Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2542/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı oğlunun Bakı şəəri Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: inzibati orqanların qərar və hərəkətlərindən yaranan digər mübahisələr; sökülmüş evə aid torpağa görə kompensasiya ödənilməsi GİRİŞ HİSSƏ Hakimlər: 29.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X1 və http://supremecourt.gov.az/static/view/102X2 ibarət tərkibdə, İddiaçı oğlunun və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sökülmüş evə aid torpaq sahəsi üçün kompensasiya ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 15 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, iddiaçıdan faktiki olaraq alınmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 215,4 kv.m olan torpaq sahəsinə görə 323.100 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdeh İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarı ilə (M.Hacıbəyova; iş No 2-1(81)-514/2019) iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 15 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş № 21(103)-1100/19)iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, işin yeni məhkəmə baxışı üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxaraq qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydın laşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Ə.Mustafayev kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 may 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yeni məhkəmə baxışı üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri bar ədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdehin nümayəndəsi gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə ə sasən isə kassasiya şikayəti təmin edilməməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin verdiyi 145218 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, B.Səfəroğlu küçəsi, 31 nömrəli yaşayış evinin 4 mənzili 1/2+1/2 payda, digər paylar üzrə bütün mülk iddiaçının adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İşin materiallarında olan 25 dekabr 2015-ci il tarixli qiymətləndirmə aktına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 saylı qərarına əsasən Bakı şəhəri Cavabde h tərəfindən dövlət ehtiyacları üçün alınan ünvan 2 ünvanda (151 şərti kodu ilə işarələnmiş) yerləşən mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud sahəsi ”xxxx” MMC tərəfindən 229.788 manat, 2 aylıq kirayə haqqı nəzərə alınmaqla 230.788 manat qiymətləndirilmişdir. İşin materiallarında olan 26.02.1017-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən, iddiaçı, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 115,9 kv.m, yaşayış sahəsi 74,3 kv.m, yardımçı sahəsi 41,6 kv.m olan 8 otaqlı mənzili cavabdeh İcra Hakimiyyətinə satmışdır. İddiaçı daha sonra torpaq sahəsinə də kompensasiya ödənilməsi ilə bağlı cavabdeh inzibati orqanı müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 08.11.2018-ci il tarixli, Ə12/4152/4 n ömrəli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuş və bu, iddiaçıya məxsus fərdi yaşayış evinin söküntüsü zamanı, həmin evin altındakı torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması və bu səbəbdən də iddiaçıya kompensasiya ödənilməsinin mümkün olmadığı ilə izah olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı əra zidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyaları üçün alan orqan kimi Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdehnə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlətehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirilsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilsin. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq be lə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16.02.2018-ci il tarixli Qərarının təsiri altına düşən sökülməli olan evini 26.02.2017-ci il tarixli “Alqı-satqı müqaviləsi”nə əsasən, alıcı-cavabdeh İcra Hakimiyyətinə 230.788 manat məbləğinə satmışdır. Hazırda iddiaçı ona məxsus olmuş evin yerləşdiyi torpaq sahəsinə də cavabdeh İcra Hakimiyyətindən kompensasiya tələb edir. Lakin O, həmin torpaq sahəsinin özünün istifadəsində olmasını təsdiq edən hər hansı bir sənəd-sübutu nə 1-ci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. İddiaçı kompensasiya ödənilməsini tələb etdiyi torpaq üzərində mülkiyyət, istifadə, icarə hüquqununqeydə alınmasına həmin torpağın ona ayrılmasına dair sərəncam və ya digər hüquqmüəyyənedici sənəd ləri məhkəməyə təqdim etmədiyi üçün və qeyd edilən torpaq iddiaçının mülkiyyətində olmadığı üçün iddiaçının torpaqla bağlı kompensasiya tələb etmək hüququ mövcud deyildir. Bu səbəbdən cavabdeh İcra Hakimiyyətinin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan həmin tələb 1-c instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cü maddəsinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olma qla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 241.2-ci maddəsinə müvafiq olaraq dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 249.2-ci maddəsinə görə, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevril ir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qdnununun 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Siqunova Rusiyaya qarşı” işi üzrə 12 fevral 2019-cu il tarixli qərarında göstərilmişdir ki,....müştərək mülkiyyətçilər baxışın keçirilməsini tələb etməliydilər. O təsdiq edir ki, kon kret məsələ üzrə daşınmaz əmlakın müştərək sahiblərindən heç biri, o cümlədən ərizəçilər heç zaman torpaq sahəsinə baxış keçirilməsini və onun kadastrda qeydə alınmasını tələb etməmişlər. Buradan da aydın olur ki, rəsmi orqanlar onların mülkiyyətçisi olduğu torpaq sahəsini ekspropriasiya edə bilməzdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qər ar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 15 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2542/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2542/2019
29.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver