Məhkəmə qərarları › İş №2-1(102)-2542/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2542/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2542/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: xidmətə xitam verilmə barədə əmrin mübahisələndirilməsi; iddianın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2478/2023 n ömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/089Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən İddiaçı Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı körpü” gömrük postunda baş inspektor vəzifəsində xidmətinə xidmətdə olmanın son yaş həddinə çatması əsası ilə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Gömrük Komitəsi sədrinin xx.xx. 2022-ci il tarixli, 100/089Ş nömrəli gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postuna baş inspektor vəzifəsinə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2021-ci ildə ağır ürək əməliyyatı keçirmiş, əməliyyatdan sonra 3 ay 20 gün müddətinə əmək qabiliyyətini itirmişdir. xx.xx.2022-ci il tarixdə işə başlamalı olduğu halda, xx.xx.2022-ci ildə ona təqaüdə göndərilməsi barədə məlumat gəlmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyəti ni müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmçinin əmrin sürəti ona təqdim edilməmişdir. Cavabdehin etirazı:

4. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia tələbinə dair yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xidmətdə olmanın son yaş həddinə çatdığı üçün gömrük orqanlarından xaric edilmişdir. 5.İddiaçı, həmçinin iddia müddətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Buna baxmayaraq, prosessual müddətin bərpasına dair ərizə təqdim etməmişdir. İddiaçının ərizəsi və vəsatəti:

6. İddiaçı xx.xx.2023-cü il tarixdə buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək bildirmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 1000/089Ş nömrəli əmrinin surəti qanun la müəyyən edilmiş müddətdə iddiaçıya təqdim edilməmişdir. Cavabdehə dəfələrlə müraciət olunsa da, xx.xx.2022-ci il tarixli əmrin surəti ona rəsmi qaydada yalnız xx.xx.2022-ci il tarixdə, yəni Dövlət Gömrük Komitəsinin rəhbərliyinin dəyişməsi ilə əlaqədar qəbulda olduqdan sonra rəhbərliyin göstərişi əsasında təqdim olunmuşdur. Əmrin surəti ona rəsmi qaydada təqdim edildikdən sonra cavabdehə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-6257/2022 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatına qəbulunun yolverilməz hesab edilməsi və iddia ərizəsinin sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Bundan sonra cavabdehə qarşı idd ia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bundan əlavə, ərizəyə əlavə edilmiş tibbi sənədlərlə də təsdiq edilir ki, iddiaçı "miokardın ön divarının kəskin transmural infarktı, sol mədəcik çatışmazlığı, böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi” diaqnozu ilə qoyulmuş xəstəliklərdən əziyyət çəkir və ona xx.xx.2021-ci il tarixdə koronar angioqrafiya əməliyyatı icra olunmuşdur. Xəstəliyi hazırki vaxta kimi də davam edir. Belə ki, cavabdehə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia vermə müddətinin ötürülməsinin səbəblərindən biri də ona qoyulmuş diaqnozlar üzrə aparılan müalicələr və icra olunan ağır əməliyyatlar olmuşdur. “X1’’ xx.xx.2022-ci il tarixli arayışı ilə “ürəyin işemik xəstəliyi, sol mədəciyin ön divarında keçirilmiş miokard infarktı, k oronar arteriya stendləşmə” diaqnozu qoyulmuş və stres, psixi-emosional gərginlikdən uzaq durulması tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən cavabdehə qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddia müddətinin bərpa edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4545/2023 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə vermişdir. 9. xx.xx.2022-ci il tarixli, 1000/089Ş nömrəli əmrin mövcud luğu barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. İş materiallarına əlavə edilmiş 180-19 nömrəli əmək kitabçalarının təhvil verilməsinin qeydiyyat kitabından çıxarışa əsasən iddiaçı xidmətdən azad edildikdən sonra xx.xx.2022ci il tarixdə əmək kitabçasını imza etməklə qəbul etmişdir.

10. Beləliklə, iddiaçının ən geci əmək kitabçasını götürərkən işdən azad edildiyi əmrin tarixi və nömrəsi qeyd olunmuş sırada imza etdiyi, əmrin nömrəsi, tarixi barədə qeydlərin də olduğu əmək kitabçasının əslini əldə etdiyi vaxtdan onun sözügedən əmrdən məlumatlı olduğu təsdiq olunur. Eyni zamanda, nəzərə alınmalıdır ki, əmrdən sonra xidməti vəzifəsinin icrasına buraxılmaması da iddiaçıya həmin vaxtdan əmrin elan edildiyini sübut edir.

11. Sözügedən əmrin rə smi olaraq təqdim olunmaması halı iddianın mümkün sayılmamasına maneə təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu qeyd olunanlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir.

12. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan ən geci xx.xx.2022-ci il tarixdən məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə xx.xx.2022-ci il tarixdə hazırkı məhkəmədə iddia qaldırmışdır.

13. Ərizədə qeyd edilənlər iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilmir. Belə ki, iddiaçının xidmətdən azad edilmə barədə məlumatlı olduğu vaxtdan əmək kitabçasının surəti ilə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanını istisna edən hər hansı hal mövcud olmamışdır.

14. İddiaçının xx.xx.2022-ci il tarixdə mülki məhkəmə icraatında iddia qaldırdıqdan sonra inzibati məhkəmə icraatında iddia qaldırması belə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Qeyd edildiyi kimi, iddiaçı mülki məhkəmə icraatında da iddia müddətini ötürməklə iddia qaldırmışdır.

15. İddiaçının ərizəsində qeyd etdiyi kimi xx.xx.2021-ci ildə koronar angioqrafiya əməliyyatı icra olunmuş, əmr verildikdən sonrakı dövrdə iddiaçının iddia qaldırmaq imkanını aradan qaldıra biləcək uzunmüddətli, stabil stasionar müalicə şəraitində olması sübut olunmur. Hətta iddiaçının iddia etdiyi səhhəti ilə əlaqədar “stres və gərginlikdən uzaq olması”na dair həkim tövsiyəsi belə, onun şəxsən olmasa da istər inzibati icraatda, istərsə də məhkəmədə nümayəndəsi vasitəsilə hüquqlarının müdafiəsi üçün müraciət etmək, təmsil olunmaq imkanından məhrum etməmişdir.

16. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2478/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4545/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmrin surəti qanunla müəyyən edilmiş müddətdə iddiaçıya təqdim edilməmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət olunsa da, xx.xx.2022-ci il tarixli əmrin surəti ona rəsmi qaydada yalnız xx.xx.2 022-ci il tarixdə, yəni Dövlət Gömrük Komitəsinin rəhbərliyinin dəyişməsi ilə əlaqədar sədr əvəzi Ş.Bağırovun qəbulunda olduqdan sonra onun göstərişi əsasında təqdim olunmuşdur. Əmrin surəti iddiaçıya rəsmi qaydada təqdim edildikdən sonra iddiaçı cavabdehə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-6257/2022 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatına qəbulunun yolverilməz hesab edilməsi və iddia ərizəsinin sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Bundan sonra iddiaçı tərəfindən cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(1 12)-4545/2022 saylı hüquqi yardımın göstərilməsi barədə məktubu ilə ona qaldırdığı mübahisələndirmə haqqında iddia növü üzrə iddia müddətinin ötürülməməsi barədə müvafiq sübutların məhkəməyə təqdim edilməsi və qanunvericilikdə nəzərlə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsi təklif olunmuşdur. Beləliklə, iddiaçı cavabdeh orqan ilə yaranmış mübahisənin məhkəməyə qədər alternativ həlli üsullarından istifadə etdikdən sonra xx.xx.2022-ci il tarixdə mövcud iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının ən geci əmək kitabçasını götürərkən işdən azad edildiyi əmrin tarixi və nömrəsi qeyd olunmuş sırada imza etdiyi, əmrin nömrəsi, tarixi barədə qeydlərin də olduğu əmək kitabçasının əslini əldə etdiyi vaxtdan onun sözügedən əmrdən məlumatlı olduğunun təsdiq olunma sı, eyni zamanda əmrdən sonra iddiaçının xidməti vəzifəsinin icrasına buraxılmamasının da iddiaçıya həmin vaxtdan əmrin elan edildiyini sübut etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmaq olmaz. Belə ki, əmrin surətinin iddiaçıda olmadığı halda təbii ki, həmin əmrin qanunsuzluğu və əsassızlığı barədə iddia sənədlərinin tərtib edilməsi və hazırlanması, iddianın əsaslılığının sübut olunması ağlabatan deyildir. İddiaçının adına tərtib edilmiş və məhkəməyə təqdim olunmuş tibbi sənədlərlə təsdiq olunur ki, iddiaçının üzərində ağır ürək cərrahiyyə əməliyyatı aparılmış və ona ixtisaslaşmış müalicə və ciddi həkim nəzarəti hazırda da tətbiq olunur. Ona stress və gərginlikdən uzaq olmasına dair həkim tövsiyəsi verilmişdir. Birinci instansiya məhkəməsinin iddiaçının uzun müddətli, stabil stasionar müalicə şəraitində olmaması, səhhəti ilə əlaqədar stress və gərginlikdən uzaq olmasına dair həkim tövsiyəsi verilməsinin üzrlü səbəb saymaması, onu şəxsən olmasa da, istər inzibati icraatda, istərsə də məhkəmədə nümayəndəsi vasitəsilə hüquqlarının müdafiəsi üçün müraciət etmək, təmsil olunmaq imkanından məhrum edilməməsi barədə qeyd etdikləri tam əsassızdır. İddiaçının istər nümayəndə, istərsə də şəxsən məhkəməyə müraciət etməsi onu daim stress və gərginlik içərisində olması deməkdir. Bu isə onun səhhətinin ağırlaşmasına səbəb olaraq faciə ilə nəticələnə bilərdi. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxla nmasını xahiş etmişdir. Etirazın dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.... Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübah isələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayəti n təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məh kəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırmalıdır.

27. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

28. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

29. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

30. Hazırkı iş üzrə iddianın mümkün sayılmamasının əsasını məhz iddiaçı tərəfindən cavabdehin xidmətdə olmanın son yaş həddinə çatması səbəbi ilə gömrük orqanlarında xidmətinə xita m verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrinin qanunvericiliklə müəyyən edilmiş prosessual müddətdə mübahisələndirilməməsi, başqa sözlə, iddianın mümkünlük şərtlərindən biri qismində çıxış edən qanunvericiliklə müəyyən edilmiş iddia verilməsi müddətinə əməl edilməsi ilə bağlı şərtə riayət olunmaması təşkil edir. 31. xx.xx.2022-ci il tarixdə mübahisələndirilən əmr iddiaçıya elan edilmiş və əmrin nömrəsi, tarixi barədə qeydlərin də olduğu əmək kitabçasını qəbul etmişdir.

32. İddiaçı mübahisələndirilən qərardan ən geci xx.xx.2022-ci il tarixdən məlumatlı olsa da, hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürülmüşdür.

33. İPM-in 24.1-ci maddəsinin tələbinə görə, həmin Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

34. Normanın məzmunundan göründüyü kimi, buraxılmış prosessual müddət yalnız o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında icraatın iştirakçısı təqsirsiz olsun.

35. Mübahisələndirilən əmr iddiaçıya elan edildiyi və əmrin nömrəsi, tarixi barədə qeydlərin də olduğu əmək kitabçasının təqdim edildiyi tarixdən iddiaçının sərəncamında 30 gün sərbəst müddət olmuşdur. Həmin müddətdən istifadə imkanını aradan qaldıran və ya məhdudlaşdıran hallar müəyyən olunmamışdır. İddiaçının ərizəsində qeyd etdiyi hallar isə, onu prosessual müddətə riayət etmək imkanından məhrum etməmişdir. Bel əliklə, müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.

36. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2478/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar