Məhkəmə qərarları › İş №2-1(102)-2540/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2540/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2540/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün onun ümumi iş stajı hesablanarkən təhsil aldığı müddətin nəzərə alınmaması iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlməyə səbəb olmuşdur). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı müvafiq illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-69/2019 nömrəli, 20 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 13 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1960-cı ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, sonuncu 06.03.2017-ci il tarixli, 15/977 nömrəli məktubla bildirmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan 25 il ümumi əmək stajı olmadığından və “BUE Caspian” LTD müəssisəsində əmək fəaliyyəti haqqında heç bir məlumat qeyd edilmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Bundan sonra iddiaçı i şlədiyi 2000-2009-cu illərin sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. O, 1982-ci ildən 2000-ci ilədək X1 Donanmasında işləmiş, 3 oktyabr 2000-ci il tarixdən 22 sentyabr 2009-cu il tarixədək “BUE Caspian LTD” şirkətinin Nerçə, Yeranqa, İslayom gəmilərində kapitan vəzifəsində çalışmışdır. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstər icilərin Siyahısı”nın 21-ci bölməsində, 21.2-ci bəndin “b” yarımbəndində nəzərdə tutulmuşdur. Güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı o, hazırkı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin olumasəndan imtina etmişdir. Hesab edir ki, həmin imtina əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 1 yanvar 2006-cı ıl tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 9.1-cı maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrind ə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların - kişilər 60 yaşına çatdıqda, azı 25 ıl sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya 1 yanvar 2006-cı ıl tarixdən 22 sentyabr 2009-cu il tarixədək "BUE caspian LTD” müəssisəsində işlədiyi dövrdə əmək haqqından sığorta stajı və sosial sığorta ayırmalarının ödənilməsi üzrə 4 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 1.030 manat pensiya kapitalı müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmaması xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3171/2018 saylı, 28 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilərək iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ümumi və xüsusi stajı topladığından cavabdehin imtinası qanuna zidd olmuşdur. Ona görə də bu hal iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelya siya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-69/2019 nömrəli iş üzrə 20 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: İ.B.Əhmədov, hakimlər: S.S.Seyidova və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3171/2018 saylı, 28 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddianın təmin edilməsi üçün qanuna uyğun əsaslar mövcud deyildir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddiaçı 24 il 02 ay 29 gün ümumi iş stajına malikdir və o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün zəruri olan 25 il ümumi sığorta stajını toplamamışdır. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator hesab edir ki, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan hallar düzgün müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, məhkəmənin qərarda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur və hazırda 59 yaşı var. La kin “ Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən 9.1-ci maddəsinə 10.03.2017-ci il tarixdə dəyişiklik edilmiş və bu dəyişiklik 01.07.2017-ci il tarixdən qüvvəyə minməklə hazırda qüvvədədir. Həmin dəyişiklik edilməzdən əvvəl maddənin məzmununda qeyd edilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin əvvəlki məz mununda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti olmamışdır. 02.01.2017-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuş və bundan 2 ay 8 gün sonra qanuna dəyişiklik edilmişdir. Göründüyü kimi, 02.01.2017-ci il tarixində iddiaçı artıq pensiya yaşına çatmışdır. Belə olan halda, iddiaçının pensiya hüququ həmin vaxt, yəni dəyişiklikdən qabaq qüvvədə olan qanunun normasına əsasən təmin edilməlidir. Həmin vaxt pensiya yaşına çatmış iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan yararlana bilməsi üçün iki şərtin ödənilməsi tələb olunurdu: azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya alması üçün Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan işlərdə işləməsi. İddiaçının sonuncu şərtə cavab verməsi, yəni azı 12 il 6 ay həmin Siyahının 21-ci “Nəqliyyat” bölməsinin 21.2-ci bəndinin “b” yarımbəndində göstərilən işdə çalışması tərəflər arasında mübahisə doğurmur və iş materialları ilə tam sübuta yetirilir. İşin tərəflər arasında mübahisə doğuran və apelyasiya instansiya məhkəməsi tərəfindən də yanlış müəyyən edilmiş halı iddiaçının 25 il sığorta stajına malik oluboİmaması halıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir(69.1). Məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir (69.3). Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir(güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ( 69.4). Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır (82). Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir (87.8). Kollegiya hesab edir ki, apelyasiya icraatı zamanı apelyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. O, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə tələb irəli sürmüşdür. Cavabdeh inzibati orqan iddiaçının məhkəməyə qədər etdiyi müraciətini o əsasla təmin etməmişdir ki, onun “Əmək pensiyal arı haqqında” qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan 25 il ümumi əmək stajı mövcud deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (01.07.2017-ci il tarixdək olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 57 yaşı 02.01.2017-ci il tarixdə tamam olmuşdur. Ona görə də iddiaçını n pensiya hüququ digər şərtlər ödənildiyi halda, həmin vaxt, yəni 01.07.2017-ci il tarixdək qüvvədə olan qanunun normasına əsasən təmin edilməlidir. Həmin vaxt pensiya yaşına çatmış iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan yararlana bilməsi üçün iki şərtin ödənilməsi tələb olunurdu: azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya alması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan işlərdə işləməsi. İddiaçıya münasibətdə sonuncu şərtin ödənilməsi, yəni onun azı 12 il 6 ay həmin Siyahının 21-ci “Nəqliyyat” bölməsinin 21. 2-ci bəndinin “b” yarımbəndində göstərilən işdə çalışması, beləliklə də zəruri həddə xüsusi staja malik olması tərəflər arasında mübahisə doğurmur və iş materialları ilə tam sübuta yetirilir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub - oİmamasıdır. Cavabdehin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 18.02.2019-cu il tarixli məktubda iddiaçının 01.01.2006-cı il tarixədək 23 il 10 ay 29 gün ümumi iş stajı və 01.01.2006-cı il tarixdən 01.10.2009-cu il tarixədək 4 ay sosial sığorta stajı, ümumilikdə 24 il 02 ay 29 gün ümumi əmək stajı olduğu üçün ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, idd iaçı 1 yanvar 2006-cı il tarixdən 12 sentyabr 2009-cu il tarixədək "BUE caspian LTD” müəssisəsində işləsə də, həmin illərdə iddiaçının sığorta stajının qarşılıqlı yoxlanılması, işəgötürən tərəfindən həmin illərdə məcburi sosial sığorta haqları üzrə ayırmaların edilib-edilməməsi müəyyən olunmamış, beləliklə də iddiaçı 24 il 02 ay 29 gün ümumi iş stajına malik olmuş, lakin güzəştli şərtlərlə əmək pensiyasının təmin edilməsi üçün zəruri olan 25 il ümumi stajı toplamamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə qisməniddiaçının 1 yanvar 2006-cı il tarixdən 12 sentyabr 2009-cu il tarixədək "BUE Caspian LTD” müəssisəsində işlədiyi illərdə onun sığorta stajının qarşılıqlı yoxlanılmasının, işəgötürən tərəfindən həmin illərdə məcburi sosial sığorta haqları üzrə ayırm aların edilibedilməməsini müəyyən etməyin mümkün olmadığı əsası ilə həmin dövrün onun iş stajı kimi nəzərə alınmaması ilə razılaşır. Lakin məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün yetərli, yəni 25 il ümumi iş stajına malik olmaması barədə gəldiyi nəticəni düzgün saymır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının ümumi iş stajını hesablamaq üçün ətraflı araşdırma aparmamış, bu barədə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 01.09.1977- 01.09.1978-ci və 24.08.1978 - 05.02.1982-ci illərdə Bakı Dənizçılik Məktəbində təhsil almışdır. Qeyd olunmalıdır ki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tari xədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu qanunun əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmçinin, 23.09.1992-ci il tarixdə təsdiq edilmiş (01.01.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki-peşə m əktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması 01.01.2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddiaçının təhsil aldığı müddətin onun ümumi iş stajına daxil edilməli olub-olmaması məsələsini müzakirə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı müddət “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun qüvvədə olduğu dövrə təsadüf etdiyindən, həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyal arı haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani ali təhsil müddətinin iş stajına hesablanması hüququnun) itirilməsinə səbəb ola bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırd a təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Odur ki, “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsə pensiya təyin edilən vaxt deyil, təhsil aldığı vaxt qüvvədə olan qanunvericilik normalarına uyğun həll edilməlidir. Göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məh kəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Qeyd edilənləri nəzərə almaqla kollegiya hesab edir ki, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Təkrar apelyasiya baxışı z amanı iddiaçının əmək kitabçasının azərbaycan dilinə tərcümə olunmuş və lazımi qaydada təsdiq olunmuş surəti, eləcə də təhsil alması barədə diplomun surəti iş materiallarına əlavə edilməklə tədqiq edilməli, onun əyanı təhsil alıb-almaması araşdırılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-69/2019 saylı iş üzrə 20 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar