Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2541/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzi bati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-252/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının xx.xx.1978-ci il tarixli əmək kitabçasındakı məlumatlara əsasən iddiaçının əmək fəaliyyəti xx.xx.1976 - xx.xx.1977, xx.xx.1990 – xx.xx.2002, xx.xx.1977 – xx.xx.1978, xx.xx.2003 – xx.xx.2004, xx.xx.1979 – xx.xx.1990-ci illər arasında olmuşdur.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Zaqatala Rayon Çamaşırxanasında işlədiyi müddəti və digər əmək fəaliyyəti müddətlərini nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 1 oktyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 13 il 6 ay 13 gün olmaqla tələb olunan müddətdən (25 ildən) az olmuşdur. 15 iyul 1990-cı il tarixdən 01 iyul 2004-cü il tarixinədək işlədiyi Zaqatala Rayon Çamaşırxanası uzun müddət fəaliyyət göstərilməmiş və maliyyə uçot sənədləri arxivə təhvil verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 15 iyul 1990-cı il tarixdən 01 iyul 2004-cü il tarixinədək Zaqatala Rayon Çamaşırxanasında işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçın ın əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, Zaqatala Rayon Çamaşırxanasında işlədiyi müddəti və digər əmək fəaliyyəti müddətlərini nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan iddiaçının 15 iyul 1990-cı il tarixdən 01 iyul 2004-cü il tarixinədək işlədiyi Zaqatala Rayon Çamaşırxanasının uzun müddət fəaliyyət göstərməməsini və maliyyə uçot sənədləri arxivə təhvil verilməməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina qanunsuzdur. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatması və 25 ildən artıq sosial sığo rta stajının olması çıxış edir. Həmçinin iddiaçı bildirmişdir ki, xx.xx.1990-cı il tarixdən 01,07.2004-cü il tarixədək Zaqatala Şəhər Mərkəzi Camaşırxana icarə Podratı Təşkilatında işləmişdir. Belə ki, İddiaçı ilk növbədə cavabdeh orqana ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 13 il 6 ay 13 gün olmaqla tələb olunan müddətdən (25 ildən) az olduğu qeyd olunmuşdur. İddiaçı qeyd olunanlara əsaslanaraq Şəki İnzibati Məhkəməsinə müraciət edər ək işlədiyi müddətin əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etiraz təqdim edilmiş və icraata qəbul edib hüquqi qiymət verilməsi xahiş edilmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı İ.Məmmədovun iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-292/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranacaqdır (iddiaçı xx.xx.1959-cu ildə doğulub). İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. - İddiaçının Zaqatala Rayon Çamaşırxanasında işlədiyini bildirdiyi müddət isə xx.xx.1990-xx.xx.2002-ci və xx.xx.2003-xx.xx.2004-cü illəri əhatə edir. İddiaçıya məxsus əmək kitabçasının surətində qeyd olunan xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər Zaqatala Rayon Camarşırxana icarə Podratı Təşkilatındakı əmək fəaliyyəti müddəti əmək kitabçasının “İş haqqında məlumat" bölməsində yox, “Təltiflər və mükafatlar haqqında məlumat" bölməsin də qeyd olunmuşdur. Beləliklə, iddiaçının əmək kitabçası doldurularkən əmək fəaliyyəti dövrləri üzrə ardıcıllıq gözlənilməmişdir. İddiaçıya məxsus əmək kitabçasında Zaqatala Rayon Çamaşırxanasında işə qəbul olunduğu tarixlə (xx.xx.2003) bağlı düzəliş icra edildiyindən, eyni zamanda xx.xx.1990-cı il tarixli və xx.xx.2002-ci il tarixli əmrlər kiril və latın əlifbası ilə yazılmasına və müxtəlif şəxslər tərəfindən imzalanmasına baxmayaraq, üzərindən 12 il keçdiyi halda aşkar şəkildə eyni şəxs tərəfindən yazılması təəssüratı yaratdığından, həmçinin iddiaçının sonuncu əmək fəaliyyəti barədə məlumatların əmək kitabçasının “İş haqqında məlumat" bölməsində yox, “Təltiflər və mükafatlar haqqında məlumat" bölməsində qeyd olunduğundan Məhkəmə tərəfindən sözügedən əmək kitabçasında icra edilmiş qeydlər ilkin əmrlər kitabı əsasında yoxlanılmışdır. - Zaqatala Rayon Çamaşırxanasına aid əmrlər kitabı tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin əmrlər kitabının özü də mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, 1976, 1979-1980,1982-1984, 1986, 1989, 1990, 1991, 1992, 1996,1997, 1998, 2001, 2006-cı illər üzrə əmrlərin əks olunduğu səhifələrin sonunda boş sətirlər qoyulmuşdur ki, bu da sonradan həmin sətirlərə istənilən məzmunda qeydlərin icra edilməsinə zəmin yaradır (1990-cı və 1998-ci ilə aid səhifələrdə isə bir əmrdən növbəti əmrə keçərkən paraqraf işarəsi qoymaqla sonradan yeni əmrin yazılmasına zəmin yaradılmışdır). - Əmrlər kitabı nömrələnməmiş, tikilməmiş, möhürlə təsdiq edilməmiş və arxivə təhvil verilməmişdir. Müəssisənin xx.xx.2008-ci il tarixdən fəaliyyətini dayandırmasın a baxmayaraq, ötən 16 il ərzində əmrlər kitabının arxivə təhvil verilməməsi və sözügedən kitaba yeni məzmunun daxil edilməsi, o cümlədən kitabın üzünün yenidən köçürülməsi imkanlarının mövcudluğu nəzərə alındıqda həmin kitabda icra edilmiş qeydlər əsasında iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini qiymətləndirmək mümkün deyildir. - İddiaçının Zaqatala Rayon Çamaşırxanasına xx.xx.1990-cı il tarixdə işə qəbul olunduğu tarix 1990-cı ilə aid qeydlərin icra edildiyi səhifənin sonluğundadır və həmin səhifədə yeni məzmunlu əmrin daxil edilməsi üçün əlavə boş sətirlər buraxılıb. Eynilə 1990-cı ilə aid ilk səhifədə də xx.xx.1990-cı ilə aid 3 saylı əmrə paraqraf işarəsi qoyulmaqla yeni əlavələrin edilməsi üçün boş sətir qoyulmuş və növbəti səhifəyə keçilmişdir.
9. İddiaçı həmin qərardan ape llyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-252/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, eyni müəssisədə çalışmış şəxslərlə (Zaqatala rayonu, Gözbarax kənd sakini X2, Zaqatala rayonu. Paşan kənd sakini X1, Zaqatala rayonu, Yuxan Tala kənd sakini X3 və s.) bağlı analoji işlərdə Şəki İnzibati Məhkəməsi qeyd olunan əmr kitablarına istinadən iddianın təmin olunması barədə qərar qəbul etmişdir. Həmin qərarlar yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan "pozuntulara" yuxanda sadalanan şəxslərlə bağlı işlərdə istinad olunmaması, yalnız hazırkı iş üzrə pozuntu olaraq qeyd olunması ədalətsiz və qanunsuzdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜ QUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
16. İnzibati Proses sual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma h issəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qald ırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsini n araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.
24. Bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə edilmiş məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndi rilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir.
25. Belə ki, işin halları ilə müəyyən olunur ki, iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd olunan xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər Zaqatala Rayon Camarşırxana icarə Podratı Təşkilatındakı əmək fəaliyyəti müddəti əmək kitabçasının “İş haqqında məlumat" bölməsində yox, “Təltiflər və mükafatlar haqqında məlumat" bölməsində qeyd olunmuşdur. Beləliklə, iddiaçının əmək kitabçası doldurularkən əmək fəaliyyəti dövrləri üzrə ardıcıllıq gözlənilməmişdir.
26. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Zaqatala Rayon Çamaşırxanasına aid əmrlər kitabı nömrələnməmiş, tikilməmiş, möhürlə təsdiq edilməmiş və arxivə təhvil verilməmişdir.
27. Göründüyü kimi, iddiaçının əsaslandığı əmək kitabças ındakı məlumatların mötəbərliyi onun iş yerinə aid əmrlər kitabı ilə də müəyyən edilmir. Çünki həmin kitabın özü mötəbərlik tələbinə cavab vermir.
28. Beləliklə, iddiaçı qanunvericilikdə müəyyən edilən yaşı tamam olduğuna baxmayaraq, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlər (fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya azı 25 il sığorta stajı) onun tərəfindən ödənilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-252/2024 saylı qərarı dəyişdirilmədən saxla