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamələr verilmişdir. Daha sonra qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında şəhadətnamələrin etibarsız hesab edilməsi, torpaq sahəsinin geri qaytarılması qət edilmişdir. İddiаçı alğı-satqı müqaviləsinə əsasən özəlləşdirilmiş əmlaka görə 9584 manat pul vəsaitini bilavasitə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürmüşdür. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəs inin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamələr ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona geri qaytarılmalıdır.
20. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-572/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini, İddiaçı tərəfindən ödənilmiş 9584 manat pul vəsaitinin 25%-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən, 75%-nin isə Maliyyə Nazirliyindən tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i
21. Kassasiya şikayətində “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 11.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13.2-ci bəndinə, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”na istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz olduğu qeyd edilir.
22. Bildirilir ki, Gəncə Apellyasiya Məhkəməsi qeyd olunan nəticəyə gələrkən formal olaraq işin hallarının sadalanması ilə kifayətlənmiş, tələb olunan vəsaitin hansı səb əbdən bütövlükdə Əmlak Məsələləri Dövlət Xidmətindən tutulmasını əsaslandırmamışdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması” qaydalarının ikinci bəndinin ikinci abzasına əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Qeyd olunan qaydaların səkkizinci bəndinə əsasən bu qaydaların 9-cu hissəsi nəzərə alınmaqla, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaiti nin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Qaydaların doqquzuncu bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin, o cümlədən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbay can Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Dövlət Xidmətinin hesabına bu vəsaitin 25 faizi həcmində ayırmalar nəzərdə tutulur. Qeyd olunan analoji müddəalar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13.2-ci bəndində də təkrarlanır.
23. Göründüyü kimi, qanunvericilikdə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə daxil olan 100 % vəsaitdən yalnız 25 % həcmində Əmlak Məsələləri Dövlət Xidməti üçün ayırmalar nəzərdə tutulur. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən daxi l olan vəsaitdən yalnız 25 % həcmində Əmlak Məsələləri Dövlət Xidməti üçün ayırmalar nəzərdə tutulduğu halda, Gəncə Apellyasiya Məhkəməsinin özəlləşdirilmiş əmlaka görə ödənilmiş 9584 manat pul vəsaitinin tam həcmdə Xidmətdən tutması barədə qəbul etdiyi qərar tamamilə əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.... 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı n əticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 26. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağı dakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; Maddə
8. Dövlət əmlakının satıcısı 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Maddə
11. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin istifadə olunması 11.1. Dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. 27. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli Fərmanı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəy ə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1...
2. Müəyyən edilsin ki: 2.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun... 2.4. həmin Qanunun 8.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
28. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları”: Bənd
1. Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Resp ublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Bənd
2. Özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.... Bənd
4. Ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür.... Bənd
8. Dövlət əmlakının özəlləşdirilməsi nətic əsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həm çinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (h əcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
30. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq mü nasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hall arının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü yeganə dəlil ondan ibarətdir ki, dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən yalnız 25% həcmində Əmlak Məsələləri Dövlət Xidməti üçün ayırmalar nəzərdə tutulduğundan 9584 manat pul vəsaitinin bütünlüklə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qaytarılması qanuni sayıla bilməz.
36. Məhkəmə kollegiyası cavabdehin arqumenti ilə razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. 37. “Dövlət əmlakının özəlləş dirilməsi haqqında” Qanunun tələbinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Müvafiq icra hakimiyyəti orqanın səlahiyyətlərini "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli Fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
38. Hazırki iş materialları ilə müəyyən edilir ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən laboratoriya korpusunun yarımçıq tikilisi və tikilinin yerləşdiyi torpaq sahəsinin İddiaçı satılması zamanı bağlanmış alqı-satqı müqaviləsində alıcı qismində iddiaçı, satıcı qismində isə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti çıxış etmişdir (iş vər 56-57, 64-65).
39. Müqavilə tərəfləri müqaviləyə bağlı olmaqla onun şərtlərinə uyğun darvanmalıdırlar. Alqı satqı müqaviləsində satıcı razılaşdırılmış parametrlərə uyğun (lazımi keyfiyyətdə, üçüncü şəxslərin hüquqlarından azad əşya) əşyanı (əmlak) verməyi, alıcı isə bunun müqabilində razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürür. Bu və ya digər səbəbdən müqavilə öhdəlikləri icra edilmədikdə, şərtlərə riayət etməyən tərəf dəymiş zərəri ödəməyə borcludur.
40. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə nəticəsində iddiaçıya verilmiş xx.xx.2007-ci il tarixli, 002887 saylı və xx.xx.2008ci il tarixli 001 290 saylı şəhadətnamələr məhkəmə qaydasında etibarsız hesab edilmiş, Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansında olan yarımçıq tikinti olan laboratoriya korpusu və 1.64 ha torpaq sahəsi iddiaçıdan geri alınmışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, şəhadətnamələrin verilmə əsası bağlanmış alqı satqı müqavilələri olduğundan, həmin şəhadətnamələr məhkəmə qaydasında etibarsız sayıldığından bu şədatnamələrin verilmə əsas olan alqı satqı müqavilələri də etibarsızdır.
42. İddiaçının müqavilə öhdəliklərinə riayət etməməsi ilə bağlı hər hansı sübut mövcud deyildir. Əksinə iş materialları ilə iddiaçının yarımçıq tikiliyə və onun torpaq sahəsinə görə haqq ödənildiyi müəyyən edilir (heç cavabdeh özü də bunu mübahisələndirmir).
43. Yuxarıda şərh edilən məsələlər onu deməyə əsas verir k i, alqı satqı müqaviləsinin etibarsız sayılma əsası cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin hərəkətlərindən qaynaqlanmışdır.
44. Mülki qanunvericiliyin tələbinə əsasən müqavilə də əqddir və əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
45. Beləliklə, alqı-satqı müqaviləsi (əqd) etibarsız hesab edildiyindən iddiaçı əmlakı qaytardığı kimi, cavabdeh (satıcı) Əmlak Məsələləri Dövlət Xidməti də müqavilə tərəfi qismində həmin əmlaka görə ödənilmiş ödənişi geri qaytarmalıdır.
46. Be lə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin nəticəsi qanunidir və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir.
47. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2-1(104)-572/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.